Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-805/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, h əbs olunanadək faktiki olaraq ünvan 2 yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 1(103)-1666/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 1(101)-55/2022 nömrəli hökmü ilə ( hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), F.A.Qəribov və T.Q.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri 6 (altı) il 6 ( altı) ay müddətə, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin ona qarşı CM-in 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 240.3.2, 234.4.1 və 234.4.3cü maddələri təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlu və Məhkum müdafiəçi si Xudaverdiyev Elxan Əbülfəz oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ş.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə ai d olmayan külli miqdarda güclü təsiredici maddə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsiredici maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qeyri- rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı "X" adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar ra zılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxs və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 86,827 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 52,076 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 53,621 qram çəkidə psixotrop maddə metamfetamin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,28 qram təşkil edən üzərində "F/M40” yazısı olan 32 ədəd dərman tableti, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində "Gabaprel..Pregabalin 300“ yazısı olan 20 ədəd dərman kapsullarını İran İslam Respublikasından Azərbaycan Respublikas ının ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “X” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri əldə etdikdən sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə narkotik vasitə heroinin 1,618 qram hissəsini ayırıb 4 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 3,377 qram hissəsini ayırıb 4 ədəd bükümdə, narkotik vasitə tiryəkin 0,234 qram hissəsini ayırıb 1 ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0,08 qram təşkil edən üzərində “F/M40” yazısı olan 2 ədəd dərman tabletini ayırıb üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 85,209 qram hissəsini 1 ədəd plastik qabda və 1 ədəd bükümdə, narkotik vasitə tiryəkin külli miqdarda 51,842 qram hissəsini 1 ədəd bükümdə, psixotrop maddə metamfetaminin külli miqdarda 50,244 qram hissəsini 1 ədəd plastik qabda və 1 ədəd bükümdə ayırmaqla, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,2 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 30 ədəd dərman tabletini, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində “Gabaprel..Pregabalin 300” yazısı olan 20 ədəd dərman kapsullarını Məhkum vermiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərə findən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum 15 iyun 2021-ci il tarixdə, saat 00:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın kəmər hissəsinə keçirilmiş qara rəngli dəri materialdan hazırlanmış açar qabının içərisindən 4 ədəd bükümdə, ayrı- ayrılıqda çəkiləri 0,355 qram, 0,410 qram, 0,451 qram, 0,402 qram olmaqla, ümumilikdə 1,618 qram narkotik vasitə heroin, 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,274 qram, 0,849 qram, 1,309 qram, 0,945 qram olmaqla, ümumilikdə külli miqdarda 3,377 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə 0,234 qram çəkidə narkotik vasitə tiryək və tərkibində narkotik vasitə metadonun təsiredic i maddəsinin miqdarı ümumilikdə 0.08 qram təşkil edən üzərində “F/M40” yazısı olan 2 ədəd dərman tableti, Məhkum sağ əlində saxladığı əl çantasının içərisindəki üzərində “Dior” sözü yazılmış ağ rəngli karton qutunun içərisindən 1 ədəd plastik qabda 11,883 qram və 1 ədəd bükümdə 38,361 qram olmaqla ümumilikdə külli miqdarda 50,244 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə külli miqdarda 51,842 qram narkotik vasitə tiryək, 1 ədəd plastik qabda 1,498 qram və 1 ədəd bükümdə 83,711 qram olmaqla, ümumilikdə külli miqdarda 85,209 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,2 qram təşkil edən üzərində “F/M40” yazısı olan 30 ədəd dərman tableti, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdard a ümumilikdə 6 qram təşkil edən üzərində “Gabaprel..Pregabalin 300” yazısı olan 20 ədəd dərman kapsulları, səthində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd “Constant” markalı elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd qəlyan formalı predmet aşkar edilərək götürülmüşdür. Birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddə əldə etməsi, saxlaması, daşıması və satması müəyyən olunsa da, narkotik və psixotrop və qeyd olunan maddələr aid olmayan güclü təsiredici maddələrin qaçaqmalçılığı cina yətində onun iştirak etməsi sübuta yetirilməmişdir. Bu səbəbdən x qarşı CM-in 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilmiş, o, yalnız Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yuxarıda təsvir edilən əməlləri törətməkdə təqsirli bilinmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli m iqdarda güclü təsiredici maddə əldə etmə, saxlama, daşıma və satma kimi Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarının ləğv edilərək onun əməlinə yenidən qiymət verilməsi üçün işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azın dan həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini eləcə də onun ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas lar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkib inin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-h üquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlam ətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini (Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə) törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum qeyd olunan əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, sms yazışmaları, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apelly asiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qay dasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hallar – ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, gənc olmasından və ağırlaşdıran halların müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həm ayrı ayrılıqda, həm də cinayətlərin məcmusu ilə qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə Məhkum münasibətdə həmin hissəsində hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşd ıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayəti nin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməs inə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 1(103)-1666/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-805/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-805/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver