Məhkəmə qərarları › İş №1(102)-807/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-807/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-807/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs, Bəraət almış şəxs Xankişiyev Şəmsəddin Əli oğlunun iştirakları ilə, Xankişiyev Şəmsəddin Əli oğluna Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 128-ci maddəsi ilə bəraət verilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1571/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs Xankişiyev Şəmsəddin Əli oğlu 7 noyabr 1982-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşayır.

2. İttihama əsasən Xankişiyev Şəmsəddin Əli oğlu 4 avqust 2022-ci il tarixdə, saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “HU” avtoservisin həyətində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq zərbəsi ilə qəsdən sonuncunun sol qol nahiyəsindən vuraraq ona sol bazu oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli hematoması, sol bazunun və dirsək oynağı nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X7) 17 may 2023-cü il tarixli, 1(006)-153/2023 nömrəli hökmü ilə Xankişiyev Şəmsəddin Əli oğlu Azərbaycan Respublikası CM-in 128-ci maddəsi üzrə təqsirliliyi sübuta yetirilmədi yindən bəraət verilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının Xankişiyev Şəmsəddin Əli oğluna izah edilməsi, Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərarın çıxarılması, həmin tədbirlərin görülməsi üçün xüsusi qərarın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsi hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət məhkəmə tərkibində) 24 avqust 2023-cü il tarixli, 1(103)1571/2023 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Xankişiyev Şəmsəddin Əli oğluna Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(006)-153/2023 nömrəli hökmünün apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1571/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, bir sıra qanunvericilik aktlarına istinadlar edilərək birinci instansiya və apellyasiya instansiya məhkəməsinin yekun aktlarının həqiqəti əks etdirməməsinə, iş materiallarının tam hərtərəfli və ədalətli araşdırılmamasına istinadlar edərək göstərmişdir ki, işin hallarından görünür ki, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq etmiş olduğu sübutların qiymətləndirilməsinə birtərəfli yanaşmış və bunun nəticəsi olaraq gəldiyi qənaət işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının zərərçəkmiş şəxsin v ə şahidlərin ziddiyyətli hesab etdiyi izahat və ifadələri, iş materiallarına əlavə olunmuş digər sənədlər Zərərçəkmiş şəxs 4.8.2022-ci il tarixdə Şəmsəddin Xankişiyevlə aralarında baş vermiş mübahisə zamanı xəsarət alması faktını heç bir halda təkzib etmir.

8. Kassasiya protestinin müəllifi eyni zamanda qeyd etmişdir ki, Şahid2 ifadəsində qeyd etdikləri ilə cinayət hadisəsinin baş verməsini təsdiq etməsinə baxmayaraq, məhkəmə kollegiyası əsassız olaraq Şahid2 ibtidai istintaq və apellyasiya icraatında verdiyi ifadələri ilə birinci instansiya məhkəməsində verdiyi ifadə arasında ziddiyyət olduğunu qeyd edərək onun ifadəsinə tənqidi yanaşmış və belə sübutun ittihamın əsası qismində çıxış etməsinin qanunsuz olduğunu hesab etmişdir.

9. Eyni zamanda, dövlət ittihamçısı hesab edir ki, məhəkəmə ko llegiyası əsassız olaraq zərərçəkmiş şəxsin Şahid3 adını məhkəmə icraatına qədər hadisənin şahidi kimi bildirməməsinə istinad edib onun verdiyi ifadəsinə tənqidi yanaşmışdır.

10. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Xankişiyev Şəmsəddin Əli oğluna Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

11. Kass asiya protestinə qarşı etiraz verilməmişdir.

12. Qərardan bəraət almış şəxs və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya protestinin dəlillərinə etiraz etmədiyini bildirdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Xankişiyev Şəmsəddin Əli oğlu kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi İV. Hüquqi məsələlər

16. Kass asiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmi n maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Kassasiya protestində əsassız olaraq Xankişiyev Şəmsəddin Əli oğluna CM-in 128-ci maddəsi ilə baəraət verilməsi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar qismində Azərbaycan Respublikası CPM-in 416.1.2 ( məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü ( məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.

20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protes tini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1571/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

23. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır.

24. CPM-in 349.4-cü maddəsinə əsasən “məhkəməni n hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”.

25. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”.

26. Lakin, sübutlar da elə tədqiq olunmalı və qiymətləndirilməlidir ki, onların üzərində qurulan mülahizələrin düzgünlüyünə şübhə yaranmasın.

27. Əgər məhkəmə sübutların araşdırılması və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-in sübut lar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin tələblərinə əməl etməyibsə və yaxud cinayət-prosessual qanunun 353.3.3-cü maddəsinin tələb etdiyi kimi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları inandırıcı şəkildə izah etməyibsə, bu cür qiymətləndirməyə əsaslanan nəticələr də mötəbər sayıla və qəbul edilə bilməz. 28. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki əd alət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur...

29. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəy yənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır...

30. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir.

31. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.

32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər nəzərə alınmaqla hazırki işin materiallarını dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

33. Hazırki işdə cinayət təqibi orqanı tərəfindən Xankişiyev Şəmsəddin Əli oğluna qarşı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi tərəfindən ona elan edilmiş ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, bu n əticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.

34. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, birinci instansiya məhkəməsi Xankişiyev Şəmsəddin Əli oğlu barəsində bəraət hökmü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Ş.Ə.Xankişiyevin ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Belə ki, zərərçəkmiş şəxs ilk iki ifadələrində sadəcə qolunun sıxılmasını bildirsə də, dörd aydan sonra ifadəsini dəyişərək təqsirləndirilən şəxsin onun qoluna yumruqla vurmasını bildirmiş, mübahisənin davam etmə müddəti və qoluna vurulduğu iddia etdiyi zərbələrin sayı ilə də bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətl i ifadələr vermiş, xəsarətin həqiqətən də olub-olmamasını bilavasitə təsdiq edən heç bir maddi sübut mövcud olmamış, ekpert rəyi isə hadisədən 6 gün sonra verilmiş, istintaq orqanı tərəfindən iş üzrə ifadəsi mötəbər sübut kimi qiymətləndirilmiş iki şahidin biri ölkə xaricində olması səbəbindən məhkəməyə gəlməmiş, ittiham tərəfinin digər şahidi isə məhkəmə iclasında tamamilə fərqli ifadə verərək təqsriləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını görmədiyini bildirmiş, istintaq zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermiş şahidlərdən heç birinin adı ittiham aktına salınmamış, lakin həmin şahidlər məhkəmə istintaqı zamanı ifadə verərək təqsriləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmadığını, yalnız sözlə mübahisə etdiklərini bildirmişlər. Həmçinin, zərərçəkmiş şəxs istintaq zamanı hadis ə şahidi kimi qeyd etmədiyi əlavə bir şəxsin şahid kimi məhkəmədə dindirilərək ifadəsinin əsas götürlüməsini xahiş etmiş, lakin həmin şahidin ifadələrində də yuxarıda qeyd edildiyi kimi kifayət qədər ziddiyyətli hallar olduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir.

35. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi ifadələrin dəyişməsini, ziddiyyətləri əsaslı şəkildə aydınlaşdırmış və düzgün olaraq məhkəmədə verilən ifadələrə üstünlük verilməsi və zərərçəkmiş şəxsin ifadəsinin sübutlar siyahısından çıxarılması barədə mövqeyə gəlmişdir. Həmçinin şahidlərin ifadələrinə də hüquqi qiyməti düzgün vermişdir. Nəticədə birinci instansiya məhkəməsinin bəraətlə bağlı gəldiyi qənaət əsaslı və qanuni olmuşdu

36. Lakin, qeyd olunan halların müəyyən olunmuş sayılmasına dair məhkəmələrin qənaətini cinayət işinin materialları ilə müqayisə etdidkə, aydın olur ki, bu qənaət baxılmış sübutlarla uzlaşmır.

37. Əvvəla məhkəmələr tərəfindən Zərərçəkmiş şəxs ifadələrinə şühəli yanaşılaraq, onun ilk iki ifadəsində sadəcə qolunun sıxılmasını bildirməsi, dörd aydan sonra ifadəsini dəyişərək təqsirləndirilən şəxsin onun qoluna yumurqla vurmasını bildirməsi, mübahisənin davam etmə müddəti və qoluna vurulduğu iddia etdiyi zərbələrin sayı ilə də bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsi kimi nəticəyə gəlinsə də, kassasiya kollegiyası qeyd edir ki, cinayət işi materiallarında mövcud olan məhkəmələr tərəfindən tədqiq edilərək araşdırılan Zərərçə kmiş şəxs 04.8.2022, 29.8.2022, xx.xx.2022ci il tarixli izahat və ifadələrində də zərərçəkmiş şəxsin 04.8.2022-ci il tarixdə avtotəmir sexinin qarşında Şəmsəddin Xankişiyevin aralarında baş vermiş şəxsi münaqişə zəmnində onu təhqir etdiyini, qolundan bərk tutub sıxmaqda, itələmədə, yumruqla vurmada ifadə olunan xəsarət yetirməyə yönəlmiş hərəkətlərə yol verdiyini bildirmişdir.

38. Bundan əlavə, iş üzrə ekpsert rəyi “hadisədən 6 gün sonra verilməsi” əsası ilə məhkəmələrdə şübhə yaratsa da, kassasiya kollegiyası ona istinadən qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 989 saylı rəyinin təsviri hissəsindən də görünür ki, müayinə edilənin, yəni Zərərçəkmiş şəxs deməsinə görə 04.8.2022-ci il tarixdə 12 saylı uşaq poliklinikasını n yaxınlığında “Şamil” adlı şəxs tərəfindən döyülmüşdür. Şikayəti sol bazu oynağında olan ağrılardan, şişkinlikdən və hərəkət məhdudluğundandır.

39. Həmin rəyin nəticə hissəsinə əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- sol bazu oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli hematoması, sol bazunun və dirsək oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, müayinədən 1-2 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həm in xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir.

40. Bundan başqa, cinayət işi materiallarında olan Şəmsəddin Xankişiyevin müraciəti əsasında təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 4287 nömrəli rəyində göstərmişdir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs təkrar məhkəmə tibbi ekspertizası zamanı bədən səthində xəsarət və onların izləri aşkar olunmadı. Lakin 04.8.2022-ci il tarixli 989 saylı ekspert rəyinə əsasən onun almış olduğu xəsarətlər - sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayət olunan geniş həcimli hematoma, sol bazunun və dirsək oynağı nahiyəsinin qançırları - bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən tarixdə yəni, 04.8.2022-ci ildə yetirilə bilərdilər və dərəcəsinə görə, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayət olunan geniş həcmli hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər iki qançır isə istər ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlərin sayına, lokolizasiyasına və xüsusiyyətlərinə görə onların şəxsin özü tərəfindən deyil, kənar şəxs tərəfindən endirilmiş bir neçə yumruq zərbəsinin təsirindən əmələ gəlməyə uyğundur.

41. Kassasiya kollegiyası qeyd edir ki, ci nayət işi materiallarından da göründüyü kimi məhkəmələr yekun qərarında 04.8.2022-ci il tarixdə Nəsimi rayonu, Asif Məhərrəmov 59 ünvanında Şəmsəddin Xankişiyev ilə Zərərçəkmiş şəxs arasında mübahisənin baş verdiyini təsdiq etsə də, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası rəyləri ilə bədən səthində aşkar olunmuş, şəxsin özü tərəfindən yetirilməsinə xarakterik olmayan xəsarətlərinin olmasına hər hansı hüquqi qiymət verməmişdir.

42. Qeyd edilənlərdən əlavə, kassasiya kollegiyası qeyd edir ki, şahidlər Şahid2 və Tərlan Baxşıyev ifadələrində qeyd etdikləri ilə cinayət hadisəsinin baş verməsini təsdiq etsələr də, məhkəmələr həmin şahidlərin vermiş olduğu ifadələrinə düzgün hüquqi qiymət verməmiş, onların Zərərçəkmiş şəxs mübahisə edən şəxs tərəfindən vurulmasının şahidi olmasını diqqətdən q açırmışdır.

43. Eyni zamanda, apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən zərərçəkmiş şəxsin Şahid3 adını məhkəmə icraatına qədər hadisənin şahidi kimi bildirməməsinə istinad edib onun verdiyi ifadəsinə tənqidi yanaşmalarına münasibətdə kassasiya kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericilik tərəflərə elə bir məhdudiyyət qoymamışdır ki, işin faktiki hallarınının müəyyənləşdirilməsi zamanı iş üzrə sübutlar biri-biriləri ilə ziddiyyət təşkil etdikdə tərəflərin vəsatətləri əsasında əlavə şahidlərin dindirilməsi yalnız ibtidai istintaq zamanı izahat və ifadələrində adını çəkdikləri şəxslərin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilməsi barədə vəsatət verə bilərlər. Zərərçəkmiş şəxs Şahid3 adını ibtidai araşdırma zamanı çəkməməsi, məhkəmə istintaqı zaman ı həmin şəxsin əlavə şahid qismində dindirilməsi barədə vəsatət verməsi zərərçəkmiş şəxsin əleyhinə şərh olunmamalı, çağırılmış əlavə şahidin ifadəsini şübhə altına almamalıdır. Göründüyü kimi, məhkəmələr zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının realizəsinə düzgün qiymət verməmiş, nəticədə Şahid3 ifadəsində qeyd etdiklərini obyektiv qiymətləndirməmişdir.

44. Qeyd edilənlərdən əlavə, kassasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən elan edilmiş bəraət hökmündən görünür ki, Şəmsəddin Xankişiyev məhkəmədə verdiyi ifadəsində ziddiyyətli fikirlər səsləndirmişdir. Belə ki, o, sərbəst şəkildə verdiyi ifadəsində ümumiyyətlə Zərərçəkmiş şəxs toxunmadığını, aralarında heç bir təmas olmadığını bildirsə də, verilmiş suall ara cavab olaraq, Zərərçəkmiş şəxs “səni gecə ilə götüzdürərəm" deməsinə cavab olaraq Zərərçəkmiş şəxs nalayiq söyüşlər söydüyünü və onu geri itələdiyini bildirmişdir.

45. İş materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxs və müdafiəçinin də iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xankişiyev Şəmsəddin Əli oğlu ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə üzləşmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişdir.

46. Baxmayaraq ki, şahidlər Söhbət Xankişiyev və Allahverdi Bədəlov da ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs Şəmsəddin Xankişiyevin yaxasından iki əli ilə tutduğunu, sonuncunun onu itələyərək özündən uzaqlaşdırdığını bildirsələr də, məhkəmə istintaqında vermiş olduqları ifadələrində X2 Həsənzadəyə toxunmadığını bildirmək lə yanaşı, onları ayırmalarını, Şəmsəddini maşına əyləşdirdiklərini bildirmişlər.

47. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri nəzərə almamışdır ki, əgər Zərərçəkmiş şəxs ilə Şəmsəddin Xankişiyev arasında mübahisə sözlü şəkildə baş verirdisə, onları ayırmaq hansı zərurətdən yaranmışdır.

48. Hadisənin və ondan sonrakı hərəkətlərin baş vermə mexanizminə diqqət yetirdikdə görünür ki, xx.xx.2022-ci il tarixdə hadisənin baş vermə saatı (saat 11:00 radələri), dərhal sonra zərərçəkmiş şəxs tərəfindən DİN-in 102 çağrı xidmətinə zəng edərək döyülməsinə dair şikayət etməsi (saat 11:57), həmin tarixli şikayət ərizəsi ilə Nəsimi RPİ 19-cu PŞ-yə müraciət edərək "Şamil" adlı şəxs tərəfindən avtotəmir sexində təhqir edilərək, qolundan əli ilə vurulmasını bildirməsi, buna əsasən məhkəmə-ti bbi ekspertizasının təyin edilməsinə dair qərar qəbul edilməsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinin təsviri hissəsində də müayinə edilənin, yəni Zərərçəkmiş şəxs deməsinə görə xx.xx.2022ci il tarixdə 12 saylı uşaq poliklinikasının yaxınlığında “Şamil” adlı şəxs tərəfindən döyülməsi, şikayətinin sol bazu oynağında olan ağrılardan, şişkinlikdən və hərəkət məhdudluğundan olması, həmin ekspert rəyinin nəticə hissəsinə əsasən həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilməsi və şəxsin özü tərəfindən yetirilməsinin inandırıcı olmaması və hadisə baş verən gün, yəni 4.8.2022-ci il tarixdə hadisə yerinə zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilməsi nəticəsində əl də edilmiş sübutlar onu deməyə əsas verir ki, məhkəmələr tərəfindən ittiham tərəfinin təqdim etdiyi sadalanan sübutların heç biri qəbul edilməmiş, iş üzrə mövcud ifadələrə (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri) düzgün hüquqi qiymət verilməmiş, yalnız müdafiə tərəfinin mövqeyinə üstünlük verilərək sübutların təhlilinə və qiymətləndirilməsinə formal yanaşılmışdır.

49. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əssən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

50. CPM-in 146.1-ci maddəsinə görə “cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməs i dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin”.

51. İstər birinci instansiya, istərsə də apelyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi prosesində iş üzrə tədqiq edilən sübutların qiymətləndirilməsi istiqamətində fəaliyyətindən görünür ki, ittiham tərəfinin mövqeyi üzrə sübutlar bir tərəfli olaraq inkar edilir, əksinə müdafiə tərfinin mövqeyi üzrə sübutlar işin obyektiv gerçəklirənin müəyyən edilməsində əsas götürülür. Başqa sözlə, işə baxan məhkəmələr tərfindən sübutların əlaqəli-müqayisəli şəkildə tərəfsiz, obyektiv, qanunauyğun tədqiqi zamanı ciddi prosessual pozuntulara yol verilmişdir.

51. Qeyd olunanlar məhkəmələr tər əfindən məhkəmə qərarının kasasiya qaydasında ləğv edilməsini və apellyasiya məhkəməsində məhkəmə baxışının təkrarən keçirilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini, dövlət ittihamçısının kassasiya protestinin şərh olunan məsələlər üzrə dəlillərinin əsaslı olduğunu göstərir.

52. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, habelə kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Xankişiyev Şəmsəddin Əli oğlunun barəsində olan 24 avqust 2023-cü il tarixli, 1(103)-1571 /2023 nömrəli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

53. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xankişiyev Şəmsəddin Əli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə bəraət verilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1571/2023 nömrəli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar