Məhkəmə qərarları › İş №1(102)-805/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-805/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-805/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum3 və müdafiəçisi X21 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə Məhkum3 Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci və 313-cü maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 1931.3.1,191-1.3.2, 213.2.1, 213.2.2, 308.2, 309.2 və 313-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 32.4, 313-cü maddələri ilə və qeyrilərinin məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarından Məhkum3 və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.A.Xankişiyev və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 05 sentyabr 2019-cu il tarixli hökmü ilə 28 oktyabr 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 avqust 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmiş, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsində işləmiş, Bakı şəhərndə qeydiyyatda olmaqla yaşayan Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2- ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə 2(iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 avqust 2016-cı il tarixli hökmü ilə Məhkum3 təyin edil miş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 avqust 2018-ci il tarixli qərarı ilə qəti olaraq 5 (beş) il müddətinə endirilmiş azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum3 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla Məhkum3 təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 05 iyun 2015-ci il tarixdən hesablanması,Məhkum3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, xx xxxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15(on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci, 193-1.3.1ci, 193 -1.3.2-ci, 213.2.1-ci, 213.2.2-ci, 308.2-ci, 309.2-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə 1(bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10(on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.1-ci və 193-1.3.2-ci maddələri ilə 1(bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.1-ci və 213.2.2-ci maddələri ilə 1 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4(dörd)il müddətinə azadlıqdan məhrum etmə cəzasının,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1(bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə 1(bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddəl ərinə əsasən təyin olunmuş əsas cəzaları əsas cəzalar ilə, əlavə cəzaları əlavə cəzalarla qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15(on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 1( 101)-975/2016 saylı hökmü ilə Məhkum1 təyin olunmuş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının,hazırkı hökmlə təyin edilmiş 2(iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15(on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəzalar ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 16 (on altı) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmaqla Məhkum1 təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının 04 dekabr 2015-ci il tarixdən hesablanması, Məhkum1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Həmin Hökmlə həmçinin Məhkum2, X32, X22, X36, X23, X44, X24, X39, X40, X16, X5, X17, X18, X25, X1, X33, X2, X11, X7, X34 təqsirli bilinərək məhkum edilmişdirlər. Məhkəmənin həmin hökmündən Məhkum1 müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi1, Məhkum2 müdafiəçisi Müdafiəçi3, Məhkum3 və mülki iddiaçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini İlham Əmirəliyev tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: X26 (sədrlik edən), X27 və X3 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü qismən dəyişdirilmiş, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 1(101)-975 /2016 saylı hökmü dəyişdirilsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təyin edilmiş 11(on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 10 ilə endirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq təyin edilmiş 03(üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 03(üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə t utma hüququndan məhrum edilməklə 14 (on dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Məhkum X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 1(101)975/2016 saylı hökmü ilə təyin olunmuş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası i lə əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəzalar ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 16 (on altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarından Məhkum3 və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən kassasiya şikayətləri verilmişdir. X4 kassasiya ş ikayətini apellyasiya şikayətində irəli sürülmüş eyni dəlillərlə əsaslandıraraq, o, heç bir mütəşəkkil dəstədə iştirak etmədiyini, işlərin yerinə yetirilməsinə dair aktlarda (forma 2) şişirtmələrə yol vermədiyini, görülmüş işlərin həcminin və dəyərinin şişirdilməsinə və müvafiq miqdarlarda pul vəsaitlərinin mənimsənilməsinə dair ekspertiza rəylərinin düzgün olmadığını, "xxxx" MMC-nin xəzinəsindən 16 mart 2012-ci il tarixdən 28 iyun 2013-cü il tarixədək nağd qaydada götürülmüş 664.600 manat məbləğində pula, həmin dövrdə MMC-nin direktoru xxx olduğu üçün onun aidiyyatının olmadığını, yəni təqsirli olduğunu təsdiq edən yolverilən sübutlar və əməlində cinayət tərkibi olmadığı halda məhkum olunduğunu iddia edərək ona bəraət verilməsini xahiş etmişdir. Bundan başqa, XXX XXX kassasiya şikayətində ittihama görə "xxxx" MMC üzrə mənimsənilmiş pul vəsaiti 3.811.696 manat 56 qəpik olduğu halda "xxxx" QSC-nin iddiası ilə əlaqədar ondan Cahagir Hacıyevlə müştərək qayadada 7.632.704 manat 07 qəpik pul vəsaitinin tutulmasının əsassız olması barədə dəlil irəli sürmüşdür. Həmçinin o, iddia etmişdir ki, onunla eyni vəziyyətdə olan digər təqsirləndirilən şəxslər, məsələn "xxxx" MTKnın direktoru A.Mədətova münasibətdə mülki iddia təmin edilmədiyi halda, mülki iddia üzrə ondan pulun tutulması ümumiyyətlə düzgün deyil və mülki iddia ona aid hissədə də rədd edilməli idi. Məhkum sonda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin normalarının pozulması ilə çıxarıldığını nəzə rə alaraq, ləğv edilib ona tam bəraət verilməsini və iş üzrə verilmiş mülki iddianın ona aid olan hissədə rədd edilməsini xahiş etmişdir. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunmuşdur ki, işin hallarına qiymət verilmədiyindən, prosessual qanunvericiliyin tələbləri pozulduğundan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10.02.2020-ci il tarixli 1(103)-54/2020 nömrəli qərarı ləğv edilməli, mülki iddia məbləği tam təmin olunaraq müştərək qaydada Məhkum1 ilə əvvəl onun birgə törətdiyi cinayətə görə ayrıca icraatda məhkum olunmuş Məhkum2 tutulmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli h ökmünə əsasən Məhkum1 "xxxx" MMC-nin fəaliyyətinə Məhkum2la birlikdə faktiki rəhbərlik edərək 01.08.2011-01.08.2014-cü illər üzrə ümumilikdə külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri mütəşəkkil dəstə halında dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Başqa sözlə, Məhkum1 vergidən yayınma əməlini tək deyil, Məhkum2la birgə törətmişdir. Bu fakt hazırda mübahisələndirilən qərarda da öz təsdiqini tapmışdır. Mülki iddiaçının fikrincə cinayət əməlini birgə törətmiş şəxslərdən birinə qarşı mülki iddianın ayrıca icraatda təmin edilməsi digər təqsirləndirilən şəxsə qarşı da eyni mülki iddianın irəli sürülməsini istisna etmir. Başqa sözlə, qanunvericiliyə əsasən mülki iddia cinayəti birgə törətmiş şəxslərə qarşı verilə bilər və cinayət nəticəsində vurulmuş ziyan onlar tərəfində n müştərək qaydada aradan qaldırılmalıdır. Lakin, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinsə də, mülki iddia ilə bağlı hissədə məhkəmə əsassız olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum2 barəsində olan 24 iyul 2017-ci il larixli 1(101 )-454/2017 saylı hökmünə İstinad edərək mülki iddia məbləğinin yalnız Məhkum2 tutulması ilə razılaşmışdır. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin 05.09.2019-cu il tarixli hökmü ilə razılaşaraq vergi orqanının şikayətini təmin etməmişdir Mülki iddiaçı Bakı Apelyasiya Məhkəməsinin 10.02.2020-ci il tarixli 1(103)-54/2020 nömrəli qərarının qismən - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Məhkum1 qarşı mülki iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini və mülki iddia təmin edilərək 1.752.359,39 manatın Məhkum1 və X6 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, Məhkum3 kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkum tərəfindən veril miş kassasiya şikayəti qismən, mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə tam təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələ lərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən məsələlərdən birincisi məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədədir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayə t törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cin ayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum3 Azərbaycan Respublikası CM-nin 179.3.1-ci, 179.3.2-ci və 313-cü maddələri ilə təqsirli bilinməsi cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Sübutlar hökmdə ətraflı təsvir edilməklə onların həqiqi məzmununa uyğun olaraq şərh edilmiş, apellyasiya instnasiyası məhkəməsi də İ.XXXnin təqsirliliyi, əməlinin hüquqi tövsifi üzrə nəticələrini həmin sübutların üzərində qurmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdi q edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Mə cəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutulan hallar qeyd olunan cinayət iş üzrə Məhkum3 münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər məhkumun eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkum XXX.XXXnin "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının "xxxx" M MCnin fəaliyyəti ilə əlaqədar verdiyi iddia üzrə məhkəmələrin gəldikləri nəticlərin mübahisələndirilməsinə gəldikdə, bu hissədə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı XXX.XXXyə qarşı (müştərək qaydada ondan və Məhkum1 tutulması barədə) müstəsna olaraq "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar mülki iddia vermişdir. Lakin hökmə və apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən, XXX.XXX "xxxx" MMC-nin direktoru kimi "xxxx"nın idarə heyətinin sədri Məhkum1 rəhbərlik etdiyi mütəşəkkil dəstənin tərkibində 16 fevral 2007-ci ildən 03 dekabr 2014-cü ilədək olan dövr ərzində MMC-nin adından"xxxx" ASC-nin Mərkəzi filalı ilə ümumilikdə 38 kredit müqaviləsi bağalay araq 42.450.000 manat, 8.857.919,71 manat təşkil edən 7.620.750 Avro və 31.441.514,48 manat təşkil edən 37.281.575 ABŞ dolları məbləğində pul vəsaitlərinin götürülməsinə dair kreditləri rəsmiləşdirmiş, həmin pulun Zaqatala, Qax, Şəki rayonlarında tütün istehsalı və emalı müəssisəslərinin bərpası, təmiri, tkintisi işlərinə sərf edilməsinə dair ümumilikdə 61 akta (Forma 2) yalan (görülmüş işlərin həcmini və dəyərini şişirdilmiş şəkildə əks etdirən) məlumatları daxil edib vəzifə saxtakarlığı etməklə 3.811.696,56 manat məbləğində pulu öz məqsədləri üçün sərf edərək etibar edilmiş özgə əmlakını mütəşəkkil dəstənin tərkibində mənimsəyib israf etmiş, bununla "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. Göründüyü kimi, XXX.XXX "xxxx" MMC-nin adından bağladığı kreditlər üzrə götürdüyü pul vəsaitin dən yalnız 3.811.696,56 manat məbləğində pulun mənimsənilməsinə görə təqsirli bilinmişdir. Belə olan halda və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı XXX.XXXyə qarşı yalnız "xxxx" MMC-yə verilmiş kreditlərlə əlaqədar mülki iddia irəli sürdüyü vəziyyətdə birinci instansiya məhkəməsinin "xxxx" QSC-nin "xxxx" MMC-yə verilmiş kreditlər üzrə 85.024.106 manat 76 qəpik ziyanın Məhkum1 və XXX XXXdən tutulmasına dair mülki iddiasını qismən təmin etməklə "xxxx" MMC-yə verilmiş kreditlər üzrə 7.632.704 manat 07 qəpik məbləğində ziyanın müştərək qaydada Məhkum1 və XXX XXXdən tutulub "xxxx" QSC-yə verilməsi barədə qərar çıxarması və apellyasiya instansiyası məhkəməsinin bunla razılaması işin müəyyən edilmiş faktiki hallarına uyğun olmayan, cinayət-prosessual qanunun pozuntusunu təşkil etməklə bu məsəl ə üzrə hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsassızlığına dəlalət edən hal kimi çxıış edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qəymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). XXX.XXXdən "xxxx" QSC-nin ona qarşı iddiası üzrə 7.632.704 manat 07 qəpik məbləğində ziyanın müştərək qaydada tutulması haqqında qərar sübutlara əsasən müəyyən edilmiş "xxxx" MMC-yə verilmiş kreditlər üzrə mənimsənilmiş məbləğin 3.811.696,5 6 manat təşkil etməsinə dair halla ziddiyyət təşkil etdiyindən, məhkəmə kollegiyası bunu həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və qeyd edilən məsələnin apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən yenidən araşdırılıb, maddi (o cümlədən, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin iştirakçılıqla törədilən cinayətlərdə ziyanın hər bir iştirakçının cinayətin törədilməsində faktiki iştirakının xarakterindən, dərəcəsindən və s. hallardan asılı olaraq ödənilməsinə dair 2-ci bəndinin yeni müddəlarını) və prosessual normaları nəzərə almaqla həll edilməsini tələb edən CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntu (sözügedən məsələ üzrə sübutların tədqiqinə və qiymətləndiri lməsinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl edilməmə) kimi qiymətləndirir. Eyni zamanda məhkəmə kollegiyası Məhkum1 münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1.752.359,39 manat məbləğində vergilərin müştərək qaydada Məhkum1 ilə Məhkum2 tutulmasına dair mülki iddası üzrə məhkəmələrin eyni pozuntuya yol vermələri barədə nəticəyə gələrək bu hissədə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, həmin məsələnin yenidən araşdırılıb həll edilməsi üçün işin yeni apellyasiya baxışına təyin edilməsini zəruri hesab edir və bununla əlaqədar verilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti ilə razıl aşır. Belə ki, iş materiallarından da görünür ki, Məhkum1 göstərişi ilə yaxın münasibətdə olduğu Məhkum2 oğıu tərəfindən yaradılan, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4d Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyətinə Məhkum2la birlikdə faktiki rəhbərlik edərək, cəmiyyətin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azər baycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 92, 98.1, 125, 169, 180.1 və 192.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyənnanmələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyənnamə təqdim etməməklə 01 avqust 2011-ci il tarixdən 01 avqust 2014-cü il tarixədək olan dövr üzrə ümumilikdə külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.Belə ki, Məhkum1 faktiki rəhbəri olduqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından müəssisənin qeydiyyatda olduğu Bakı Vergilər Departamentinə təqdim etdiyi 2011-ci ilin oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 926.928,49 manat, əvəzləşdirilən ƏDV olmadığı, ödənilməli ƏDV 166.847,1 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyənnaməsində dövriyyənin və ödənilməli ƏDV-nin olmadığını göstərərək, 166.847,13 manat, 2012-ci ilin may ayı üzrə ƏDV tutulan dövriyyəsi 3.536.870,33 manat, əvəzləşdirilən ƏDV 228,26 manat, ödənilməli ƏDV 636.408,40 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyənin olmadığını, əvəzləşdirilən ƏDV-nin 228,26 manat olduğunu göstərərək 636.636,66 manat, 2013-cü ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 869.465,00 manat, əvəzləşdirilən ƏDV olmadığı, ödənilməli ƏDV 156.503,70 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyənin əvəzləşdirilən ƏDV-nin olmadığını göstərərək, 156.503,70 manat, həmin ilin aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 1.438.641,75 manat, əvəzləşdirilən ƏDV 408,60 manat, ödəni lməli ƏDV 258.546, 83 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyənin olmadığını, əvəzləşdirilən ƏDV-nin 408,69 manat olduğunu göstərərək 258.955,52 manat, cəmi 1.218.943,01 manat ƏDV-ni, həmçinin ödəmə mənbəyindən tutulan vergi bəyənnamələrində cəmiyyətin vergi tutulan dövriyyəsinin olmadığını göstərərək, 2011-ci ilin 4-cü rübü üzrə 92.692,85 manat, 2012-ci ilin 2-ci rübü üzrə 353.687,03 manat, 2013-cü ilin 1-ci rübü üzrə 86.946,50 manat, cəmi 533.326,38 manat ödəmə mənbəyində tutulan vergini, eləcə də 2014-cü ilin yanvar ayı üzrə cəmiyyətdə işçilərə ödənilmiş 125.122,10 manat əmək haqqından 17.504,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini göstərərək ödəməli olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi bəyənnamədə işçilərə ve rdiyi 125.122,10 manat əmək haqqından 17.414,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödənilməli olduğunu göstərərək, 90 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri mütəşəkkil dəstə halında dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinmiş Məhkum1 qarşı qeyd olunan epizod üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1.752.359,39 manat məbləğində vergilərin müştərək qaydada Məhkum1 ilə Məhkum2 tutulmasına dair mülki iddası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, Bakı Ağır Cin ayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli 1(101 )-454/2017 saylı hökmü ilə Məhkum2 qarşı verilmiş həmin mülki iddia təmin edilmiş və 1.752.359,39 manat məbləğində pulun Məhkum2 alınaraq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyinə görə qeyd olunan məbləğlə bağlı mülki iddiaçının başqa bir şəxsə (Məhkum2) qarşı tələbinə artıq baxılaraq mahiyyəti üzrə həll edilmişdir və bu səbəbdən eyni məbləğlə bağlı Məhkum1a qarşı iddia tələbi təmin olunmamalıdır. Lakin, məhkəmə və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsi nəzərə almamışlar ki, cinayət-prosessual qanuna əsasən cinayət nəticəsində vurulmuş ziyan cinayəti törətmiş şəxslər tərəfindən ödənilməlidir. Belə ki, CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şə xsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Bu norma, eləcə də CPM-in “Cinayət mühakimə icraatında mülki iddia” üzrə məsələlərin tənzimlənməsinə həsr olunmuş XİX fəsilinin heç bir müddəası cinayət əməlini birgə törətmiş şəxslərdən birinə qarşı mülki iddianın ayrıca icraatda təmin edilməsini digər təqsirləndirilən şəxsə qarşı eyni mülki iddianın irəli sürülməsini və təmin edilməsini istisna etmir. Ziyanın müştərək qaydada tutulması isə müxtəlif icraatlarda qəbul edilmiş həmin qərarlar arasında ziddiyətin yaranmasını və icra zamanı çətinliklərin meydana gəlməsini istisna edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X29rşı” 09 dekabr 1994-cü il və “Ha cianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mü hakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, sözügedən mülki iddialara düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarı qeyd olunan hissələrdə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa t ərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 419.10.2-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum3 tərəfindən verilmiş kassasiya şikayəti qismən, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti tam təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Məhkum1 qarşı mülki iddiasının təmin edi lməməsinə dair hissədə mülki iddiaçının kassasiya şikayətinə münasibətdə və Məhkum3 qarşı irəli sürülmüş mülki iddianın təmin edilməsinə dair hissədə Məhkum3 kassasiya şikayətinə münasibətdə ləğv edilsin. İş həmin hissələrdə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar