Məhkəmə qərarları › İş №1(102)-807/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-807/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-807/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asi oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il ta rixli 1(103)-2362/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Vüqar Quliyev (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Əliyeva Aytən ) 18 sentyabr 2024-cü il tarixli, 1(101)1616/2024 nömrəli hökmü ilə, 20 iyul 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Ci nayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X7 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, X7 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 502,4 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək B akı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 16 nömrəli evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada R.Şahid7 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 502,4 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Mehriban Qarayeva və Fərid Əyyubov) 12 dekabr 2024-cü il tarixli 1(103)-2362/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1616/2024 saylı hökmü verilm iş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(103)-2362/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cil maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsi əsassız və qanunsuzdur. İttiham tərəfinin fikrincə təqsirləndirilən şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması ona təzyiq göstərilməsini təsdiqləyən dəlil kimi qəbul o luna bilməz. Belə ki, şəxsin fiziki təzyiq göstərilməsi yolu ilə etirafa məcbur edilməsi iddia edilirsə, ilk növbədə onun bədəni üzərində həqiqətən xəsarət olub-olmaması, varsa yaranma mexanizmi və şəraiti, müddəti, tutulduğu vaxta uyğun gəlməsi, daha sonra isə işdəki digər dəlillərin belə iddiaları, yoxsa ittihamın doğruluğunu təsdiqləməsi mütləq nəzərə alınmalı olan məqamlardır. Cinayət işindən görünür ki, R.Həmidovun xəsarətlər alması faktı əsasında Suraxanı rayon prokurorluğunda araşdırma aparılmış, həmin araşdırma zamanı onun yaşadığı ünvana bir neçə dəfə çağırış vərəqələri göndərilmiş, eləcə də telefonla əlaqə saxlanılmış, lakin R.Həmidov heç bir səbəb göstərmədən iddiaları ilə bağlı izahat verməyə gəlməmiş və məhkəmə-tibb ekspertinin müayinəsindən keçməmişdir. Həmçinin Suraxanı RPl- nin MSY-dən verilmiş cavabda onun 11 oktyabr 2023-cü il tarixdə 01:00-da qəbul olunarkən üzərində hər hansı xəsarət olmaması göstərilmişdir. Nəticədə, Suraxanı rayon prokurorluğunun 15 yanvar 2024-cü il tarixli qərarı ilə Rüfət Həmidovun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, cinayət prosesini həyata keçirən orqanın polis əməkdaşlarının Rüfət Həmidova qarşı qanunsuz hərəkətlərini (cinayət təqibini) istisna edən qərarı mövcuddur, məhkəmənin həmin qərarla müəyyən edilmiş hala yenidən münasibət bildirməsi Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinin tələblərini (həmin qərarın preyudisial əhəmiyyətini) pozur. Eyni zamanda xüsusi vurğulanmalıdır ki, həmi n qərar müdafiə tərəfinə bəlli olsa da, indiki dövrə qədər hər hansı şəkildə mübahisələndirilməmiş və şikayət də verilməmişdir. Yəni, hazırkı halda, faktiki mövcudluğu heç bir obyektiv dəlilə söykənməyən, yalnız məhkəmələrin və təqsirləndirilən şəxsin subyektiv mülahizələrinə söykənən “xəsarətlər” heç də qeyd etdiyi ilkin ittiham sübutlarının mümkünlüyünü istisna edən dəlillər sayıla bilməzdi. Digər tərəfdən, iş materiallarında olan digər sənədlər, o cümlədən R.Həmidova məxsus mobil telefon nömrəsindən (***-***-**-**) götürülən məlumatlara baxış keçirilməsi haqqında protokolla aşkar edilmiş məlumatlar və mesaj mətnləri şəxsin təzyiqə məruz qalaraq etiraf ifadələri verməsi barədə məhkəmələrdə bildirdiyi halların deyil, ilkin istintaqda verdiyi etiraf ifadələrinin, videogörüntünün, aparılm ış sənədləşdirmənin və ona verilmiş ittihamın doğruluğunu təsdiq etmişdir. Məhkəmələrin qənaətinə görə şəxsi axtarış zamanı aşkar edilmiş predmet ağ rəngli toz şəkilli olmuş, məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim edilmiş predmet isə qəhvəyi rəngli olmuşdur. Qeyd olunmalıdır ki, “şəxsi axtarış və götürmə aparılmasına dair” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Rüfət Həmidov əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitəni "İmran” kimi tanıdığı iran islam Respublikası vətəndaşından onlayn pul köçürmə yolu ilə alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir (bax: cild 1, i.v. 29; 32-33). “ Diskə baxış keçirilməsi haqqında" 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 10 oktyabr 2023-cü il tarixli və 9 dəqiqə 37 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları tərəfindən Suraxanı RPl-nin 30-cu PŞ-nin inzibati binasında yerləşən xidməti otaqda Rüfət Həmidovun üzərinə şəxsi axtarış keçirilir, sonuncuya üzərində qanunla qadağan olunmuş hər- hansı bir əşya və ya predmet olması barədə sual verilir, Rüfət Həmidov əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən tünd sellofana bükülmüş 1 ədəd bükümdə kütləni təqdim edərək bildirir ki, təqdim etdiyi büküm narkotik vasitə heroindir. Həmin sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Bundan başqa məhkə mə fiziki-kimyəvi ekspertizasının 6/5309 saylı, 11 oktyabr 2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs X3...” sözləri olan bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 502,4 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertiza rəyinin məzmununda qeyd edilmiş - “tədqiqat prosesinin təsviri hissəsi”ndə göstərilmişdir ki, rəng testi nəticəsində qəhvəyi rəngli maddə nümunəsinin heroinə məxsus rəngə boyanması müşahidə edilmişdir. Bu isə o anlama gəlmişdir ki, aşkar edilmiş kütlənin şəxsi axtarış zamanı müəyyən edilmiş rəng parametrlərinə uyğun olması (ağ rəngdə olması) heç də inkar edilməmiş, ekspert maddənin ilkin rənginə əsaslanıb onun qəhvəyi rəngdə olmasını bildirmişdir. Həmçinin, Rüfət Həmidovun üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı maddi sübutun qablaşdırılması ilə ekspertizaya təqdim edilmiş qablaşdırmanın, o cümlədən narkotik vasitənin büküldüyü qara rəngli sellofanın eyni olması həm cinayət işinin materialları, həm də əlavə şahid qismində dindirilmiş ekspert Zümrüd Bayramova və maddi sübutu ekspertə təqdim etmiş polis əməkdaşı Şahid5 ifadələri ilə təsdiq olunmuşdur. Anten məlumatları isə birmənalı sübut deyil və burada müəyyən olunan hallar digər sübutlarla müqayisəli nəzərə alınmalıdır, ona görə ki, müvafiq mobil nömrənin hər-hansı anten qülləsinin əhatə dairəsində olması həmin mobil telefonun məhz həmin qüllənin yerləşdiyi ünvanda olması və ya birmənalı olaraq yaxın ərazidə olması kimi dərk edilə bilməz. Digər tərəfdən, nəzərə almaq l azımdır ki, anten məlumatları yalnız mobil nömrəyə zəng (mesaj) daxil olan və çıxan anlarda həmin nömrənin qeydə alındığı ərazini göstərir, digər vaxtlarda ərazini qeydə almır və heç də bütün hallarda qeydə aldığı ərazini də dəqiq göstərmir. Açıq informasiya resursları təsdiqləyir ki, mobil telefonun mobil operatorun hansı anteninə qoşulması bir çox texniki faktorlardan asılı olduğundan - telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan asılı olması, bu səbəblərdən mobil telefonun müəyyən zaman kəsiyində 500 metrdən 35 km (bəzi hallarda 5 0-100 km) məsafəyədək yerləşən antenə qoşulmasının mümkünlüyü mobil telefonun harada olması ilə bağlı qəti yox, nisbi fikrə gəlməyin mümkünlüyünü deməyə əsas verir. X10 saxlanmasında iştirak etmiş polis əməkdaşlarının, həm də təqsirləndirilən şəxs Rüfət Həmidovun məhkəmə baxışı zamanı verdiyi ifadələrdən müəyyən olunur ki, sonuncunun saxlanıldığı yerlə Suraxanı RPl-nin 30-cu PŞ-nin arasında qısa məsafə aralığı olmuşdur (ifadələrə əsasən piyada 5 dəqiqədən 15 dəqiqəyədək). Bununla bağlı əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsinə də məhkəmələrdə istinad olunaraq Rüfət Həmidovun guya həmin gün sahə rəisi Şahid2 tərəfindən çağırılaraq işlətdiyi dükanda üzərinin yoxlanması və heç nə aşkara çıxarılmaması, bundan sonra polis əməkdaşlarını çağıraraq Rüfəti aparmaları qeyd edilmiş, lakin m əhkəmələr başqa sübutlarla təsdiqini tapmayan, əksinə, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2, digər şahidlərin ifadələri ilə təkzib edildiyi halda Şahid6 ifadəsinə daha mötəbər yanaşmaları tamamilə əsassız olmuşdur, hansı ki məhkəmələr Şahid6lə təqsirləndirilən şəxs Rüfət Həmidovun uzun müddətli tanışlığının olmasını, təqsirləndirilən şəxs Rüfət Həmidovun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin isə sonuncunun bu müddət ərzində əlavə şahid qismində təqdim edəcəyi şəxslərə təsir etmə imkanının olmasını nəzərə almamışlar. Yəni, məhkəmələrin anten məlumatlarına olan yanaşmaları, istənilən halda, CM-in 234.4.3-cü maddəsi ilə R.Həmidova verilmiş ittihamı təkzib etməyə yetərli dəlil olmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma mərhələ sində R.Həmidovun barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, o, şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmişdir. Belə ki, iş materiallarına əsasən, ilkin araşdırma mərhələsindən başlanaraq R.Həmidovun hüquqlarını müdafiə etmək üçün ona özünün istəyi əsasında seçilmiş vəkil təqdim edilmiş, şəxsin özünün razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesinin əvvəlindən sonuna qədər onun iştirakı ilə keçirilmiş əksər prosessual hərəkətlərdə iştirakı təmin olunmuşdur. Məlum olduğu kimi, Rüfət Həmidovdan 502,4 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilmiş və çəkisi külli miqdar təşkil etmişdir. Bu isə o deməkdir ki, ondan aşkar edilmiş narkotik vasitə olan he roinin çəkisi külli miqdarının aşağı həddindən 251 dəfədən çox olmuşdur. Nəzərə alınmalıdır ki, CM-in 234.4.3-cü maddəsində nəzərə tutulan cinayət əməli formal tərkibli cinayətdir və külli miqdarda narkotik vasitənin satış məqsədilə əldə edildiyi, saxlanıldığı, yaxud 234.2-ci maddənin dispozisiyasındakı hərəkətlərin hər hansı birinin edildiyi andan başa çatmış sayılır, yəni, burada şəxsin istehlakçını sonradan, yaxud əvvəlcədən tapması və digər hallar əməlin tövsifi üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Odur ki, külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə olunması barədə hüquq mühafizə orqanlarında şübhələr olan, narkomaniya xəstəliyindən əziyyət çəkən R.Həmidovun külli miqdarın aşağı həddindən 251 dəfədən çox narkotik vasitə olan heroini əldə edərək küçədə üzərində saxlam ası bu maddələrin satış məqsədi ilə əldə olunmasını təsdiq etmişdir. Lakin, onun narkotik vasitələrin satışı ilə məşğul olması yalnız narkotik vasitənin çəkisi ilə məhdudlaşmamışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırkı qərarı çıxararkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassa siya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual norma lara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasə n cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X3 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün istintaqın ilkin mərhələsində verdiyi ifadələrini, şəxsi axtarışda və baxışda iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrini, üzərində şəxsi axtarış keçirilməsi haqqında 10 oktyabr 2023cü il tarixli protokolu, t elefon məlumatlarından çıxarışı, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Həmin sübutlardan görünür ki, X3 narkotik vasitənin hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. X4 qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. A zərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, X3 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxarkən sübutları təkrarən araşdırıb və belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X4 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyal ar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üç ün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi isə nəticəyə gəlmişdir ki, X3 üzərində narkotik vasitənin aşkar edilməsi mötəbər sübutlarla təsdiq olunmur, işin halları isə narkotik vasitənin aşkar edilməsi faktının şübhə altına almasına əsas verir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulm uş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutlar həm ziddiyyətlidir, həm qanun tələblərinin pozulması ilə əldə edilmiş, həm də iş üzrə müəyyən edilmiş hallar həmin sübutların mötəbərliyinə kifayət qədər şübhə doğurur. Belə ki, istintaq orqanı Rüfət Həmidovun təqsirli bilinməsinin əsası kimi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə və üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokola istinad etmişdir. Yuxarıda qeyd edilən istintaq hərəkətlərindən sonra onların əsasında digər sübutlar toplanmış, o cümlədən şahid polis əməkdaşları dindirilmiş, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları keçirilmiş və cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Rüfət Həmidov ibtida i istintaq zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirini etiraf edərək, şəxsi axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan İmran adlı şəxsdən 200 manata aldığını göstərmişdir. Lakin məhkəmə baxışı zamanı o, bu ifadəni təsdiq etməmiş, həmin etirafedici ifadəni polis əməkdaşları tərəfindən fiziki zorakılıqla – döyülmə nəticəsində verdiyini bildirmişdir. Məhkəmə iclasında R.V. Həmidov ifadə vermişdir ki, onu ittihamda göstərilən vaxt – saat 18:00-da deyil, təxminən saat 13:30 radələrində yaşadığı məhəllədə yerləşən mağazanın yaxınlığında sahə rəisi Z.T.Mehtiyev təkbaşına saxlamış, mağazaya apararaq orada şəxsi axtarış keçirmiş və növbətçi hissəyə məlumat vermişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Daha sonra polis şöbəsindən çağırılmış naryad onu avtomobillə polis bölməsinə aparmış, orada isə fiziki zorakılığa məruz qalaraq döyülmüş, üzərinə narkotik vasitə qoyulmuş və istintaq sənədlərini imzalamağa məcbur edilmişdir. Birinci instansiya məhkəməsi Rüfət Həmidovun ifadəsində göstərilən xüsusatların həqiqətə uyğun olub-olmamasını yoxlayarkən bir sıra sübutlar toplamış və onları cinayət prosesi tərəflərinin iştirakları ilə məhkəmə istintaqında tədqiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismindən dindirilmiş Şahid6 R.Şahid7 məhkəmə iclasında verdiyi ifadədə göstərilənləri təsdiq edərək göstərmişdir ki, sonuncunu sahə rəisi Z.Mehtiyev tək saxlamış və onun işlətdiyi mağazaya salaraq R.Şahid7 üstünü yoxlamışdır. R.Şahid7 üzərində narkot ik vasitə aşkar edilməmişdir. Sonra Şahid2 çağırışa digər polis işçiləri gəlib R.Şahid7 aparmışlar. İşdə olan təqsirləndirilən şəxs R.Şahid7 barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinə baxılması barədə Suraxanı rayon prokurorunun 12 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vəsatətə baxılması zamanı təqsirləndirilən şəxs prokuror tərəfindən qəbul edilərək dindirilmişdir. Dindirilən zaman R.Şahid7 bildirmişdir ki, Suraxanı RPİ-in 30cü PŞ-in əməkdaşları tərəfindən döyülmüşdür. R.Şahid7 bədəni üzərində olan xəsarətləri vizual olaraq göstərərək bildirmişdir ki, bədəni üzərində olan xəsarətlər ona Suraxanı RPİin 30-cü PŞ-in əməkdaşları tərəfindən yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apell yasiya məhkəmələri yuxarıda qeyd edilən sübutlara qiymət verib əsaslı olaraq nəticəyə gəlmişdir ki, həmin sübutlar R.Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadələrin mötəbərliyinə əsaslı şübhə doğurur. Yuxarıda qeyd edildiyi kimi ittihamın əsası R.Şahid7 üzərində narkotik vasitənin aşkar edilməsi faktı təşkil edir. Cinayət işinin materiallarından görünür ki, cinayət məsuliyyətinə səbəb olan narkotik vasitə təhqiqatçı tərəfindən R.Şahid7 üzərində şəxsi axtarış aparılması zamanı aşkar edilmiş və götürülmüşdür. Həmin fakt cinayət işində olan R.Şahid7 üzərində şəxsi axtarış və götürmə haqqında aparılması barədə 10 oktyabr 2023-cü il tarixli protokolla təsdiq olunur. R.Şahid7 üzərində şəxsi axtarış aparılması barədə 10 oktyabr 2023-cü il tarixli protokol da məhkəmələr tərəfindən mümkün və mötə bər sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası R.Şahid7 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə haqqında” 10 oktyabr 2023-cü il tarixli protokolun mötəbərliyini və mümkünlüyünü müzakirə edərək aşağıdakıları nəzərə alır. R.Şahid7 üzərində şəxsi axtarış cinayət işi başlanılmadan onun şübhəli şəxs qismində tutulması ilə əlaqədar keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstən tiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, tutularkən R.Şahid7 ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 müdafiəçi qismində işə buraxılmış və şübhəli şəxs Rüfət Həmidova təqdim edilmişdir. Şübhəli şəxs Rüfət Həmidovun hüquq və vəzifələri müdafiəçi A.Ç.Hüseynovun iştirakı ilə izah edilmiş və müdafiəçinin iştirakı ilə Rüfət Həmidov təhqiqatçı tərəfindən 10 oktyabr 2023-cü il tarixdə saat 19:20-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” protokolda da qeyd edilmişdir ki, R.Şahid7 müdafiəçi X1 iştirakı ilə tutulmuşdur. Bundan sonra təhqiqatçı şübhəli şəxs R.Şahid7 üzərində axtarış və götürmə hərəkətinin aparılması barədə qərar qəbul etmiş, həmin qərarla müdafiəçini tanış etmiş və şübhəli şəxsə axtarışın vəkilin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyinə dair kompüter vasitəsilə tərtib olunmuş ərizəni i mzalatmışdır. Bu hərəkət şübhəli şəxsə onun müraciəti əsasında müdafiəçinin təqdim edilməsindən təxminən 30 dəqiqə sonra, yəni 10 oktyabr 2023-cü il tarixdə saat 19:50-də həyata keçirilmişdir. Həmin vaxt müdafiəçi artıq polis şöbəsində şübhəli şəxsin yanında olmuşdur. Bununla belə, şəxsi axtarış müdafiəçinin iştirakı olmadan aparılmışdır. Axtarış aparıldıqdan sonra təhqiqatçı R.Şahid7 izahatını müdafiəçi X1 iştirakı ilə almışdır. Qeyd olunmalıdır ki, məhz bu şəxsi axtarış zamanı şübhəli şəxsin üzərində onun barəsində irəli sürülmüş ittihamın əsasını təşkil edən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası nəzərə alır ki, R.Şahid7 müdafiəçidən imtina etməmiş və axtarışın keçirildiyi zaman onun müdafiə hüququnun təmin olunması üçün vəkil X5 onun müdafiəçisi olmuşdur. Yux arıda göstərilən işin hallarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, şübhəli şəxsin iştirakı ilə həmin gün ərzində ardıcıl şəkildə həyata keçirilmiş digər prosessual hərəkətlərdə müdafiəçinin iştirakı təmin olunduğu halda, onun iştirakı zəruri olduğu bir mərhələdə – konkret olaraq şəxsi axtarış zamanı – müdafiəçinin iştirak etməməsi, həm qanunun tələblərinin kobud şəkildə pozulması, həm də həmin prosessual hərəkətin obyektivliyini və etibarlılığını şübhə altına alan hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi Rüfət Həmidovun üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarış ı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 245.8-ci maddəsinin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq mi qdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. R.Şahid7 üzərində axtarış aparılması barədə 10 oktyabr 2023-cü il tarixli protokolda təhqiqatçı tərəfindən Cinayət Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərinin yerinə yetirilməsi barədə hər hansı qeyd aparılmamışdır. Axtarışın keçirilməsi ilə bağlı videoçəkilişdən isə görünür ki, şübhəli şəxs R.Şahid7 təhqiqatçıya qara rəngli sellofan bükümü təqdim etmiş, sellofan büküm bıçaqla kəsildikdən sonra içərisində ağ rəngli toz və xırda kristal formalı maddə aşkar olunmuşdur. Həmin maddə təhqiqatçı tərəfindən kağız paketinə qablaşdırılmışdır. Cinayət işində olan məhkəmə-kimyəvi eks pertizasının 11 oktyabr 2023-cü il tarixli rəyindən isə məlum olur ki, ekspertizaya təqdim olunmuş kağız paket açıldıqda içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş və rəy məhz həmin maddə üzrə verilmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert Z.T.Bayramova ifadəsində bildirmişdir ki, onun tədqiq etdiyi maddə qəhvəyi rəngdə olmuşdur. Məhkəməyə təqdim olunmuş maddi sübutun da tünd qəhvəyi rəngdə olması müəyyən edilmişdir. Z.T.Bayramova məhkəmə iclasında təqdim olunmuş həmin maddənin onun tərəfindən ekspertiza zamanı tədqiq edilən maddənin olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, işin yuxarıda göstərilən hallar həm şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında 10 oktyabr 2023-cü il tarixli pr otokolun, həm də cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2023-cü il tarixli rəyinin mötəbərliyinə şübhə doğurur. Bu səbəbdən həmin protokol və ekspertiza rəyi R.Şahid7 təqsirini müəyyən edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. İttihamın digər sübutlarına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşları Z.T. Mehtiyev və R.V. Quluyevin ifadələri Rüfət Həmidov tərəfindən cinayətin törədilməsini birbaşa müəyyən etmir, yalnız onun tutulması, polis bölməsinə gətirilməsi və üzərində şəxsi axtarışın aparılması prosesini əks etdirir. Lakin həmin ifadələrin təhlili göstərir ki, onlar həm R.V. Həmidovun, həm şahid S.B. Əliyevin ifadələri ilə, həm də məhkəmənin qərarı əsasında əldə edilmiş və polis əməkdaşları ilə təqsirləndirilən şəxsin istifa dəsində olmuş mobil telefonların dislokasiyası haqqında mobil operatorlardan alınmış rəsmi məlumatlarla ziddiyyət təşkil edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 v ə 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X3 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə və Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X7 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etd iyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024cü il tarixli 1(103)-2362/2024 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(103)-2362/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar