Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-804/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 12 6.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və X.H.Səmədovdan ibarət tərkibdə) 01 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1992-ci ildə Ağstafa rayonu Marksovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Ağstafa Rayon Məhkəməsinin 07.05.2013-cü il tarixli hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə islah işləri cəzasına, Ağstafa Rayon Məhkəməsinin 03.04.2018-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağstafa rayonunda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 23.05.2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2020-c i il tarixli hökmü dəyişdirilmiş, həmin Hökmlə Məhkum CM-nin 126.1-ci maddəsi əsasında təyin edilmiş cəza, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum 22.05.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Ağstafa rayonunun kənd ərazisində yerləşən elektrik stansiyasında həmkəndlisi X5 yaşadığı evin yerləşdiyi hissəyə aid işıqların yaranmış nasazlığa görə yanmaması ilə bağlı “mənim işığım yanmırsa, heç kimin işığı yanmayacaq” düşüncəsi ilə kəndin digər hissələrini işıqlandıran elektrik naqilini şəbəkədən ayırması səbəbindən aralarında yaranmış sözlə mübahisə zəminində Z1 Z1in elektrik naqilini ayırmaq üçün istifadə etdiyi taxta parçasını sonunc unun əlindən alaraq kəndin həmin hissəsinin işıqlarını yenidən şəbəkəyə birləşdirmiş, Z1 Z1 təxminən 2 saat sonra, yəni saat təxminən 23-24 radələrində idarə etdiyi “Mitshubshi” markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobillə kəndarası küçədən keçərkən onun yolun kənarında dayandığını görüb bir qədər əvvəl ona qarşı etmiş olduğu hərəkətlərindən əsəbləşərək avtomobili saxlayıb elektrik stansiyasının yanında aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq istədiyini və avtomobildə oturmasını təkid etdiyi üçün, o, Z1 Z1in avtomobilində, qabaq sağ oturacaqda oturmuş, sonuncu avtomobili kəndR ərazisində yerləşən “tikinti” adlanan, yaşayış yeri hesab edilməyən əraziyə sürüb saxladıqdan sonra avtomobilin salonunda emosional şəkildə əl-qol hərəkətləri edib, bir qədər əvvəl aralarında olan müba hisəni xatırladaraq onunla belə hərəkət edən oğlanın ünvanına nalayiq sözlər deyərək üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməsi mümkün olmayan cib bıçağı ilə sonuncunun döş qəfəsinə bir dəfə zərbə vuraraq sonuncuya sağ bazunun yuxarı 1/3-nin kəsilmiş yarası, gərgin pnevmohemotoraks, tənəffüs çatışmazlığı və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsin boşluğa nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, ümumilkdə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum əməlini düzgün tö vsif etməyərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilmiş, Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan sübutlardan görünür ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxs yalnız bir bıçaq zərbəsi vurmuşdur. Lakin zərərçəkmiş şəxsdə olan xəsarət isə iki ədəddir. Bu fakt onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi ağır xəsarət qəsdən deyil, ehtiyyatsızlıqdan olmuşdur. İşdə olan ekspertiza rəyindən də görünür ki, şəxsin qol və sinə nahiyəsində xəsarət vardır. Həmin xəsarətlər isə qeyd edildiyi kimi zərərçəkmiş şəxsin qoluna yetirilən zərbənin keçib sinə nahiyəsinə dəyməsi nəticəsində aldığı təsdiq edilir. Belə olan halda şəxsin zərərçəkmiş şəxsə qəsdən ağır xəsarət yetirməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə yalnış olmuşdur. Məhkəmə qərarından da qeyd edilmişdir ki, bir dəfə bıçaqla vurub zərərçəkmiş şəxsə ağır xəsarət yetirmişdir. Lakin, yuxarda qeyd edilən kimi həmin ağır xəsarət bıçağın zərərçəkmiş şəxsin qoluna vurulan zərbənin istiqamətini dəyişərək ağır xəsarət yetirilməsi ilə nəticələnmişdir. Məhkəmələr tərəfindən qeyd edilən hallar nəzərə alınmamış və həmin xəsarətin müdafiə tərəfinin qeyd etdiyindən fərqli formada yetirilməsinə dair hər hansı bir fakta istinad etməmişdir. İttiham tərəfi həmin xəsarətin qəsdən törədilməsi ilə bağlı hər hansı bir mötəbər sübut irəli sürə bilməmişdir. Bundan başqa məhkuma cəza təyini zamanı anasının ikinci qrup əlil olması, şəkər xəstəliyindən ə ziyyət çəkməsi, görmə qabiliyyətli qüsurlu olması, məhkumun qardaşının hərbi xidmətdə olması, anasına baxam yeganə şəxsin məhkumun olması nəzərə alınmamışdır. Müdafiəçi Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarını dəyişdirərək, Məhkum barəsində AR CM-nin 126.1-ci maddəsindən CM-nin 131-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibət ini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkumun əməlinin əsassız olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmasıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayə tində məhkumun əsassız olaraq CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir CM-nin 126.1-ci maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 131-ci maddəsində isə Ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilinmiş, yəni, qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarında olan, Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, “...Z1 Z1 idarə etdiyi " Mitsubushi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onun yanında dayanmışdır. O Z1in maşınına əyləşmiş, Z1 maşını idarə edib dördyoldan biraz uzaqlaşmışdır. Kənd ərazisində tikinti deyilən yerdə maşını saxlamışdır. Həmin vaxt qaranlıq olmuş, ətrafda heç kim yox olmamışdır. Qabaq sürücü oturacağının yanındakı sərnişin oturacağına əyləşmişdir. Bir qədər aralarında yaranmış mübahisə yenidən aktiv fazaya keçmiş Z1 onunla aqressiv formada əl-qol hərəkətləri ilə danışmışdır. Z1in onu vuracağını güman edib üzəridə olan cib bıçağını arxa cibindən çıxarmış və çıxaran kimi bıçaqla Z1in sağ qolu tərəfdən bir dəfə vurmuşdur. Z1i vuran kimi tez maşının qapısını açıb maşından düşmüş, bıçaq əlində qaçıb oradan uzaqlaşmışdır. Qaçan zaman əlində olan bıçağı da qaranlıqda həyacanlı şəkildə harasa atmışdır.” İş materiallarında olan, zərərçəkmiş şəxs X8 birinci instansiya məhkəməsində verdiyi ifadəsində qeyd etmişdir ki, “...Maşınla gedib tikintinin qabağında dayanmışlar. Maşının içində söhbət etmişlər, M1ə deyirmiş ki, sənə ayıb olsun, bayaq mənimlə mübahisə edib, mənim üstümə qışqırdığın üçün. Ona qeyd etdiyi sözləri deyən zaman qəfildən M1 ona tərəf çevrilmiş, həmin vaxt Məhkum əli ilə ona tərəf zərbə atmış, həmin zərbə onun sağ sinə nahiyəsinə dəymişdir. Hə min vaxt hiss etmişdir ki, M1 onu bıçaqla vurdu. Bu zaman qolunu qabağa verib, həmin vaxt bıçaq sağ qolunun iç səthini də kəsmişdir. Sinəsindən qan axdığını görmüş, M1 isə onu vurduqdan sonra maşından yerə düşüb maşının arxa tərəfinə keçmişdir. Sinəsindən güclü qan axdağını və halının pisləşdiyini görüb çətinliklə avtomobili işə salmışdır.. M1 isə onu o vəziyyətdə qoyub qaçıb getmişdir. Maşını idarə edib xəstəxanaya doğru getmiş, dördyol adlanan yerə çatanda hiss etmişdir ki, artıq maşını idarə edə bilmir. Bu zaman dördyolda dayanan əmisi oğlu Ş1 Z1i görmüş, onun yanında dayanmış və ona demişdir ki, onu həkimə çatdırsın, M1 onu bıçaqla vurubdur. Sükan tərəfdən düşmüş, Ş1 maşını idarə etmiş və onu xəstəxanaya aparmışdır, orada ilkin tibbi yardım göstərilmişdir” İş materiallarından görünür k i, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə mübahisəni aydınlaşdırmaq məqəsdilə öz avtomobilinə əyləşdirmiş, zərərçəkmiş avtomobili yaşayış yeri hesab edilməyən əraziyə sürüb saxladıqdan sonra avtomobilin salonunda mübahisələri davam etmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün əhəmiyyətli olan orqanına, döş qəfəsinə bir dəfə bıçaqla zərbə vuraraq ona ağır xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Ağstafa rayon şöbəsindən təqdim edilmiş 05 iyun 2020-ci il tarixli 244 saylı ekspertiza rəyindən görünür ki, X5 bədənində müəyyən edilmiş xəsarət- döş qəfəsinin boşluğa keçən kəsilmiş-deşilmiş yarası, yaranın tikilməsi və Bülao drenajından sonrakı vəziyyət, gərgin pnevmotoraks, hemotoraks, tənəff üs çatışmzalığı, dərialtı emfizema kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22.05.2020-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurmasını qabaqcadan görməsinə və həmin situasiyada bunu arzu etməsinə şübhə etmir və hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun əməlini Azərbaycan respublikası CM-nin 126.1-ci maddəsini tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkum CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan c inayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilir. Kassasiya şikayətində təyin olunmuş cəzanın ağırlığı ilə bağlı mübahisələndirilmiş dəlilləri gözdən keçirərək məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun a iləsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə ra zılıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, anasının gözdən İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi hökmdə göstərmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət törətməsi, cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halın olmadığını kifayət qədər nəzərə almamış, təqsirləndirilən şəxsə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi qeyd olunan yüngülləşdiric i halları nəzərə alaraq Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) ilə endirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişd ir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-804/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-804/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver