Məhkəmə qərarları › İş №1(102)-808/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-808/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-808/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi, “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Kərimov Fuad Sabir oğlunun, Məhkum4 və onun müdafiəçisi, “Pro Bono” Vəkil Bürosunun vəkili Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Res publikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə, xx xxxxxxx 1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə, xx xxxx 1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə, xx xxxxx 1975-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbay can Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum4 Azərbaycan Respublikası CM-nin 32.5, 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi, “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Kərimov Fuad Sabir oğlu, məhkum Məhkum4 və onun müdafiəçisi, “Pro Bono” Vəkil Bürosunun vəkili Məmişov Bəylər Sahib oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: M.A.Xankişiyev (sədrlik edən), S.S.Hüseynov və İ.A.Mahmudov ) Məhkum3 CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edil miş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum4 CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.2-ci maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməklə, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş və çəkilməmiş 7 ay 21 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il ta rixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, Zərərçəkmiş şəxs3, Məhkum2 müdafiəçisi və məhkumlar Məhkum3, Məhkum1 və Məhkum4 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və N.E.Məmmədov) Məhkum2 müdafiəçisi və məhkumlar Məhkum3, Məhkum1 və Məhkum4 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti tam, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum4 Azərbaycan Respublikası CM-nin 32.5, 177.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.2-ci madəsinə əsasən Qobustan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin edilmiş 07 ay 21 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddəti qismən birləşdirilməklə Məhkum4 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum4 xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası sax lanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş və iş üzrə vurulmuş ziyanın ödənilməmiş hissəsi 56.082 manat Məhkum1, Məhkum3, Məhkum2, Məhkum4 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi hökm edilmişdir. İşin halları: Məhkəmə hökmü ilə, Məhkum3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2017-ci il tarixdə saat 03 radələrində tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvanının eyvanına qalxıb orada olan plastik pəncərəni əvvəlcədən özü ilə götürdüyü vintaçanla açıb içəri qanunsu z daxil olaraq yataq otağının sandığından milli manat məzənnəsi ilə 3402 manat təşkil edən 2.000 ABŞ dolları, 1.700 manat nağd pul, bir ədəd 2.000 manat dəyərində 51 qram çəkidə “Bismak” markalı qızıl boyunbağını, bir ədəd 10 qram çəkidə “Şopad” markalı 445 manat dəyərində qızıl boyunbağını və bir ədəd 06 qram çəkidə “şopad” markalı 225 manat dəyərində qızıl bilərziyi, həmin otaqda dolabın rəfindən bir ədəd 420 manat dəyərində “Lenovo” markalı nootbuku, qonaq otağındakı dolabın rəfindən bir ədəd 245 manat dəyərində 5 qram çəkidə sadə qızıl nişan üzüyünü, bir ədəd 165 manat dəyərində 2,5 qram çəkidə adi qaşlı qızıl üzüyü, 70 manat dəyərində 01 qram çəkidə qızıl sırğanın bir tayını, otaqda olan bir ədəd 100 manat dəyərində suvenir qılıncı, bir ədəd 85 manat dəyərində suvenir tapançanı və mət bəx otağından televizorun üzərindən bir ədəd 60 manat dəyərində peyk antennası üçün nəzərdə tutulmuş qurğunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1, ümumilikdə, 8.922 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2017-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri C.Əliyev küçəsi 3 saylı evin 36 saylı mənzilin eyvanına nərdivan vasitəsi ilə qalxıb pəncərəni əli ilə itələyərək açıb içəri qanunsuz daxil olaraq dəhlizdə olan əl çantasından milli məzənnə ilə 510 manat təşkil edən 300 ABŞ dollar, ümumi dəyəri 400 manat olan 4 ədəd hərbi xidmətə görə verilmiş təltif medallarını, yataq otağından bir ədəd 450 manat dəyərində “HP” marka lı nootbuku, bir ədəd 150 manat dəyərində “Xperiya” markalı planşeti, gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2, ümumilikdə, 1.510 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanı, hərəkət marşrutunu, mənzilin qapısını və mənzildə təxminən 30.000-40.000 ABŞ dolları məbləğində pulun olmasına dair Məhkum1 məlumat almış və əvvəlcədən tanıdığı, Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 yaşayış mənzilindən oğurluq etmələrinə dair razılığa gəlib xx.xx.2018-ci il tarixdə saat 22.35 radələrində o, Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ünvan 2 ünvanına gəlib açar seçmə yolu ilə mənzilə qanunsuz daxil olaraq yataq otağında olan dolabın siyirtməsindən Zərərçəkmiş şəxs3 məxsus manat məzənnəsi ilə 119.007 manat təşkil edən 70.000 ABŞ dollar pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan sonra cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini gizlətməyə, sərəncam verməyə qabaqcadan vəd edilmiş Məhkum2 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları, Məhkum1 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları vermiş, özünə hər birinin qiyməti 1500 manat olmaqla 4.500 manata 3 baş inək, 1.600 manat ödəməklə 13 baş qoyun, 2.900 manat ödəməklə «Qazel» markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını almış, 700 manat həmin avtomaşının təmirinə sərf etmişdir. Məhkəmə hökmü ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanı, hərəkət marşrutunu, mənzilin qapısını, mənzildə təxminən 30.000-40.000 ABŞ dolları olması barədə məlumat verməklə həmin pulları ələ keçirmək məqsədi ilə tanışları Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, oğurluq nəticəsində əldə olunmuş pulları bölüşdürməsi barədə əvvəlcədən aralarında olan razılığı əsasında xx.xx.2018-ci il tarixdə saat 22.35 radələrində Məhkum3 Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ünvan 3 ünvana açar seçmə yolu ilə qanunsuz daxil olub yataq otağından Zərərçəkmiş şəxs3 mə xsus manat məzənnəsi ilə 119.007 manat təşkil edən 70.000 ABŞ dolları pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan sonra cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini öz aralarında bölüşdürərək, Məhkum2 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları, Məhkum1 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları verilmiş, oğurlanmış pulun qalan hissəsi isə Məhkum3 qalmış, o, həmin pula hər birinin qiyməti 1.500 manat olmaqla 4.500 manata 3 baş inək, 1.600 manat ödəməklə 13 baş qoyunu, 2.900 manat ödəməklə «Qazel» markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını almış, həmin avtomaşının təmirinə 700 manat sərf etmiş, pulun digər hissəsini isə öz şəxsi ehtiyaclarına sərf etmək üçün gizlətmişdir. Məhkəmə hö kmü ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanı, hərəkət marşrutunu, mənzilin qapısını, mənzildə təxminən 30.000-40.000 ABŞ dolları olması barədə verilmiş məlumat əsasında, həmin pulları ələ keçirmək məqsədi ilə tanışları Məhkum1 və Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, oğurluq nəticəsində əldə olunmuş pulları bölüşdürməsi barədə əvvəlcədən aralarında olan razılığa görə xx.xx.2018-ci il tarixdə saat 22.35 radələrində Məhkum3 Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı Bakı yolu ilə qanunsuz daxil olub yataq otağından Zərərçəkmiş şəxs3 məxsus man at məzənnəsi ilə 119. şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsi 2/10, mənzil 63 ünvana açar seçmə 007 manat təşkil edən 70.000 ABŞ dolları pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan sonra cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini öz aralarında bölüşdürərək, Məhkum2 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları, Məhkum1 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları verilmiş, oğurlanmış pulun qalan hissəsi isə Məhkum3 qalmış, o, həmin pula hər birinin qiyməti 1.500 manat olmaqla 4.500 manata 3 baş inək, 1.600 manat ödəməklə 13 baş qoyunu, 2.900 manat ödəməklə «Qazel» markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını almış, həmin avtomaşının təmirinə 700 manat sərf etmiş, pulun digər hissəsini isə öz şəxsi ehtiyaclarına sərf etmək üçün gizlətmişdir. Məhkəmə hökmü ilə, Məhkum4 Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o öz bacısı oğlu Məhkum3, Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşıb, Zərərçəkmiş şəxs3 xx xxxxxx 2018-ci il tarixdə saat 22.35 radələrində kirayədə yaşadığı ünvan 3 ünvana qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 məxsus külli miqdarda 70.000 ABŞ dolları məbləqində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurması faktı ilə bağlı, ağır cinayətin törədilməsini bilərək həmin cinayətin törədilməsi barəsində xəbər verməmişdir. İstintaq orqanı tərəfindən Məhkum4 Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2, 331.3, 341.1 311.3.1, 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına, 2017-ci ilin may ayında cəzaçəkmə rejimi dəyişdiyi üçün Qobustan rayonunda yerləşən 8 saylı MTCÇM-ə köçürülməsinə, Qobustan rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 7 ay 24 günü şərti cəza ilə əvəz edilməsinə baxmayaraq, öz bacısı oğlu Məhkum3 Zərərçəkmiş şəxs3 yaşadığı mənzildən oğurluq etməsi barədə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmiş, bundan sonra Məhkum3 tanışları Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, oğurluq nəticəsində əldə olunmuş pulları bölüşdürməsi barədə əvvəlcədən aralarında olan razılığa əsasən xx.xx.2018-ci il tarixdə saat 22.35 radələrində Məhkum3 Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ünvan 2 ünvana açar seçmə yolu ilə qanunsuz daxil olaraq oradan yataq otağında olan dolabın siyirtməsindən sonuncuya məxsus milli manat məzənnəsi ilə 119.007 manat təşkil edən 70.000 ABŞ dolları pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan sonra cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini gizlətməyə, sərəncam verməyə qabaqcadan vəd edilmiş Məhkum2 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları, Məhkum1 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları vermiş, dayısı Məhkum4 isə razlığa əsasən həmin puldan 6.000 manatını Göyçay rayonu Qarayazı kəndində tikdirdiyi evin təmir işlərinə sərf etmiş, onun «xxxx» ASC-nin Göyçay filialında olan hesabına 3.600 manat məbləğində pul qoymuş, hər birinin qiyməti 1.500 manat olmaqla 4.500 manata 3 baş inək, 1.600 manat ödəməklə 13 baş qoyunu, 2.900 manat ödəməklə «Qazel» markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını almış, həmin avtomaşının təmirinə 700 manat sərf etməklə Məhkum4 belə pul vəsaitlərini və ya digər əmlakı əldə etmiş, onlara sahiblik və onlardan istifadə etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi, “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Kərimov Fuad Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətind ə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsi və məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 təyin edilmiş cəzaların dəyişdirilərək daha ağır cəzaların təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 cəza təyin edərkən onların cinayətin törədilməsində fəal iştirak etmələrini, iş üzrə həqiqətin müəyyən edilməsinə mane olduqlarını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görmədiklərini nəzərə almayaraq onlara yüngül cəza təyin etmişlər. Ona görə də hesab edir ki, məhkumlara təyin edilmiş cəza ağırlaşdırılmalıdır. Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsi və əməlinin CM-nin 307.1-ci maddəsinə tövsif edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi onun barəsində qərar qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, obyektiv halları maddi və prosessual hüquq normalarının tələbləri baxımından qiymətləndirməmiş, iş üzrə toplanmış sübutların həqiqiliyini, yaranma mənbəyini araşdırmamış, sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi yoxlanmamış və qiymətləndirməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi nəzərdə tutulsa da, məhkəmə yalnız təqsirləndirilən şəxslərin və Zərərçəkmiş şəxs3 dindirilməsi ilə kifayətlənmiş və dövlət ittihamçısının apelyasiya protestini təmin edərək onun əməlini CM-nin 307.1 -ci maddəsindən 32.5, 177.3.2-ci maddəsinə tövsif etmişdir. Məhkum hesab edir ki, apelyasiya instansiya məhkəməsi onu məhkum edərkən əsassız olaraq iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 mülahizə xarakterli ifadələrinə əsaslanmışdır. Şikayət müəllifinin fikrincə, ibtidai istintaq orqanının təzyiq altında ondan bacısı oğlu Məhkum3 oğurluqdan əvvəl ondan məsləhət almasına dair aldığı ifadələr də sübut kimi qəbul edilə bilməz. Məhkum4 müdafiəçisi, “Pro Bono” Vəkil Bürosunun vəkili Məmişov Bəylər Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum4 barəsində CM-nin 32.5, 177.3.2-ci maddələri ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq sübutları tədqiq etməmiş, cinayət tərkibinin əlamətləri mövcud olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarmışdır. Belə ki, Məhkum4 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, bacısı oğlu Məhkum3 Bakı şəhərində törətdiyi oğurluq cinayətindən onun əvvəlcədən xəbəri olmamış, yalnız Məhkum3 tutulduqdan sonra digər qohumlar kimi, o da həmin hadisə barəsində eşitmişdir. Sadəcə olaraq, onun ailə üzvlərini gətirib incitməsinlər deyə, məcbur olub ifadə vermişdir ki, guya bacısı oğlu Məhkum3 oğurluqla bağlı məsləhətlər vermişdir. Əsl həqiqətdə isə belə bir hal olmamışdır. Cinayət hadisəsini törətmiş Məhkum3, Məhkum2 və Məhkum1 də Məhkum4 cinayətin törədilməsi ilə hər hansı bir əlaqəsinin olması barədə ifadə verməmişlər. Müdafiəçinin fikrincə, apelyasiya instansiyası məhkəməsi Məhkum4 barəsində qərar qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, obyektiv halları maddi və prosessual hüquq normalarının tələbləri baxımından qiymətləndirməmiş, iş üzrə toplanmış sübutların həqiqiliyini, yaranma mənbəyini araşdırmamış, sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi yoxlanmamış və qiymətləndirməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum4 və onun müdafiəçisi B.Məmişovun, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi F.Kərimovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü Məhkum4 aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiya sı məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum4 tərəfindən ver ilmiş kassasiya şikayətində onun əməlinin CM-nin 307.1-ci maddəsinə tövsif edilməsi, onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə Məhkum4 barəsində CM-nin 32.5, 177.3.2-ci maddəsi ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 cəzalarının ağırlaşdırılması xahiş olunur. Məhkəmə kollegiyası ilk öncə məhkum еdilmiş şəхslər Məhkum3, Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyi ni ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etm əli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudlar ı daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hə r bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və i ctimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların dü zgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müx təlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 cəza təyin edilərkən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi onların məsuliyyə tini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Həmçinin Məhkum1, Məhkum3 və Məhkum2 əvvəllər məhkum olunmamışlar və onların əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs və onun nümayəndəsi məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 təyin edilmiş cəza ilə razılaşmamaqlarının səbəbini kassasiya şikayətində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeylərini əsaslandırmağa çalışmışlar. Məhkum4 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı hə qiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmi n cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunmas ı, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üz ərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obye ktiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum4 CM-in 32.5, 177.3.2-ci maddəsi ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və cinayət işinin materiallarına müraciət etməyi zə ruri hesab edir: Azərbaycan Respublikası CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam ver məyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İbtidai araşdırma orqanı tərəfindən Məhkum4 CM-nin 32.5, 177.3.2-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, öz bacısı oğlu Məhkum3 Zərərçəkmiş şəxs3 yaşadığı mənzildən oğurluq etməsi barədə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmiş, bundan sonra Məhkum3 tanışları Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, oğurluq nəticəsində əldə olunmuş pulları bölüşdürməsi barədə əvvəlcədən arala rında olan razılığa əsasən xx.xx.2018-ci il tarixdə saat 22.35 radələrində Məhkum3 Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ünvan 2 ünvana açar seçmə yolu ilə qanunsuz daxil olaraq oradan yataq otağında olan dolabın siyirtməsindən sonuncuya məxsus milli manat məzənnəsi ilə 119.007 manat təşkil edən 70.000 ABŞ dolları pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, bundan sonra cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini gizlətməyə, sərəncam verməyə qabaqcadan vəd edilmiş Məhkum2 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları, Məhkum1 manat məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları vermiş, dayısı Məhkum4 isə razlığa əsasən həmin puldan 6.000 manatını Göyçay rayonu Qarayazı kəndində tikdirdiyi evin təmir işlə rinə sərf etmiş, onun «xxxx» ASC-nin Göyçay filialında olan hesabına 3.600 manat məbləğində pul qoymuş, hər birinin qiyməti 1.500 manat olmaqla 4.500 manata 3 baş inək, 1.600 manat ödəməklə 13 baş qoyunu, 2.900 manat ödəməklə «Qazel» markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını almış, həmin avtomaşının təmirinə 700 manat sərf etməklə Məhkum4 belə pul vəsaitlərini və ya digər əmlakı əldə etmiş, onlara sahiblik və onlardan istifadə etmişdir. Məhkum4 həmin ittihamın irəli sürülməsi üçün əsas sübut kimi, təqsirləndirilən şəxs Məhkum4 verdiyi aşağıdakı məzmunda ifadəsi olmuşdur: “Məhkum3 onun bacısı oğludur. Röyal valideynləri ilə 2017-ci ilin sentyabr ayına kimi Mingəçevir rayonunda yaşayıb, sentyabr ayında işləmək üçün Bakı şəhərinə gedib. 2018ci ilin yanvar ayının əvvəllərində R öyal özü tək Göyçay rayonuna gələrək Qarayazı kəndində ilk əvvəl xalası Ezangülgildə, sonra isə onun ailəsi ilə birlikdə baba evində yaşamağa başlamışdır. Həmin ərəfələrdə, 2018-ci ilin yanvar ayının əvvəllərində qaldığı Qobustan rayonunda yerləşən 8 saylı MTCÇM-dən icazə alaraq bir neçə günlüyə yaşadığı evə, Göyçay rayonunun Qarayazı kəndinə gəlmişdir. Onlar evdə olanda təklikdə bacısı oğlu Röyal ona bildirmişdi ki,bir neçə gündən sonra Bakı şəhərində yaşayan iki nəfər yaxın dostu ilə birlikdə bir nəfər biznesmenin evindən oğurluq etmək və əldə olunan pulu üçünün arasında bərabər bölmək fikirləri var.......O bir qədər fikirləşdikdən sonra Röyala öz razılığını bildirmiş,həmçinin Röyalı başa salmışdı ki,polis orqanları tərəfindən ələ keçə bilərlər,ona görə də\ həmin evə oğurluğa gedəndə çox ehtiyatlı olsunlar,hər şeyi əvvəlcədən ölçüb biçsinlər,həmin ərəfədə mobil telefondan istifadə etməsinlər,həmçinin evə yaxın ərazilərdə videoçəkiliş aparan kameraların olub-olmamasına fikir versinlər.Oğurluq baş tutarsa,izi azdırmaq üçün əvvəlcə başqa rayona gedib Göyçaya oradan gəlməsini,oğurluq hadisəsi zamanı əynində olmuş paltarı və mobil telefonu məhv etməsini də Röyala tapşırmışdı...” Məhkəmə kollegiyası qeyd edir ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr tərəfindən Məhkum4 həmin ifadəsində göstərilənlərin yoxlanılması üçün zəruri istintaq hərəkətləri yerinə yetirilməmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbindən məlum olduğu kimi təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcm usu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə ki, təqsirləndirilən şəxs Məhkum3 dayısı Məhkum4 həmin cinayətin törədilməsində iştirak etmədiyini və cinayətin törədilməsindən xəbəri olmadığını bildirsə də, ibtidai araşdırma orqanı tərəfindən Məhkum4 etirafedici ifadəsi ilə əlaqədar Məhkum3 suallar verilməmiş və onların arasında üzləşmə keçirilməmişdir. Cinayət hadisəsini törədilməsində iştirak etmiş Məhkum2 və Məhkum1 cinayətin törədilməsi ilə bağlı Məhkum4 hər hansı bir əlaqəsi olmasını təsdiq edən ifadə verməmişlər və belə bir əlaqənin olmasını təsdiq edən faktın olmasını da göstərməmişlər. Həmçinin digər təqsirləndirilən şəxslərlə Məhkum4 həmin cinayətdə iştirak edibetməməsi ilə əlaqədar zəruri istintaq hərəkətləri yerinə yetirilməmişdir. İş materia llarından görünür ki, Məhkum3, Məhkum1 və Məhkum2 arasında Zərərçəkmiş şəxs3 yaşadığı mənzildən oğurluq etmək barədə ilkin razılaşma 4 və ya x xxxxxx 2018-ci il tarixdə olmuşdur. Ertəsi gün, yəni 05 və ya xx xxxxxx 2018-ci il tarixdə Məhkum1 və Məhkum3 Zərərçəkmiş şəxs3 yaşadığı evə - Bakı şəhərinin Binəqədi rayonunun ərazisində yerləşən binaya baxmağa kəşfiyyata getmişlər. Həmin gün gecə Məhkum3 öz yaşadığı evdə qalmış və Zərərçəkmiş şəxs3 qapısının kilidini açmaq üsullarını öyrənməklə məşğul olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə isə Məhkum3 Zərərçəkmiş şəxs3 mənzilinə daxil olub oğurluq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və apellyasiya instansiyası məhkəməsi tərəfindən, Məhkum4 2018-ci ilin yanvar ayının əvvəllərində Məhkum3 digər şəxslərlə birlikdə Bak ı şəhərində törədəcəkləri cinayət barədə Göyçay rayonunda məsləhət verməsi nəticəsinə gəlinməsi üçün xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci il tarixədək olan dövrdə Məhkum3 Göyçay rayonuna gəlib-gəlməməsi yoxlanmalı idi. İş materiallarından görünür ki, həmin xüsusatın yoxlanması üçün zəruri olan istintaq hərəkətləri yerinə yetirilməmişdir. İşin faktiki hallarından aydın şəkildə görünür ki, Məhkum4 oğurluq cinayətinin törədilməsinə dair bacısı oğlu Röyal Səfərliyə məsləhətlər verməsi yalnız onun özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsində öz əksini tapmış, lakin həmin ifadə ilə əlaqədar heç bir istintaq hərəkətləri yerinə yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin heç bir araşdırılma aparılmadan gəldiyi həmin nəticə əsaslı hesab edilə b ilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası Məhkum4 özünün və müdafiəçisinin kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək yuxarıda qeyd olunan qanunların tələblərini, Konstitusiya Məhkəməsinin şərhini, Ali Məhkəmənin tövsiyələrini, Avropa Konvensiyası ilə müəyyən edilən tələbləri nəzərə almaqla qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum4 məhkum edərkən həmin tələblərə əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərb aycan Respublikası CPMnin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müd afiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X5rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan R espublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəz ifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Görü ndüyü kimi Məhkum4 ittiham edildiyi cinayətlə bağlı cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum4 əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Məhkum4 aid hissədə ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, m ötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Kərimov Fuad Sabir oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum4 və onun müdafiəçisi Məmişov Bəylər Sahib oğlunun kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Məhkum4 aid hissədə ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar