Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-808/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-470/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayır. Məhkum1 xx xxxxx 1990-cı il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ayır. 2. 29 yanvar 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 15 fevral 2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Mə hkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, Şahid13, Məhkum1, Şahid16, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında 12 iyul 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 onun yaşadığı evin qarşısına gedərək mübahisə etməsini bəhanə edər ək həmin mübahisəni, xüsusilə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını, digərlərindən üstün olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yaxınlığında, Zərərçəkmiş şəxs1 ondan üzr istəmədiyi üçün heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1, sonuncu ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təpik və yumruq zərbələri ilə döyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 fiziki ağrılar, Zərərçəkmiş şəxs2 isə sol gözün alt qapağının və sol said nahiyəsinin sıyrığı ilə müşayiət edilən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişlər, sonuncular onların əlindən qaçıb çıxdıqdan sonra həmin mübahisənin davamı olaraq qarşı tərəflə, yəni, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid17, Şahid15, X1 Ayaz Siyavuş oğlu, Şahid14, Şahid21, Şahid19, Şahid18, Şahid20, Şahid22, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlayaraq Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində öz üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evinin qarşısında görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək qarşılıqlı dalaşmağa başlamışlar, ona məxsus Mercedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin, ətrafd akı şəxslərin üzərinə sürərək, həmçinin Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol tərəfindən vuraraq çaxnaşma yaratmış, Şahid16 isə, ətrafdakı şəxslər arasında vahimə yaratmaq, özünün müstəsna üstünlüyünü nümayiş etdirmək məqsədi ilə istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan odlu silahdan istifadə edərək göyə bir neçə dəfə, daha sonra Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa qapısına atəş açıb qapını deşib Zərərçəkmiş şəxs3 538 (beş yüz otuz səkkiz) manat maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkum1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, Məhkum2, Şahid13, Şahid16, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında 12 iyul 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 Məhkum2 yaşadığı evin qarşısına gedərək mübahisə etməsini bəhanə edərək həmin mübahisəni, xüsusilə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını, digərlərindən üstün olduqlarını Gəncə sakinl əri arasında nümayiş etdirmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yaxınlığında, Zərərçəkmiş şəxs1 Məhkum2 üzr istəmədiyi üçün heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1, sonuncu ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təpik və yumuruq zərbələri ilə döyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 fiziki ağrılar, Zərərçəkmiş şəxs2 isə sol gözün alt qapağının və sol said nahiyəsinin sıyrığı ilə müşayiət edilən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişlər, sonuncular onların əlindən qaçıb çıxdıqdan sonra həmin mübahisənin davamı olaraq qarşı tərəflə, yəni, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid17, Şahid15, X1 Ayaz Siyavuş oğlu, Şahid14, Şahid21, Şahid19, Şahid18, Şahid20, Şahid22, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlayaraq Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davran ış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək qarşılıqlı dalaşmağa başlamışlar, Məhkum2 özünə məxsus Mercedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin, ətrafdakı şəxslərin üzərinə sürərək, həmçinin Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı, **-DZ*** dövlət nömrə n işanlı avtomobilin qabaq sol tərəfindən vuraraq çaxnaşma yaratmış, Şahid16 isə, ətrafdakı şəxslər arasında vahimə yaratmaq, özünün müstəsna üstünlüyünü nümayiş etdirmək məqsədi ilə istintaq zamanı əldə edilərək götürülməsi mümükün olmayan odlu silahdan istifadə edərək göyə bir neçə dəfə, daha sonra Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa qapısına atəş açıb qapını deşib Zərərçəkmiş şəxs3 538 (beş yüz otuz səkkiz) manat maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir.
5. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-13/2022 nömrəli, 20 may 2022-ci il tarixli hökmü ilə: Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 14 iyul 2020-ci il tarixindən 14 dekabr 2020-ci il tarixinədək, yəni 05 (beş) ay müddətdə həbsdə və ev dustaqlığında olduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hesab edilməsi; Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 10 (on) ay müddətinə a zadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 14 iyul 2020-ci il tarixindən 14 dekabr 2020-ci il tarixinədək, yəni 05 (beş) ay müddətdə həbsdə və ev dustaqlığında olduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hesab edilməsi hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün təqsirləndirilən şəxslərə cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrumetmə cəzasının təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-470/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə ape llyasiya protesti təmin edilməmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-13/2022 nömrəli, 20 may 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində Məhkum2 və Məhkum1 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığı, bu növdən cəzanın onların islah olunmasının təmin etmədiyi, bunun üçün məhz Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəz ərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olduğunun nəzərə alınmadığı qeyd edilmışdır. Məhkumlar öz xuliqanlıq niyyətini və əməlini həyata keçirərkən, Gəncə şəhəri ərazisində özünün və onunla birgə olan digər şəxslərin üstünlüyünü göstərmək, şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə çoxlu sayda şəxslərlə görüşməsinə nail olaraq, davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan və yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. Həmin halların cinayətin ictimai təhlükəliliyini artırdığı məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-470/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə akt ları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edil məməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən Məhkum2 və Məhkum1 əsassız olaraq yüngül cəza təyin olunduğunu iddia edərək, tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 1(104)-470/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verm əsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-n in 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
21. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsa slandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar.
23. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya protestinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edil miş şəxslərə təyin edilən cəza ilə razılaşarkən heç bir əsaslandırma aparmadan, sadəcə törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd edərək hesab etmişdir ki, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilən 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ədalətli və adekvat cəzadır, həmin cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəza ilə əvəz edilməsi məqsədəmüvafiq deyil.
24. Lakin, belə qərara gələrkən apellyasiya instansiyası məhkəməsi məhkumların cinayət əməlini törədərkən ümumi davranış qaydalarının nümayışkarçasına qərəzli surətdə pozmaqlarını, bu zaman ətrafda olan və yaşayan şəxslərə qarşı aşkar surətdə laq eydlik və etinasızlıq göstərdiklərini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etdiklərini, bütün bunların törətdikləri cinayətin ictimai təhlükəliliyini artıran hal olduğunu cəza təyini zamanı nəzərə almamış, cəzanın məqsədini təmin etməyən cəza təyin etmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində göstərilən cinayətə görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
26. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının təhlili ndən isə görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təyin edilən 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə razılaşarkən, Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin nəzərdə tutduğu halları, eləcə də Məhkum2 və Məhkum1 çəkməli olduğu cəzasının növünə əhəmiyyət verməmiş, məhkumların islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin növ cəzanın təqsirkarların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticəyə uyğun olubolmadığını ar aşdırmamışdır.
27. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələlərin araşdırılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verilmişdir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-470/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instans iyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-470/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.