Məhkəmə qərarları › İş №1(102)-800/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-800/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-800/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə d air Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyun tarixli, 1(104)-270/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Məhkəməsinin (X4) xx.xx.2024-cü il tarixli 1(023)- 5/2024 saylı hökmü ilə, 06 mart 1978-ci ildə Gürcüstanın Xoni şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Gürcüstan, Xoni şəhəri, Qvazauri kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci madəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin ona qəti olaraq təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 6 mart 2024-cü il tarixdən hesablanması, onun narkomaniyadan məcburi müalicə olunması, narkoloji dispanserdə qeydiyyata alınması, CM-in 52.1-ci maddəsinə ə sasən Məhkum üzərində saxlanılmış 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Nural Əliyevdən ibarət tərkibdə) 2024-cü il 10 iyun tarixli, 1(104)-270/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə CM-in 62-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) ilə endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(023)-5/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki qərarla CM-in 206.2-ci maddəsinə əsasən təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Məhkum 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə d əyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum 01 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi dörd ədəd kağız bükümdə tütünlə qarışdırılmış halda ümumi təmiz çəkisi 6,487 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,44 qram olmaqla, ümumilikdə beş ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 6,927 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində «Camel» yazısı həkk olunmuş siqaret qutusunun içərisinə, həmin siqaret qutusunu isə özünə məxsus qara rəngli gödəkçənin sol iç çibinə yerləşdirib idarə etdiyi "DaF 105.406” markalı, CC629LL/BS907B qeydiyyat nişanlı yük nəqliyyat vasitəs inin kabinasının üst yataq yerində saxlamış, Gürcüstandan Azərbaycan Respublikasına daşıyaraq 01 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazində yerləşən "Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Lakin məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial əda lət bərpa olunmamış, yüngül cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 46.2, 46.3-cü maddələrinin və CPM-nin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, "CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbi q edilir. Məhkəmə yuxarıda qeyd olunan, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyun tarixli, 1(104)-270/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlə t ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyun tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bu ndan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqini mübahisələndirərək və məhkuma yüngül cəza təyin edildiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxı mından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələ blərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla m əhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi)/ Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığınd a və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Cinayət prosessual qanunvericiliyə əsasən (CPM-in 139.0.5-ci maddəsi) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarında məhkumun cəzanı yüngülləşdirən hər bir halı təsdiq edən konkret sübutlar mövcuddur. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyini zamanı s übutlar əsasında müəyyən olunmuş cəzanı yüngülləşdirən hallara (CM-nin 59.1 və 59.2-ci maddəsinə uyğun) istinad etmişlər. Dövlət ittihamçısı kassasiya protestində həmçinin Məhkum barəsində olan cəzanı yüngülləşdirən halların məcmusuna istinad edilməklə əsassız olaraq məhkumun barəsində CM-in 62-ci maddəsinin tətbiq edildiyi iddia olunmuşdur. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli d ərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumun təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinə CM-in 62-ci maddəsini tətbiq edərkən qəbul etdiyi qərarı kifayət qədər əsaslandırmış, törədilmiş cinayət əməlinin ictimai təhlükəlilk dərəcəsini və xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla mə hkuma qanuni, əsaslı və ədalətli cəza təyin etmiş, bu zaman məhkumun cəzasını yüngülləşdirən halların məcmuyunu müstəsna hal kimi qiymətləndirərkən də CM-in norma və prinsiplərinin tələblərinə ciddi əməl etmişdir. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş həddə azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı kassasiya protestində çox saylı dəlillərlə məhkum barəsində yüngül cəza təyin edildiyini və bununla da, eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdlrılması, ədalətli cəza siy asətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilmədiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 8, 9, 41, 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü və ya qərar çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətl i, qanuni və layiqli cəza təyin etməli və məhz bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdır. CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu və 62-ci maddələrinin tələblərinə düzgün istinad etməməklə, yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi məqsədi ilə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qəra rı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2024-cü il 06 mart tarixli, 1(023) - 5/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyun tarixli, 1(104)-270/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar