Məhkəmə qərarları › İş №1(102)-808/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-808/2019

14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-808/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Nəhmətov Fazil İldır oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsi məhkəməsinin 24 avqust 2018-ci il tarixli hökmü ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2 və bəraət almış X7 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi N6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsi Məhkəməsinin 24 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X13) Məhkum1- xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Sumqayıt şəhəri, ************************ qeydiyyatda olan və Sumqayıt şəhəri, ******************* fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum1 məhkəməyədək icraat zamanı həbsdə olduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablA9aq qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 24.08.2018-ci il. Məhkum2-xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, ********************** qeydiyyatda olan və Sumqayıt şəhəri, ************** fərdi evdə faktiki yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkm ə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 12.01.2018-ci il tarixdən hesablanmışdır. X14-22.01.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı Ağır cinayətlər məhkəməsinin 08.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya m əhkəməsinin 14.10.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə bəraət verilmiş, hökmün nəticəvi hissəsindən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiqinə dair müddüalar xaric edilmiş, üzərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 27.10.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün MTCM-nə keçirilmiş, 08.07.2017-ci il tarixdə cəza müddəti başa çatdığına görə 6 saylı MTCM-də qeydiyyatdan çıxarılmış, Sumqayıt şəhəri, ********************* qeydiyyatda olan və Sumqayıt şəhəri, ******************** yaşayan, barəsində “həbs” qət imkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: Elan edilmiş ittihama əsasən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, tanışları Məhkum2 və X14 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib 17 oktyabr 2017-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri,************ məhəllə ərazisində yerləşən «Grand” çay evində Zərərçəkmiş şəxs əyləşdikləri masada yaranmış hesabı ödəməməsini bəhanə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək o, Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla, sonra üzərində gəzdirdiyi bıçaqla əlinə bir d əfə vurub sonuncuya sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül, sol əlin İV və V barmaqlarının yaraları, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaq arxasının, sol qulaq seyvanının qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, H6 heç bir səbəb olmadan Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə, təpiklə isə qarnına və sağ ayağına vuraraq sonuncuya fiziki ağrı yetirmiş, Məhkum2 isə yerə yıxılan zərərçəkmiş Zərərçəkmiş şəxs sol ayağına bir neçə dəfə təpiklə vurmaqla sonuncuya sol budun və sol baldırın qançırı kimi dərəcəsini görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkum2 Azərbay can Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, tanışları Məhkum1 və X14 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib 17 oktyabr 2017-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, *********** məhəllə ərazisində yerləşən «Grand” çay evində Zərərçəkmiş şəxs əyləşdikləri masada yaranmış hesabı ödəməməsini bəhanə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etdikdə Məhkum1 zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla, sonra üzərində gəzdirdiyi bıçaqla əlinə bir dəfə vurub sonuncuya sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül, sol əlin İV və V barmaqlarının yaraları, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaq arxasının, sol qulaq seyvanının qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, H6 heç bir səbəb olmadan Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə, təpiklə isə qarnına və sağ ayağına vuraraq sonuncuya fiziki ağrı yetirmiş, o, isə yerə yıxılan zərərçəkmiş Zərərçəkmiş şəxs sol ayağına bir neçə dəfə təpiklə vurmaqla sonuncuya sol budun və sol baldırın qançırı kimi dərəcəsini görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, tanışları Məhkum1 və X14 ilə cinayət əlaqəsinə g irərək bir qrup şəxs halında birləşib 17 oktyabr 2017-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, ********məhəllə ərazisində yerləşən «Grand” çay evində Zərərçəkmiş şəxs əyləşdikləri masada yaranmış hesabı ödəməməsini bəhanə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etdikdə Məhkum1 zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla, sonra üzərində gəzdirdiyi bıçaqla əlinə bir dəfə vurub sonuncuya sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül, sol əlin İV və V barmaqlarının yaraları, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaq arxasının, sol qulaq seyvanının qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, o, da heç bir səbəb olmadan Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə, təpiklə isə qarnına və sağ ayağına vuraraq sonuncuya fiziki ağrı yetirmiş, Məhkum2 isə yerə yıxılan zərərçəkmiş A6 sol ayağına bir neçə dəfə təpiklə vurmaqla sonuncuya sol budun və sol baldırın qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum1 müdafiəçisi N6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X20 (sədrlik edən və məruzəçi), X21 və X2 ibarət tərkibdə) 24 yanvar 2019-cu il tarixli qəra rı ilə apellyasiya protestini və apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 kassasiya protesti verərək qərarın bütövlükdə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına və Məhkum1 müdafiəçisi Nəhmətov Fazil İldır oğlu isə kassasiya şikayəti verərək qərarın Məhkum1 aid hissədə ləğv edilərək yeni apellyasiya baxışna təyin edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı1 kassasiya protestində mhkumlar Məhkum1 və Məhkum2 məhkəmə iclasındakı və ibtidai istintaqdakı eyni məzmunlu ifadələrinə istinad edərək göstərmidir ki, onların hər ikisi ifadələrində Məhkum2 hadisə zamanı orada olma ması barədə göstərməklə onunla yaxın münasibətdə olan şəxslər kimi onu məsuliyyətdən kənarda qoymağa çalışmışlar. H6 isə ibtidai istintaq və məhkəmə iclasında verdiyi ifadələrində Qrand çay evinə gəlmə vaxtı və iştirak etdiyi müddət ilə bağlı obyektiv həqiqəti əks etdirən ifadə vermişdir. Belə ki, Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, fərdi əməklə məşğul olur, atası X8 təxminən 2 il olar ki, xəstəliklə əlaqədar dünyasını dəyişmişdir. O, Məhkum1 təxminən 5 ildir ki, tanıyır, münasibətləri hər zaman yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, Zərərçəkmiş şəxs isə 17.10.2017-ci il tarixdə Sumqayıt şəhəri, ********m əhəllə ərzisində yerləşən «Grand” çay evində tanımışdır. O, 17.10.2017-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, ********məhəllə ərazisində yerləşən «Grand” çay evinə gəlib çay evinə daxil olan zaman tanışı A6in səsini eşidib sonuncunun əyləşdiyi masaya yaxınlaşmışdir. O, tanışı A6, A7 və sonradan adlarını bildiyi A9 və E6la salamlaşıb hal-əhval tutmuş, təxminən bir nəfər də tanımadığı qadının olduğunu görmüşdür. O, əlini tanışı A6in çiyninə qoyduqda sonuncu nə üçün bu saatda çöldə olduğunu soruşduqda o, cavab olaraq çay içib tez evə gedəcəyini demişdir. O, bundan sonra tanışı A7dan anasının xəstə olduğunu və təcili olaraq iş tapmaqda köməklik etməsini xahiş etmiş, A7 isə qardaşı Firuz ilə əlaqə saxlayıb köməklik edəcəyini demişdir. O da bundan sonra isə dostu Tosu ilə başqa bir masada əyləşib saat 21:00-da çay evindən çıxıb yaşadığı evə getmişdir. O, 2018-ci ilin yanvar ayının ilk günlərində Sumqayıt şəhəri ərazisində gəzən vaxt tanışı A6i görmüş, həmin vaxtda A6 yanlarında əyləşən A9 adlı şəxslə dalaşdığını demişdir. Cinayət işinin ibtidai isitintaqı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 17.10.2017-ci il tarixdə, saat 21.05-də yaşadıqları evdə olarkən əvvəllər tanıdığı A6 tərəfindən Sumqayıt şəhəri, ********məhəllə ərazisində yerləşən «Grand” çay evinə dəvət edilmişdir. O da tanıdığı A6dən çay evində kimlərin olmasını soruşduqda sonuncu ortaq tanışları A7 ilə çay evində olduğunu demişdir. O da həmin gün, saat 21.35-də «Grand” çay evinə gəlmişdir. O, çay evinə daxil olan vaxt tanışları A6 və A7ın, eləcə də sonradan tanıdığı H6 və E6ın eləcə də tanımadığı iki nəfər qadının masa ətrafında əyləşdiyini görmüşdür. O, masa ətrafında olan şəxslərin sərxoş olmasını hiss etsə də masa ətrafında stullardan birində əyləşmiş, masa ətrafında əyləşdikdən sonra isə tanışı A6 pivə içməyi təklif etmişdir. O, isə pivə içməkdən imtina etdikdə A6 zarafat adı ilə onun ünvanına nalayiq söyüşlər işlətməyə başlamışdır. O, isə etdiyi hərəkətə görə A6ə şifahi irad bildirib çay evindən getmək istədiyini dedikdə sonuncu “daha heçnə etməyəcəm, getmə otur” demişdir. O da tanıdığı A6in xahişinə əsasən yenidən masa ətrafında əyləşmişdir, lakin bir neçə dəqiqə sonra masa ətrafında edilən söhbətlər onun xoşuna gəlmədiyindən çay evindən çıxıb getmək istəyəndə A6 ondan masanın hesabını v erib getməyini istəmişdir. Bu söz onun bərk xətrinə dəymiş, buna görə də o, “məni bura bəyəm hesab verməyə çağırmısız, məgər mən sizə hesab verənəm” demişdir. Bundan sonra A6 onun ünvanına nalayiq söyüşlər söyərək yumruqla onun sağ göz nahiyyəsinə vurmuş, daha sonra A7 və H6 də A6 ilə birlikdə üstünə hücum çəkərək əl və təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuş, A6 isə hərəkətlərini davam etdirərək cibindən çıxardığı bıçaqla xəsarət yetirmək istədikdə o, sol əlini irəli verdikdə bıçaq sol barmaqlarını kəsmiş, A7 da stolun üzərində olan şüşə bakalı götürüb boynunun arxa nahiyəsindən bir zərbə endirmiş, çay evində olan tanımadığı şəxslər A7 və A6i sakitləşdirib çölə çıxarmış, buna baxmayaraq A6 əlində bıçaqla yenə içəri girib onu vurmaq istəyəndə çay evində olan tanımad ığı şəxslər A6ə imkan verməyib yenidən çay evindən çölə çıxarmışdır. O da çay evindən getmək üçün tanıdığı taksi sürücüsü olan Rüstəmə zəng edib yanına çağırmış, lakin Rüstəm müştəri ilə olduğunu və işlərini gördükdən sonra gələcəyini demişdir. O, çay evində olan vaxt tanımadığı bir nəfər şəxs tərəfindən çay evindən çölə çıxarılaraq başqa bir taksi ilə yola salınmışdır. O, tanımadığı taksi sürücüsü ilə əvvəllər yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisinə gəlib Rüstəmi gözləmiş, A6 isə mobil zəng edərək onun ünvanına nalayiq söyüşlər işlədərək hədələmiş, Rüstəm gəldikdə baş vermiş hadisəni danışmış, Rüstəm isə müştərini yola salıb ardı ilə geri gələcəyini bildirmişdir. O da razılaşaraq Rüstəmi gözləmiş, qısa müddət sonra Rüstəm gəldikdən sonra birlikdə yaşadığı Ceyranbatan qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxslər onu başqa şəxslərin yanında alçaltdıqlarına görə onları bağışlamır və onlardan şikayətçidir. Daha sonra kassasiya protestində şahidlər X5, X12, X3, X4, X6, X9 ifadələrinə, komission məhkəmə-tibb ekspetizasının 14.02.2018-ci il tarixli rəyinə və Zərərçəkmiş şəxs İlham oğlu ilə X16 üzləşmə protokoluna istinad edərək göstərmişdir ki, istintaq və məhkəmədə araşdırılmış sübutlar əsasında Məhkum1 Zərərçəkmiş şəxs Qrand çay evində baş vermiş dava dalaş zamanı əlində olan bıçaqla ona yüngül dərəcəli xəsarət yetirməsi ilə bağlı Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı məhkəmə-tibb ekspetizasının rəyi olduğu halda birinci instansiya məhkəməsi X16 cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən 221.2.1-ci maddəsinə tövsif edərkən əsassız olaraq istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə təqsirləndirilən şəxs Məhkum1 bıçaqla Zərərçəkmiş şəxs əlinə bir dəfə vurmasını yalnız Zərərçəkmiş şəxs deməsi, ibtidai istintaq orqanı tərəfindən isə başqa sübutn əldə edilməməsi kimi işin faktiki halına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkum1 birinci instansiya məhkəməsində ifadəsində Məhkum2la Qrand çay evində olarkən Zərərçəkmiş şəxs onların yanına gələnədək H6 də onların yanına gələrək təxminən 15 dəqiqə söhbət etdikdən sonra çıxıb getdiyini, Məhkum2 da ifadəsində çay evində olarkən A9ın ictifadə etdiyi telefona zəng edərək hal-əhval tutarkən A9 harada olduqlarını soruşduqda o cavab olaraq qrand çay evində olduqlarını bildirdikdə, qısa müddət sonra H6 adlı şəxsin də yanlarına gələrək masada əyləşib A6 ilə söhbət etdikdən sonra çıxıb getməsini, təxminən 45 dəqiqə sonra A9ın çay evinə gəlməsini göstərsə də H6 istintaqda və məhkəmədə verdiyi ifadəsi ilə müəyyən olunmuşdir ki, o, 17.10.2017-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri ********məhəllə ərazisində yerləşən “Crand” çay evinə gəlib çay evinə daxil olan zaman tanışı A6in səsini eşidib sonuncunun əyləşdiyi masaya yaxınlaşdıqda, tanışı A6in səsini eşidib sonuncunun əyləşdiyi masaya yaxınlaşdıqda, tanışı A6, A7 və sonradan adlarını bildiyi A9 və E6la salamlaşıb hal-əhval tutmuş, onlarn massasında oturmuş sonra Tosu adlı dostu ilə başqa bir masada əyləşib saat 21:00-da çay evindən çıxıb yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs da ifadəsində çay evinə daxil olarkən A6in və A7ın eləcə də sonradan tanıdığı H6 və E6ın və tanımadığı iki nəfər qadının da masa arxas ında olduğunu gördüyünü göstərmişdir. Bununla da təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs qarşı 17.10.2017-ci il tarixdə saat 21 radələrində xuliqanlıq cinayəti törətdiklərini bildikləri üçün məqsədli şəkildə cinayətin digər iştirakçısı H6i müdafiə etmək və onu cinayət məsuliyyətindən kənarda qoymaq məqsədi ilə əzərə alınaraq 17.10.2017-ci il saat 21 radələrində Qrand çay evindən getməsini və hadisə vaxtı orada olmamasını xüsusi vurqulamağa çalışsalar da lakin bu hal həm H6 öz ifadəsi, həm də zərər çəkmiş şəxsin ifadəsi ilə təkzib olunmuşdir. Hadisənin 17.10.2017-ci il saat 21 radələrində baş verməsi nəzərə alınaraq həmin vaxt H6 çay evində olması və davada iştirak etməsi bir daha öz təsdiqini tapır. Hadisə baş verən gün Qrand çay evində olmuş şahidlər A8, E6 Quliyev, A 11, Ş6 və qeyriləri təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2la yaxın münasibətdə olan şəxslər olduqlarından hadisə barədə məlumatları təhrif etməklə təqsirləndirilən şəxsləri müdafiə etməyə çalışmışlar. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər A6 və Məhkum2la üzləşmə zamanı ibtidai istintaqdakı ifadəsini onların üzünə qarşı təkrar edərək Məhkum1 hadisə zamanı hesabı ödəməməsini bəhanə edərək yumruq və təpiklə, daha sonra isə bıçaqla ona xəsarət yetridiyini bildirmişdir. Daha sonra isə H6lə üzləşmə zamanı onun üzünə qarşı da hadisə zamanı onun da yumruq və təpiklə onu vurduğunu göstərmişdir. Tanınmaya təqdim etmə zamanı da H6i hadisə zamanı onu vuran şəxslərdən biri olduğunu göstərmişdir. Cinayət işi üzrə toplanmış sübutlarla Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə v ə H6 CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə cinayət əməlləri sübut edildiyi halda məhkəmələr Məhkum1 cinayət əməlini CM-nin 221.2.1-ci madəsinə tövsif etməklə və H6 isə bəraət verməklə düzgün olmayan nəticəyə gəldiklərindən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi N6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkibi olmadığından onun əməli CM-mim 128-ci maddəsinə tövsif edilməlidir. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinad edərək göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özü-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hazırkı cinayət işi üzrə Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş üç əlamət mövcud deyildir. İş üzrə təqsirləndirilən şəxslərin vəşahidlərin ifadələrindən görünür ki, hadisə çay evində baş vermiş, tərəflər arasında mübahisə yaranmış,həmin mübahisə zərərçəkmişin cəhdi ilə münaqişəyə çevrilərək onlar qlsa müddət əlbə-yaxa olmuş, hər iki tərəf bir-birlərinə müxtəlif bədən xəsarətləri yetirmişlər. Baş vermiş hadisə kafenin iş fəaliyyəini pozmamışdır. Hadisə baş verən stolda olan şəxslərdən və kafenin işçilərindən əlavə şəxslərin cina yət işinin materiallarında ifadələri yoxdur. Belə olan halda, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxlərin birgəyaşayış qaydalarını pozmaları nəticəsində həmin vaxt istirahət mərkəzində olan digər şəxslərə qarşı etinasızlıq göstərmələri nəticəsinə gəlməsi üçün əsasə yozdur. Ona görə də baş vermiş hadisənin xuliqanlıq kimi qiymətləndiilməsi də əsassızdır və kassasiya şikayəti təmin edilərək, Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsof edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə döv lət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci ma ddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya protestinin dəlilləri Məhkum1 cinayət əməli Azərbaycan Resp ublikası CM-nin 221.3-cü maddəsindən 221.2.1-ci maddəsinə düzgün tövsif edilmədiyindən və X10 221.2.1-ci maddəsi ilə əsassız bəraət verildiyindən cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər; bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydan ın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə və göstərilən əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-ü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarını n tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17.10.2017-ci il tarixdə saat 11-12 radələrində yaşadığı evdə olan vaxt A9 ona məxsus ******-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng etsə də o, A9ın içki içməyi təklif edəcəyini düşündüyündən zənglərə cavab verməmişdir. Saat 20 radələrində A7la birlikdə «Grand” çay evinə getmiş, həmin vaxtda E6ın da təsadüfən dəhlizdə olduğunu görmüşdür. O da E6 və A7la birlikdə masalardan birində əyləşərək çay içmiş, həmin vaxtı orada ofisant işləyən A8 adlı xanım da gəlib yanlarında oturmuş, bundan 2-3 dəqiqə sonra E6ın münasibətdə olduğu K8 adlı xanım da gəlib E6ın yanında oturmuşdur. O da sonradan Kəmalə ilə E6ın bir yerdə olduğunu başa düşmüş, bir müddət sonra isə tanıdığı H6 də yanlarına gələrək təxminən 15 dəqiqə söhbət etdikdən sonra çıxıb getmişdir. O, təxminən yarım saat sonra, 20:30-21 radələrində tanıdığı A9ın da kafeyə gələrək salam verməyib birbaşa masada əyləşdiyini görmüşdür. O, onun salam vermədiyini və sərxoş vəziyyətdə olduğunu görüb A9a yanlarında olan şəxslərlə görüşməməsinin səbəbini soruşmuş, A9 isə bundan sonra masa ətrafında olan şəxslərlə salamlaşıb özünə pivə sifarişi vermişdir. O, tanışı A9ın həddindən artıq sərxoş vəziyyətdə olduğunu görüb sonuncuya pivə içməməsini, hamı kimi çay içməsini deyib masaya bir çaynik çay, bir stəkan isə kofe sifariş vermişdir O, tanışı A9dan pivə içməməsini istədikdə sonuncu söyüş söyərək “yenə məşədiliyə başlamısan?” demişdir. O, sakitcə A9a tək olmadıqlarını dedikdə A9 “farmozon olmusan, zəng edirəm, zəngimi açmırsan, özün gəlib burada istirahət edirsən” demişdir. O da buna görə A9a “bəsdir, 200 qram araq içmisən, özünü idarə edə bilmirsən” demiş və sanitar qovşağına getmək üçün ayağa qalxdıqda A9 gülümsəyərək əlini onun üzünə vurmaq istəyənd ə A9ın orta barmağı təsadüfən onun gözünün bəbəyinə toxunmuşdur. O da gözünü tutub ovxalaya-ovxalaya A9a “nə hoqqa verirsən burda, bunu içə bilmirsənsə içmə” demiş, A9 isə cavab olaraq “özün guya içmirsən, nə mollalıq edirsən.” demişdir. O, tanışı A9la sözlə mübahisə edərək gözünü oxalayıb çömbələrək arxadakı masanın stulunda oturmuş, həmin vaxtda A9ın “içini belə edim” deyə səsini eşidib həmin anda başının orta hissəsinə zərbə dəydiyini hiss etmiş, zərbənin təsirindən başı-boynu ağrımışdır. O, bu vaxtı qarşıya baxdıqda stulun başına dəydiyini, A9ın isə üzərinə gəldiyini görmüş, ayağa durub sağ əli ilə masadan tutub sol əli ilə A9ın sifət nahiyəsinə ardıcıl iki yumruq zərbəsi vurmuş, A9 yumruq zərbələrinin təsirindən büdrəyərək arxaya yıxılmış və həmin vaxtda A9ın əli şüşə materialdan olan masanın tininə dəyərək kəsilmiş, A7 da öz növbəsində hadisəyə müdaxilə edərək yerə yıxılmış vəziyyətdə olan A9ın sol ayağına bir nəçə dəfə zərbə vurmuş, E6 və Kəmalə isə onları aralaşdırıb çölə çıxarmışdır. Hadisə baş verən zaman A9a heç kim bıçaqla və ya pivə bokalı ilə xəsarət yetirməmiş, A9ın əlində olan xəsarət şüşə masanın kənarına dəyərək yaranmışdır. O, zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, barışa bilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Məhkum2 da ifadələrində Məhkum1 ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Hadisə zamanı Məhkum1 əlində bıçaq olmaması və onun bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə işin halı həm də hadisə yerində olmuş şahidlər A8, E6, A8 və Ş6 ifadələri ilə də təsdiq edilmişdir. Cinayət işi üzrə sözügedən bıçaq aşkar edilərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilməmişdir. Yalnız Zərərçəkmiş şəxs ifadələrində hadisə zamanı A6in hərəkətlərini davam etdirərək cibindən çıxardığı bıçaqla ona xəsarət yetirmək istədikdə o, sol əlini irəli verdikdə bıçaq sol barmaqlarını kəsdiyini, A7 da stolun üzərində olan şüşə bakalı götürüb boynunun arxa nahiyəsindən bir zərbə endirdiyini göstərmişdir. Bundan başqa cinayət işinin materiallarına zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilmiş bədən xəsarətlərinin müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri əlavə edilmiş və həmin rəylər məhkəmə iclasında tədqiq edilmişdir: -məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2017-ci il tarixli,1306 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir.

1. Sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaqarxasının, sol əlin İV və V barmağının sıyrıqları, sol qulaq seyvanının, sol budun, sol baldırın qançırları.

2. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmişdir, kənar şəxs(lər) tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti müayinə olunan vaxtdan 1 gün əvvəl olmaqla 17.10.2017-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; -əlavə məhkəmə-tibbi ekspertizasının 13.11.2017-ci il tarixli, 45/1306 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edil mişdir.

1. Sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaqarxasının, sol əlin İV və V barmağının sıyrıqları, sol qulaq seyvanının, sol budun, sol baldırın qançırları. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmişdir, kənar şəxs(lər) tərəfindən yumruqla, təpiklə, pivə bokalı ilə vurulmaqla əmələ gələ bilər. Dərəcəsinə görə Sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma sağlamlığa yüngül zərərvurmaya aid edilir, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaqarxasının, sol əlin İV və V barmağının sıyrıqları, sol qulaq seyvanının, sol budun, sol baldırın qançırları sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir.

3. Zərərçəkmiş şəx s bədəni üzərində bıçaqla yetirilməyə uyğun xəsarətlər aşkar edilmədi. -iş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının 14.02.2018-ci il tarixli, T30/2018 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs 18.10.2017-ci il tarixli məhkəmə-tibbi ekspertizası zamanı sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaqarxasının, sol qulaq seyvanının, sol budun, sol baldırın qançırları, sol əlin İV və V barmağının səthi yarası müəyyən edilmişdir. Qeyd edilən xəsarətlərdən sol əlin İV və V barmağının səthi yarası istisna olmaqla digər xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmişdir, kənar şəxs (şəxslər) tərəfindən yumruqla, təpiklə və sair ilə yetirilməsi mümkündür, dərəcəsinə görə sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qışasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol əlin İV və V barmağının səthi yarası iti uclu və yaxud kəsici kənarlı əşyanın təsirindən, o cümlədən bıçaqla yetirilməsi inkar olunmur, üst dodağın sol yarısının qançırı və yarası, sağ qulaqarxasının, sol qulaq seyvanının, sol budun, sol baldırın qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Həmin xəsarətlər Zərərçəkmiş şəxs sərbəst hərəkət etməsinə maneəçilik törədə bilməzdi.

3. Zərərçəkmiş şəxs 18.10.2017-ci il tarixdə məhkəmə tibbi ekspertizası zamanı boyun nahiyəsində hər hansı bir xəsarət və ya onun izi aşkar edilməmişdir. Ekspertiza rəylərindən göründüyü kimi Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi hadisə zamanı Məhkum2 stolun üzərində olan şüşə bakalı götürüb boynunun arxa nahiyəsindən bir zərbə endirməsi barədə ifadəsinin həqiqiliyi sübut edilmir. Bundan başqa Məhkum1 bıçaqla ona xəsarət yetirməsinə gəldikdə məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2017-ci il tarixli,1306 №li və əlavə məhkəmə-tibbi ekspertizasının 13.11.2017-ci il tarixli, 45/1306 saylı rəyləri ilə bıçaqla yetirilməyə xarakterik xəsarət müəyyən edilməmiş, komisyon məhkəmə-tibbi ekspertizasının 14.02.2018-ci il tarixli, T30/2018 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, sol əlin İV və V barmağının səthi yarası iti uclu və yaxud kəsici kənarlı əşyanın təsirindən, o cümlədən bıçaqla yetirilməsi inkar olunmur. Rəyin mənasına görə Zərərçəkmiş şəxs əlində olan xəsarətin şüşə masanın kənarına dəyərə k yaranması da inkar edilməmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının rəyində xəsarətin təqsirləndirilən şəxsin göstərdiyi şəraitdə yəni A9ın aldığı yumruq zərbələrinin təsirindən büdrəyərək arxaya yıxılması zamanı əlinin şüşə materialdan olan masanın tininə dəyərək kəsilməsinin mümkünlüyü yoxlanılmamış və inkar edilməmişdir. Zərərçəkmiş şəxs ifadələrində hadisə zamanı A6in cibindən çıxardığı bıçaqla ona xəsarət yetirmək istədikdə o, sol əlini irəli verdikdə bıçaq sol barmaqlarını kəsdiyini göstərmişdir. Lakin hadisə yerindən bıçaq aşkar edilməmiş, zərərçəkmiş şəxsdən başqa hadisə yerində olmuş şəxslərdən kimsə Məhkum1 əlində bıçaq omasını görməmişdir. Bundan başqa şahid X11 ifadəsində göstərmişdir ki, hadisədən bir neçə gün sonra zərərçəkmiş şəxsin anası çayxanaya gələrək ondan A6in oğlunu bıçaqla vurması barədə ifadə verməsini xahiş etmiş, lakin o, buna qəti etiraz edərək hadisə vaxtı heç kimin əlində bıçaq görmədiyini və yalandan ifadə verməyəcəyini bildirmişdir. Kassasiya protestində göstərilən şahidlərin təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2la yaxın münasibətdə olan şəxslər olduqları subyektiv mülahizədir. Belə halda məhkəmə kollegiyası hesab edir ki, mhkəmələr düzgün olaraq aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək zərərçəkmiş şəxsin sol əlin İV və V barmağının səthi yarasının Məhkum1 cibindən çıxardığı bıçaqla yetirilməsini cinayət işinin obyektiv halı kimi qəbul etməmişlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə tövs if edilməsi barədə dəlilləri əsassızdır. Ona görə də onun cinayət əməlinin CM-nin 221.2.1-ci maddəsinə hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Kassasiya protestində H6 hadisə zamanı Zərərçəkmiş şəxs vuran şəxslərdən biri olduğu göstərilmişdir. Protestdə göstərilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs H6lə üzləşmə zamanı onun üzünə qarşı da hadisə zamanı onun da yumruq və təpiklə onu vurduğunu göstərmişdir. Tanınmaya təqdim etmə zamanı da da H6i hadisə zamanı onu vuran şəxslərdən biri olduğunu göstərmişdir. Daha sonra kassasiya protestindı göstərilir ki, Məhkum1 birinci instansiya məhkəməsində ifadəsində Məhkum2la Qrand çay evində olarkən Zərərçəkmiş şəxs onların yanına gələnədək H6 də onların yanına gələrək təxminən 15 dəqiqə söhbət etdikdən sonra çıxıb getdiyini, Məhkum2 da ifadəsində çay evində olarkən H6 adlı şəxsin də yanlarına gələrək masada əyləşib A6 ilə söhbət etdikdən sonra çıxıb getməsini, təxminən 45 dəqiqə sonra A9ın çay evinə gəlməsini, H6 istintaqda və məhkəmədə verdiyi ifadəsində 17.10.2017-ci il tarixdə saat 20 radələrində «Grand” çay evinə gəlib çay evinə daxil olan zaman tanışı A6in səsini eşidib sonuncunun əyləşdiyi masaya yaxınlaşdıqda, tanışı A6, A7 və sonradan adlarını bildiyi A9 və E6la salamlaşıb hal-əhval tutduğun, sonra Tosu adlı dostu ilə başqa bir masada əyləşib saat 21:00-da çay evindən çıxıb yaşadığı evə getdiyini göstərmişlər. Bununla da təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs qarşı 17.10.2017-ci il tarixdə saat 21 radələrində xuliqanlıq cinayəti törətdiklərini bildikləri üçün məqsədli şəkildə cinayətin di gər iştirakçısı H6i müdafiə etmək və onu cinayət məsuliyyətindən kənarda qoymaq məqsədi ilə əzərə alınaraq 17.10.2017-ci il saat 21 radələrində Qrand çay evindən getməsini və hadisə vaxtı orada olmamasını xüsusi vurqulamağa çalışsalar da, hadisənin 17.10.2017ci il tarixdə saat 21 radələrində baş verməsi nəzərə alınaraq həmin vaxt H6 çay evində olması və davada iştirak etməsi bir daha öz təsdiqini tapır. H6 saat 21 radələrinədək «Grand” çay evində olmasının sübut edilməsi, onun Zərərçəkmiş şəxs saat 21 radələrində döyülməsində iştirakını təsdi etmir. Hadisə zamanı H6 orada olmaması təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 üst-üstə düşən eyni məzmunlu ifadələri ilə təsdiq edilir. Bundan başqa hadisə yerində olmuş şahidlər də ifadələrində H6 və ya tanımadıqları hər hansı üçüncü şəxsin dava -dalaşda iştirakı barədə göstərməmişlər. H6 zərərçəkmiş şəxs A9 döyülməsində iştirakını yalnız onun özü ifaddəsində göstərmişdir. Zərərçəkmiş şəxsin döyülməsi ilə bağlı həqiqətə uyğun olmayan ifadə verməsini təsdiq edən hal kimi, Məhkum2 stolun üzərində olan şüşə bakalı götürüb onun boynunun arxa nahiyəsindən bir zərbə endirməsi barədə ifadəsinin məhkəmə-tibb eksperizasını rəyi ilə uyğunluq təşkil etməməsini göstərmək olar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, H6 «Grand” çay evində Zərərçəkmiş şəxs döyülməsində iştirak etməsi barədə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti aradan qaldıran zərərçəkmiş şəxsin, yoxsa təqsirləndirilən şəxslərin ifadələrinin həqiqiliyini təsdiq edə biləcək başqa mötəbər sübut mövcud deyildir. Belə olduğu halda məh kəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirsizlik prezumpsiyası hüququnun müddəalarına üstünlük verməklə H6 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinin mənasına görə aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edilir və şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun B.Yusi fovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında şərh edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə ed ən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən i rəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hazırkı cinayət işi üzrə cinayət əməinin baş verdiyi yer ictimai yer olan kafedir və orada həmin vaxt başqa müştərilərin olmaması həmin yerin ictimai mahiyyətini aradan qaldırmır. Digər tərəfdən hadisə zamanı orada olan kafenin işçiləri də cəmiyyətin üzvləridir, hətta onlar olmasa da belə cəmiyyətin bir üzvü olan zərərçəkmiş şəxsin özünə qarşı edilmiş cəmiyyə tdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq onun qanuni mənafelərinə toxunan hərəkətləridir. Zərərçəkmiş şəxslə yanaşı kafenin ətrafdakı işçiləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq hərəkətləri də bu cinayətin dispozisiyasına aid olan hərkətlərdir. Yuxarıda göstərilənlər əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin əlamətlərinin olmaması barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilir və müdafiəçinin də bu barədə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar əsaslar olmadığından kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum1, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilməsi və, X10 bəraət verilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar