Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-801/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3 və 26 4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-89/2018 nömrəli 06 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Rəşid Hüseynov, hakimlər Xəqani Səmədov və Camal Ramazanovdan ibarət tərkibdə), Məhkum, xx xxxxxx 1985-ci ildə ****** rayonu ***** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz Balakən rayonu ******** kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələr i ilə təqsirli bilinib, ona CM-in 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən təyin edilmiş əlavə və əsas cəzalar qismən toplanılmaqla o, qəti cəza 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2018-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,19 fevral 2018-ci ildə saat 23:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37 maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə anası X1 məxsus VAZ 21154 markalı, **--*** nömrə nişanlı avtomobilli həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, 80 km/saat sürətlə idarə edərək Balakən şəhəri H.Əliyev prospektində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq ziqzaqvari hərəkətlərlə piyadalar və hərəkətdə olan a vtomobillər üçün təhlükəli manevrlər etdiyindən Balakən şəhəri ərazisində dislokasiya üzrə xidmətdə olan Balakən RPŞ-nin X16 Bölməsinin əməkdaşları polis baş leytenantı X7 və polis serjantı X8 tərəfindən saxla işarəsi verilsə də, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq X15 Bölməsinin əməkdaşlarının saxla əmrinə tabe olmadan avtomobili Balakən şəhəri ******* küçəsi ilə rayonun ******** kəndi istiqamətində hərəkətini davam etdirməklə həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu hal da bunları etməyərək, cinayətkarcasına etinasızlıq nəticəsində Balakən şəhəri R.Səmədov küçəsində “Qabaqçöl vağzalı” adlanan yerdə yolu keçmək istəyən piyadalar Balakən şəhəri sakini Zərərçəkmiş şəxs və **** kənd sakini X6 avtomaşının sol arxa hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs və R6 sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən idarə etdiyi avtomobili hadisə yerində qoyaraq qaçmışdır. R6 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 21 fevral 2018-ci ildə saat 01:05 radələrində Balakən RMX-da ölmüşdür. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi X5 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-169/2020 nömrəli 13 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İmanverdi Şükürov, hakimlər Mirbahəddin Hüseynov və Rafail Əliyevdən ibarət tərkibdə) Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət hadisəsi ondan asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, X12 əməkdaşları onu içkili (sərxoş) olduğu üçün təqib edərkən avtomobil qəzası törətmişdir. O, avtomobili idarə edərkən qa rşısında heç kimi görməmiş və heç kimi vurmadığını bildirir. Avtomobil idarəetmədən çıxmış və dayanmışdır. Həmin an o, hər hansı bir şəxsə dəydiyini bilməmişdir. Onun hadisə yerindən uzaqlaşması içkili və sənədlərinin qaydasında olmaması və cərimə olunmaqdan qorxması olmuşdur. Bundan başqa kassator qeyd edir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən, hər iki valideynlərinin yaşlı olması, zərərçəkmiş şəxs tərəfin ondan şikayətçi olmamaları və ilk dəfə cinayət əməli törətməsi nəzərə alınmamışdır. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, təqsirli bilindiyi CM-in 264-cü maddəsi üzrə yenidən araşdırılma aparılmasını və iş üzrə cəzanı yüngüll əşdirən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində təqsirli bilindiyi CM-in 264-cü maddəsi üzrə obyektiv araşdırılma aparılmamasını və iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını vurğulayaraq, təqsirli bilindiyi CM-in 264-cü maddəsi üzrə yenidən araşdırılma aparılm asını və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində ifadə vermiş Məhkum özünü Azərbaycan Respublikası CM-in 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fev ral 2018-ci ildə günortadan sonra evdə çörək yediyi zaman az miqdarda spirtli içki qəbul etmişdir. Axşam tərəfi dostu Asəflə Balakən şəhərində kafelərin birində oturub çörək yemişlər, həmin vaxtda ikisinə yarım litrlik spirtli içki qəbul etmişlər. Saat 23:00 radələrində kafedən çıxmış və maşınla Heydər Əliyev prospekti ilə hərəkət edərkən yol patrul xidməti avtomobili ona saxla işarəsi vermişdir. Avtomobili sağa sürərək saxlamışdır. Sərxoş olduğundan həyəcanlanmışdır. Asəf avtomobildən düşərək polis əməkdaşları tərəfə getmişdir. O isə sərxoşluğa görə cərimə olunacağından ehtiyat edərək avtomobili sürüb həmin yerdən uzaqlaşmışdır. Yol patrul xidməti avtomobili isə onun arxasınca gəlmişdir. Qorxduğu üçün avtomobili yüksək sürətlə idarə etmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin Balakən rayon şöbəsinin binasını keçdikdən sonra polis əməkdaşlarının idarə etdiyi avtomobillə onun avtomobili arasında müəyyən qədər məsafə yaranmışdır. Qabaqçöl vağzalı adlı yerə yaxınlaşanda polis əməkdaşlarının avtomobili ondan nisbətən uzaqlaşmışlar. Qabaqçöl vağzalı adlı yerə çatdıqda qarşısına nəyinsə çıxdığını hiss etmişdir. Lakin nə olmasını anlaya bilməmişdir. Əyləci basaraq sükanı nisbətən sağa çəkmişdir. Həmin anda avtomobilin sol arxa tərəfinə nəyinsə dəyməsini hiss etmişdir. Avtomobil isə firlanaraq təxminən 50 metr kənarda dayanmışdır. Avtomobildən düşərək ətrafa baxmış, təxminən 50-60 metr aralıda yol patrul xidməti əməkdaşlarının avtomobili dayandığını görmüşdür. Piyada oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Polis əməkdaşları gəlmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Sürücülük vəsiqəsi olmuş, 2013-cü ildə sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Sürücülük vəsiqəsini dəyişməmişdir. Hadisədən əvvəl avtomobili təxminən 80 km/saat sürətlə idarə etmişdir. Polis əməkdaşlarını söyməmiş, onlara qarşı kobudluq etməmiş, təhqir etməmişdir. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X3 göstərmişdir ki, 2018-ci il fevral ayının 19-da saat 23:00 radələrində gecə xidmətində olan polis əməkdaşlarını yoxlamaq üçün Balakən RPŞ-ə gəlmişdir. Həmin vaxtı Balakən şəhəri ******** küçəsində iki nəfər piyadanı vuran avtomobilin sürücüsünün hadisə yerindən qaçması barədə RPŞ-nin məsul növbətçisindən məlumat almış və dərhal digər əməkdaşlara kömək üçün hadisə yerinə getmişdir. Hadisə yerində olduğu zaman avtomobilin sürücüsünün Balakən rayonu ***** kənd sakini Məhkum olmasını müəyyən etmişlər. Əməliyyat istintaq qrupunun üzvləri birlikdə Məhkum yaşadığı ünvana getmişlər. Məhkum həyətyanı sahəsinə daxil olmaq üçün həyətə giriş qapısını açdığı zaman Məhkum yol qapısının yaxınlığında olan yardımçı tikilidə gizlənməsi və mobil telefon vasitəsi ilə kiminlə isə danışaraq piyadaları vurması barədə məlumat verməsini eşitmişlər. Dərhal Məhkum çağıraraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Məhkum həkim müayinəsindən keçirdikləri zaman sərxoş olması müəyyən olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsində ifadə vermiş şahid X7 ifadəsində göstərmişdir ki, 19 fevral 2018-ci ildə X8 ilə xidmətdə olarkən saat 23:00 radələrində VAZ 21154 mark alı ** *** dövlət nömrə nişanlı avtomobilin yol hərəkəti qaydalarını kobud sürətdə pozmasını görüb saxla işarəsi vermişlər. Lakin həmin avtomobilin sürücüsü avtomobili saxlamadan idarə etməyə başlamışlar. Bir qədər getdikdən sonra avtomobili saxlamışlar. Xidməti avtomobildən düşərək həmin avtomobilə yaxınlaşmaq istədikdə sürücü avtomobili sürüb getmişdir. Bir qədər sonra yenidən avtomobil saxlamışdır. Yenə o, avtomobildən düşərək həmin avtomobilə yaxınlaşdığı zaman sürücü avtomobilin şüşəsini aşağı endirərək kodubluq etmişdir. Həmin vaxtı sürücünün danışığından ağır dərəcəli sərxoş olması aydın görünmüşdür. O, avtomobilin yanına çatdığı zaman sürücü polisin ünvanına nalayiq söyüşlər söyərək avtomobili yüksək sürətlə idarə edərək həmin yerdən uzaqlaşmışdır. Onlar həmin sürücünün sərxoş olma sı və digər ağır hadisə törədə biləcəyini nəzərə alaraq avtomobili müşahidə etməyə başlamışlar. H.Əliyev prospektindən şəhərin ***** küçəsinə döndüyü zaman həmin avtomobilin küçədə hərəkət etməsini görərək yenidən siren və mayak vasitəsi ilə saxla işarəsi verdikdə həmin avtomobil daha yüksək sürətlə avtomobili idarə edərək onlardan uzaqlaşmışdır. Onlar təxminən 200-250 metr məsafədən həmin avtomobili müşahidə etməyə başlamışlar. Avtomobil Qabaqçöl vağzalı adlı yerə çatdıqda artıq onlardan uzaqlaşmışdır. Onlar Qabaqçöl vağzalına çatdığında avtomobilin fırlanaraq bir qədər aralıda ağaca dəydiyini və yolun ortasında iki nəfərin olmasını görmüşlər. Həmin vaxt qeyd edilən avtomobil yolda olan iki piyadanı vurmasını başa düşmüşlər. Hadisə yerinə ətrafda olan insanlar toplaşmış, post patrul xidmə ti əməkdaşları gəlmişlər. Onlar isə hadisə barədə polis şöbəsinə və təcili yardıma məlumat vermişlər. Xəsarət alanlardan birini təcili yadım avtomobili gələnə kimi vəziyyəti ağır olduğundan avtomobillə xəstəxanaya yola salmışlar. Bir qədər sonra isə təcili yardım avtomobili gələrək digər yaralını xəstəxanaya aparmışdır. Onlar hadisə törədən avtomobilin sürücüsünü axtarsalar da, orada tapa bilməmişlər. Sürücünün hadisə yerindən qaçması məlum olmuşdur. Daha sonra polis əməkdaşları həmin sürücünü yaşadığı evdə aşkar edərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsi həkim müayinəsindən keçirdikdə sərxoş olması və rayonun ******** kənd sakini Məhkum olması müəyyən edilmişdir. Hadisədən iki gün sonra o, eşitmişdir ki, hadisə nəticəsində xəsarət alan xəstələrdən biri xəstəxanada ölmü şdür. Bundan başqa birinci instansiya məhkəməsində ifadə vermiş şahid Y6 ifadəsində göstərmişdir ki, 19 fevral 2018-ci ildə Tural ilə kafedə çörək yemiş, birlikdə spirtli içki qəbul etmişlər. Sonra Tural təzə aldığı maşını idarə edərək evlərinə getmək istəmişdir. Yolda polis əməkdaşları saxla işarəsi vermişlər. Tural maşını saxlamış, o, maşından düşərək polis əməkdaşlarına yaxınlaşan zaman, Tural maşını sürüb getmişdir. Sonradan eşitmişdir ki, T6 həmin gün maşınla iki nəfəri vurmuşdur. Onlardan biri xəstəxanada ölmüşdür. Məhkum istər ibtidai istintaq, istərsə məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrində, istərsə də kassasiya şikayətində hadisə yerindən uzaqlaşmasının səbəbini içkili olması, sənədlərinin qaydasında olmaması və cərimə olunmaqdan qorxması olduğunu göstərmişdir. Məhkəmə k ollegiyası qeyd edir ki, məhkumun göstərdiyi səbəblərdən hadisə yerindən “uzaqlaşması”ını qanun yol hərəkəti qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması kimi qiymətləndirir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin dispozisiyasında təsbit edilən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi ilə yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı halla rda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 15 noyabr 2013-cü il tarixli qərarının 15-ci bəndinə əsasən məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olm adıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkə mələr nəzərə almalıdırlar ki, CM-in 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması CM-in 263cü maddəsi ilə yanaşı həm də CM-in 264-cü maddəsinin tərkibini yaradır. İstər cinayət işinin materiallarındakı sübutların, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının tövsiyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum 19 fevral 2018-ci ildə saat 23:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37 maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə anasına məxsus avtomobilli həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, 80 km/saat sürətlə idarə edərək yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq ziqzaqvari hərəkətlərlə piyadalar və hərəkətdə olan avtomobillər üçün təhlükəli manevrlər etdiyindən Balakən şəhəri ərazisində dislokasiya üzrə xidmətdə olan Balakən RPŞ-nin X16 Bölməsinin əməkdaşları tərəfindən saxla işarəsi verilsə də, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq X15 Bölməsinin əməkdaşlarının saxla əmrinə tabe olmadan avtomobili Balakən şəhəri R6 küçəsi ilə rayonun ******** kəndi istiqamətində hərəkətini davam etdirməklə həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, cinayətkarcasına etinasızlıq nəticəsində Balakən şəhəri R6 küçəsində “Qabaqçöl vağzalı” adlanan yerdə yolu keçmək istəyən piyadaları avtomaşının sol arxa hissəsi ilə ehtiyatsızlıqdan vuraraq zərərçəkmiş şəxslərə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən idarə etdiyi avtomobili hadisə yerində qoyaraq qaçması Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində təsbit edilən cinayət əməllərini törətməsinə heç bir şübhə yeri qoymur. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Məhkum Nürəddin oğlunun cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmu ş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddənin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddə si ilə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü və 66.5-ci maddələrinə əsasən təyin edilmiş əlavə və əsas cəzalar qismən toplanılmaqla ona qəti cəza 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüquqund an məhrum edilməklə 06 (altı) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ədalətli və qanuni оlmaqla cəzanın məqsədlərinin təmin edilməsi tələblərinə cavab verir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40 4-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai-təhlükəliliyi fövqündə ona cinayətlərin məcmusu qaydasında təyin edilən 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri dəlillərlə müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsasl ıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-801/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-801/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver