Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-808/2025 25.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 2009-cu il təvəllüdlü, 1 uşağı olan, fərdi əməklə məşqul olan, məhkumluğu olan, ünvan 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1308/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X17, hakimlər X8 və X4 qızından ibarət tərkibdə) 1(101)-839/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə X18 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmə kdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzasının əvvəlinin 15 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1308/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən), Q.X.Babayev və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-839/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ləğv edilmiş, X13 təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir İşin halları: Birin ci instansiya məhkəməsinin hökmünə əsasən X7 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hereoini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1040 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15:10 dəqiqədə yaşadığı ünvan 1 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd qəhvəyi rəngli qolsuz gödəkçənin iç hissəsindən 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi külli miqdarda 1040 qram olan qəhvəyi rəngli tozş əkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməninin qənaətinə görə Nazim Əsgərov yuxarıda qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Apellyasiya məhkəməsi isə Nazim Əsgərovun təqsirliliyi sübuta yetirilmədiyi üçün ona CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, X18 ilkin izahatında törətdiyi əməli etiraf etmiş, işin f aktiki hallarına uyğun ifadə vermişdir. X2 ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaq materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə isə yalnızca sağ qaş nahiyyəsində sıyrılmış qərtməkli yaranı təqsirləndirilən şəxsə qarşı işgəncə faktı kimi qiymətləndirmişdir. Halbuki, polis əməkdaşları Suraxanı rayon prokurorluğunda izahat verərkən Nazim Əsgərova qarşı fiziki zorakılıq göstərmədiklərini, həmin xəsarəti bölməyə gətirən zaman yaxa qurtarmağa çalışarkən sağa-sola çırpınması zamanı ala biləcəklərini bildirmişlər. Hətta bu fakt təqsirləndirilən şəxsin birinci instansiya zamanı məhkəmədə verdiyi ifadəsi ilə də təsdiqi tapır. Belə ki, təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, alnında yaranmış çapıq polislər onu maşına mindirən zaman yaranmış, istintaq təcridxanasında olduğu zaman isə dəmir parçası ilə özünə xəsarətlər yetirmişdir. Cinayət işinin materiallarından, hətta təqsirləndirilən şəxsin öz ifadəsindən və ərizələrindən də görünür ki, təqsirləndirlən şəxs özünə xəsarətlər yetirməyə meyillidir. Hətta ekspertiza rəyində də qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin aldığı digər kəsilmiş yaraları şəxsin özü tərəfindən yetirilməsi istisna edilmir. Belə bir şəraitdə məhkəmənin təqsirləndirilən şəxsin şəxsə fiziki zorakılıq göstərilməsi barədə mövqeyi əsaslı ola bilməz. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs yalnızca sağ qaş nahiyyəsində olan sıyılmış qərtməkli yara xəsarətini aldığını bildirir. 1 kiloqramdan artıq narkotik vasitə olan heroini istintaq ın ilkin mərhələsində öz üzərinə götürmək üçün sadəcə bir sıyrığa görə məcbur olması barədə qeyd etdikləri inandırıcı deyildir. Belə ki təqsirləndilən şəxsin üzərində başqa xəsarətlərin olmaması təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılığın olmamasını bir daha təsdiq edir. Cinayət isinin materiallarından görünür ki, istintaqın əvvəlindən təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmişdir. Keçirilmiş istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə aparılmışdır. Nəzərə alsaq ki, Nazim Əsqərovun tutulması xx.xx.2023-cü ilə təsadüf edir, son dövrlərə qədər müdafiəçilərin əksəriyyəti səxsi axtarış və götürmə istintaq hərəkətlərində iştirak etmirdilər. Bununla baqlı şübhəli şəxsdən ərizə alınırdı və həmin şəxslər də ərizəsində səxsi axtarış və götürmədə müdafiəçinin iştirakında n imtina edirdilər. Müdafiəçilərin də səxsi axtarış və götürmədə iştirak etmək istəməsinin səbəbi onların sonradan hadisənin şahidi olmaq istəməməsi ilə əlaqədar idi. Hazırki cinayət isi üzrə materiallarda da X3 axtarış və götürmədə müdafiəçinin iştirakı olmadan aparılması ilə baqlı özü tərəfindən imzalanmış ərizəsi vardır. xx.xx.2024-cü il tarixinədək saysızhesabsız cinayət islərinin istintaqında səxsi və axtarış götürmə istintaq hərəkətlərində müdafiəçilər iştirak etməmiş, həmin cinayət isləri üzrə də ittiham hökmləri çıxarılmış, məhkəmələr tərəfindən də bu hal səxsin axtarışının qanunsuz aparılması kimi qiymətləndirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilmə si barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişd ir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “Külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxla ma, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” əməli nəzərdə tutulmuşdur və həmin əməl: “beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəs inin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məh kəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Apellyasiya məhkəməsi kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəməsinin hökmünü, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, Nazim Əsgərovun bədəni üzərində xəsarətlərin olmasını və təqsirləndirilən şəxs N.Əsgərovun məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib N.Əsgərova qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə bəraət verərkən cinayət işini yetərincə əsaslandırmışdır. Bununla yanaşı iş üzrə bəzi xüsusatlar yenidən qeyd edilməlidir. Apellyasiya hökmündən görünür ki, X18 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman narkotik vasitə istifadəçisi olması və narkotik vasitənin ona məxsus olduğuna dair izahat vermişdir. Lakin istintaqın sonrakı mərhələsində X18 ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqı zamanı X18 ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Bundan əlavə hökmdə göstərilmişdir ki, Bakı Apellyas iya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekpertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli rəyinə əsasən imza numunələri Nazim Əsgərov tərəfindən icra edilmişdir. Bununla əlagədar məhkəmə kollegiyası hesab etmişdir ki, ekspertiza tədqiqinə təqdim olunmuş 15-16 may 2023-cü il tarixlərində imzalanan sənədlər N.Əsgərovun göstərdiyi kimi təyziq altında icra edildiyi üçün mötəbər sübut sayıla bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 nömrəli X1 rayon prokuroruna ünvanlanmış xüsusi məlumatda X11 xx.xx.2023cü il tarixdə təxminən saat 12:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sağ qaş nahiyəsində sıyrılmış qərtməkli yara aşkar olunmuşdur. Bu nunla bağlı akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan Nazim Əsgərov yazılı izahatında bildirmişdir ki, həmin xəsarəti həbs olunan zaman almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 nömrəli İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş məktubda da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X18 xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 nömrəli İstintaq Təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmiş, şəxs həbs zamanı zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ qaş nahiyyəsində sıyrılmış qərtməkli yara aşkar edilmişdir. Məktuba əlavə edilmiş tibbi kitabçadan da məktubda qeyd edilənlər görünür. Apellyasiya məhkəmə kollegiyası hökmündə qeyd edir ki, apellyasiya baxı şı zamanı şahid qismində ifadə vermiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 verilən suallarına cavab olaraq bildirdi ki, Nazim Əsgərov saxlanılan zaman müqavimət göstərməyib, saxlanan zaman qaçmaq istəmiş, saxlayandan sonra müqavimət göstərməmişdir. Göründüyü kimi, Nazim Əsgərovun sağ qaş nahiyəsində sıyrılmış qərtməkli yaranın müqavimət göstərməsi nəticəsində yaranmasını aradan qaldırır, məhz polis əməkdaşları tərəfindən ona edilən xəsarət nəticəsində yaranmasını təsdiq edir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X11 müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə k i, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 15 may 2023-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 9 nömrəli Vəkil Bürosunun vəkili X22 şübhəli şəxs X11 hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Bundan sonra ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində X16 adı qeyd edilmişdir. Cinayət işinin materialları öyrənilərkən müəyyən olunur ki, X18 15 may 2023-cü il tarixdə, saat 17:10-da şübhəli şəxsin tutulması barədə həmin gün saat 16:05-də tərtib olunmuş protokolla o və müdafiəçisi X22 elə həmin tarixdə həmin protokolu imzalamışdır. Şübhəli şəxsin tutulmasından 20 dəqiqə sonra şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Müdafiəçi şə xsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə X11 ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Məhkəmə hökmündən təsbiq edilmişdir ki, ümumiyyətlə Nazim Əsgərovun üzərinə baxış keçirməni əks etdirən görüntülərdən görünür ki, sonuncuya müdafiəçisinin iştirakı olmadan həmin istintaq hərəkətinin aparılması belə təklif edilməmişdir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlar əsasında X16 istifadəsində olan ***-***-**-** nömrəli nömrənin xx.xx.2023-cü il tarixində saat 11:20:38-də axrıncı dəfə “Baki seh, Suraxani qes., Park kuc 18. "Sport Hall"-da olması görünmüş, həmin g ün başqa yerdə olmasına dair anten məlumatı aşkar edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli qərarı ilə X16 istifadəsində olan ***-***-**-** nömrəli nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək olan dövr ərzində anten məlumatlarına əsasən hansı ünvanlarda olması və ünvanlar arasındakı hərəkət istiqaməti, həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatlar götürülməsi qərara alınmışdır. Həmçinin məhkəmə hökmündə olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş anten məlumatlarına əsasən X22 xx.xx.2023-cü il tarixdə saat 16:02:55-dən18:08:39-dək LBBK3883O1/LBBK3883 Neapol//Khatai/ (40.384xx/xx.96959) ünvanında olmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, şübhəli şəxsin tutulması 15 may 2023-cü il, saat 17:10-da olmuşdur. müdafiəçi X22 15 may 2023-cü il tarixində aparılmış heç bir prosessual hərəkətlərdə iştirak etməmişdir. şübhəli şəxsin dindirmə protokoluna əsasən şübhəli şəxs dindirmə istintaq hərəkəti xx.xx.2023-cü il tarixində, saat 15:40-dan saat 16:04-dək Suraxanı RPİ-nin MSY-də müdafiəçi X16 iştirakı ilə aparılmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş anten məlumatlarına əsasən X16 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il, 16:16:03-də /Bakı şəhəri Səbail rayonu, Aydın Nəsirov küçəsi 11/Sabail/ (40.342xx/xx.84165) ünvanında olması görünür. İş materillarından görünür ki, X22 məhkəmə iclasında iştirak etsə də, o, məhkəmə iclasında şahid kimi ifadə verməkdən imtina etmişdir. Həmçinin məhkəmə kollegiyası öz hökmündə qeyd etmişdir k i, Bakı Apellyasiya Məhkəməsinin 30 may 2024-cü il tarixli qərarı ilə X11 istifadəsində olan ***-***-**-** nömrəli nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək olan dövr ərzində anten məlumatlarına əsasən hansı ünvanlarda olması və ünvanlar arasındakı hərəkət istiqaməti, həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatlar götürülməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş anten məlumatlarına əsasən Nazim Əsgərov xx.xx.2023-cü il tarixdə 14:01:52-də Suraxani ray,. Emircan qes, U.Hacibeyov küçəsində olduğu müəyyən olunur. Qeyd olunan tarix üçün başqa anten məlumatları aşkarlanmır. Nazim Əsgərov saat 15:10-da deyil, ondan əvvəl saxlandığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qəra rda şübhəli şəxs Nazim Əsgərov 15 may 2023-cü il tarixdə, saat 15:10-dan tutulmuş hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürülməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış saat 17:30-da başlanmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə faktiki olaraq o, tutulduğu vaxtdan 3 saatdan artıq zaman keçdikdən sonra həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi, ev 14-də yaşayan X14, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi, ev 16B-də yaşayan X12 iştirakları ilə Nazim Əsgərovun yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Azərbaycan Respubli kası CPM-nin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur; Həmin Məcəllənin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına nəzər saldıqda mənzildə baxış istintaq hərəkətinin aparılması üçün məhkəmə qərarı mövcud olmamış, eləcə də mənzildə yaşayan şəxsin dəvəti olmamış, mənzildə yaşayan şəxsin icazəsi alın madan mənzildə baxış istintaq hərəkəti aparılmışdır. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq, N.Əsgərovun təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X9rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-ti bb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yə ni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir on a görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq N.Əsgərovun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarı da şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X18 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1308/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-808/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-808/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver