Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-806/2019 19.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 806/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "19" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli ilkin baxışına dair qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Salmanov Rahib Vaqif oğlu, hakimlər Bayramov Mayıl Abbas oğlu və Orucov Azər Kəlpəli oğlundan ibarət tərkibdə) 29 dekabr 1985-ci il tarixdə Lerik rayonu, Murya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətə ndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu, Murya kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 28 sentyabr 2016-cı il tarixdə Lerik rayonunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 1.825,0 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib Bakı şəhərinə gətirməklə daşıyaraq özündə saxla mış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 30 sentyabr 2016-cı il tarixdə, saat 1030 radələrində Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis dərəsinə aparılmış və orada onun üzərinə keçirilmiş baxış zamanı əlində olan tünd göy rəngli, üzərində «Mələk» sözləri yazılmış polietilen torbanın içərisində olan şəffaf skoçla bağlanmış mavi rəngli, üzərində «BMW» yazısı olan sellofan bağlamanın içərisindən həmin narkotik vasitə olan 1.825,0 qram çəkidə, külli miqdarda qurudulmuş -marixuana aşkar edilərək götürülmüşdür. Həmin hökmdən qanunla müəyyən olunmuş müddət ərzində apell yasiya şikayəti verilməmiş, yalnız 07 sentyabr 2018-ci il tarixdə Məhkum yuxarıda qeyd olunan hökmdən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Vəsatətdə məhkum buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarı ilə həmin məhkəmənin 05 aprel 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Yuxarıda göstərilən qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abbasov Mirzəli Əbdüləli oğlu, hakimlər Rəhimov Elmar Eldar oğl u və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 19 fevral 2019-cu il tarixli ilkin baxış iclasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli ilkin baxış iclasının qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə apellyasiya şikayəti vermə müddətini bərpa edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ağır vərəm və psixi xəstəliyyindən əziyyət çəkdiyinə görə qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətini verə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham və ya bəraət hökmü çıxarıldıqda verilir. Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərar ın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmün surəti Məhkum təqdim edilməsi üçün cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə 05 aprel 2017-ci il tarixdə göndərilmiş (iş vərəqə 190) və 22 aprel 2017-ci il tarixdə məhkum tərəfindən hökmün alınmasına dair qəbzə məhkum imza etmişdir (iş vərəqə 195). Məhkum tərəfindən apellyasiya şikayəti isə 07 sentyabr 2018-ci il tarixdə, yəni hökmü aldığı vaxtdan 16 aydan çox müddətin keçməsindən sonra məhkəməyə daxil olmuşdur. Kassasiya şikayətində məhkumun səhhəti ilə əlaqədar vaxtında apellyasiya şikayəti verə bilməməsinə istinad edilsə də, şikayətə məhkumun uz un müddətli ağır xəstəliyə düçar olmasını və xəstəliyin onu və ya müdafiəçinin vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Bu səbəbdən də, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və məhkumun 16 aydan çox müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmaması inandırıcı olmadıgını nəzərə alaraq belə qənaətə gəlir ki, şikayətdə göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, məhkumun apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri haqlı olaraq qərardan apellyasiya şikayəti verilməsi müddət inin bərpa olunmasına dair vəsatətini təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli ilkin baxışına dair q ərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-806/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-806/2019
19.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver