Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-802/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olun ması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X9, hakimlər: X7 (məruzəçi) və X8) 2 iyun 2022-ci il tarixli hökmü ilə 22 aprel 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azər baycan Respublikası Cinayət Məcəlləsinin 68.1.11 -ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 10 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilərək yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum əməli CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 1 noyabr 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 tərəfindən verilmiş a pellyasiya protesti qismən təmin edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(091)-39/2022 nömrəli hökmü və eyni tarixli qərarı ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində 03 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çək ilməmiş 03 (üç) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1 -ci maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, 07 iyul 2021 -ci il tarixdə, saat 23 radələrində ictimai yer hesab edilən Zaqatala şəhəri, 28 May küçəsində Zərər çəkmiş şəxs tanışı Şahid1 ilə mübahisə etməsindən bəhanə kimi istifadə edərək, yəni həmin mübahisənin ona aidiyyəti olmadığı vəZərərçəkmiş şəxs tərəfindən ona qarşı hansısa formada qanunsuz hərəkətlər edilmədiyi halda, hər hansıəsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yanına çağırıb mübahisə etmiş və həmin vaxt üstündə olan, silah qismində istifadə edilən qayçı ilə iki dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin ön divarında sol ön qoltuq və sol körpücük xətti üzrə iki ədəd deşilmiş-kəsilmiş və sol saidin iki ədəd kəsilmiş yaraları xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs şəxsi mənafeyinəəhəmiyyətli zərər vurmaqla, eləcə də cəmiyyətdə insanlar arasında bərqərar ol muş davranış qaydalarını qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşısaymazlıq nümayiş etdirməkləcəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs üzərindəzor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə qəsdən silah qismində istifadə olunan əşyadan istifadə edib xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa o,istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,174 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş, 10 iyul 2021-ci il tarixdə, saat 13:30 radə lərində Zaqatala şəhəri, Nizamı küçəsində həmin narkotik vasitəni üzərində qanunsuz olaraq eyni məqsədlə daşıyarkən Zaqatala RPŞ- ninəməkdaşları tərəfindən saxladılmış və Zaqatala Rayon Polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərində həmin gün saat 14:43 radələrindəşəxsi axtarış aparılarkən əynindəki idman tipli gödəkçənin sağ yan cibində gümüşü-ağ rəngli kağıza bükülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,174 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2022-ci il tarixli hökmü ilə razılaşmır və hesab edir ki, qeyd olunan qərar Murad Oruczadənin CM-in 234.4.3-cü mad dəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Digər hissədə kollegiyanın gəlmiş olduğu nəticəni əsaslı hesab edir. İş materiallarından da göründüyü kimi, Məhkum məhz satış məqsədi ilə qəsdən qanunsuz olaraq 2,174 qram çəkidə narkotik vasitə olan heroin əldə etmişdir. Göründüyü kimi, Məhkum aşkar edilib götürülmüş narkotik vasitə heroinin miqdarı qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddən 14 dəfədən, eyni zamanda külli miqdarı üçün müəyyən edilmiş həddən artıq olmuş və narkotik vasitənin çəkisi öz-özlüyündə həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. Buna baxmayaraq məhkəmə hökmdə təqsirləndirilən şəxsin na rkotik vasitəni satış məqsədi olmadan əldə etməsinə dair nəticəyə gələrkən onda aşkar olunmuş narkotik vasitənin yalnız bir növdə və bir bükümdə olmasını, onun narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, Məhkum də məhz narkotik vasitə olan heroinin aşkar olunması, əvvəllər narkotik vasitənin satışına görə deyil, məhz narkotik vasitəni saxlamasına görə məhkum olunması kimi halları nəzərə aldığını göstərmişdir. Qeyd olunan mövqeyi ilə məhkəmə belə bir yanlış nəticənin ortaya çıxmasına səbəb olmuşdur ki, sanki, narkomaniya xəstəliyindən əziyyət çəkən, əvvəllər narkotik vasitə satmağa görə deyil, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməyə görə məhkum olunmuş istənilən şəxs narkotik vas itəni bir növdə və bir bükümdə əldə etmişdirsə, növündən və çəkisindən asılı olmayaraq həmin narkotik vasitəni mütləq qaydada şəxsi istehlak məqsədi ilə əldə etmişdir. Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməsi hələ özlüyündə ondan aşkar edilmiş narkotik vasitənin yalnız özünün istehlak etməsi məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə də əsas vermir. Belə ki, formalaşmış təcrübə onu göstərir ki, hazırda məhkəmələrdə baxılan əksər cinayət işlərində təqsirləndirilən şəxslərin böyük əksəriyyəti narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslər olmaqla həmin işlər üzrə satış məqsədi ilə əldə etdikləri narkotik vasitələri həm özləri istehlak edir, həm də narkotik vasitənin satışından qazanc əldə edirlər ki, Məhkum barəsində olan cinayət işi də bu qəbildən olan işlərə aiddir. Məhkəmə Məhkum narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini birbaşa təsdiq edən, şahidlərin ifadələrindən ibarət olan sübut növlərini də nəzərə almamış, həmin ifadələrdə göstərilənlərə hüquqi qiymət verməmişdir. Hazırki işdə Məhkum satış məqsədi ilə əldə etdiyi narkotik vasitəni satacağı şəxslə əvvəlcədən razılıq əldə etməsini zəruri edən hal mövcud olmamış, onun narkotik vasitəni satacağı şəxslə sonradan razılıq əldə etməsi, bir bükümdə olan heroini elə həmin vəziyyətdə və ya bükümlərə bölərək satmaq imkanı mümkün olmuş, istisna olunmamışdır. Məhkəmə guya satış məqsədi olmayan və əvvəllər də CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş şəxs kimi aşkar olunacağı təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağını dəqiq bilən Məhkum bir bükümdə olsa da hansı səbəbdən istintaqa məlum olmayan mənbədə n əldə etdiyi, şəxsi, yəni narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi özünün istehlak miqdarından 14 dəfədən çox narkotik vasitəni üzərində gəzdirdiyini nəzərə almadan, digər sübutlarla qarşılıqlı şəkildə təhlil etməklə qiymətləndirmədən, Məhkum özünümüdafiə xarakterli, işin faktiki hallarına uyğun olmayan ifadələrinə əsaslanmaqla onun əməlini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif etmiş, bununla kifayətlənməyərək həmin maddə ilə də aşkar olunmuş narkotik vasitənin növünü, çəkisini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, Məhkum şəxsiyyətini, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu, residivin müəyyən edilməsi zamanı nəzərə alınmasa da həmin məhkumluğun ödənilmədiyini, Məhkum islah olunmayaraq hazırki cinayət əməlini törətdiyini nəz ərə almadan ona CM-in 234.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş, CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Beləliklə məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməm iş, sübutlar CPM-nİn 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli əsassız olaraq CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmuşdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2022-ci il tarixli hökmünın ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində iş üzrə zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi səbəbindən cinayət işi acılmış və sonuncu axtarışda olmuşdur. Zaqatala rayon Polis Şö bəsinin Cinayət-Axtanş Bölməsinin əməkdaşlarının bundan məlumatı olub, Məhkum əldə edilmiş "əməliyyat məlumatı" əsasında Zaqatala şəhərinin ərazisindən keçən çayın ortasında müşahidə aparmaqla sonuncunu tapıb polis şöbəsinə gətirirlər. Məhkum ibtidai istintaq dövründə Zaqatala rayon Polis Şöbəsinin inzibati binasının müşahidə kamerlarının görüntülərini tələb etsə də, həmin video görüntülər götürülməmiş və daha sonradan vaxtı keçib adı altında verilməmişdir. Hansı ki, qeyd olunan videolarda Məhkum Zaqatala şəhərinin ərazisindən keçən çayın ortasında saxlanılmaması, faktiki olaraq onun könüllü olaraq polis şöbəsinə gəlib təslim olması öz əksini tapardı. Hüquqlarını müdafiə etdiyi Məhkum ibtidai istintaq dövründə özünün 10 iyul 2021-ci il tarixdə səhər saat 11:00 radələrində atası ilə birgə t aksi ilə Zaqatala Rayon Polis Şöbəsinə gələrək təslim olmasını bildirmişdir. İşə baxan Şəki Ağır Cinayətlər Məhkəməsi işin hallarının qeyri-mötəbər olmasının öz hökmündə əsaslandırmamış, təqsirləndirilən şəxsin atası X10 ilə polis işçiləri arasında olan telefon danışıqları və anten məlumatlarının əldə edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməmişdir. Şəki Apellyasiya Məhkəməsi Şahid1 birinci instansiya məhkəməsində verdivi ifadəsində göstərdiyi xüsusatları təhrif edərək, sonuncunun ifadələrinin məzmununu qısaltmışdır. Birinci instansiya məhkəməsində aparılan audio yazı və iclas protokolları bu halı təsdiq edir, Məhkum iş üzrə Zərərçəkmiş şəxs xəsarəti, sonuncunun iş üzrə Şahid1 qarşı qanunsuz hərəkətlər etməsinin qarşısını almaq məqsədi ilə aralarından yaranmış mübahisə z amanı yetirmişdir. Yəni, Məhkum səbəbsiz kiməsə xəsarət yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsində aparılan araşdırması zamanı da müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində, sonuncunun əvvəllər sevgi münasibətlərində olduğu Şahid1 ilə mübahisə edərək narahat etməsinə görə üzərində olan qayçı ilə vuraraq xəsarət yetirmişdir. Məhkum öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətindən üstün tutaraq sonuncuya xəsarət yetirməmiş, onun xəsarət yetirməsinin səbəbi əsl motivi başqa bir regiondan olan şəxsin onunla eyni şəhərdə yaşayan zərif cinsin nümayəndəsinə qarşı olan hərəkətlərinə görə həmin şəxsi cəzalandırmaq olmuşdur. Belə olan halda Məhkum hərəkətlərini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər kim i qiymətləndirmək olmaz. İstintaq orqanı təqsirləndirilən şəxsin ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliklə ifadə olunan hərəkətlərə yol verdiyini göstərsə də bunu təsdiq edən sübutlar təqdim etməmiş, pozulan ictimai qaydanı təsdiq edən şahid ifadələrini məhkəməyə təqdim etməmişdir. Bundan başqa istintaq orqanı tərəfindən fəaliyyəti pozulmuş ictimai iaşə obyektlərində işləyən və həmin obyektlərin fəaliyyətinin dayandığını təsdiq edən digər sübutları məhkəməyə təqdim etməmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Məhkum niyyəti məhz ictimai qaydanın pozulmasına qarşı deyil, Zərərçəkmiş şəxs özü üçün qanunsuz hesab etdiyi davranışına görə vuraraq xəsarət yetirmişdir. Belə olan halda Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il t arixli qərarı ilə Məhkum əməlinin CM-in 221.3-cü maddəsindən onun Zərərçəkmiş şəxs yetirdiyi xəsarətin faktiki dərəcəsinə görə CM-in 128-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslə barışdığına görə CM-in 73.2-ci maddəsi tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Şəki Apellyasiva Məhkəməsinin hazırki mövqeyi, hər hansı bir yerdə zorakılığa məruz qalan şəxsə köməklik göstərməməyi diqtə edir. Kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan əməllər hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən törədilmədiyi və onların belə cinayəti törətməsi nə ibtidai ist intaq, nə birinici, nə də apellyasiya instansiya məhkəməsində sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması və kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya protestinin təmin olunması və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin olunmamalı, kass asiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onla rı sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiya sı kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya protestinin dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin səhv və məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngül olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qan unvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi di qqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana b ilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Mə cəlləsinin 234.1-cü maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarından olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli 17/501 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "aşkar olunaraq götürülmüş narkotik vasitə” sözləri yazılmış zərfin içərsindəki gümüşü-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bük ümdə təmiz çəkisi-2,174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2021-ci il tarixli 866 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alanması məsləhət görülür; Şəxsi axtarış keçirilməsinə dair 10 iyul 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Məhkum könüllü olaraq əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağıza bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin heroinin ona məxsus olduğunu, Tala çayının kənarında gəzən vaxtı tapdığını, heç bir narazılığının olmadığını, ona qarşı fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir; Zaqatala rayon prokurorluğunun xx.xx.2021 -ci il tarixli qərarı ilə Məhkum polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalmasına dair müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq - 2,174 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş, 10 iyul 2021-ci il tarixdə, saat 13:30 radələrində Zaqatala şəhəri, Nizami küçəsində həmin narkotik vasitəni üzərində qanunsuz olaraq daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxladılmış və Zaqatala Rayon Polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərində həmin gün saat 1443 radələrində şəxsi axtarış aparılarkən əynindəki idman tipli gödəkçənin sağ yan cibində gümüşü-ağ rəngli kağıza bükülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,174 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi cinayət işinin materialları ilə sübuta yetirilmir. Şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə məhkum e dilmiş şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi şəxsin ittiham olunduğu əməli satış məqsədi olmadan törətməsinə dair nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik maddənin yalnız bir növdə və bir bükümdə olmasını, onun narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, Məhkum də məhz narkotik vasitə olan heroinin aşkar olunması, əvvəllər narkotik vasitənin satışına görə deyil, məhz narkotik vasitəni saxlamasına görə məhkum olunması kimi halları nəzərə alan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı hesab etmişdir. Cinayət Məcəlləs inin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kəna rda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir k i, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum narkotik vasitənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irə li sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr v ə ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması barədə ittihamın mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmış və məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya protestinini bu barədə olan dəlilləri hər hansı hüquqi əsasa söykənməyən əsassız dəlillər olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini də əsassız hesab edir və qeyd edir ki, məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi ədalətli olmaqla cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edir. Digər tərəfdən müdafiə tərəfinin verdiyi kassasiya şikayətindən aydın olur ki, şikayət müəllifi hüquqlarını müdafiə etdiyi şəxsin CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini bildirmiş və şikayətin əsas dəlilləri kimi göstərmişdir ki, "Cinayət işinin materiallarında olan 10 iyul 2021-ci il tarixli "Əməliyyat axtanş tədbirlərinin həyata keçirilməsi haqqında" qərardan və həmin tarixli "Müşahidə barədə" protokoldan göründüyü kimi hüquqlarını müdafiə etdiyi Məhkum Zaqatala RF Ş-nin əməkdaşları tərəfindən güdülmüş, lakin, həmin qərar və protokol qanuniliyinin yoxlanılması məqsədi ilə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməmişdir. Hüquqlarını müdafiə etdiyi Məhkum ibtidai istintaq dövründə özünün 10 iyul 2021-ci il tarixdə səhər saat 11:00 radələrində atası ilə birgə taksi ilə Zaqatala Rayon Polis Şöbəsinə gələrək təslim olmasnı bildirmsəsi”, "təqsirləndirilən şəxsin atası X10 ilə polis işçiləri arasında olan telefon danışıqları və anten məlumatlarmm əldə edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edilməməsini”göstərmişdir. Məhkəmə kollegiyası şikayətin sadalanan dəlillərinə görə məhkum edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar olmadığını qeyd edir. belə ki, apellyasiya şika yətinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş şəxsi axtarış keçirilməsinə dair 10 iyul 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən, Məhkum könüllü olaraq əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağıza bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin heroinin ona məxsus olduğunu, Tala çayının kənarında gəzən vaxtı tapdığını, heç bir narazılığının olmadığını, ona qarşı fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir. İşin müəyən edilmiş bu halları məhk um edilmiş şəxsin ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi verdiyi ifadələrlə, şahid ifadələri ilə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən verdiyi izahatla, müşahidə protokolu ilə tam təsdiq olunmuşdur. Apellyasiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin ifadəsinin CM-in 234.1ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı hissəsini qeyrisəmimi və özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin məhkum edilmiş şəxsə CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillər olmaqla hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Məhkum tərəfindən xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edil ən qərəzli hərəkətlər etməsi öz təsdiqini tapmamışdır..Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, mübahisə tərəfləri arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində, sonuncunun əvvəllər sevgi münasibətlərində olduğu Şahid1 ilə mübahisə edərək narahat etməsinə görə üzərində olan qayçı ilə vuraraq xəsarətlər yetirmişdir. Məhkum öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətindən üstün tutaraq sonuncuya xəsarət yetirməmiş, onun xəsarət yetirməsinin səbəbi, əsl motivi başqa bir regiondan olan şəxsin onunla eyni şəhərdə yaşayan zərif cinsin nümayəndəsinə qarşı olan hərəkətlərinə görə həmin şəxsi cəzalandırmaq olmuşdur. Belə olan halda Məhkum hərək ətlərini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunması barədə mövqeyi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, cinayət əməlinin törədildiyi yer və şərait onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Göstərilənlər Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tələblərindən və həmin maddəyə verilən aşağıdakı şərh və təfsirdən irəli gəlir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1 -ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, mübahisə tərəfləri arasında mübahisə şəxsi münasibətlər zəminində ictimai yerdə baş versə də, istintaq orqanı məhkəməyə şəxsin ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliklə ifadə olunan hərəkətlərə yol verdiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Məhkum tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etməsi müəyyən olunmur. Onun hərəkətləri məhz ictimai qaydanın pozulmasına qarşı deyil, Zərərçəkmiş şəxs özü üçün qanunsuz hesab etdiyi davranışına görə cəzalandırılmasına yönəldilmiş və nəticədə zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi əşya ilə yüngül bədən xəsarəti yetirmişdir. Göstərilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmiş və Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilmişdir. Hadisənin yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Məhkum, tərəfindən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Hadisə iştirakçıları arasında yaranan mübahisə münaqişəyə çevrilərək məhkumun zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə d air” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şə xslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcas ına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, məhkumun hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud su rətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməli dir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, baş vermiş münaqişə zamanı məhkum tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Kassasiya şikayətinin Məhkum hərəkətlərində xuliqanlıq cinayət əməlinin tərkibinin olmaması barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcuddur. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasını n xx.xx.2021-ci il tarixli 267 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön divarında sol ön qoltuq və sol körpücük xətti üzrə iki ədəd deşilmiş-kəsilmiş yaralar, sol saidin iki ədəd kəsilmiş yaralar iti kənara malik olan kəsici əşyanın (alətin) təsirindən törənmişdir. Müxtəlif deşici-kəsici əşyaların (bıçaq və ona bənzər xüsusiyyətlərə malik əşyaların) eyni zamanda ekspertizaya təqdim olunmuş qayçının deşici-kəsici xüsusiyyətlərə malik hissələrinin təsirindən törənməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2021-ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zə rər vurmaya aiddir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlm ək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məhkəmə göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətl əndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs Məhkum ilə barışmış, məhkəməyə sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığı barədə ərizə təqdim etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protesti təmin edilməməli, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmünın dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.15-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və qərar dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və məhkum olunması hissəsində dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin və CM-in 73.2-ci maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə həmin hissədə xitam verməklə CM-in 128-ci maddəsi ilə cinayət m əsuliyyətindən azad olunsun. Hökmdən CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric olunsun. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilən 2 il azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.11-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə Məhkum qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum et mə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-802/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-802/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver