Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-803/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi3 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbayca n Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 iyul tarixli, 1(103)-850/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 fevral tarixli, 1(101)-98/2024 nömrəli hökmü ilə (Hakimlər: Səbinə Məmmədzadə (sədrlik edən), Əli Məmmədov və Telman Hüseynovdan ibarət tərkibdə) 5 iyun 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, CM-in 178.3.2-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, «Stokaz» şirkətinin direkto ru işləmiş, Gəncə şəhəri, Həzi Aslanov küçəsi, ev 28-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi 35-də yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 224/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, Məhkum qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 15 iyun 2022-ci il tarixdən hesablanması, mülki iddiaçı Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia ərizəsinin qismən təmin olunması, 96900 manat məbləğində maddi ziyanın və 397 manat dövlət rüsumumun, ümumilikdə 97.297 manat məbləğində pulun Məhkum tutularaq Zərərçəkmiş şəxs6 ödənilməsi, mülki iddia ərizəsinin qalan hissədə təmin olunmaması, iş üzrə digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən apellyasiya şikayətlərii verilmişdir. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 2024-cü il 11 iyul tarixli, 1(103)-850/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiy ası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, ONUN NÜMAYƏNDƏSİNİN, MÜDAFİƏÇİNİN, VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum Zərərçəkmiş şəxs3 vasitəsi ilə alınmış pulun qaytarılması üçün, dəfələrlə Farizə böyük məbləğdə pul vermiş, lakin Zərərçəkmiş şəxs3 həmin pulu sahiblərinə qaytarmamışdır. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə aparılmış danışıqlara diqqət yetirdikdə görə bilər ki, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2lə və Məhkumla pul vəsaitlərinin alınması və verilməsinə dair yazışmalar olmuşdur. Həmin yazışmalardan da sübut olunur ki, Zərərçəkmiş şəxs3 ayrıayrı şəxslərdən, həmçinin Zərərçəkmiş şəxs2 müxtəlif məbləğlərdə pullar almış, həmin pul vəsaitlərindən istifadə (pul vəsaitlərinin dövriyyəsindən) edərək qazanc əldə etmişdir. Yəni o, qeyd edilən pul vəsaitlərinə sahiblənmiş, həmin pul vəsaitləri onun və Məhkum nəzarəti altında dövriyyədə olmuşdur. Məhkum zərərçəkmiş X2 15 avqust 2021-ci ildə yalandan qara kabel üzlüyünün şəklini ataraq sifariş olduğunu demiş və malların sifarişinə görə də pullar istəmişdir və eyni səkilləri, yəni qara kabel üzlüyünü 15 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 eyni məqsədlə Zərərçəkmiş şəxs2 və Şahid1 da göndərmişdir. Buradan da bir daha aydın olur ki. Zərərçəkmiş şəxs3 Məhkumla əlbir olub Bəxtiyara və digər şəxslərə qa rsı dələduzluq etmişdir. Lakin həmin fakta da heç bir hüquqi qiymət verilməmişdir. Belə olan halda hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması onu əsassız olaraq cinayət məsuliyyətindən kənarda qoymuşdur. Bu isə kobud qanun pozuntusudur. Cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmayan Şahid1 verdiyi ifadələr arasında çoxsaylı ziddiyətli məqamlar mövcuddur. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən əsassız olaraq Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkumla Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad olunan cinayət əməlini törətmələri ilə bağlı məsələnin tam və hərtərəfli araşdırılması məqsədi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti təmin olunmamışdır. Qeyd edilən hallara Bakı Apellyasiya Məhkəməsi tərəfindən göz yumulmuşdur. Vəkil kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 iyul tarixli, 1(103)-850/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasın ın iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 iyul tarixli, 1(103)-850/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətb iqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxsin vəkili kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyas iya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ə dalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsind ə çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs2 və onun nümayəndəsinin, eləcə də məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 və nümayəndəsi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkuma qarşı irəli sürülmüş ittihamın ağırlaşdırılması üçün qanuni əsasların olmaması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri baxımından məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağ lı zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 fevral tarixli, 1(101)-98/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirl i bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 iyul tarixli, 1(103)-850/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-803/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-803/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver