Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-802/2022 19.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2021-ci il tarixli, 1(103)-1291/2021 nömrəli qərarından Zərərçəkmiş şəxs1 və o nun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxx 1979-cu il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayır.
2. Məhkum XXX oğlu xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, Bədən Tərbiyəsi İdman Akademiyasının Yunan Roma güləş ixtisası üzrə Məşqçi fakultəsinin azərbaycan bölməsinin tələbəsi, subay, əvvəllər məhkum olunamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayır.
3. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anada n olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5şayır. 4. 12 iyun 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3-cü, XXX oğluna Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 5. 07 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2, XXX oğlu, Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunm uşdur.
6. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkü pulla aldığını səbəb gətirərək həmin köşkün yerində daşdan gözəllik salonu inşa etdirmək istəyərkən qonşuların, o cümlədən Aşıq Qurban küçəsi bina 19 mənzil 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 tikinti ilə bağlı haqlı narazılığını cüzi səbəb qəbul edərək 08 sentyabr 2018-ci il tarixdə saat 11:30 radələrində ünvan 6 ünvanında, ictimai yer olan həyətdə, çoxsaylı qonşuların gözü qarşısında vətəndaşları n narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs1 sinəsindən qəsdən vurub «sağ süd vəzinin yumşaq toxumasının qançırları» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yerləşən y aşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkü pulla aldığını səbəb gətirərək həmin köşkün üzərində mişar daşı ilə hörgü işi apardığından qonşuların, o cümlədən Aşıq Qurban küçəsi bina 19 mənzil 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 tikinti ilə bağlı səlahiyyətli dövlət orqanlarına haqlı narazılığından sonra Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən hörgünün sökülməsini cüzi səbəb qəbul edərək 26 sentyabr 2018-ci il tarixdə saat 17:00-dan başlayaraq bir neçə saat ərzində davamlı olaraq ünvan 6 ünvanında, ictimai yer olan həyətdə, çoxsaylı qonşuların, Xətai Rayon İcra Hakimiyyə tinin, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının və yoldan keçən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, Zərərçəkmiş şəxs1 və tikinti ilə bağlı haqlı narazılığını bildirən digər qonşuların ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 mülkiyyə tində olan «Samsung Galaxy Not4» markalı SM-N910C modelli mobil telefon aparatı ilə onun qanunsuz hərəkətlərinin çəkilişini apardığını görüb mobil telefonu əlindən alaraq həmin mobil telefonla sifət nahiyəsinə zərbə endirdikdən sonra mobil telefonu yerə çırpmış, yerdən götürdüyü və silah qismində istifadə olunan əşya hesab edilən daş parçası ilə həmin mobil telefonu və ehtiyat hissəsi olan enerji blokunu əzib yararsız vəziyyətə salaraq özgə əmlakını məhv edib Zərərçəkmiş şəxs1 800 manat maddi ziyan vurmuş, hüquqazidd hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 əli ilə bədənindən qəsdən vurub döyərək «sol əlin 4-cü barmağının dırnaq falanqasının yerdəyişməyən qapalı sınığı və sol əlin İİİ və İV əl barmaqlarının yumşaq toxumalarının qançırları, üst çənədə mərkəzdən solda İ kəsici dişin tac hissəsinin kiçik ölçülü qopması və həmin səviyyədə üst və alt dodağın selikli qişasının qansızması, sol bazu nahiyəsinin qançırı, boyunun ön səthinin, sol saidin və sağ baldırın sıyrıqları» kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, qızı Zərərçəkmiş şəxs1 döyülməsinin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə sillə ilə sifətindən qəsdən vurub “sol qaş qövsü nahiyəsində sıyrıq” kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə təkrarən xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 oğulları Təqsirləndirilən şəxs1 və XXX oğlu ilə bir qrup şəx s halında birləşərək ünvan 6 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkün üzərində mişar daşı ilə apardığı hörgünün Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi prosesini mobil telefonu ilə çəkmiş qonşu binanın sakini Zərərçəkmiş şəxs4 həmin çəkilişi “Youtube” səhifəsində yerləşdirdiyini cüzi səbəb qəbul edərək 11 noyabr 2018-ci il tarixdə saat 17:45 radələrində ünvan 8 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında, ictimai yer olan avtomobil yolunda, çoxsaylı avtomobil və piyadaların, yaxınlıqdakı yaşayış binala rının sakinlərinin və həmin binaların qeyri-yaşayış sahələrində işləyən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, izahat vermək üçün 37ci PŞ-yə gəlmiş Zərərçəkmiş şəxs4, onu müşayiət edən atası Zərərçəkmiş şəxs3 və qonşusu Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs1 təpiklə və əllə Zərərçəkmiş şəxs4 bədə nindən qəsdən vurub «sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, XXX oğlu əli ilə Zərərçəkmiş şəxs3 bədənindən qəsdən vurub «başın sol nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol milbilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs4 döyülməsinin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə əli ilə bədənindən, XXX oğlu isə müqavimət göstərməkl ə əli ilə sifətinin sağ tərəfindən qəsdən vurub «başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə təkrarən xuliqanlıq etmişdir. XXX oğlu qardaşı Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək ünvan 6 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkün üzərində Təqsirləndirilən şəxs2 mişar daşı ilə apardığı hörgünün Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi prosesini mobil telefonu ilə çəkmiş qonşu binanın sakini Zərərçəkmiş şəxs4 həmin çəkilişi “Youtube” səhifəsində yerləşdirdiyini cüzi səbəb qəbul edərək 11 noyabr 2018-ci il tarixdə saat 17:45 radələrində ünvan 8 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında, ictimai yer olan avtomobil yolunda, çoxsaylı avtomobil və piyadaların, yaxınlıqdakı yaşayış binalarının sakinlərinin və həmin binaların qeyriyaşayış sahələrində işləyən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, izahat vermək üçün 37-ci PŞ-yə gəlmiş Zərərçəkmiş şəxs4, onu müşayiət edən atası Zərərçəkmiş şəxs3 və qonşusu Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs1 təpiklə və əllə Zərərçəkmiş şəxs4 bədənindən qəsdən vurub «sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, XXX oğlu əli ilə Zərərçəkmiş şəxs3 bədənindən qəsdən vurub «başın sol nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, bu run, sol mil-bilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs4 döyülməsinin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə əli ilə bədənindən, XXX oğlu isə müqavimət göstərməklə əli ilə sifətinin sağ tərəfindən qəsdən vurub «başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar» kimi sağlam lığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 qardaşı XXX oğlu və anası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək ünvan 6 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkün üzərində Təqsirləndirilən şəxs2 mişar daşı ilə apardığı hörgünün Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi prosesini mobil telefonu ilə çəkmiş qonşu binanın sakini Zərərçəkmiş şəxs4 həmin çəkilişi “Youtube” səhifəsində yerləşdirdiyini cüzi səbəb qəbul edərək 11 noyabr 2018-ci il ta rixdə saat 17:45 radələrində ünvan 8 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında, ictimai yer olan avtomobil yolunda, çoxsaylı avtomobil və piyadaların, yaxınlıqdakı yaşayış binalarının sakinlərinin və həmin binaların qeyri- yaşayış sahələrində işləyən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, izahat vermək üçün 37-ci PŞ-yə gəlmiş Zərərçəkmiş şəxs4, onu müşayiət edən atası Zərərçəkmiş şəxs3 və qonşusu Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat norm alarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təpiklə və əllə Zərərçəkmiş şəxs4 bədənindən qəsdən vurub «sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, XXX oğlu əli ilə Zərərçəkmiş şəxs3 bədənindən qəsdən vurub «başın sol nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol mil-bilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs4 döyülməs inin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə əli ilə bədənindən, XXX oğlu isə müqavimət göstərməklə əli ilə sifətinin sağ tərəfindən qəsdən vurub «başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(011)23/2021 nömrəli hökmünə ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir, XXX oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
8. Hökmdən məhkumlar Təqsirləndirilən şəxs2, XXX oğlunun və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilm əsini, müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
9. Hökmdən məhkum Təqsirləndirilən şəxs2 digər müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir.
10. Hökmdən məhkumlar XXX oğlu və Təqsirləndirilən şəxs1 birgə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, onların barəsində əməllərində cinayət tərkibi olmadığı üçün bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
11. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2, XXX oğluna və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tut ulmuş daha ağır cəza azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, eləcə də Mahmudova Gülarə Alış qızına törətdiyi cinayətkar əmələ görə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 08 sentyabr 2018-ci il tarixdə ünvan 10 ünvanında Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq hərəkətləri edərək ona müxtəlif bədən xəsarətləri yetirmişlər. Belə ki, təqsirləndirilən şəxs həmin ünvana gələrək zərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 döymüş və onun ünvanına söyüşlər söyərək təhqiramiz ifadələr işlətmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 və anası Mahmudova Gülarə Alış qızı ilə birlikdə 26 sentyabr 2018-ci il tarixdə ünvan 11 ünvanında gələrək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nikolaycviçə qarşı xuliqanlıq etmişlər və 11 noyabr 2018-ci il tarixdə isə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və anası Mahmudova Gülarə Alış qızı, XXX oğlu, Təqsirləndirilən şəxs1 ünvan 12 ünvanında öz cinayətkar əməllərinə davam edərək xuliqanlıq hərəkətlərinə davam etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, XXX oğlu, Təqsirləndirilən şəxs1 cinayətkar əməllərini istintaq zamanı şübhəli şəxs qismində cəlb edilmiş Mahmudova Gülarə Alış qızının köməyi və iştirakı ilə etmişlər. Bu faktı istintaq zamanı şübhəli şəxs qismində cəlb edilmiş Mahmudova Gülarə Alış qızı istintaq zamanı, Təqsirləndirilən şəxs2 istintaq zamanı və məhkəmə prosesində təsdiq etmişdirlər. Mahmudova Gülarə Alış qızının təqsirləndirilən şəxs qismində cəlb ediləcəyi barədə müstəntiqi məlumat versə də, məhkəmə prosesi zamanı Mahmudova Gülarə Alış qızının təqsirləndirilən şəxs qismində cəlb edilmədiyi və ittiham aktında onun adının olmadığı məlum olmuşdur. Mahmudova Gülarə Alış qızının təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə tərəfimizdən vəsatət verilmişdir. Lakin məhkəmə hökmündə onun barəsində cəza təyin edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 2-ci Qarabağ müharibəsi qazisidir. Məhkəmənin təyin etdiyi cəza olduqca yüngül olmuş, cinayətin xarakterinə, təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun deyildir.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2021-ci tarixli, 1(103)-1291/2021 nömrəli qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs2, XXX oğlunun, Təqsirləndirilən şəxs1 müdafiəçisi vəkil Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum Təqsi rləndirilən şəxs2 digər müdafiəçisi Müdafiəçi1 ilə birgə verdikləri apellyasiya şikayəti, məhkumlar XXX oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(011)-23/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2021-ci il tarixli, 1(103)-1291/2021 nömrəli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
14. Zərərçəkmiş şəxs və nümayən dəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuşdur. Kassasiya şikayətinin müəllifləri onları təkrarlamaqla qeyd etmişlər ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, XXX oğluna və Təqsirləndirilən şəxs1 təyin edilən cəza yüngüllüyünə görə ədalətsiz cəza olmuşdur. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 anası Mahmudova Gülarə Alış qızı da törədilmiş cinayətə görə məsuliyyət daşımışdır. Məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarını ləğv edilməsini, məhkumların təqsirli bilindikləri maddələr üzrə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsini və iş üzrə tam, obyektiv və ədalətli araşdırılma aparılması üçün cin ayət işinin yenidən apellyasiya baxışıma qaytarılmasını xahiş edirlər.
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası C PM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətində məhkum edilmiş şəxslərə təyin edilən cəzanın yüngüllüyünü mübahisələndirmiş, həmçinin Mahmudova Gülarə Alış qızının digər məhkum edilmiş şəxslər ilə birlikdə törədilmiş cinayətə görə məsuliyyət daşıdığını iddia edərək faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. 21.Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 və on un nümayəndəsi Nümayəndə kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2021-ci il tarixli, 1(103)-1291/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzər ə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan R espublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
23. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cin ayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
25. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını al maq məqsədi ilə tətbiq edilir.
26. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər mə qsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
27. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, XXX oğluna və Təqsirləndirilən şəxs1 cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə qəbul etdiyi qərarları maddi hüquq normalarına uyğundur. Məhkəmələr Təqsirləndirilən şəxs2, XXX oğluna və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Təqsirləndirilən şəxs2 özünün məcburi köçkün və qardaşının şəhid olmasını, XXX oğlunun və Təqsirləndirilən şəxs1 gənc olmalarını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmələrini cəzalarını yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkumlar barəsində ağır cəzanın təyin edilməsi üçün əsaslar müəyyən etmir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum edilmiş şəxslərla yanaşı digər şəxs - Mahmudova Gülarə Alış qızı tərəfindən ona qarşı cinayətin törədildiyi üzrə dəlillərinin araşdırılmasını mümkünsüz hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən yalnız Təqsirləndirilən şəxs2, XXX oğluna və Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayəti törətməəri barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr kənar şəxs, Mahmudova Gülarə Alış qızın a qarşı irəli sürülməyən ittihama baxa bilməzlər. Kassasiya şikayətinin bu hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq münasibət bildirilmiş, apellyasiya şikayətinin müvafiq dəlili əsassız hesab edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinın qeyd etdikləri ilə razılaşaraq, artıq verilmiş ətraflı təhlilin yenidən təkrarlanmasına lüzum görmür.
29. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəm ə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2021-ci il tarixli, 1(103)-1291/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2, XXX oğlu və Təqsirləndirilən şəxs1 barələrində olan 27 avqust 2021-ci il tarixli, 1(103)-1291/2021 nömrəli qərarı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.