Məhkəmə qərarları › İş №1(102)-808/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-808/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-808/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum, onun müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiə çi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 1(104)-277/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1965-ci ildə Daşkəsən rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, D aşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Daşkəsən, rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkməklə müalicə alır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 17 dekabr 2004-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə üzv və bələdiyyə üzvlərinin ümumi yığıncağının 1 nömrəli protokoluna əsasən həmin bələdiyyənin sədri seçilməklə, 23 dekabr 2009-cu il və 23 dekabr 2014-cü il tarixlərdə keçirilən bələdiyyə seçkilərində də həmin bələdiyyənin üzvü və bələdiyyə üzvlərinin ümumi yığıncağının protokollarına əsasən sədri seçilməklə həmin vəzifədə işləyərkə n “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli 698İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən təyin etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə adından rəsmi sənədləri imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz q ulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixl Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sa hənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq dövlət ehtiyat fonduna aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,27 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan həmin sahənin 0,12 ha hissəsinin Şahid2, 0,12 ha hissəsinin sonuncunun arvadı X10, 0,03 ha hissəsinin isə Şahid2 atası X4 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2010cu ilin dekabr ayında, istintaqla dəqiq müəyyən edilməyən gündə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində aralarında baş tutan danışıq zamanı özü üçün birbaşa yolla şəxsən Şahid2 19.500 manat məbləğində külli miqdarda maddi neməti-pul vəsaitini rüşvət qismində istəyərək 2010-cu ilin dekabr ayında cəmi 19.500 manat pul vəsaitini iki dəfəyə ünvan 2 ünvanında yerləşən Şahid2 məxsus kafedə sonuncudan özü üçün birbaşa yolla şəxsən rüşvət qismində aldıqdan sonra, edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar onun tamah niyyəti ilə əhatə olunmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs1 və həmin şöbənin mütəxəssisi (inspektor) vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs2 şəxsi niyyətləri ilə həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Təqsirləndirilən şəxs2 həmin şöbənin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənədlər olan bələdiyyə üzvlərinin 31 oktyabr 2007ci il tarixli 10 nömrəli iclas protokolundan Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpaq sahəsinin ayrılması barədə 4 nüsxədə ümumilikdə 12 ədəd çıxarışları və bu barədə 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli 4 nüsxədə ümumilikdə 12 ədəd bələdiyyə qərarlarını faktiki olaraq köhnə tarixə, yəni 31 oktyabr 2007-ci ildə tərtib edilməsi g örüntüsü yaratmaqla məzmununa həmin torpaq sahəsinin Şahid2 və onun qeyd edilən ailə üzvlərinə satılması barədə bələdiyyə üzvlərinin ümumi razılığa gəlməsinə dair bilə-bilə yalan məlumatları daxil etməsindən sonra həmin rəsmi sənədləri tamah və sair şəxsi niyyətlə şəxsən öz imzası və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq edib, Təqsirləndirilən şəxs2 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddət ərzində həmin şöbənin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında müvafiq torpaq sahələrinin adları qeyd edilən şəxslərə satılması barədə hüquq verən rəsmi sənədlər olan 4 nüsxədə ümumilikdə 12 ədəd 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqısına dair aktlara həmin aktların guya köhnə tarixdə, yəni 30 noyabr 2007-ci ildə t ərtib edilməsi, habelə qeyd edilən torpaq sahələrinin Xoşbulaq bələdiyyəsinin ərazisinə aid olması barədə bilə-bilə yalan məlumatları, bundan başqa torpaq sahəsinin mülkiyyət formasına dair 3 nüsxədə ümumilikdə 12 arayışa hər üç torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edib təqdim etməsindən sonra Təqsirləndirilən şəxs1 tərəfindən həmin sənədlər imzalanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq edildikdən sonra 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində tamah niyyəti ilə rəsmi sənədlər olan 31 oktyabr 2007-ci il tarixli 612279, 36779, 367727 nömrəli ümumilikdə 3 ədəd qəbzin məzmununa 0,12 ha torpaq s ahəsinin Şahid2, 0,12 ha torpaq sahəsinin sonuncunun arvadı X10, 0,03 ha torpaq sahəsinin isə Şahid2 atası X1 müqabilində sonuncular tərəfindən guya bələdiyyə büdcəsinə köhnə tarixdə - 31 oktyabr 2007-ci il tarixdə ümumilikdə 178,2 manat məbləğində ödənişlərin edilməsi barədə bilə-bilə yalan məlumatları daxil edərək, eləcə də məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlər olan 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqı aktlarını tamah və sair şəxsi niyyətlə şəxsən öz imzası və xidməti istifadəsində olan Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

3. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının ida rə edilməsi haqqında” Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq dövlət ehtiyat fonduna aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən ra yonu, Xoşbulaq kəndində yerləşən 0,12 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan Şahid1 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixdə Daşkəsən şəhərində yerləşən kafelərdən birində aralarında baş tutan danışıq zamanı özü üçün birbaşa yolla şəxsən Şahid1 maddi nemət olan həmin dövrün rəsmi məzənnəsi ilə 8.471,52 manat təşkil edən 10.800 ABŞ dolları məbləğində külli miqdarda maddi nemət olan pul vəsaitini rüşvət qismində təkrarən istəyərək, həmin niyyətlə 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə Daşkəsən şəhəri ərazisində yerləşən kafelərdən birində iki dəfəyə olmaqla maddi nemət olan külli miqdarda, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 5.883 manat təşkil edən 7.500 ABŞ dolları məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən Şahid1 aldıqdan sonra, edəcəyi qanunsuz hərəkətin icrası üçün 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin cinayətin törədilməsinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları əlyazma ilə əlavə edərək maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə onun tamah niyyəti ilə əhatə olu nmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi niyyətləri ilə həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərində istintaqla dəqiq müəyyən edilməyən yerdə şəxsiyyəti istintaqla müəyyən edilməyən həmin şəxs tərəfindən hüquq verən rəsmi sənədlər olan müvafiq torpaq sahəsinin Şahid1 satılması barədə 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd torpaq alqı-satqısına dair akta həmin aktın guya köhnə tarixdə, yəni 17 sentyabr 2007-ci il tarixdə tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində 460 nömrəsi ilə qeydə alınması, habelə həmin akta sözügedən torpaq sahəsinin satılması müqabilində Şahid1 tərəfindən "xxxx" ASC-nin Daşkəsən rayon filialının **********0 saylı hesabına 79,2 manat pul ödənilməsi, eləcə də, torpaq sahəsinin mülkiyyət formasına dair 01 nüsxədə 01 ədəd arayışa Şahid1 satılacaq torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları tamah və sair şəxsi niyyətlə daxil edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş sənədlər olan 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd aktın özü və Təqsirləndirilən şəxs1 tərəfindən, 01 nüsxədə 01 ədəd arayışın isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən inzibati binada imzalanıb, eləcə də arayışın yalnız Təqsirləndirilən şəxs1 tərəfindən, altın isə özü və Təqsirləndirilən şə xs1 tərəfindən müvafiq olaraq Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin və DTXK-nin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq olunması ilə qeyrisinin köməkçiliyi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X11 və X8 ibarət məhkəmə tərkibində) 09 mart 2022-ci il tarixli, 1(100)-28/2022 nömrəli hök mü ilə Məhkum Azərbaycan Respublikası CM-in 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı Məhkum Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə cəza təyin edilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının tutulduğu 1 fevral 2021-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət məhkəmə tərkibində) 28 iyun 2022-ci il tarixli, 1(104)315/2022 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməməsi, apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 1(100)-28/2022 nömrəli hökmünün təqsirləndirilən şəxs Məhkum aid hissədə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərb aycan Respublikası CM-in 311.3.2 və 311.3.3.-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə Məhkum həbsdə saxlanıldığı 1 (bir) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətinin 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəza çəkdiyi müddətdə Məhkum üzərinə yaşayı ş yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Daşkəsən rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmı şdır.

7. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X18 və X3 ibarət məhkəmə tərkibində) 31 yanvar 2023-cü il tarixli, 1(102)-170/2023 nömrəli qərarı ilə kassasiya protestinin qismən təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(104)-315/2022 nömrəli qərarının Məhkum cəza təyin edilməsinə dair hissədə ləğv edilməsi və cinayət işinin Məhkum aid hissədə yeni apellyasiya baxışına təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X20 və X9 ibarət məhkəmə tərkibində) 20 oktyabr 2023-cü il tarixli, 1(104)-277/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(100)-28/2022 nömrəli hökmünün Məhkum münasibətdə ona təyin edilmiş əsas cazaya aid hissədə dəyişdirilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 1 (bir) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla və azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 6 (altı) ay 14 (on dörd) gün müddəti azadlıqdan məhrum etmə cəzasının iki gününə bir gün hesablanmaqla, cəmi 1 (bir) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətin ona təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmması, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2023ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri və etirazlar:

11. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilmişdir ki, Məhkum bu maddələr üzrə məsuliyyətə cəlb edilməsi cinayət işi üzrə dindirilmiş bütün şahidlərin ziddiyətli izahatları və ifadələri onu göstərir ki, qanunun tələbləri kobud şəkildə pozularaq və cinayət-prosessual qanunvericiliyinə uyğun olmayaraq şübhəli şəxsin saxlanıldığı vaxtda ona qarşı kobud qanun pozuntularına yol verilmişdir. Məhkəmə qanunun aliliyini qiymətləndirmək, yuxarıda iqtibas gətirilən hüquq normalarına riayət edilməməsinin özbaşınalığın nəticəsi olduğuna adekvat münasibət bildirmək əvəzinə, həmin qanunun tələbinə zidd olaraq və eyni zamanda məhkəmə açıq-aşkar qərəzli olaraq istintaq orqanlarının hüquq pozuntularını davam etdirməklə əld ə etdikləri digər məlumatları da sübut kimi qəbul edib. İş üzrə sahid Şahid2 məhkəmə istintaqı zamanı heç kəsə torpaq sahəsi aldığı ücün pul vermədiyini, istintaq zamanı ifadəni təziq altında verdiyini təsdiq etmişdir. Müdafıə tərəfinin vəsatəti əsasında dindirilən şahidlərdə bu faktı təsdiq etmişdilər. Eyni zamanda verilmiş sənədlərin Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin arxivində sıraya uyğun olaraq rəsmi qaydada qeydiyyata düşməsi, istintaq orqanın verdiyi ittihamı bir daha təkzib edir. Digər tərəfdən ittihamın əsaslarından biri əlbir olan bir qrup şəxs tərəfindən bu cinayətin törədilməsidir. X7 və Təqsirləndirilən şəxs2 bu iş üzrə bəraət alması ittiamın bir daha əsassız olduğunu sübut edir.

12. Məhkumun müdafiəçiləri kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənl əri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 1(104)277/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişlər.

13. Kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə qarşı etiraz verilməmişdir.

14. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçiləri ayrı-ayrılıqda çıxış edərək, kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm v ə ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və də yişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Müdafiəçilər kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.22-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

22. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətini və kassasiya şikayətinə əlavəsini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 1(104)-277/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayə tin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

29. Cinay ət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

30. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətindən və kassasiya şikayətinə əlavədən görünür ki, Məhkum heç kəsdən pul almadığı, cinayət işində şahid qismində ifadəsi alınan Şahid2 da məhkəmə istintaqı zamanı ifadə verərək heç kəsə pul vermədiyi, istintaq zamanı təzyiqlər altında ifadə verməsini bildirmiş, iş üzrə digər təqsirləndirilən şəxslərin bəraət alması, cinayət işi materiallarında onun əməlinin CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 3 13-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

31. Bu isə onu göstərir ki, müdafiəçilər kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

32. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirsiz olmasına baxmayaraq, Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçilərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

35. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təq sirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

36. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndiril ən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, “torpaqların alğı-satqısına dair” müvafiq aktları, Məhkumlə Elvin Aliyev arasında torpaq ayrılması ilə bağlı danışıqları əks etdirən CD diskə “Baxış keçirilmə haqqında” protokol, istintaq hərəkətlərinin protokolları və sair çoxsaylı materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiya sı məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsin in yekun qərarının ləğv edilməsinə və məhkumun təqsirinin olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası məhkumun, müdafiəçilərinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 1(104)277/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbə r tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 1(104)-277/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar