Məhkəmə qərarları › İş №1(102)-802/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-802/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-802/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlunun iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Mə hkəməsinin 2 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 205-1 və 213-1.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) Məhkum, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünva nda yaşamış, CM-in 205-1 və 213-1.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 205-1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 213-1.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirilməmək vəzifəsinin qoyulması, cəzasının əvvəlinin isə müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması qə rara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə saxta aksiz markası ilə markalanmış BF seriyalı, 3987622, ******* nömrəli 2 ədəd 0.5 litr həcmli “Viski Jameson”; BF seriyalı, 4034212, ******* nömrəli 2 ədəd 0.7 litr həcmli “Viski Jameson”; BF seriyalı, 3987970, 3988018, ******* nömrəli 3 ədəd 1 litr həcmli “Viski Jameson”; BF seriyalı, 3987730, 4026309, 3987724, ******* nömrəli 4 ədəd 0.5 litr həcmli “Viski Jack Daniels”; BF seriyalı, 3985026, 3984984, 3985002, ******* nömrəli 4 ədəd 0.7 litr həcmli “Viski Jack Daniels”; BF seriyalı, 3969461, 3969437, ******* nömrəli 3 ədəd 0.5 litr həcmli “Viski Çivas Regal-18”; BF seriyalı, 3969449, ******* nömrəli 2 ədəd 0.7 litr həcmli “Viski Çivas Regal-18”; BF seriyalı, *** **** nömrəli 1 ədəd 1 litr həcmli “Viski Çivas Regal-18"; BF seriyalı, 5014560, 5014548, ******* nömrəli 3 ədəd 1 litr həcmli “Viski Jack Daniels Floney”; BF seriyalı, ******* nömrəli 1 ədəd 1 litr həcmli “Viski Jack Daniels Apple”; BF seriyalı, ******* nömrəli 1 ədəd 0.5 litr həcmli “Viski Çivas Regal- 12”; BF seriyalı, 4026207, 4026219, 4026267, ******* nömrəli 4 ədəd 0.7 litr həcmli “Viski Çivas Regal-12”; BF seriyalı, 4006578, 3984912, 3984804, ******* nömrəli 4 ədəd 1 litr həcmli “Viski Çivas Regal-12”; BF seriyalı, 3988006, 3988012, 3988000, ******* nömrəli 4 ədəd 0.5 litr həcmli “Tekila Olmeqa”; BF seriyalı, 4026429, 4026375, 4026453, ******* nömrəli 4 ədəd 0.5 litr həcmli “Araq Absolyut”; BF seriyalı, 4026387, 3969209, 4026441, ******* nömrəli 4 ədəd 0.7 litr həcmli “Araq Absolyut”; BU seriyalı, 3435419, 3435560, 3435558, 3435409, ******* nömrəli 5 ədəd 0.7 litr həcmli “Araq Absolyut”; BU seriyalı, 3435427, 3435439, 3435422, 3435424, 3435423, ******* nömrəli 6 ədəd 1 litr həcmli “Araq Absolyut” markalı, cəmi 57 ədəd alkoqollu içkiləri əldə etməklə ünvan 3 ünvanda yerləşən zirzəmidə 19 yanvar 2023-cü il tarixədək saxlamışdır. Bundan başqa, Məhkum ünvan 4 ünvanında yerləşən “STAR MARKET” adlı mağazada istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə etdiyi Almanya istehsalı olan, 1 qutusunun dəyəri 4,0 manat olan 1648 manat dəyərində 412 qutu “Winston XS”, Rumıniya istehsalı olan, 1 qutusunun dəyəri 4,0 manat olan 1384 manat dəyərində 346 qutu “Nanotek İnfina Kent”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 1515 manat dəyərində 202 qu tu “Marlboro flip-top”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 1425 manat dəyərində 190 qutu “Marlboro Gold Edge”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 150 manat dəyərində 20 qutu “Marlboro micro less smell”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 45 manat dəyərində 6 qutu “Marlboro Touch less smell”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 37.5 manat dəyərində 5 qutu “Marlboro gold touch”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 75 manat dəyərində 10 qutu “Marlboro Double fusion”, Birləşmiş Ərəb Əmirliyi istehsalı olan, 1 qutusunun dəyəri 6,50 manat olan 32,5 manat dəyərində 5 qutu “Marlboro flavor code”, Birləşmiş Ərəb Əmirliyi istehsalı olan, 1 qutusunun dəyəri 6,50 manat olan 149.5 manat dəyərində 23 qutu “Marlboro Gold”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 112.5 manat dəyərində 15 qutu “Marlboro Touch”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 37.5 manat dəyərində 5 qutu “Marlboro White”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 225 manat dəyərində 30 qutu “Marlboro Touch one”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 397.5 manat dəyərində 53 qutu “Marlboro Touch”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 210 manat dəyərində 28 qutu “Marlboro gold”, Rusiya istehsalı olan, 1 qutusunun dəyəri 5 manat olan 40 manat dəyərində 8 qutu “Sobranıe London/Sınce”, Dominikan istehsalı olan, 1 qutusunun dəyəri 8 manat olan 40 manat dəyərində 5 qutu “Captain Black”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 2475 manat dəyərində 330 qutu “Marlboro Gold Original”, Almanya istehsalı olan, 1 qutusunun dəyəri 4,0 manat olan 960 manat dəyərində 240 qutu “Winston XS”, Rumıniya istehsalı olan, 1 qutusunun dəyəri 4,0 manat olan 548 manat dəyərində 137 qutu “Nanotek İnfina Kent”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 112,5 manat dəyərində 15 qutu “Parliament Aqua Blue”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 67.5 manat dəyərində 9 qutu “Parliament Silver Blue”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 60 manat dəyərində 8 qutu “Parliament Aqua Blue" markalı filterli siqaret olmaqla cəmi 11747.0 manat dəyərində 2102 qutu, bundan başqa Məhkum ünvan 5 ünvanında yerləşən “ULDUZ MARKET” mağazada istintaqa məlum ol mayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə etdiyi Rusiya istehsalı olan 1 qutusunun dəyəri 4.50 manat olan 22,50 manat dəyərində 5 qutu “Sobranie London/Since”, Almanya istehsalı olan 1 qutusunun dəyəri 4,0 manat olan 72,0 manat dəyərində 18 qutu “Winston XS”, Rumıniya istehsalı olan 1 qutusunun dəyəri 4,0 manat olan 176,0 manat dəyərində 44 qutu “Kent Nanotek İnfina”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 570,0 manat dəyərində 76 qutu “Marlboro Gold Edge”, Rumıniya istehsalı olan 1 qutusunun dəyəri 4.0 manat olan 44,0 manat dəyərində 11 qutu “Kent Nanotek 2.0”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 52,50 manat dəyərində 7 qutu “Parliament Silver Blue”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 30,0 manat dəyərində 4 qutu “Marlbo ro white”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 37,50 manat dəyərində 5 qutu “Marlboro touch one”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 37,50 manat dəyərində 5 qutu “Marlboro double fusion”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 52,50 manat dəyərində 7 qutu “Marlboro Gold”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 37,50 manat dəyərində 5 qutu “Marlboro touch less smell”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 30,0 manat dəyərində 4 qutu “Marlboro Touch boz”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 22,50 manat dəyərində 3 qutu “Marlboro gold touch”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 15,0 manat dəyərində 2 qutu “Marlboro”, İsveçrə istehsalı olan 1 qutusu nun dəyəri 7,0 manat olan 154,0 manat dəyərində 22 qutu “Heets”, İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 6,50 manat olan 19,50 manat dəyərində 3 qutu “Marlboro flavor code” və İsveçrə istehsalı olan 1 qutusunun dəyəri 7,50 manat olan 7,50 manat dəyərində 1 qutu “Marlboro Gold original” markalı filterli siqaret olmaqla cəmi 1380,50 manat dəyərində 222 qutu, bundan başqa Məhkum Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7C ünvanında yerləşən “SAHİL MARKET” mağazada istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə etdiyi Almaniya istehsalı olan, 1 qutusunun dəyəri 4,0 manat olan 504,0 manat dəyərində 126 qutu “Winston XS silver”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 5137,50 manat dəyərində 685 qutu “Gold Marlboro Edge”, İsveçrə istehsalı olan, 1 qut usunun dəyəri 7,50 manat olan 3735,0 manat dəyərində 498 qutu “Gold Marlboro”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 150,0 manat dəyərində 20 qutu “Parliament Aqua Blue”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7.50 manat olan 30,0 manat dəyərində 4 qutu “Parliament Aqua Nano”, Rumıniya istehsalı olan, 1 qutusunun dəyəri 4,0 manat olan 184,0 manat dəyərində 46 qutu “Nano İnfina Kent”, Rumıniya istehsalı olan, 1 qutusunun dəyəri 4,0 manat olan 16,0 manat dəyərində 4 qutu “Nanotek 2.0 KENT”, Rusiya istehsalı olan, 1 qutusunun dəyəri 5,0 manat olan 50,0 manat dəyərində 10 qutu “Sobrahie London/Singe”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 82,50 manat dəyərində 11 qutu “Gold Marlboro Original”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat o lan 37,50 manat dəyərində 5 qutu “Marlboro gold”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 60,0 manat dəyərində 8 qutu “Marlboro touch gray less smell”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 90,0 manat dəyərində 12 qutu “Marlboro”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 52,50 manat dəyərində 7 qutu “Marlboro white”, İsveçrə istehsalı olan, 1 qutusunun dəyəri 7,50 manat olan 60,0 manat dəyərində 8 qutu “Marlboro double fusion”, Birləşmiş Ərəb Əmirliyi istehsalı olan, 1 qutusunun dəyəri 6,50 manat olan 13,0 manat dəyərində 2 qutu “Marlboro flavor code”, Gürcüstan istehsalı olan, 1 qutusunun dəyəri 6,50 manat olan 39,0 manat dəyərində 6 qutu “Marlboro micro less smell” markalı filterli siqaret olmaqla cəmi 10241.0 manat dəyərində 14 52 qutu, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə, 3776 qutu yəni külli miqdar təşkil edən 23368,50 manat dəyərində aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan xx.xx.2023-cü il tarixədək qeyd olunan ünvanlarda yerləşən mağazalarda satış məqsədi ilə saxlamış, həmin tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış alkoqollu içki məhsulları aşkar olunaraq götürülmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Şahmarov Müslüm Əsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 8 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, hökmdən Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq eilməsinə dair müddəalar xaric edilmiş, ona əlavə cəza qismində 1 (bir) il müddətə tütün məmulatlarının və alkoqollu içki məhsullarının satışı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin olunmuş, ona əsas cəza kimi təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanı lmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi H.Z.Ələsgərov kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən mü dafiəçi H.Z.Ələsgərov həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs ibtidai istintaqın əvvəllərindən səmimi ifadələr verməklə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasında istintaq orqanı ilə yaxından əməkdaşlıq etmiş, həmçinin birinci instansiya məhkəməsində aparılan icraat zamanı da verdiyi sərbəst ifadələrində ona elan edilmiş ittihamın mahiyyəti üzrə təqsirini etiraf etmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Dövlət ittihamçısı tərəfindən birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protestinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətlər daxilində apellyasiya protesti verilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli hökmün 22 may 2024-cü il tarixdə qanuni qüvvəyə minməsinə baxmayaraq, dövl ət ittihamçısı tərəfindən buraxılmış müddətin bərpası haqqında vəsatət və apellyasiya protesti 3 iyun 2024-cü il tarixdə verilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Məhkum və müdafiəçisinin iştirakları təmin edilmədən buraxılmış müddətin bərpası haqqında vəsatət təmin edilərək apellyasiya protesti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Məhkum 3 iyul 2017-ci il tarixdən 10 yanvar 2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və öz borcunu vicdanla yerinə yetirdikdən sonra fərdi sahibkarlıq fəaliyyəti məşğul olmuş, əvvəllər isə qanuna zidd heç bir əməl törətməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyiş dirərkən öz qərarında hər hansı bir tutarlı əsas göstərə bilməmiş, faktiki olaraq apellyasiya protestinin mətni əsasında əsassız olaraq Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi haqqında müddəaları hökmdən xaric etməklə ədalətsizliyə və qeyri-humanistliyə yol vermişdir, lakin gəldiyi nəticəni kifayət qədər və aydın şəkildə əsaslandırmamışdır. Məhkəmə kassasiya qaydasında mübahisələndirən qərarı qəbul edərkən həmçinin nəzərə almamışdır ki, Məhkum Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən hərbi əməliyyatlarda iştirak edərək yaralanmış, yaralandıqdan bu günə qədər hələ də hər iki əlləri titrəyir, təkbaşına özünə xidmət imkanından məhrumdur, yaşayış yerindən müsbət xarakterizə olunur, törətdiyi əməldən peşman olduğunu bildirmişdir, iş üzrə faktiki olaraq ma ddi zərər isə yoxdur, həmçinin iş üzrə cəzanı yüngülləşdirən başqa hallar da müəyyən edilmişdir. Bundan başqa, müdafiəçi H.Z.Ələsgərov kassasiya şikayətində vurğulamışdır ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən hüquqlarını müdafiə etdiyi şəxsin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququ pozulmuş və onun barəsində tətbiq edilmiş şərti məhkum etmə qanunsuz və əsassız olaraq ləğv edilmişdir. Şərh edilənləri nəzərə alaraq müdafiəçi H.Z.Ələsgərov kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına ba xmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, məhkumun digər müdafiəçisi H.Z.Ələsgərov məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun digər müdafiəçisi H.Z.Ələsgərovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırı lmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi H.Z.Ələsgərovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi onun müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələb irəli sürmüş və bu tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məh kəmə kollegiyası müdafiəçi H.Z.Ələsgərovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə bir inci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar ə sasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin məzmununa görə, Məhkum müdafiəçisi H.Z.Ələsgərov həmin şikayətində iş üzrə sübutların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini, bu əməllərin hüquqi tövsifini mübahisələndirilmir və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cəza təyini ilə bağlı qeyri-humanist və ədalətsiz qərarın qəbul edilməsini iddia edir.. Kassasiya şikayətinə baxılması ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum verdi yi etirafedici ifadələri ilə yanaşı, çoxsaylı şahidlərin ifadələrinə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollara, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin tam sübuta yetirilməsi və onun həmin əməllərinin CM-in 205-1 və 213-1.2.1-ci maddələri ilə tövsif edilməsi barədə əsaslı və qanuni nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də Məhkum təqsirliliyi və onun əməllərinin hüquqi tövsifi bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, həmin nəticə isə istər a pellyasiya, istərsə də kassasiya qaydasında cinayət prosesinin iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələlərə dair məhkəmələrin gəldikləri nəticələri düzgün hesab edir, bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas görmür və eyni zamanda qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən əhəmiyyətli sübutların tədqiqindən imtina etməmiş, müdafiə tərəfi də ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan başqa digər, özünün təqdim etdiyi sübutların araşdırılması barədə vəsatətlərlə məhkəmələrə müraciət etməmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar kassasiya tələbinə cavab olaraq ilk növbədə qeyd edir ki, məhkum olunmuş ş əxsin təqsirli bilindiyi CM-in 205-1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 213-1.2.1-ci maddəsinin sanksiyasında isə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, həmin cinayətlər də CM-in 15.3-cü maddəsinin tələbinə görə az ağır cinayətlər kateqoriyasına aiddirlər. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələ ndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymə tləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və ci nayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi nin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrind ə nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanun u ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. CPM-in 349.5-ci maddəs inin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə isə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların m əcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instans iyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikas ı CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunverici liyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə d urmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq e dilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti var dır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkar ın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstə rilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində və CPM-in 14.1-ci maddəsində də nəzərdə tutulmuş və qanunvericiliyin tələblərinə, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, məhkəmələr bu hüququn təmin edilib-edilməməsi məsələsini nəinki təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi, həm də onun barəsində ittiham hökmü çıxararkən müzakirə etməli və bütün halları nəzərə almaqla qanuni və ədalətli nəticəyə gəlməlidirlər. Çünki, CPM-in 12.1-ci maddəsi də tələb edir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu zaman məhkəmələrin cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə də əməl etmələri xüsusi əhəmiyyət kəsb edir. Əvvəla məhkəmə kollegiyası iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi çıxardığı 2 may 2024-cü il tarixli hökmdə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən sonuncunun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onun əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşman ol masını, təqsirini etiraf etməsini, gənc olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə maddi sübutların ümumilikdə 3530 qutu tütün məmulatlarının və 57 ədəd alkoqollu içkilərin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarının saxlancında olduğunu və dövlət nəfinə alınacağını, CM-in 205-1-ci maddəsinin sanksiyasında digər alternativ cəzaların nəzərdə tutulmasını, habelə Məhkum cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsini əsas götürərək CM-in 70-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunan cəzanın şərti olaraq tətbiq edilməsini mümkün bilmiş, lakin 2 may 2024-cü il tarixli hökmdən verilmiş apellyasiya protestinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmayaraq və apellyasiya protestinin dəlillərinə əs aslanaraq Məhkum CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanı real olaraq çəkməli olmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə təsdiq olunmuş sübutların məzmunundan və cinayət qanunvericiliyi normalarının tələblərindən çıxış edərək hesab edir ki, təhlil edilən sübutlar hazırki iş üzrə CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir və Məhkum barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirilərkən, yəni kassasiya şikayətində irəli sürülmüş tələbə cavab verilərkən bu hallar digər hallarla birlikdə məcmu şəklində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası CM-in 58.3 və 59.2-ci maddələrinin tələblə rindən çıxış edərək Məhkum şəxsiyyətini səciyyələndirən halları da cəzanı yüngülləşdirən hallar kimi hesab edilməsini mümkün bilir və həm özünün, həm də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, həmçinin Məhkum cəmiyyətdən təcrid olunmadan islah oluna biləcəyi mümkünlüyünü, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, müdafiəçi H.Z.Ələsgərovun kassasiya şikayətinin qismən təmin edilməsini və CM-in 70-ci maddəsinə əsasən Məhkum cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi mümkünlüyü barədə qənaətə gəlir. Bu qənaətə gələrkən isə məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına, bu halların arxasında duran təkzib e dilməz sübutlara, habelə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayə tin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırıl ması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya c əzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasla rı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüs usi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sına q müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni, bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəməl ərin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunvericilik, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi təsbit edilmiş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CMin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab etməklə yanaşı onu da nəzərə alır ki, CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-in 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-in 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məm uru həyata keçirir. CPM-in 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 2 (iki) il sınaq müddətinin müəyyən edilməsini, onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını və davranışı üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsini zəruri bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alıb kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Ə.H.Mehtiyevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi H.Z.Ələsgərovun kassasiya şikayəti qismən təmin edilməli və Məhkum CM-in 66.2-ci maddəsinin tələbinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, buna görə o, dərhal cəzaçəkmə müəssisəsindən azad olunmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdar əsinə həvalə edilməli, məhkum olunmuş şəxsin üzərinə isə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsi vəzifəsi qoyulmalı, bu əsaslarla da sonuncunun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1 və 213-1.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarı dəyişd irilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum həmin Məcəllənin 205-1 və 213-1.2.1-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar