Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-806/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məhəmməd Əkbərov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və İlham Mahmudov) 24 may 2023-cü il tarixli, 1(101)-502/2023 nömrəli hökmü ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Zərərçəkmiş şəxs1 Dövlət Yanğından Mühafizə Xidmətinin Ümumi Şöbəsində xidmət rəisinin köməkçisi vəzifəsində, daxili xidmət polkovniki xüsusi rütbəsində işləmiş, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 156.2.1, 309.2 və 312-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 1 56.2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 309.1ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 312-1.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Məhkum 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Məhkum qarşı mənəvi və maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki iddiasının mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə qismən təmin edilməklə Məhkum 4.000 (dörd min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə şəxsi həyatın sirri olan məlumatları, belə məlumatları əks etdirən video və foto çəkiliş mater iallarını təkrarən qanunsuz toplayaraq zərərçəkmiş şəxslərin şəxsi həyatlarının toxunulmazlıqlarını pozmuş, eyni zamanda həmin hərəkətləri ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, bundan başqa, vəzifəli şəxs olaraq öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla vasitəçilərdən istifadə etməklə maddi neməti istəməklə alıb nüfuz alveri edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. Belə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 04 iyun 2007-ci il tarixli, 426/Ş s aylı əmri ilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ümumi Şöbəsində xidmət rəisinin köməkçisi vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləməklə vəzifəli şəxs olaraq qanunla müəyyən edilmiş xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan, yəni hər bir şəxs üçün qanunsuz hesab olunan hərəkətlər, o cümlədən, şəxsləri gizli müşahidəyə götürmək, şəxsi həyata aid, açıqlanması böyük məhrumiyyətlər yarada biləcək hərəkətləri video və foto çəkiliş vasitəsilə şəxslərin özlərinin razılıqları olmadan şəxsi həyatlarının sirləri haqqında məlumatların toplanılmasına yol verilmədiyi halda onları gizli qaydada toplamaq və gələcəkdə şəxsi məqsədləri üçün istifadə etmək məqsədilə ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühaf izə Xidmətinin inzibati binasının üçüncü mərtəbəsində 302 nömrəli xidməti iş otağında istifadəsində olan kompüter dəstinə istintaqa məlum olmayan tarixdə xüsusi proqram vasitəsi ilə özü üçün video və foto çəkiliş həyata keçirmək məqsədilə gizli kamera quraşdıraraq, 2014-2015-ci illər ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə Xidmətin Bakı şəhəri Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin kadrlar üzrə böyük inspektoru vəzifəsində işləyən, daxili xidmət baş leytenantı Zərərçəkmiş şəxs3 və təkrarən 2019-cu ilin iyun ayından həmin ilin sonunadək olan müddət ərzində istintaqla müəyyən edilməyən tarixlərdə Xidmətin Ümumi Şöbəsinin böyük inspektoru vəzifəsində işləyən, daxili xidmət polkovnik-leytenantı Zərərçəkmiş şəxs2 özünün cinsi ehtirasını təmin etmək niyyəti ilə intim ə laqəyə sövq edərək, müxtəlif tarixlərdə bir neçə dəfə onlarla xidməti otağında olan qoltuqlu kürsüdə və masaların üzərində, xüsusi rütbəsi aydın şəkildə müşahidə olunan xidməti geyim formasında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən həmin qadınların şəxsi həyat sirrinə aid olan, kənar şəxslərə bildirilməsinə razılıqları olmayan seksual hərəkətlərin video və foto çəkilişlərini gizli aparıb xidməti istifadəsində olan kompüterin yaddaş qurğusunda, eləcə də, həmin kompüterin yaddaş qurğusundan köçürdüyü şəxsi elektron yaddaş daşıyıcısında qanunsuz toplayıb özündə saxlayaraq zərərçəkmiş şəxslərin şəxsi həyatlarının toxunulmazlıqlarını pozmuş, o cümlədən, həmin materialların istintaqa məlum olmayan şəraitdə digərləri tərəfindən ələ keçirilməsinə şərait yaradaraq 29 iyul 2022-c i il tarixdən etibarən “Facebook”, “Telegram” və digər sosial şəbəkələrdə qeyriməhdud sayda insanların izləyə biləcəyi şəkildə Zərərçəkmiş şəxs3 ilə birlikdə olan on üç ədəd intim fotoşəkilin və hissələrə bölünmüş iki ədəd intim videogörüntünün, həmçinin Zərərçəkmiş şəxs2 ilə birlikdə olan səkkiz ədəd hissələrə bölünmüş intim videogörüntünün yayılmasına səbəb olmaqla həmin əməlləri ilə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək rəsmi nikahda olan iki qadına aid şəxsi həyatın sirri olan məlumatları təkrarən qanunsuz toplayaraq şəxsi həyatlarının toxunulmazlıqlarını pozmuş, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yəni Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs 2 çəkilişlərinin açıqlanması ilə onların ailə və qohumları, tanışları arasında nüfuzdan düşmələrinə, işlərini itirmələrinə, qanuni nikah münasibətlərinə faktiki olaraq xitam verilmələrinə, ümumilikdə cəmiyyət tərəfindən qəbul edilməmələrinə, habelə hüquqi şəxs Zərərçəkmiş şəxs1 işgüzar nüfuzuna ciddi xələl gətirərək vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurub vəzifə səlahiyyətlərini aşmışdır. Bundan başqa o, Biləsuvar şəhər sakini X1 Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Hissəsində işə qəbul edilməsi ilə bağlı köməklik göstərilməsi barədə yaxın münasibətləri olan iş yoldaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2019-cu ilin ortalarında Murad Qəfərzadənin atası Şahid1 maddi nemət müqabilində işə qəbul olunmaya dair sonuncu tərəfindən edilmiş müraciəti qəbul edib, vəzifəli şəxs olaraq öz həqiqi təsir imkanlarından istifadə edərək 10.000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində vəzifəli şəxsin, yəni işlədiyi Xidmətin rəisinin qərarına qanunsuz təsir etmək imkanlarından istifadə etməklə Murad Qəfərzadəni istədiyi vəzifəyə təyin etdirəcəyinə dair vəd verdikdən sonra, sonuncunun atası Şahid1 ilə razılaşdırılmış 10.000 manat məbləğində pul vəsaitinin 50 və 100 manatlıq əskinaslardan ibarət olmaqla 06 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Nizami” metrostansiyasının yaxınlığında Şahid2 çatdırılmasına, ardınca isə sonuncunun həmin pul vəsaitini olduğu kimi 09 dekabr 2019-cu il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yaxın münasibətləri olan Zərərçəkmiş şəxs2 vermə sinə, yəni istədiyi pul vəsaiti üzərində tam sərəncam vermək hüququna malik olmasına əmin olduqdan sonra, işə qəbulla bağlı toplanmış zəruri sənədləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinə təqdim edib, işə götürülməklə bağlı müraciət edən şəxsin zəruri tələblərə cavab verməsini bildirməklə, habelə qohumluq münasibətindən irəli gələn öz həqiqi təsir imkanlarından istifadə edərək, 10 dekabr 2019-cu il tarixdə X2 Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin həmin tarixli 6902/ş saylı əmri ilə qeyd olunan Xidmətin Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 62 nömrəli Yanğından Mühafizə Bölməsinin Yanğınsöndürmə Növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin olunmasını təşkil etmiş və 11 dekabr 2019-cu il tarixdə iş vaxtında 302 nömrəli xidməti otağı nda Zərərçəkmiş şəxs2 işə qəbul edilmə ilə əlaqədar etdiyi hərəkətin müqabilində 50 və 100 manatlıq əskinaslardan ibarət 10.000 manat məbləğində pul vəsaitlərini qəbul etmiş, həmin əməlləri ilə vəzifəli şəxs olaraq öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 05 sentyabr 2023-cü il tarixli 1(103)-1540/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(101)-502/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum (mülki cavabdeh) Məhkum müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya ş ikayətləri təmin edilməmişdir, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli 1(103)-1540/2023 nömrəli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət verici əsaslarla işin icraatına xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 15 may 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edirlər ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublika sı CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-806/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-806/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver