Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-802/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-nin 32.5, 206.2 maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1978-ci il tarixdə Astara rayonunun Pensər kəndində anadan olmuş, Azərbaycan Res publikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, Astara rayonunun Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İs lam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda narkotik vasitə olan 17635,3 qram heroini, külli miqdarda narkotik vasitə olan 11201,7 qram həşiş qətranını, külli miqdarda narkotik vasitə olan 3803,5 qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə olan 4022,6 qram tiryəki, külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 160,4 qram təşkil edən 4010 ədəd həb metadonu və külli miqdarda psixotrop maddə olan 2805,7 qram metamfetamini İİR-də olan digər şəxs Astara rayonunun Ərçivan kəndi ərazisində gizlədib, bu barədə 04 dekabr 2022-ci il tarixdə Məhkum məlumat verdikdən sonra, o, idarə etdiyi “Ford Transit markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Astara rayonunun Ərçivan kəndi ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 15ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətindən qeyd olunan tarixdə saat 22 radələrində həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus külli miqdarda narkotik vasitə olan 17635,3 qram heroin, külli miqdarda narkotik vasitə olan 11201,7 qram həşiş qətranı, külli miqdarda narkotik vasitə olan 3803,5 qram qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə olan 4022,6 qram tiryək, külli miqdarda narkotik vasi tə - təsir maddəsinin ümumi miqdarı 160,4 qram təşkil edən 4010 həb metadon və külli miqdarda psixotrop maddə olan 2805,7 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 04 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə həmin apellyasiya müraciətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirv an Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-nin və CPM-nin bir sıra maddələrinə, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin aktlarla məhkəmələrin gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini belə əsaslandırmışdır ki, məhkəmələr Məhkum "X” adı ilə məlum olan İİR-nın vətəndaşı və qeyrilərinin narkotik və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsi ilə bağlı köməkçi qismində iştirakını təsdiq edən hər hansı bir sübutun nə işin ibtidai istintaqı, nə də məhkəmə istintaqında müəyyən edilməməsi, narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində iştirak etməməsi, yəni qaçaqmalçılıq cinayətinin icraçısına hər hansı şəkildə köməklik göstərməməsi barədə düzgün qənaətə gəlməmiş və beləliklə ona CM-nin 32.5, 206.2-ci maddəsi bəraət verilməli olması barədə əsassız yekun məhkəmə aktları qəbul etmişlər. Halbuki, Məhkum ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən dindiri lərkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş və bu ittihamın mahiyyəti üzrə etirafedici ifadələr vermişdir. Bu ifadələrində isə o, səmimi olaraq İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Astara rayonunun Ərçivan kəndinin ərazisində qəbul etməsini, yəni, dövlət ittihamçısını fikrincə, bu vasitələrin və maddənin qaçaqmalçılığında köməkçi qismində iştirak etməsini bildirmişdir. Bu hal həmçinin ibtidai araşdırma zamanı əməliyyat tapşırığına verilmiş cavab məktubu və Məhkum “X” adlı şəxslə apardığı telefon danışıqları və yazışmaları ilə tam təsdiq edilmiş, məhkəmələr isə bu sübutlarla yanaşı onu da nəzərə almamışlar ki, Məhkum öz ifadələrində, İİR-nın vətəndaşı “X” adlı şəxsin ona narkotik vasitəni Azə rbaycan Respublikasında dediyi yerə çatdırmaq müqabilində pul təklif etdiyini, ilkin olaraq razılaşmasa da, yalnız razılaşdıqdan sonra narkotik vasitələrinin İİR-dan göndərilməsini bildirmişdir. Bu isə ona dəlalət edir ki, məhkum olunmuş şəxsin hələ narkotik vasitələr və psixotrop maddə Azərbaycan Respublikasının ərazisinə keçirilənə qədər onları həmin ərazidə qəbul etməsinə razılıq verdikdən sonra naməlum şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törətmiş, daha sonra Məhkum bu haqda məlumat verilmiş, o, da göstərilən əşyaları gizlədilmiş yerdən götürüb idarə etdiyi avtomaşına tərəf apararkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yaxalanmışdır. Dövlət ittihamçısının mövqeyinə görə, belə razılaşma olmadan dəyəri külli miqdar pul vəsaiti təşkil edən külli miqdarda narkotik vasitələr v ə psixotrop maddə Azərbaycan Respublikasının ərazisinə keçirilə bilməzdi, çünki bu halda həmin vasitələr və maddə başqa şəxslər tərəfindən ələ keçirilə bilərdi. Həmçinin məhkəmələr iş üzrə yekun nəticəyə gələrkən onu da nəzərə almamışlar ki, Məhkum narkotik vasitələri və psixotrop maddəni qəbul etdiyi Astara rayonu Ərçivan kəndinin ərazisi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində yerləşir, yəni narkotik vasitələr və psixotrop maddə gizlədilən ver (yanacaqdoldurma məntəqəsi) sərhədə yaxın məsafədədir. Beləliklə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi haqqında hökm çıxarılarkən və apellyasiya instansiyası məhkəməsi həmin hökmü dəyişdirmədən saxlaması qənaətlər inə gələrkən istintaq orqanı tərəfindən toplanmış, biri digərini təsdiq etməklə əsaslı olan sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qeyri- səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə əsaslanmış, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmuşdur. Kassasiya protestinin müəllifi özü müraciətində həmçinin birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, bu hissədə də hökmün dəyişdirilmədən qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin əsassız qərar qəbul etməsini idd ia edərək hesab etmişdir ki, məhkəmələr cəza təyini məsələsini həll edərkən Məhkum aşkar edilərək götürülmüş heroinin çəkisinin 17.635.3 qram, metamfetaminin çəkisi 2,805,7 qram, həşiş qətranının çəkisinin 11.201,7 qram, tiryəkin çəkisinin 4.022,6 qram, qurudulmuş marixuananın çəkisinin 3.803.5 qram və metadonun təsir miqdarının 160,4 qram olmaqla bunların 6 növdə əldə edilməsini, onun tərəfindən bu cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində törətməsini, bu halların öz-özlüyündə təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, göstərilən narkotik vasitələrin və psixotrop maddənin həm şəxsi istehlak, həm də külli miqdarlarından dəfələrlə çox olmasını, onlardan istifadə edəcək böyük əksəriyyət i gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını nəzərə almamış, qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə əməl olunmamışdır. Şər olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı İ.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslan araq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifinin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qa ydada tədqiq etməmiş və onlara düzgün qiymət verməmiş, iş üzrə qəbul olunmuş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, sonuncu əsassız və qanunsuz olaraq CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilmiş, məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddələrlə isə ona açıq-aşkar yüngül cəza təyin olunmuşdur. Bununla da, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizli yi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarınının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən e dir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya in stansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyi şiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qə rarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normala rının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəy yən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizm lər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsi nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq proses sual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hü quqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olun masını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları b u Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdud laşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların kon stitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi m əqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bi r-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM- nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndiril məsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsa slı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şə rtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Mə hkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyan ın 63-cü maddəsininI-III hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi həmçinin onu da nəzərdə tutur ki, hər hansı şəxsə qarşı irəli sürülmüş ittiham araşdırılarkən onun bu ittiham üzrə cinayət əməlini törətməsi deyil, başqa, öz i ctimai təhlükəliliyinə görə daha yüngül cinayəti törətməsi müəyyən edildikdə (sübuta yetirildikdə), bu nəzərə alınmadan onun məhz elan olunmuş ittiham üzrə təqsirli bilinməsi yolverilməzdir və belə hallarda işə baxan məhkəmələr CPM-nin 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq əməlin cinayət qanunun Xüsusi hissəsinin ağır maddəsindən daha yüngül maddəsi ilə tövsif etmək, yaxud ittihamdan bu və ya digər müddəalarını və ya CM-nin hansısa maddələrini xaric etmək, habelə təqsirləndirilən şəxsə elan olunmuş ittiham üzrə qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsaslarla hissəvi bəraət vermək və bu kimi digər qərar qəbul etmək hüququna malikdirlər. Belə hökmlər çıxarılarkən və ya qərarlar qəbul edilərkən isə cinayət mühakimə icraatının prinsipləri və şərtləri, habelə təqsirkarın funda mental hüquqları, o cümlədən müdafiə hüququ pozulmamalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunl a müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını süb uta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının m üəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini və eyni zamanda prosessual qanunvericilinin də tələblərinə əməl olunubolunmasını yoxlamaq vəzifəsi düşür. Əvvəla kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi dövlət ittihamçısı İ.H.Əsədov Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yəni onun külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında olan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində külli miqdarda narkotik vasitə olan 17635,3 qram çəkidə heroini, külli miqdarda narkotik vasitə olan 11201,7 qram çəkidə həşiş qətranını, külli miqdarda narkotik vasitə olan 3803,5 çəkidə qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə olan 4022,6 qram çəkidə tiryəki, külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 160,4 qram təşkil edən 4010 ədəd həb metadonu və külli miqdarda psixotrop maddə olan 2805,7 qram çəkidə metamfetamini satış məqsədi ilə əldə edib, saxlayıb daşımasını mübahisələndirmir, buna görə məhkəmə kollegiyası da bu halları və məhkumun təsvir edilən əməli törətməsini təsdiq edən sübutları hazırki qərarında təftiş etməyə ehtiyac görmür və hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı irəli sürülmüş ittihamın bu hissəsi üzrə, yəni onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, hər hansı qanun pozuntu suna yol verilmədən əldə edilmiş sübutlar ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, onlar CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum külli miqdarlarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməli törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qeyd olunan məsələ ilə əlaqədar gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan göstərilən nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bununla belə, Məhkum CM-nin 32.5, 206.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə əsassız olaraq bəraət verilməsi və ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə açıq-aşkar yüngül cəzanın təyin edilməsinə dair kassasiya protestində istinad olunan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına əsasən, dövlət ittihamçısının razılaşmadığı bu məsələlər üzrə də nəticələrə gələrkən məhkəmələr CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara, yəni Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı şahidlərin ifa dələrinə, telefon danışıqlarının və yazışmalarının aparılması barədə məlumatlara və sübut əhəmiyyətli sənədlərə əsaslanmışlar. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən bu sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və məhkəmələr də məhz ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş bu sübutları tədqiq etmiş, ən əsası isə qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrini qoymuş, onun məhkəmə iclasında verdiyi ifadələrini isə özünü müdafiə xarakterli və məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişlər. Bu baxımdan məhkəmə kollegiyası məhkəmələrin yekun aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi barədə dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin dəlillərini tamamilə əsassız hesab edir və belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək protestin bu dəlillərini qəbul edilməz sayır. Məhkum CM-nin 32.5, 206.2-ci maddəsi əsassız olaraq bəraət verilməsi və ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə açıq-aşkar yüngül cəzanın təyin edilməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası Məhkum həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də onun ibtidai araşdırma zamanı verdiyi ifadələrinə, bu ifadələrlə bağlı toplanmış və araşdırılmış bəzi sübutlara, cinayət qanunvericiliyinin tələblərinə, habelə kassasiya protestində də istinad olunan “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarına müraciət etməyi zəruri bilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham təqsirli bilməyərək, lakin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, 2016-2017-ci illərdə İİR-na atasını müalicə məqsədilə həkimə aparıb gətirərkən orada X adlı taksi sürücüsü ilə tanış olmuş, s onradan pandemiya vaxtı atasını İrana apara bilməmiş və buna görə də Xlə əlaqələri kəsilmişdir. Təxminən yeddi ay bundan əvvəl X ona zəng vurub onunla söhbət edərkən balaca bir sellofanda narkotik olmasını bildirib həmin torbanı Ərçivan qəsəbəsindən götürərək dediyi yerə aparmasını təklif etmiş, bunun müqabilində isə ona pul verəcəyini vəd etmiş, lakin o, Xə qorxduğunu bildirərək bu təkliflə razılaşmamışdır. 04 dekabr 2022-ci il tarixdə X ona 3-4 dəfə zəng etmiş, dost olduqlarını, ona İranda kömək etdiyini yadına salaraq yenə də eyni təkliflə və vədlə ona müraciət etmiş, lakin həmin vaxt da o, Xin təklifi ilə razılaşmayaraq telefonunu söndürmüşdür. 04 dekabr 2022-ci il tarixdə saat axşam 21:00 radələrində X onunla növbəti dəfə əlaqə saxlayaraq öz təklifini təkrarlamış, bu dəfə o, Xə kömək etmək məqsədilə onun etdiyi təkliflə razılaşmış, bu haqda ona bildirdikdən sonra isə X narkotik vasitələr olan bağlamanın Ərçivan qəsəbəsinin ərazisində olan yanacaqdoldurma məntəqəsinin yanında ona gətirilib veriləcəyini, bunun üçün ora getmək lazım olduğunu, bağlamanı götürüb özündə saxlamasını, sonra onun deyəcəyi yerə aparmaq lazım olduğunu demişdir. Buna görə o, həmin tarixdə saat 21.00-dan sonra Xin dediyi yerə getmiş, maşını orada saxlamış, lakin avtomaşından düşməyə qorxmuşdur. Bu zaman X ona zəng edib yanacaqdoldurma məntəqəsinin içərisinə getməyi və bağlamanı oraya gətirəcək şəxsdən götürməyi təklif etmiş, o, da avtomaşından düşüb, ətrafa baxdıqda orada hər hansı şəxsin olmasını görməmişdir. O, bir qədər irəliyə getdikdə, qarşıdan ona tərəf hərbçilər yaxınlaşaraq onu tutub yerə y ıxmış, əllərini və gözlərini bağlamış, daha sonra “UAZ” markalı avtomaşında 3 ədəd kisə gətirilib onun qarşısına qoyulmuş və ona məhz həmin kisələri götürməkdən ötrü gəldiyi bildirilmişdir. Lakin o, özü həmin kisələrdə hansı növdə və miqdarlarda narkotik vasitələrin və psixotrop maddənin olmasını bilməmiş və onları özü ilə götürüb idarə etdiyi avtomaşına tərəf aparmamışdır. Məhkum bu ifadələrini inandırıcı hesab etməyən birinci instansiya məhkəməsi CPM-nin 327.1.3-cü maddəsinin tələblərinə əsaslanaraq onun heç bir təsir və təzyiq göstərilmədən, müdafiəçinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi ifadələrini elan edərək onları tədqiq etmiş, çıxardığı hökmdə isə məhz həmin ifadələri mötəbər sübut kimi qiymətləndirərək iş üzrə gəldiyi nəticələri həmin ifadələr üzərində qurmuşdur. Cinay ət təqibinin həmin mərhələsində isə Məhkum göstərmişdir ki, 04 dekabr 2021ci il tarixdə saat 15 radələrində tanışı, İİR-nın vətəndaşı X adlı şəxs öz mobil nömrəsindən “Whatsapp” tətbiqi vasitəsilə zəng vuraraq Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yanına getməyi, orada bir nəfərin ona içərisində narkotik vasitə olan bağlama gətirib ona verəcəyini deyərək həmin bağlamanı götürüb özündə saxlamasını, sonra isə dediyi ünvana çatdırmasını təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. Həmin tarixdə saat 21 radələrində o, özünə məxsus “Ford” markalı **-BF-*** dövlət nömrə nişanlı avatomaşınla Xin dediyi yerə getmiş, oraya çatdıqda Xə zəng edib orada olduğunu bildirmiş, sonuncu isə dediyi adamın gələ bilmədiyini bildirərək içərisində narkotik vasi tələr olan çantanı yanacaq doldurma məntəqəsinin arxasından götürüb avtomobilinə qoymasını xahiş etmiş, bundan sonra o, avtomaşından düşmüş və yanacaq doldurma məntəqəsinin arxa hissəsinə keçərək oradan 03 ədəd bağlamanı götürüb oradan uzaqlaşarkən saxlanılmışdır. İbtidai araşdırma zamanı əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmiş Məhkum istifadə etdiyi mobil telefonda olan məlumatlardan və həmin məlumatlara baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 04 dekabr 2022-ci il tarixdə saat 13:40-dan 23:20-dək Məhkum istifadəsində olan mobil telefonun “Whatsapp” əlaqə sistemi proqramında İran İslam Respublikası operatoruna məxsus “+98 *** *** ** **” nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı səs ismarıcları və zənglər aşkar olunmuşdur: Məh kum saat 21.28-də İran mobil operatorun abonentinə “Götürdüm, narahat olma” səs yazısını, sonuncu saat 22.4.1-də “+98 *** *** ** **” nömrədən “Bir dənə vaxt oldu mənimlə danış” səs yazısını, saat 23.20-də isə “Qardaşım, bir dənə xəbər ver da mənə, xəbər ver sonra danışarıq” səs yazısını göndərmişdir. Bundan başqa, 04 dekabr 2022-ci il tarixdə Məhkum istifadəsində olan mobil telefonun whatsapp proqramında İran İslam Respublikası telefon operatoruna məxsus -“+98 *** *** ** **” nömrə ilə saat 21:19-da 52 saniyə, saat 21:13-də 14 saniyə, telefon danışıqları olmuşdur. Əvvəla Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrin məzmunundan və təsvir edilmiş telefon danışıqlarının aparılması haqqında məlumatlardan hazırki işin predmeti olan narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılıq y olu ilə İİR-dan Azərbaycan Respublikasının ərazisinə keçiriləcəyi, onların Məhkum tərəfindən qəbul ediləcəyi, sonuncunun qaçaqmalçılıq cinayəti törətməzdən əvvəl bunu vəd etməsi, yəni qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi barədə sonuncunun “X” adlı İİR-nın vətəndaşı ilə razılığa gəlməsi müəyyən edilmir və bu hallara dair ibtidai araşdırma zamanı başqa mötəbər sübutlar da əldə edilməmiş, belə sübutlar isə cinayət təqibini aparan orqan və məhkəmələrdə dövlət ittihamını müdafiə etmiş prokurorlar, o cümlədən kassasiya protestinin müəllifi məhkəmələrə təqdim etməmiş və məhkəmələr də belə sübutları araşdırmamışlar. Əksinə, araşdırılmış sübutlardan görünür ki, şəxsiyyəti istintaqla müəyyən edilməmiş, buna görə də cinayət məsuliyyətindən kənarda qalmış İİR-nın və təndaşı olan “X” adlı şəxs narkotik vasitələrin və psixotrop maddənin artıq naməlum üsulla (gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizlətməklə) və naməlum şəxs və ya şəxslər tərəfindən keçirilərək onların Astara rayonunun Ərçivan kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində gizlədildikdən sonra bu haqda Məhkum məlumat vermiş və həmin əşyaları götürüb özündə saxlamasını təklif etmiş, onların kim və ya kimlər tərəfindən keçirilməsi barədə ona heç bir məlumat verməmiş, hətta narkotik vasitələrin və psixotrop maddənin həqiqətən İİR-dan və ya başqa ölkədən Azərbaycan Respublikasının ərazisinə gətirilməsi də dəqiq müəyyən edilməmiş, bu hallara həm də kassasiya protestində istinad edilən əməliyyat tapşırığına cavabda da aydınlıq gətirilməmiş, digər tərəfdən isə həmin c avabda göstərilən halları təsdiq edən hansısa mötəbər sübutlara istinad edilməmişdir. İşin müəyyən edilmiş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası Məhkum narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığının törədilməsində köməkçi qismində iştirak etməsi, onun bu cinayətin törədilməsi barədə əvvəlcədən məlumatı olması və məhz bu cinayət törədilməzdən əvvəl Azərbaycan Respublikasının ərazisinə keçiriləcək əşyaları qəbul etmək barədə vəd verməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmamış və məhkəmələr də haqla olaraq məhkum olunmuş şəxsin CM-nin 32.5, 206.2ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni nəticəyə gəlmiş, öz nəticələrini qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmış və məhkəmə kollegiyasının qənaətinə görə, bu nəticə həm cinayət qanunvericiliyinin aşağıdakı tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə uyğun olmuşdur. Bele ki, CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin qaçaqmalçılığına, CM -nin 206.3.2ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 32.5 və 206.2-ci maddələrinin dispozitiv əlamətlərini müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri icra etməsə də, yəni həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfdən isə bu əməl başqa şəxs tərəfindən törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmin maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri və psixotrop maddələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azə rbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-nin 32.5 və 206.2-ci maddələri ilə tövsif edilməlidir. Məhkum hərəkətlərini xarakterizə edən hallar ondan ibarətdir ki, o, hazırki cinayət işinin predmeti olan narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə kömək etməmiş, yəni istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiriləcək narkotik vasitə və psixotrop maddəni qəbul etmək barədə İİR-nın vətəndaşı ilə əvvəlcədən razılaşmamış və yalnız narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılığı naməlum şəxs və ya şəxslər tərəfindən törədildikdən sonra onların Azərbaycan Respublikasının ərazisində olması ona məlum olmuş və məhz bundan sonra o, həmin əşyaları qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət başında yaxalanmışdır. İşin bu hallarına başqa cür qiymət verilməsinə əsas görməyən məhkəmə kollegiyası Məhkum narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı ilə bağlı cinayət əməli törətməsi barədə kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin onun təhlil olunan cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə gəldikləri nəticə və bu nəticəyə əsasən ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslıdır, digər tərəfdən isə belə nəticə “Qaçaqmalçılıq işləri üzrə məhkəmə tə crübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, göstərilən Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesa b edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 2 06.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. O, ki qaldı pul vəsaiti ilə dəyəri külli miqdar təşkil edən narkotik vasitələrin və psixotrop maddənin Məhkum əvvəlcədən razılığı alınmadan Azərbaycan Respublikasının ərazisinə gətirilməsinin mümkünsüzlüyü, belə olan təqdirdə onların başqa şəxslər tərəfindən ələ keçirilə bilmələri barədə kassasiya protestinin dəlillərinə, məhkəmə kollegiyası bu dəlilləri də yalnız ehtimal xarakterli dəlillər kimi qiymətləndirir, onların hansısa mötəbər sübutlara əsaslanmamasını qeyd edir, digər tərəfdən isə vurğulamağı lazım bilir ki, hazırki iş üzrə maddi sübut kimi tanınmış əşyalar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirildikdən sonra onların üzərində və Məhkum hərəkətlərinə cinayətkar qrupun üzvləri tərəfindən hər hansı üsulla nəzarətin həyata keçirilməsi mümkünlüyü ibtidai araşdırma zamanı yoxlanılmamış və bu istiqamətlərdə də heç bir sübut əldə edilməmişdir. Halbuki, elə kassasiya protestində göstərilən hala (narkotik vasitələrin və psixotrop maddənin dəyərinin pul vəsaiti ilə külli miqdar təşkil etməsi halına) görə, belə nəzarətin həyata keçirilməsi də istisna olunmamış və təsadüfi deyil ki, Məhkum məhkəmədə verdiyi ifadələrində qeyd etmişdir ki, o, sərhədçilər tərəfindən saxlanılarkən yanacaqdoldurma məntəqəsinin yerləşdiyi əraziyə bir avtomaşın yaxınlaşmış və tez bir müddətdə oradan uzaqlaşıb naməlum istiqamətdə getmişdir. Hətta o, hərbi qulluqçulardan bu avtomaşın barədə soruşduqda sonuncular həmin avtomaşının da narkotik vasitələri və psixotrop maddəni götürmək üçün gəlməsini, lakin onun bundan əvvəl gəldiyinə görə tutulmasını bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma zamanı yoxlanılmamış bu hal, həm də İİR-nın mobil operatoruna məxsus olan telefon nömrəsindən Məhkum istifadəsində olan telefon nömrəsinə saat 23.20-dən sonra telefon zənglərinin edilməməsi və ismarıcların göndərilməməsi yuxarıda göstərilən nəzarətin edilməsi mümkünlüyü barədə qənaəti daha da gücləndirir. Məhkum CM-nin 23 4.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül olması ilə bağlı kassasiya protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, həmin maddələrin sanksiyasın beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin bu hissədə də razılaşdığı birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum, kassasiya protestində göstərildiyi kimi, aşağı həddə deyil, maddənin sanksiyasında müəyyən edilmiş cəzanın yuxarı həddinə yaxın cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilm iş cinayət hüquqi tədbirin açıq-aşkar yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən bi ri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidirlər (CPM-nin 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini, onun ailə vəziyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konk ret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda, habelə bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edildikdə məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bütün təsvir edilənlər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında sərgilədiyi hüquqi mövqedən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cə za və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkd ə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 6 1.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönl ü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirə n halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlük əli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, c inayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbu l edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağı rlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, i nsan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən bu məsələyə məhz CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından yanaşmışlar və məhkəmə kollegiyası da məhkəmələrin gəldikləri nəticənin araşdırılmış sübutlarla təkzib edilməməsini, bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanın məqsədlərinə nail olmaq mümkünlüyünü nəzərə alaraq həmin nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr təhlil edilən məsələni həll edərkən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı həmçinin toplanmış və araşdırılmış sübutlarla təsdiq olunan halları – onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri müsbət cəhədən xasiyyətləndirilməsini, himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal), habelə CM-nin 61.1-ci maddəsində sadalanmış cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini də kifayət qədər nəzərə almış və ona bütün bü halların məcmusuna uyğun olaraq kifayət qədər qanuni və ədalətli cəza təyin edilmişdir. Həmin cəzanın məhkumun təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş cəzanın yuxarı həddinə yaxın olmasını nəzərə alaraq məhkəmə kollegiyası Məhkum barəsində tətbiq edilmiş cinayət-hüquqi xarakterli tədbirin açıq-aşkar yüngül hesab edilməsi üçün heç bir əsas görmür və buna görə də kassasiya protestinin digər dəlilləri ilə kimi bu məsələyə həsr olunmuş dəlillərlə də razılaşmayaraq onları da qəbul edilməz sayır, buna görə ümumilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş hər han sı pozuntuya yol verilməməsini qeyd edərək kassasiya protestinin təmin edilməsini, hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023cü il tarixli qərarının isə ləğv edilməsini mümkün bilmir. Beləliklə, təsvir olunanlardan çıxış edib kassasiya protestinin dəlillərini cinayət işinin materialları və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə təhlil edən məhkəmə kollegiyası həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə və ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə və ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-802/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-802/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver