Məhkəmə qərarları › İş №1(102)-805/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-805/2019

21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-805/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli b ilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-c il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayev) Məhkum- xx.xx.1976-cı il tarixdə lənkəran rayonunun Şiləvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri ****************************** ünvanında yaşamış, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli: 22 sentyabr 2017-ci il İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Zərərçəkmiş şəxs1 mühəndis assistenti işlədiyi “Divi Corporation” məhdud məsuliyyətli cəmiyyətindən 10 ədəd “Acer E 5-573/15.6 NDLED” markalı noutbuku götürüb ona verdikdə, sataraq pulunu vaxtında verməklə sonuncunun etibarını qazandıqdan sonra gələcəkdə bu markalı noutbukları dəyərindən ucuz qiymətə satıb əldə ediləcək vəsaiti öz şəxsi ehtiyaclarına xərcləməyi qərarlaşdıraraq satan kimi pulunu dərhal ödəyəcəyi vədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 tapşırığına əsasən həmin məhdud məsuliyyətli cəmiyyətin ünvan 2 ünvanında yerləşən bazas ından 2017-ci il 3 mart tarixli 00000-004021 N°-li qaimə əsasında 6.000 manat dəyərində 10 ədəd, 2016-cı il 7 mart tarixli 00000-004041 Nh-li qaimə əsasında 8.400 manat dəyərində 20 ədəd, 2016-cı il 14 mart tarixli 00000-004087 JNfo-li qaimə əsasında 18.000 manat dəyərində 30 ədəd, 2016-cı il 18 mart tarixli 00000- 004150 JNg-li qaimə əsasında 30.000 manat dəyərində 50 ədəd, 2016-cı il mart ayının axırlarında Sumqayıt şəhəri, **************************** No-li binanın qarşısında 600 manat dəyərində 1 ədəd noutbukları, vahid qəsdlə ümumilikdə 66.600 manat dəyərində 111 ədəd “Acer E 5573/15.6 NDLED” markalı noutbuku, yəni özgənin əmlakını ələ keçirmiş, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Məhkum Zərərçəkmiş şəxs2 məişət texnikası alveri ilə nəşğul olııb Azərbaycan Respublikasının gömrük sərhəddindən malları keçirilmək içün pul lazım olması bəhanəsi ilə əldə ediləcək vəsaiti öz şəxsi ehtiyaclarına xərcləməyi prarlaşdıraraq 2016-cı il fevral ayının əwələrində Sumqayıt şəhərindəki 40-cı nəhəllənin ərazisində yerləşən «Nərgiz» kafesində Zərərçəkmiş şəxs2 ilk dəfə 4.000 ABŞ dolları məbləğində pulu almaqla 2016-cı ilin iyun ayına kimi cəmi 1.501,58 manat məzənnəsi ilə 1.500 ABŞ dolları məbləğində məişət texnikası verdikdə sonuncunun etibarını qazandıqdan sonra satan kimi pulunu dərhal ödəyəcəyi ədı ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə yenidən Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, ************** ünvandakı evin həyətində göstərilən şəxsdən 2016 -cı il oktyabr ayının əvvəllərində 10.000 manat, 2016-cı ilin noyabr ayında 2.600 manat, bir neçə gün ötmüş 620 manat, 2016-cı il dekabr ayının əvəllərində 2.000 manat, 2016-cı il dekabr ayının ortalarında 2.700 manat, bir neçə gün keçmiş 800 manat, 2017-ci il yanvar ayının əvvəllərində 1.200 manat, 2017-ci il yanvar ayının ortalarında 1.500 manat, bundan 15 gün sonra 2.000 manat, 2017-ci il fevral ayının əvvəllərində 3.000 manat, bundan 10 gün sonra 3.400 manat, 2017-ci il fevral ayının axırlarında 4.060,42 manat məzənnəsi ilə 2.700 ABŞ dolları, 2017-ci il fevral ayının axırlarında 450 manat məbləğində pulunu, ümumilikdə 39.498,42 manat, yəni özgənin əmlakını ələ keçirmiş, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa ibtidai araşdı rma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, X6 Zərərçəkmiş şəxs1 məişət texnikası alveri ilə məşğul olub Azərbaycan Respublikasının gömrük sərhəddindən malları keçirilmək üçün pul lazım olması, satan kimi borclarını ödəyəcəyi vədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2016-cı ilin may ayında Sumqayıt şəhərindəki *********** mikrorayonun ərazisində yerləşən “Yeni Həyat” şadlıq evini qarşısında 3000 manat məzənnəsi ilə 2000 ABŞ dolları mələğində özgənin əmlakını ələ keçirmiş, bununla da zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq emişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: H.Ə.Nəbiyev (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və E.M.əhmədovda n ibarət tərkibdə) 22 iyun 2018-c il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-c il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyin edərkən cəzasını yüngülləşdirici halları nəzərə almamışlar barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydalarının tətbiq olunması üçün əsaslar olduğu halda tətbiq edilməmişdir. Himayəsində bir nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması, müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın aradan qaldırılması kimi hallar nəzə rə alınmalıdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-c il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr cəza təyin edərkən cəzasını yüngülləşdirici halları nəzərə almamışlar barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydalarının tətbiq olunması üçün əsaslar olduğu halda tətbiq edilməmişdir. Himayəsində bir nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması, müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın aradan qaldırılması kimi hallar nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərə əsasən kassasiya şikayəti əsassız hesab edilir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş, yalnız cəzanın yüngülləşdirilməsi xahiş edilm işdir. Birinci instansiya məhkəməsi məhkum barəsində cəza təyin edərkən onun xəstə olmasını, bir nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması, müsbət xarakterizə olunması cəazanı yüngüllşdirən halllar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Kassasiya şikayətində göstərilməsinə baxmayaraq cinayət işinin materiallarında vurulmuş zərərin ödənilmıəsini təsdiq edən sübutlar mövcud deyildir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddin in dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəazanı yüngüllşdirən hallar: 59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; 59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasıdır. Məhkum tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini təsdiq edən motəbər sübutlar təqdim edilmədiyindən, eləcə də Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəazanı yüngüllşdirən digər hallar müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydaları üzrə cəza təyin edilməsi barədə kassasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Məhkum cəzasının yümgülləşdirilməsi, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-c il tarixli qərarının cəzanın yüngülləşdirilməsi istiqaməti ndə dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-c il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar