Məhkəmə qərarları › İş №1(102)-804/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-804/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-804/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X5 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələ ri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim:X6) 22 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş, Göyçay rayonunun Potu kəndində qey diyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli, 1(103)-1588/2022 saylı hökmü ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlan ılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 162,455 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,776 qram çəkidə narkotik vasitə heroini və 0,031 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış və 23 noyabr 2021-ci ildə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü saat 21:05-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçəsinin sol iç hissəsindən 14 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 5,281 qram, 5, 009 qram, 3,986 qram, 5,092 qram, 3,013 qram, 4,421 qram, 5,606 qram, 5,191 qram, 3,938 qram, 4,883 qram, 5,781 qram, 6,397 qram, 3,775 qram, 4,687 qram və bir ədəd polietilen bağlamada təmiz çəkisi 95,395 qram olmaqla, ümumi təmiz çəkisi 162,455 qram təşkil edən qurudulmuş marixuananı, narkotik vasitələrin satışında istifadə etmək məqsədi ilə əldə etdiyi və üzərində narkotik vasitə heroinə məxsus izləri olan iki ədəd elektron tərəzi, habelə 24 noyabr 2021-ci ildə saat 01:45-də şübhəli şəxs kimi Bakı şəhəri Nəsimi rayon polis idarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilərkən əməkdaşlar tərəfindən üzərinə və əynində olan paltarlarına baxış keçirilərkən, əynində olan göy rəngli cins şalvarının arxa hissəsində olan emblemin altından satış məqsədi ilə əldə etdiyi 03 ədəd bükümdə ayrı-ayrıl ıqda təmiz çəkiləri 0,380 qram, 0,332 qram və 0,064 qram, ümumi təmiz çəkisi 0,776 qram olan qarkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,031 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 1(103)-1588/2022 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassator kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək əməlin tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün yeni apellyasiya baxışı təyin edilməsini xahiş etmişdir. Kassator məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş edir. 31 mart 2023-cü il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikay əti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar