Məhkəmə qərarları › İş №1(102)-801/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-801/2019

14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-801/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhk um barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Məhkum- xx xxxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, arş vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Biləsuvar rayonu **************** kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Zərərçəkmiş şəxs1 eti barından sui-istifadə edərək, onun qızı C8 ünvan 2 ünvanında yerləşən 53 nömrəli tam orta məktəbə ingilis dili müəlliməsi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verməklə aldadaraq Zərərçəkmiş şəxs1 14.09.2016-cı il tarixdə ünvan 3 ünvanında yerləşən 178 saylı məktəbin qarşısında 250 manat, 16.09.2016-cı il tarixdə Bakı şəhəri, **************************** saylı notariat kontorunda 4010 manat, 17.09.2016-cı il tarixdə ünvan 3 ünvanında yerləşən ********* saylı məktəbin qarşısında 100 manat, 19.09.2016-cı il tarixdə isə ünvan 3 ünvanında yerləşən ******* saylı məktəbin qarşısında 500 manat pulu aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 4860 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum Zərərçəkmiş şəxs3 etibarından sui- istifadə edərək, ona sürücülük vəsiqəsi alacağına dair yalan vəd verməklə aldadaraq Zərərçəkmiş şəxs3 2017ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, *************************** nömrəli məktəbin yanında 550 manat pulu aldatma yolu ilə ələ keçirərək ona maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, lazer epilyasiya aparatının alınması üçün Zərərçəkmiş şəxs3 2017-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, ******************** ünvanında yerləşən “Bakcell” mağazasının qarşısında 1300 manat pulu aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edərək, onu Elmi-Təqiqal Mamalıq və Ginekologiya İnsttitutu-6 s ayh doğum evinə tibb bacısı vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd etməklə aldadaraq bunun üçün Zərərçəkmiş şəxs2 qohumu X6 vasitəsi ilə göndərdiyi 500 manat pulu 22.02.2018-ci il tarixdə saat 15:30 radələrində ünvan 7 ünvanında yerləşən ********** nömrəli məktəbin qarşısnda aldatma yolu ilə ələ keçirərək ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 14 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, özünün uşaqların saxlanması ilə məşğul olmasınıl, uşaqlardan birinin 6 yaş (birinci sinif), digərinin 5 yaşlı olmasını, övladlarından biri X2 X3 və Transfiziologiya institutunda diopatik Trombosifogenin purpuru diaqnozu ilə dispanser qeydiyyatında olmasını və fiziki gərginlikdən qorunması zəruriliyini nəzərə almamamışdır. Məhkum dul qadın olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Uşaqlardan biri qan xəstəsidir. Əməlində ağırlaşdırıcı hal m üəyyən edilməmişdir. Göstərilənlərə əsasən ona daha yüngül cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqin in düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma cərimə cəzası təyin edilməsi barədədir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası hesab edir kassasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Məhkum himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir hissəsini ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək peşimançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsinin sanksiiyasında nəzərdə tutulmuş cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarından nisbətən yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Cərimə cəzasının təyin edilməsi barədə kassasiya şikayətinin dəlillrinə gəldikdə, məhkəmə həmin dəlillri əsaslı hesab etmir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 4860+550+1300+500=7210 manat maddi ziyan vurulmuş və ondan cəmi 1500 manat ödənmiş, 5710 manat məbləğində ziyan ödənilməmiş qalmışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilmədiyi halda məhkuma cərimə cəzasının təyin edilməsi, həmin cəzanın icrasız qlacağı ehtimalına əsas verir. Belə vəziyyətdə sərimə cəzasının təyin edilməsi cəzaqnın məqsədi barədə qanunun tələbi nə də uyğun hesab edilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yəni məhkuma cərimə cəzasının təyin edilməsi həm sosial ədalətin bərpası baxımından, həm də məhkumun islah olunması baxımından cəzanın məqsədlərini təmin etməyəcəkdir. Göstərilənlərə əsasn məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha yüngül cərimə cəzası ilə əvəz edilməsi barədə kassasiya şikayətinin dəlilləri təmin edilmədən saxlanmalıdır. Məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 14 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar