Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-802/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 134, 149.2.4, 149.2.5, 150.1, 157.1 və 181.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə Hərbi Məhkəməsinin 06 fevral 2015ci il tarixli hökm ü ilə CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli, 1903 nömrəli əfv Sərəncamına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 134, 149.2.4, 149.2.5, 150.1, 157.1 və 181.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 134-cü maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-nin 149.2.4 və 149.2.5-ci maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə, CMnin 150.1-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 181.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 157.1-ci maddəsi i lə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına, CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla və CM-in 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2019-cu ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə, gecə saat 04 radələrində ünvan 2 ünvanda yerləşən kommunal evdə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar ol madan, mənzildə yaşayanın iradəsi ziddinə evin dəhlizinin açıq pəncərəsindən əllərinə əlcək geyinmiş vəziyyətdə qanunsuz daxil olaraq həmin vaxt mənzildə çarpayıda paltarsız vəziyyətdə yatmış xx.xx.-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşıb onun qışqırıb səs-küy salmaqla köməyə adam çağırmasnın və müqavimət göstərməsinin qarşısını almaq üçün özü ilə gətirdiyi, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən qara rəngli dəstəyi olan məişət təyinatlı mətbəx bıçağını onun boğazına dirəyib sonuncunun iradəsi əleyhinə cinsi daqədə olmağı təkidlə ondan tələb etmiş, lakin Zərərçəkmiş şəxs müqavimət göstərməsini görüb fiziki zor tətbiq etməklə və öldürməklə hədələyib əlləri ilə onun boğazından tutaraq divara sıxmış, sonra əlindəki bıçağı onun qarın nahiyəsinə dirəyib zorla arxası üstə ç arpayıya uzatmış və özü də Zərərçəkmiş şəxs üzərinə uzanaraq şalvarının qabaq hissəsini açaraq gərginləşmiş cinsiyyət orqanını çıxarıb onun cinsiyyət orqanına daxil etməklə zorla təbii yolla cinsi əlaqədə olaraq onu zorlamış, cinsi aktı başa çatdırdaqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs onun evdən çıxıb getməsi barədə təkidli tələbinə baxmayaraq, Məhkum onun sözlərinə əhəmiyyət etməmiş və bir müddət evdə oturduqdan sonra yenidən Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün ona yaxınlaşdıqda sonuncunun etiraz etməsini görüb stolun üzərinə qoymuş olduğu bıçağı əlinə götürərək öldürmə hədəsi ilə hədələyərək Zərərçəkmiş şəxs iradəsi əleyhinə fiziki zor tətbiq etməklə və öldürməklə hədələyib qollarından tutub çarpayıya uzadaraq onunla zorla təbii yolla cinsi əlaqədə olaraq onu təkrarən zorla mış, cinsi aktı başa çatdırdıqdan sonra əlində olan bıçağı Zərərçəkmiş şəxs nümayiş etdirməklə onun əmlakını ələ keçirmək niyyətilə həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək sonuncudan bir ədəd 10 manatlıq və 1 ədəd 20 manatlıq əskinaslardan ibarət cəmi, 30 manat məbləğində pulu ələ keçirməklə quldurluq etmişdir. Bundan əlavə, Məhkum oğlu 02 oktyabr 2019-cu il tarixdə, saat 02:30 radələrində ünvan 2 ünvanda yerləşən yerləşən kommunal evdə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə yenidən Azərbaycan Reşpublikaşının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə evin sanitar qovşağının açıq nəfəsliyindən qanunsuz daxil olaraq, həmin vaxt mənzildə çarpayıda yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq 2019-cu ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə onunla cinsi əlaqədə olub zorlaması barədə hər hansı şəxsə məlumat verməyəcəyini söz verməsinə baxmayaraq, bu barədə onun anası X4 və digər qohumlarına məlumat verərək onu rüsvay etməsinə görə qisas alıb cəzalandırmaq məqsədilə əvvəlcə əlləri və ayaqları ilə zərbələr vuraraq Zərərçəkmiş şəxs döyüb ona fiziki ağrılar yetirmiş, bundan sonra onun qışqırıb səs-küy salmaqla köməyə adam çağırmasının qarşısını almaq üçün özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən bıçağı boğazına dirəyib hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla onu öldürməklə hədələmiş, ona qarşı fiziki zor tətbiq etməklə müqavimətini qırmaq üçün əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sol gözaltı nahiyənin, ü st dodağın dəri hissəsinin şişkinlik fonunda qançırı, sağ gözaltı nahiyənin sıyrığı, döş qəfəsinin sol arxa yan səthinin qançırına səbəb olan və sağlamlığa zərər vurmayan, küt əşyaların təsirindən əmələ gəlmiş, ağırlıq dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə gərginləşmiş cinsiyyət orqanını çıxarıb onun ağzına soxaraq cinsi ehtiyacını təmin edib cinsi aktını başa çatdırandan sonra cinsi orqanını onun sifət və üz nahiyəsinə sürtərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrli edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 14 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü isə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-nin 134-cü maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 149.2.4 və 149.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 150.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 181.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası, CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasını n dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və Məhkum ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində cəza tədbiri seçərkən onun cinayət əməlini ağırlaşdıran halları kifayət qədər nəzərə almamış və ona yüngül cəza təyin etmişdir. Zərərçəkmiş şəxs bildirir ki, məhkum onu hal-hazırda da cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən ona zənq edərəq hədə-qorxu gəlir. Kassatorun fikrincə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli və ona dağa ağır cəza təyin edilməlidir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, məhkum məhkəmə iclasında iştirak etmək istəməsi barədə Ali Məhkəməyə müraciət etməmiş, zərərçəkmiş isə naməlum səbəblərdən həmin iclasda iştirak etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısın bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı ağırlaşdıran hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək ona daha ağır cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna m alikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apelly asiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya i nstansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdır ılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmiş və buna görə məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması qeyd edilərək həmin cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş olunur. Məhkəmə kollegiyası həmin şikayətdə irəli sürülmüş tələbə cavab olaraq xatırlatmağı lazım bilir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməs inin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CMnin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya b axışına təyin edilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin göstərilən tələbinə əsaslanaraq məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş tələbə cavab olaraq bildirir ki, kassasiya instansiyası məhkəməsi zərərçəkmiş Zərərçəkmiş şəxs həmin tələbinə uyğun qərar qəbul edə bilməz və məhkumun barəsində onun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi zərurətini müəyyən edildiyi halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmaldır. Bununla belə, CPM-nin 419.12.5-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildikdə və iş yeni apellyasiya baxışına təyin edildikdə belə məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfində n bu və ya digər cəzanın tətbiq edilməsini qabaqcadan həll edə bilməz. Digər tərəfdən, məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanın yüngül olması ilə bağlı kassasiya şikayətində göstərilənlərlə bağlı qeyd edir ki, məhkumun təqsirli bilindiyi CM-nin 134-cü maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 149.2.4, 149.2.5-ci maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 150.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 157.1-cü maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səks ən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri, CM-nin 181.1-cü maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Məhkum Gəncə Hərbi Məhkəməsinin 06 fevral 2015ci il tarixli hökmü ilə CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli, 1903 nömrəli əfv Sərəncamına əsasən həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, Məhkum hazırki iş üzrə təqsirli bilindiyi cinayətləri törədərkən onun əvvəlki məhkumluğu ödənilmiş, və buna görə də onun yenidən qəsdən cin ayətlər törətməsi cinayətlərin residivinin yaranmasına səbəb olmamışdır. Belə ki, CM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən Məhkum 06 fevral 2015-ci il tarixli hökmlə təqsirli bilinərək məhkum olunduğu CM-nin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlər müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aiddirlər. CM-nin 83.3-cü maddəsinin tələblərinə görə isə aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdi kdə. Belə olan halda Məhkum barəsində cinayət işi üzrə CM-nin 61.1.1-ci maddəsində cəzanı ağırlaşdarın hal kimi nəzərdə tutulmuş cinayətlərin residivi müəyyən edilmir, çünki CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum barəsində onun təqsirli bilindiyi CM-nin 134, 149.2.4, 149.2.5, 150.1, 157.1 və 181.1-ci maddələri ilə cəza tədbiri seçərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal, habelə məhkum olunmuş şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhr um etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən cinayətlər törətməsini Məhkum şəxsiyyətini səciyələndirən hal kimi yetərincə nəzərə almış və ona istər ayrı-ayrı cinayətlərə görə, istərsə də cinayətlərin məcmusu üzrə həm növünə, həm də həcminə görə kifayət qədər ədalətli cəzalar təyin etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə, qeyd edilən cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsi yyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağır lıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadı ğını göstərir. Belə olan halda məhkəmə kollegiyası Məhkum yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağrlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi şərti ilə (CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş əsasla) həmin şikayətin təmin edilməsini mümkün bilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiq edərək, habelə kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 134, 149.2.4, 149.2.5, 150.1, 157.1 və 181.1-ci maddələri ilə təqsirli bilinərək məhkum o lunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 149.2.4, 149.2.5, 150.1, 157.1 və 181.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-cu il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-802/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-802/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver