Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-802/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlu və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hök münə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Abdullayev Mehtixan Ədil oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Cəlilabad rayonu Zopun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşaq atası, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Zopun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci madəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmucu üzrə təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddəti xx xxxxxx 2018-ci ildən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) Məhkum müdafiəiçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası 8 (səkkiz) il 6 (altı) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmucu üzrə təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum 2018-ci ilin yanvar ayının sonlarında yaşadığı Cəlilabad rayonunda digər şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlaması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olmuş ümumi razılığa əsasən qrupun digər üzvü xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan keçərək Azərbaycan Respublikasından İran İslam Respublikasının Biləsuvar şəhərinə getmiş, həmin şəhərdə qrupun digər üzvü ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq hər biri külli miqdarda olmaqla 1635 qram narkotik vas itə heroini, 3,214 qram tiryəki və 3,506 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, heroini 483 qram, 279 qram, 279 qram, 249 qram, 275 qram, 35 qram, 35 qram çəkilərdə olmaqla yeddi bükümdə, tiryək narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini bir bükümdə qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə dörd bükümü 4 ədəd “SEPİD” yazılmış yuyucu tozu qutularının içərisinə, bir bükümü üzərində “MAHMOOD TEA” yazılmış çay qutusunun içərisinə, üç bükümü isə 3 ədəd üzərində “CREAM” sözləri yazılmış xama qutularının içərisinə yerləşdirməklə digər ərzaq yükləri ilə birlikdə bir ədəd qara sellofan torbada saxlamış, xx xxxxxx 2018-ci il tarixdə İran İslam Respublikasına ticarət etmək məqsədi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Hüseynov Bilal Binnət oğluna yaxınlaşıb həmin sellofan torbadakı yükü 20 manat pul müqabilində özü ilə Azərbaycan Respublikasına aparmaq barədə razılaşaraq torbanı Bilal Hüseynova vermişlər. Eyni zamanda Bilal Hüseynovun xəbəri olmadan onun fotoşəkilini mobil telefonla çəkib həmin gün saat 04:41-də istifadələrində olan +**********07 mobil nömrə ilə qrupun Azərbaycan Respublikasında olan üzvü Məhkum istifadəsində olan +**********34 mobil nömrəsinə göndərərək içərisində narkotik vasitələr və psixotrop maddə olan torbanı ondan qəbul etməli olması barədə məlumatlandırmışlar. Məhkum öz növbəsində ümumi cinayətkar niyyətə uyğun olaraq qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitələri və psixotrop maddəni qəbul etmək üçün idarə etdiyi “VAZ-21154” markalı, **MG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləs uvar Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun çıxışındakı çayxananın qarşısına gələrək gözləmişdir. Torbada narkotik vasitələr və psixotrop maddənin olmasından xəbərsiz olan Bilal Hüseynov xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində torbanı Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasına keçirdikdə yüklərin içərisində narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə şöbəsinin əməkdaşkarı tərəfindən Bilal Hüseynovun iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Məhkum xx xxxxxx 2018-ci il tarixdə saat 12.30 radələrində Bilal Hüseyinovdan içərisində narkotik vasitələr və psixotrop maddə olan qara sellofan torbanı götürmüş, 20 manat pulu sonuncuya verərkən saxlanılmış, göstərilən miqdarda narkotik vasitələr və psixotrop maddə Məhkum aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsinin tərkibi olmadığma baxmayaraq ona həmin maddələrlə də cəza təyin edilmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir ki, Məhkum narkotik vasitə, psixotrop maddələr əldə etmək üçün İran İslanı Respublikasına getmə miş İran İslam Respublikası ilə heç bir telefon əlaqəsi də saxlamamış, heç kəslə qabaqcadan cinayət əlaqəsinə girməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yol verdiyi nöqsanlar aradan qaldırılmamış, nöqsan təkrar edilmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası CPM-nin 416.0.6, 416.0.15-ci maddələrin tələblərini pozmuş cinayət tərkibinin əlamətləri olmadan AR CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə də ittiham hökmü çıxarmış, törədilmiş əməlin tövsifındə səhvə yol vermişdir ki, bu da məhkəmənin hökm və ya qərarlarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bundan başqa, məhkəmə cəza təyin edərək Məhkum birinci dəfə cinayət etdiyini himayəsində azyaşlı övladlarının olmasını, əməlində peşman olmasını, əməlində ağırlaşdırıcı hallar olmamasını və sairəni formal olaraq sadalasa da, həmin halları faktiki nəzərə almayaraq ağır cəza təyin etmişdir. Hökmdən göründüyü kimi Məhkum məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin onun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar vardır. Belə ki, Məhkum himayəsində iki azyaşlı uşağı vardır, əvvəllər məhkum olunmamışdır, cinayətin təşkilatçısı və icraçısının müəyyən edilməsində fəal iştirak etmiş, cinayətini qismən etiraf etmişdir. Lakin cəza təyini zamanı yuxarıda qeyd edilən hallar nəzərə alınmamışdır. Müdafiəçi, qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(106)- 647/2018 №-li qərarını ləğv edib, məhkuma Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Azərb aycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cəzanın sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə g örə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktın ın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun CM-nin 32.5, 206.3.2 maddəsi ilə təqsirsiz olması barədə qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müv afiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir, həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirak etdiyini düzgün müəyyən etsələr də, Məhkum əməlini CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinin şərhini zəruri hesab edir. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyə tə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsi fi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini t ələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, Məhkum işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: “Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyas ında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd o lunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməkli k göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Hal-hazırkı işdə Məhkum iş üzrə maddi sübut olan 1635 qram narkotik vasitə heroini, 3,214 qram tiryəki və 3,506 qram metamfetamin psixotrop maddənin Azərbaycana keçirilməsi üçün Hüseynov Bilal Binnət oğlu ilə qabaqcadan aralarında razılıq olmamış, Bilal Hüseynov keçirdiyi torbanın içində narkot və psixotrop maddə olmasından məlumatsız olmuşdur. Belə olan halda həmin narkotik vasitələrin iki və ya daha çox şəxsin iştirakı ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi nəticəsinə gəlinməsi üçün sübutlar yoxdur. Ona gör ə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətdiyi qaçaqmalçılıq cinayətinə dair əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarının dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqs irləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin is lah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almal ıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Lakin məhkumun əməli CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edildiyinə görə ona həmin maddə ilə cəza təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay m üddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi əsasən təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Məhkum qəti olaraq 8 (səkkiz) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-802/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-802/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver