Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-803/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlunun Məhkum və müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 20 18-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 258.3.2 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən), Hacıyev Asim Hacımirzə oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü ildə Hacıqabul rayonu, Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatdaolmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 258.3.2 və 315.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 2 (iki) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci il tarixdənhesablanması hökm edilmişdir. Həmin hökmlə İsrəfilov Elvin Tərxan oğluAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilətəqsirli bilinərək məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Novruzov Ələsgər Əli İskəndər oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) Məhkum və müdafiəçiləri Əzimov Əbdülhəsən Əliş oğlu və Əhmədova Ulduzə Mehdi qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayə tləri qisməntəmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(099)232/2018 nömrəli hökmü apelyasiya şikayətlərinə əsasən Məhkum aid hissədə dəyişdirilmiş, “Cinayətin odlu silahdan istifadə etməklə törədilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edilməsinə dair” müddəalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əsas cəzalar - Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təyin olunmuş 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 315.2ci maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə ovçuluq fəaliyyəti ilə məşğulolma hüququndan məhrumetmə əlavə cəzası əsas cəzaya tam birləşdirilməklə, Məhkum qəti olaraq 2 (iki) il müddətə ovçuluq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə, 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm apelyasiya şika yətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 258.3.2 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olub bir qrup şəxs halında lazımi icazə olmadan xüsusi mühafizə olunan qoruq ərazisi sayılan «Şirvan Milli Parkı»nda ovlanması tamamilə qadağan edilmiş, dəyəri 1.650 manat olan bir baş ceyranı qanunsuz ovlayıb təbiətə külli miqdarda ziyan vurmuş, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş, xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəx si qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, o, həmkəndilisi İsrəfilov Elvin Tərxan oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2018-ci il martın 30-da saat 20 radələrində 2013-cü ildən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın İİ nəşrinə daxil edilmiş və ovlanması tamamilə qadağan olunan ceyranı ovlamaq məqsədi ilə lazımi icazə olmadan Bakı şəhəri, Qaradağ rayonu, Salyan və Neftçala rayonları inzibati ərazilərinin 54373,5 hektarlıq sahəsində yaradılmış, xüsusi mühafizə olunan qoruq ərazisi sayılan «Şirvan Milli Parkı»nın Salyan rayonu ərazisində yerləşən hissəsinə daxil olaraq, orada özü ilə gətirdiyi və özünə məxsus olan, xx xxxxxx 2015-ci il tarixli 224 nömrəli şəhadətnamə əsasında istifadə etdiyi 12 kalibrli, “İJ-27” markalı, ********* nömrəli yiv siz odlu ov tüfəngi ilə saat 22 radələrində bir dəfə atəş açmaqla dəyəri 1.650 manat olan bir baş ceyranı qanunsuz ovlayıb təbiətə külli miqdarda ziyan vurmuş, Elvin İsrəfilovla birlikdə özləri ilə gətirdikləri bıçaqla ceyranın baş və ayaqlarını kəsdikləri zaman hakimiyyət nümayəndəsi hesab edilən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və Xüsusi Mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş Milli Parklar və Dövlət Təbii Qoruqlarında çalışan işçilərin hüquq və vəzifələrinə dair təlimata əsasən «Şirvan Milli Parkı»nın sahə müfəttişi vəzifəsində işləməklə üzərində nəzarət etdiyi ərazilərdə mühafizəni təşkil etmək, baş verə biləcək hər hansı qanun pozuntusunun qarşısın ı almaq məqsədi ilə profilaktik tədbirlər görmək, baş vermiş qanun pozuntusu faktlarını qanunamüvafiq qaydada rəsmiləşdirmək, xüsusi mühafizə olunan təbiət ərazisində və onun mühafizə zonasında mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırmaq, qanunvericiliyi pozmuş cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq və rəhbərinin göstərişi ilə onları hüquq-mühafizə orqanının sərəncamına vermək vəzifələri qoyulmuş Xalıqov İltifat Şirəli oğlu, «Şirvan Milli Parkı»nın mühafizə yegerləri vəzifəsində işləməklə üzərlərinə mühafizəsinə cavabdeh olduğu ərazidə gündəlik müşahidələr aparmaq, baş verə biləcək hər hansı qanun pozuntusunun qarşısının alınması məqsədi ilə tədbirlər görmək, baş vermiş qa nun pozuntularını aşkar etdiyi təqdirdə bu barədə dərhal sahə müfəttişinə məlumat vermək, xüsusi mühafizə olunan təbiət ərazilərində və onun mühafizə zonalarında mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fəaliyyətləri dayandırmaq, qanunvericiliyi pozmuş cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq vəzifələri qoyulmuş Zeynalov Bayram Hüseyn oğlu və Səmədov Fərhad Söhbət oğlunun onların cinayətkar əməllərinin qarşısını almaq məqsədi ilə yaxınlaşdıqlarını görərək, qanunsuz əməllərinə son qoymaları barədə tələblərinə məhəl qoymayıb, həmin tüfənglə onların istiqamətində nişan alıb təxminən 25-30 metr məsafədən bir dəfə atəş açaraq onlara qarşı xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətb iq etməklə müqavimət göstərmiş, bu zaman ilk olaraq qarşısına çıxan Bayram Zeynalova istiqamətləndirdiyi, ümumi təhlükəli üsulla, yəni onun yanında olan İltifat Xalıqovun və Fərhad Səmədovun həyatları üçün real təhlükə yaratmaqla qəsdən öldürmək məqsədi ilə açdığı həmin atəşin sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan qarın nahiyəsinə dəysə də, əynindəki gödəkçəni zədələməsinə baxmayaraq dəlib keçmədiyinə görə bədən səthinə xəsarət yetirmədiyindən öz iradəsindən asılı olmayan səbəbdən Bayram Zeynalovu xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən öldürmək niyyətini həyata keçirə bilməmiş, bundan sonra Elvin İsrəfilovla ayrı-ayrı istiqamətlərdə qaçaraq hadisə yerindən uzaqlaşmağa çalışmış, həmin vaxt Elvin İsrəfilov mühafizə yegerləri Bayram Zeynalov və Fə rhad Səmədov tərəfindən yaxalansa da, o, sahə müfəttişi İltifat Xalıqov tərəfindən təqib edildiyini görüb cinayətkar əməllərini davam etdirərək əlində olan tüfənglə nişan alıb xidməti vəzifələrinin icrası ilə əlaqədar onu qəsdən öldürmək məqsədi ilə təxminən 50-60 metr məsafədən atəş açaraq sonuncunun qarının ön səthinə, göbəkdən bir qədər aşağı qarın boşluğuna nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdiyinə görə İltifat Xalıqov təqibə davam etməyib qaranlıqda gözdən itdiyindən o, iradəsindən asılı olmayan səbəbdən İltifat Xalıqovu və Bayram Zeynalovu, yəni iki və daha çox şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar qəsdən öldürmək niyyətini başa çatdıra bilməyib hadisə yerindən uzaqlaşmışdır. Kassasiya şikayətlərin in dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkumun barəsində düzgün ittiham irəli sürülməmiş, məhkəmələr tərəfindən işin halları düzgün araşdırılmamışdır. Məhkum aid hissədə ona verilmiş ittiham üzrə əməlinin tövsifi qanunsuz və əsassızıdır. Məhkum heç kimi öldürmək niyyəti olmamışdır. O yalnız qorxutmaq məqsədi ilə bir dəfə atəş açıb qaçmışdır. Bundan başqa, Apelyasiya məhkəməsi cəza təyini zamanı da cinayətin odlu silahdan istifadə etməklə törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edilməsinə dair müddəanın hökmdə n xaric edilməsinə dair qərar qəbul etmiş olsa da,əslində cinayət işi materiallarıarasında olan Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olan yüngülləşdirici halları da formal olaraq qeyd etməklə nəzərə almamışdır. İş materialları və tədqiq olunmuş sənədlərdən göründüyü kimi məhkum edilmiş şəxs Məhkumluğu yoxdur, ilk dəfədir ki cinayət əməli törətmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş, əməlini qismən etiraf etmiş, yaşayış yeri üzrə müsbət xarakteriza edilmiş, zərəçəkmiş şəxslə barışmışdır,cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəmişdir və zərərçəkmiş şəxsin də ondan heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq ŞirvanApelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarınıMəhkum aid olan hissədə ləğv edərək, Məhkum əməlinin CM-nin 29,120.2.3,29,120.2.4,29,120.2.7-ci maddələrindən CM-nin 128-ci maddəsinə tövsif edilməsi, CM-nin 258.3.2-ci maddəsi ilə ona təyin edilmiş cəzanı sanksiyanın aşağı həddinədək endirilməsi,CM-nin 315.2-ci maddəsi ilə də ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəli r ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən məhkumun əməlinin Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 maddələri ilə düzgün tövsif edilməməsi və həmin məcəllənin 315.2-ci maddəsi ilə bəraət verilməsinə dair müddəalarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkumbarəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş,mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edi lərək əsaslı nəticəyə gəlinmişdir. Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 258.3.2 və 315.2-ci maddələrinin tərkib əlamətləri vardır. İbtidai istintaq orqanı tərəfindən Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 258.3.2 və 315.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Lakin, məhkəmə kollegiyası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə edilmiş son dəyişiklikləri nəzərə alaraq məhkumun barəsində olan məhkəmə aktlarında dəyişikliklər edilməsinə əsas olduğunu hesab edir. Belə ki, Məhkum ittiham irəli sürülərkən Azərbaycan Respublikası CM-nin 315.2-ci maddənin dispozisiyasında “Xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə” əməli təsbit edilmişdir. Həmin maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra həmin Məcəllənin 315-ci maddəsinin dispozisiyasında “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə” əməli təsbit edilmişdir və sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, məhkumun CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin məcəllənin 315-ci maddəsinə tövsi f edilməli və həmin maddə ilə ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 8-ci hissəsində təsbit olunmuşdur ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətləri n törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa əsasən Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edi lsin. Məhkum Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təyin edilmiş 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə ə sasənCinayət Məcəlləsinin 258.3.2-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə ovçuluq fəaliyyəti ilə məşğulolma hüququndan məhrumetmə əlavə cəzası əsas cəzaya tam birləşdirilməkləMəhkum qəti olaraq 2 (iki) il müddətə ovçuluq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə, 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-803/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-803/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver