Məhkəmə qərarları › İş №1(102)-805/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-805/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-805/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum müdafiəçisi – XXX35vəkil Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxara q, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.A.Qəribov, hakimlər T.Q.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1987-ci ildə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olan, ünvan 2-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 16 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 03 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi v ə tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 7324,57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq 7310 qramını yaşadığı ünvan 1 ünvanda gizlətməklə saxlamış, narkotik vasitə qurudulmuş marixuananın qalan 14,57 qramını isə üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 fevral 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 21:00-da yaşadığı ünvan4nın yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və ora da saat 22:10-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusunda tərkiblərinə görə eyni ayrı-ayrılıqda 7,344 qram və 7,226 qram olmaqla ümumilikdə təmiz çəkisi 14,57 qram olan narkotik vasitə qurudulmuş marixuanana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 16 fevral 2021-ci il tarixdə saat 23:15-dən etibarən Məhkum yaşadığı ünvan7saylı mənzilə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən yataq otağında yerləşən iki mərtəbəli çarpayının sağ küncündən ümumilikdə üç ədəd sellofan torbalarda üzərindən çıxan qurudulmuş marixuana ilə və öz aralarında eynilik təşkil edən, ayrıayrılıqda 2450 qram, 2505 qram və 2355 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar- 7310 qram təşkil edən narkotik vas itə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən məhkəmədə Məhkum özünün və qohumlarının verdikləri ifadələr, mobil telefonunun əhatə dairəsinə dair məlumatlar əsassız olaraq nəzərə alınmamış, ittiham hökmü ibtidai istintaqda Məhkum qanunsuz təsir etmə yolu ilə alınmış ifadələrlə əsaslandırılmış, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 03 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəy yən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 416.1.3, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar ki mi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, bu qənaətini və ondan irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu gös tərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına gö rə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi (o cümlədən, təqsirliliyinin sübuta yeti rilməməsinə baxmayaraq, Məhkum barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyətcə bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sür ülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı - birinci instansiya məhkəməsi və onların yoxlanılması zamanı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144- cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, onlara CPM-in 145ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqının gedişində müdafiə tərəfinin vəsatəti təmin edilərək narkotik vasitənin əsas hissəsinin aşkarlandığı ünvan 2 ünvanında təqsirləndirlən şəxslə birgə yaşayan, habelə 16 fevral 2021-ci ildə həmin ünvanda olan onun qohumları X4, X1, X7, X5 şahid qismində dindirlmişlər. Hökmdə bu şah idlərin təqsirləndirilən şəxsin lehinə olan ifadələri, eləcə də Məhkum özünün məhkəmədə verdiyi cinayət törətməsini inkar edən məzmunda olan ifadəsi, Məhkum əleyhinə məhkəmədə ifadə vermiş (ondan ittihamda göstərilən tarixdə, şəraitdə və miqdarda narkotik vasitənin aşkarlanıb götürüldüyünü təsdiq edən) şahidlər Şahid2 və Şahid1, habelə təsirləndirilən şəxs Məhkum özünün ibtidai istintaqda verdiyi etirafedici ifadələri ilə müqayisə edilmişdir. Məhkəmə qohumların və Məhkum məhkəmədə verdikləri ifadələrin deyil, məhz Məhkum əleyhinə olan ifadələrin, o cümlədən onun özünün ittihamda təsvir edilən cinayəti etiraf etməsinin digər sübutlarla, xüsusilə də videoçəkiliş aparılmaqla Məhkum üzərində şəxsi axtarışın aparılmasına və ondan iki kibrit qutusunda qurudulmuş marixuana narkotik vasitəsinin gö türülməsinə dair 16 fevral 2021-ci il tarixli protokol, eləcə də ünvan5də baxışın keçirlməsi və 2 ədəd sellofan torbada qurudulmuş marixuana narkotik vasitəsinin, habelə 1 ədəd elektron tərəzinin götürülməsinə dair eyni tarixli protokolla uyğunluq təşkil etməsindən çıxış edərək, Məhkum1un əleyhinə olan ifadələri mötəbər, həqiqəti əks etdirən sübutlar kimi qiymətləndirmiş, həmin sübutlarla Məhkum qarşı irəli sürülmüş ittihamın (hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş cinayətin törədilməsində Məhkum təqsirli olmasının) sübuta yetirilməsi haqqında nəticəyə gəlmişdir. Məhkəmə, təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi qiymətləndirərkən həmin ifadələrin polis tərəfindən qanunsuz təsir etmə yolu il ə əldə edildiyinə dair müdafiə tərəfinin dəlilini nəzərdən qaçırmamış, narkotik vasitənin Məhkum üzərindən və yaşadığı mənzildən götürlməsini əks etdirən müvafiq protokollara əlavə edilmiş videogörüntülərə baxış keçirmiş və bu prosessual hərəkətlərin gedişində müdafiəçinin də iştirak etdiyini, protokollara prosessual hərəkətlərin pozuntularla aparılmasına dair qeydlərin verilmədiyini, heç bir narazılığın ifadə olunmadığını, əksinə Məhkum sərbəst şəkildə narkotik vasitənin saxlanıldığı kibrit qutularını və sellofan torbaları polis əməkdaşlarına təqdim etdiyini nəzərə almışdır. Məhkəmə istintaqının gedişində kassasiya şikayətində müdafiəçinin istinad etdiyi Məhkum mobil telefonunun anten əhatə dairəsinə dair məlumatlar da tədqiq edilmiş və hökmdə mötəbər olmayan və ittihamı təkzib etməyən ma terial kimi qiymətləndirilmişdir. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib, Məhkum və onun müdafiəçisinin ardıcıl olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində müdafiə etdikləri dəlillərlə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri təkzib edə, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfl iliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum cəza təyin edilərkən və bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum himayəsində üç azyaşlı uşağının olması kimi onun cəzasını yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən (6 il müddətə) azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu cəza ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Məhkəmə kollegiyası da cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Qeyd olunanlar hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci, o cümlədən kassasiya şikayəti ilə ehtiva ol unan 416.1.1 - 416.1.3, 416.1.11-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məh kum barəsində olan 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar