Məhkəmə qərarları › İş №1(102)-807/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-807/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-807/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən, məruzəçi), X17 və X14) 22 fevral 2016-cı il tarixli, 1(088)-05/2016 saylı hökmü ilə Məhkum CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, haq qında seçilmiş həbs qətimkan tədbirinin hökm qüvvəsini alanadək dəyişdirilməməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzasının başlanğıcının 26 sentyabr 2014-cü il tarixdən hesab edilməsi hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmü ləğv edib, Məhkum Tapdıq oğlunun əməlini CM-in 120.1-ci maddəsindən CM-nin 123.1-ci maddəsinə tövsif edərək ona ədalətli cəza təyin olunması barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Həmçinin, hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X24 apellyasiya şikayəti verərək Məhkum Tapdıq oğlunun CM-in 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 1(088)-05/2016 saylı hökmünü dəyişdirərək həmin maddənin sanksiyasının yuxarı həddin də, yəni 14 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və cəzasının ilk beş ilini həbsxana şəraitində çəkməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X6 apellyasiya protesti verərək Məhkum CM-in 120.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-ci il tarixli hökmü cinayət qanununun və cinayət prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsi ilə cinayət qanununun müddəalarına uyğun daha ağır cəza təyin edilməklə və maddi sübutların taleyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun həll edilməklə dəyişdirilməsini xahiş etmişdi r. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.A.Məhərrəmli (sədrlik edən, məruzəçi), hakimlər E.İ.Xasməmmədov və T.A.Muxtarovdan ibarət tərkibdə) 16 may 2016-ci il tarixli 1 (104)-140/2016 saylı qərarı ilə Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X24 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum CM-in 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 1(088)-05/2016 saylı hökmü dəyişdirilərək Məhkum təqsirli bilindiyi CMnin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılaraq 13 (on üç) il müddətində müəyyən edilmiş, hökm q alan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan zərərçəkmiş şəxsin hüquqi varisi X25 tərəfindən Məhkum Tapdıq oğluna təyin edilmiş cəzanın ağırlaşdırılmasına dair kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) 04 aprel 2017-ci il tarixli, 1(102)243/2017 saylı qərarı ilə Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2016-cı il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X19 (sədrlik edən), X20 və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 25 aprel 2018-ci il tarixli, 1(102)-212/2018 saylı qərarı ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Tapdıq oğlu barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2016-cı il tarixli qərarı Məhkum Tapdıq oğlunun.müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Kassasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), N.N.Quliyev və R.Ş.Muradovdan ibarət tərkibdə) xx.xx.2018-ci il tarixli, 1(104)-206/2018 saylı qərarına əsasən Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X24 tərəfindən verilmiş apellya siya şikayəti və dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 1(088)-05/2016 saylı hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılaraq 13 (on üç) il müddətində müəyyən edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 1(088)-05/2016 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum xx.xx.2022-ci ildə tarixdə müddətin bərpa edilməsi barədə vəsatət və kassasiya şikayə ti vermişdir. Məhkum vəsatətini onunla əsaslandırmışdır ki, həm səhhəti, həm də məhkəmə prosesləri ilə əlaqədar ondan asılı olan və olmayan səbəblərdən kassasiya şikayəti vermə J müddətini buraxmışdır. Səhhəti ilə əlaqədar uzun müddət müalicələrdə olması ilə bağlı kassasiya şikayətini qanunvericliklə nəzərdə tutulmuş.müddətdə verə bilmədiyini, cəzasının yüngülləşdirilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclaslarının yekun nəticələrini gözləməsi ilə əlaqədar olan vaxt itkisini, zərərçəkmiş şəxsin hüquqi verişi ilə notarial qaydada təsdiq edilmiş barışıq ərizəsini xx.xx.2020-ci il tarixdə əldə etdiyini nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(104)206/2018 saylı qərarından kassasiya şikayəti vermə müddətini bərpa edilərək kassasiya şi kayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsinə.köməklik göstərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X8 və X9 ibarət tərkibdə) 5 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum hazırkı cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 1(104)206/2018 saylı qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Məhkum münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 1(104)-206/2018 saylı qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, pandemiya dövründə səhhəti ilə əlaqədar u zun müddət müalicələrdə olması ilə bağlı kassasiya şikayətini qanunvericliklə nəzərdə tutulmuş.müddətdə verə bilmədiyini, cəzasının yüngülləşdirilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclaslarının yekun nəticələrini gözləməsi ilə əlaqədar olan vaxt itkisini, zərərçəkmiş şəxsin hüquqi verişi ilə notarial qaydada təsdiq edilmiş barışıq ərizəsini xx.xx.2020-ci il tarixdə əldə etdiyini nəzərə alaraq müddətin bərpası barədə vəsatətlə müraciət etmişdir, lakin vəsatət təmin edilməmişdir. Apellyasiya məhkəməsinin müddətin bərpa edilməməsi barədə qərar ilə razılaşmır. CM-in 120.1-ci maddəsinin sanksiyası 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Himayəsində azyaşlı övladları və yaşlı valideynləri var. Törətdiyi əməldən peşimandır.2014-cü ildən cəza çəkir və rejim pozuntusuna yol verməmişdir. Ailəsinin, övladlarının ona ehtiyacı var. Məhkum kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 noyabr 2022-ci il tarixli qərarını ləğv edərək müddətin bərpa edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə v ə ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiy a protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkum tərəfindən məhkəməyə təqdim ed ilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkum kassasiya şikayəti verilməsi müddətinin onun tərəfindən səhhəti ilə əlaqədar buraxıldığını iddia edərək bunun təsdiqi kimi vəsatətə tibbi arayış əlavə etsə də, həmin arayışdan görünür ki, o, kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 18 aylıq müddət bitdikdən sonra stasionar müalicədə olmuşdur. Bundan başqa, qərar qüvvəyə mindikdən sonra məhkumun zərərçəkmiş şəxsin hüquq varisi ilə barışıq əldə etməsi onun tərəfindən buraxılmış prosessual müddətin bərpasına əsas verən hal kimi dəyərləndiri lə bilməz. Məhkum kassasiya şikayəti verilməsi müddətinin buraxılmasını üzrlü hesab etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Belə ki, iş materiallarına əsasən Məhkum kassasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir halın mövcudluğu barədə sübut yoxdur. Bu baxımdan o da qeyd edilməlidir ki, kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkumun özü tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına iki dəfə kassasiya şikayəti verilmiş və həmin kassasiya şikayətləri hər iki halda məhkumun özünün müraciəti ilə geri qaytarılmışdır. Qeyd edilən hallar da onu göstərir ki, qanunvericiliklə müəyyən edilmiş müddət daxilində məhkumun kassasiya şikayəti verilməsinə mane ola biləcək heç bir hal mövcud olmamış və onun həmin müddət ərzində kassasiya şikayəti verməsi üçün imkanı olmuşdur. Bundan başqa iş materiallarından və verilmiş vəsatətdən məlum olur ki, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin qərarı 08 noyabr 2018-ci il tarixdə məhkumun və onun müdafiəçisinin iştirakları ilə elan edilmiş, qərarın surəti 08 noyabr 2018-ci il tarixdə məhkuma təqdim olunması üçün Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkum tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti tərtib edilərək 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə təqdim edilmiş və müəssisənin rəhbərliyi xx.xx.2019-cu il tarixli məktubu ilə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət Kollegiyasına göndərilmişdir. Kassasiya şikayəti icraata qəbul edilərək işə baxılması xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin edilmiş, lakin şikayət məhkumun ərizəsinə əsasən həmin tarixli qərarla baxılmadan geri qaytarılmışdır. Bundan sonra, məhkum U.T.Razayev xx.xx.2019-cu il tarixdə təkrarən kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmiş, məhkumun kassasiya şikayəti icraata qəbul edilərək işə baxılması xx.xx.2020-ci il tarixə, saat 11:40-a təyin edilmiş, lakin şikayət məhkumun ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli qərarla baxılmadan geri qaytarılmışdır. Bundan sonra, məhkum tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-c tarixli, 1(104)-206/2018 saylı qərarından xx.xx.2022-ci il tarixdə, yəni qərarın qəbul edilməsindən 3 il 10 aydan çox vaxt keçdikdən sonra kassasiya şikayəti verilməsi müddətinin bərpa eldilməsinə dair vəsatət vermişdir. Bununla da, məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan müddət ötürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklər əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklərin keçid müddəalarında əsasən Bu Qanunun 1.40.3 - 1.40.5-ci maddələri, (yəni 410.1.2, 410.1.3 və 410.1.4-cü maddələri) apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur və bu qanunda göstərilənlər fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsin dən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsini özündə ehtiva etmir. Həmçinin həmin Məcəllənin 410.1-1-ci maddəsinin məzmunundan aydın olur ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Tapdıq oğlunun mübahisələndirdiyi qərarın çıxarıldığı vaxt qüvvədə olan cinayət prosessual qanunvericiliyi onun qərardan kassasiya şikayəti verilmə müddətini 18 ay nəzərdə tutmuş və bu müddət həmin qərarın ona rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul oluna bilməz. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir. Belə ki, iş materiallarından isə göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin sözü gedən qərarı xx.xx.2018-ci il tarixdə çıxarılmasına və həmin tarixli məktubla Məhkum təqdim olunması üçün Pentinesiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilməsinə baxmayaraq həmin qərardan kassasiya şikayətini CPMnin 410.1.4-cü maddəsinin müddəalarına əsasən 18 (on səkkiz) ay müddətində verməli olduğu halda, kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə verərək həmin müddəti ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 8 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edi lir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməl idirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi e ləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququ na müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X22rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyas ı hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 noyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar