Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-804/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli 1(103)-180/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən), Cavid Hüseynov və Səbuhi Hüseynov) 19 oktyabr 2023-cü il tarixli, 1(101)-1162/2023 nömrəli hökmü ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəl i 02 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 9,695 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 dekabr 2022-ci il tarixdə saat 14:00- da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,1 48 qram, 3,142 qram, 3,405 qram olmaqla, ümumi təmiz çəkisi 9,695 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 09 yanvar 2024-cü il tarixli 1(103)-180/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 1(101)-1162/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilmiş, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli 1(103)-180/2024 nömrəli qərarının ləğv edilməsi və məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçisi Müdafiəçi1 onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkumun üzərində axtarış o saxlanılan kimi dərhal deyil, saxlanıldıqdan 2,1 saat sonra keçirilib. Halbuki, axtarışın məhkumun həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi hal mövcud deyildi. Bu zaman kəsiyində şikayətçi tamamilə polis əməkdaşlarının nəzarətində olub və narkotik vasitənin polis əməkdaşları tərəfindən yerləşdirilməsi ehtimalı böyükdür. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarda Məhkum üzərinə, olduğu yerə, yaşayış yerinə baxış keçirilməsi nəzərdə tutulsa da, onun mənzilinə baxış keçirilməyib. Cinayət Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərinə zidd olaraq şəxsi axtarış zamanı maddi sübutun miqdarı tərəflərin iştirakı ilə müəyyən edilməyib, bu məsələnin həlli xüsusi bilik sahəsinə aid olmasa da, ekspertin üzərinə qoyulmuşdur. Şəxsi axtarış və götürmənin aparılması haqqında protokoldan görünür ki, müvafiq istintaq hərəkətini aparan təhqiqatçı “aşkar olunan” bükülünü prosessual qaydalara uyğun qablaşdırmayıb. Baxış keçirilməsi haqqında protokolda qeyd edilən hallar olmadığından, bükülünün qablaşdırılması qeyd edilmədiyindən o mötəbər sübut hesab edilə bilməz və yolverilməz sübut kimi s übutlar siyahısından xaric edilməlidir. Digər tərəfdən, şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə deyil, hal şahidlərinin iştirakı ilə keçirilmiş və bunun səbəbləri izah edilməyib. Məhkumun Konvensiyanın maddələri ilə nəzərdə tutulan hüquqları pozulub. Bu hüquqlara, onun ədalətli dinləmə və xüsusilə, əsaslandırılmış qərara malik olması (a), ittiham və müdafiə tərəflərinin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunması (b) və şikayətçiyə, ona qarşı ittiham sübutları ilə mübahisə etmək və müdafiə xəttini dəstəkləyən sübutlar təqdim etmək və belə sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkan yaradılması (c) aiddir. Məhkum onun üzərinə qoyulmuş maddi sübutun - narkotik vasitənin mötəbərliyi məsələsini birinci və apellyasiya instansiya məhkəmələrində keçi rilən proseslərdə qaldırıb. Lakin bu məsələyə məhkəmələrdə adekvat şəkildə baxılmayıb. Belə ki, onların qərarlarında bu məsələ şikayətçinin “cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünü müdafiə xarakterli” hesab edilib və “məhkəmə baxışında öz təsdiqini tapmaması” kimi qeyd edilib. Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrində polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitənin onun cibinə qoyulduğunu, şəxsi axtarış zamanı həmin vasitənin polis əməkdaşı tərəfindən cibindən çıxarıldığını, şəxsi axtarış zamanı müdafiəçinin iştirak etmədiyini, ümumiyyətlə müdafiəçini barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə gördüyünü bildirib. Ancaq aşağı instansiya məhkəmələr məhkumun bu arqumentlərini nəzərə almayıb və iş materialları ilə təsdiqini tapmaması qənaətinə gəliblər. Bundan əlavə, şikayətçi həbs edildikdən sonra onun müdafiə hüquqları pozulub. Ona dövlət vəsaiti hesabına müdafiəçi təyin edilsə də, müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. Məhkum barəsində həbs qətimkan tədbiri seçilərkən şikayətçinin polis əməkdaşları tərəfindən döyüldüyünü deməsinə baxmayaraq, bununla bağlı hər hansı şikayət verməyib, eyni zamanda həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verməyib. Qeyd olunanlardan göründüyü kimi, şikayətçi tutulduqdan sonra ona dövlət hesabına təyin edilmiş vəkil tərəfindən səmərəli müdafiə həyata keçirilməyib, formallığa yol verilib və şikayətçinin müdafiə hüquqları kobud şəkildə pozulub. Bu isə məhkumun Konvensiyanın 6.3-cü maddəsinin (c) bəndinin (özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək) hüququnun pozuntusudur. AİHM-in presedent qərarlarına əsasən 6.3-cü maddənin (c) bəndində söhbət vəkilin təyin edilməsindən deyil, onun yardımından istifadə olunmasından gedir. Təqsirləndirilən şəxsin dövlət vəsaiti hesabına hüquqi yardım almaq hüququ, ona göstərilən hüquqi 7 yardımın nəzəri və xəyali deyil, praktiki və səmərəli olmasını tələb edir. Şikayətçiyə tutulduğu anda təyin edilmiş dövlət hesabına vəkil isə praktiki və səmərəli hüquqi yardım göstərməyib. Buna görə də şikayətçi sonradan onun xidmətindən imtina edib. Aşağı instansiya məhkəmələri dövlət hesabına təyin edilmiş vəkilin şikayətçiyə heç bir hüquqi yardım göstərməməsi faktı na da hər hansı bir münasibət bildirilməyib. Belə təəssürat yaranır ki, dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçinin fəaliyyəti yalnız müstəntiqin tərtib etdiyi sənədləri imzalamaq olub, yəni onun iştirakı formal xarakter daşıyıb. Məhkum bildirir ki, onun Konvensiyanın sözügedən maddələri ilə nəzərdə tutulan hüquqları pozulub. Bu hüquqlara, Şikayətçinin ədalətli dinləmə və xüsusilə, əsaslandırılmış qərara malik olması (a), ittiham və müdafiə tərəflərinin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunması (b) və şikayətçiyə, ona qarşı ittiham sübutları ilə mübahisə etmək və müdafiə xəttini dəstəkləyən sübutlar təqdim etmək və belə sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkan yaradılması (c) aiddir. Şikayətçi, onun üzərinə qoyulmuş maddi sübutun - narkotik vasi tənin mötəbərliyi məsələsini birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən proseslərdə qaldırıb. Lakin bu məsələyə məhkəmələrdə adekvat şəkildə baxılmayıb. Belə ki, onların qərarlarında bu məsələ şikayətçinin “cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünü müdafiə xarakterli” hesab edilib və “məhkəmə baxışında öz təsdiqini tapmaması” kimi qeyd edilib. 40.Şikayətçi məhkəmə iclaslarında verdiyi ifadələrində polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitənin onun cibinə qoyulduğunu, şəxsi axtarış zamanı həmin vasitənin polis əməkdaşı tərəfindən cibindən çıxarıldığını, şəxsi axtarış zamanı müdafiəçinin iştirak etmədiyini, ümumiyyətlə müdafiəçini barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə gördüyünü bildirib. Ancaq aşağı instansiya məhkəmələr Şikayətçinin bu arq umentlərini nəzərə almayıb və iş materialları ilə təsdiqini tapmaması qənaətinə gəliblər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmi r və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,695 qram çəkidə psixotrop maddə olan metafetamini əldə edib üzərində saxlaması mötəbər sübutlarla təsdiq olunmadan onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qe yd etmək istəyir ki, analoji dəlillər müdafiəçi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə n əzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökm ü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb məhkumun təqsirini müəyyən edən sübutların mötəbərliyi və əməllərinin həmin sübutların məcmusu ilə təsdiq olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə, onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulm uş cinayət əməlini törətməsi əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun və ətraflı ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, maddi sübut, ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, məhkəmə müdafiə tərəfinin işin hallarının obyektiv araşdırılmasına yönəldilmiş bir sıra vəsatətlərini də təmin edərək sorğular vermiş və əlavə sübutlar tədqiq etmişdir. Apellyasiya instansiyası məhkəməsində kassasiya şikayətində qeyd edilən bütün dəlillərlə əlaqədar araşdırma aparılmış və həmin dəlillər öz təsdiqi tapmadığı üçün birinci instansiya məhkəməsinin qərarını sadəcə cəza hissəsində dəyişmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi n əticəyə gəlmişdir ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəməyədək icraat zamanı, Məhkum qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı hal aşkar edilməmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmə lərin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilə n halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Məhkum himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq, təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdır an hallar müəyyən etməyərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi məhkuma təyin edilən cəza hissədə birinci instansiya məhkəməsi ilə razılaşmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Məhkum ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və qeyd etmişdir ki, təyin edilmiş cəza təqsirkarın şəxsiyyətinə uyğun olmadığından yüngülləşdirilməlidir. Bu səbəbdən apıellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü mad dələrinin tələblərini nəzərə alaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiyanın aşağı həddində cəzanın təyin edilməsi qanunamüfafiq hesab edərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ilə qədər endirmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkuma cəza təyini ilə bağlı mövqeyini cinayət qanunun normalarına uyğun olduğundan əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməs inə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-804/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-804/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver