Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-803/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-24/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti nə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və Məhkum cinayət məsuliyyətindən azad edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarından Zərərçəkmiş şəxs apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatət verm işdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 21 dekabr 2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında Zərərçəkmiş şəxs vəsatəti rədd edilmişdir.
5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 21 dekabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi müddətini bərpa etməklə apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-540/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 386 və 387-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün 20 gün vaxt təyin edilməklə, iş materialı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmış, Zərərçəkmiş şəxs ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-540/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi və apellyasiya şikay ətinə Bakı Apellyasiya Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1381/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Zərərçəkmiş şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, həmin məhkəmənin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarından buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs vəsatəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrə li, 21 dekabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş, apellyasiya şikayəti cinayət işi ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-24/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 21 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 1(103)-24/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, həmin qərardan kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin və kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-24/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs vəsatəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi 1(103)-24/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir.
14. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi 1(103)-24/202 2 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsini, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarından apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
15. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs vaxtında verilmədiyindən buraxmışdır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsi 1(103)-24/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarix li qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.
17. Həmin Məcəllənin 384.2-ci maddəsi ilə müəyyən edildiyi qaydaya görə, yalnız həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
18. Cinayət işinin olan materiall arından görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarının surəti Zərərçəkmiş şəxs eyni, yəni 11 noyabr 2020-ci il tarixdə çatdırılmış, bu halı özünün imzası ilə təsdiqləyən müvafiq qəbz cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, səh. 161).
19. Bununla belə, Zərərçəkmiş şəxs apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 07 dekabr 2020-ci il tarixdə müraciət etmiş, həmin vəsatət məhkəməyə 11 dekabr 2020-ci il tarixdə daxil olmuşdur. Nəticədə, zərərçəkmiş şəxs tərəfindən qərardan apelyasiya şikayətinin verilməsi üçün qan unvericilikdə nəzərdə tutulan müddətdən 08 gün vaxt keçmişdir.
20. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin qərarından qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti verməməsini qərarı vaxtında almaması ilə izah etsə də, bu dəlil yetərli sayılmaqla prosessual müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiqləyən əsas kimi nəzərdən keçirilə bilməz ona görə ki, cinayət işinin materiallarına əlavə edilmiş qəbzlə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarının surətinin 11 noyabr 2020-ci il tarixdə ona verilməsi təsdiq edilir.
21. Təsvir olunanlardan görünür ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin qərarından vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas möv cud olmamış, yəni, birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 21 dekabr 2020-ci il və 18 aprel 2022-ci il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarını apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.
22. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) prosessual müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunl ardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X5rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
23. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Zərərçəkmiş şəxs vəsatətinin təmin edilməməsi haqqında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-156/2020 nömrəli, 21 dekabr 2020-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-24/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarını əsaslı və qanuni hesab etməklə yanaşı, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-24/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.