Məhkəmə qərarları › İş №1(102)-809/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-809/2019

12.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-809/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxs Təqsirləndirilən şəxs Şəmistan oğlu və onun müdafiəçisi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1984-cü ildə Kəlbəcər rayonunun ****** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun ********* kəndində qeydiyyatda olan, Abşeron rayonu, ************************* yaşayan Təqsirləndirilən şəxs Şəmistan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zülfüqar oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Təqsirləndirilən şəxs Şəm istan oğlu – Azərbaycan Respublikası CM-nın 29.120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 28 iyul 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), Q.X.Babayev və R.M.Abdulov) verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Şəmistan oğlunun əməli Azərbaycan Respubli kası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və onun zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs Şəmistan oğlu cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Şəmistan Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 28 iyul 2018-ci il tarixdə saat 12:30-da 2015-ci ildən nikahdan kənar ərarvad münasibətində olduğu Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, **************************** mənzilində, sonuncunun qısqanclığı zəminində aralarında yaranmış mübahisə zamanı nikahda olduğu arvadına və digər yaxın qohumlarına zəng edərək münasibətləri olması barədə məlumat verərək ailəsində narazılıq yaratması ilə əlaqədar Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədilə mənzildən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə onun bədəninin həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə zərbələr vuraraq sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərər vurmaya aid bel nahiyəsinin sol yarısının peritonarxası sahəyə keçən deşilmişkəsilmiş yarası və hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid boyun nahiyəsinin sol yan səthinin, döş qəfəsinin sol yarısının ön səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsinin ön səthinin (döş sümüyü cismin proyeksiyasında), döş qəfəsinin arxa səthinin onurğayanı xətt üzrə yerləşmiş daxilə nüfuz etmə yən deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirmiş, yetirdiyi xəsarətlərin Zərərçəkmiş şəxs ölməsi üçün kifayət edəcəyini güman edib zərbələri vurmağı dayandırdıqdan sonra sonuncu vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan, o, iradəsindən asılı olmayan səbəblərə görə M8 qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək qəsdən adam öldürməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Təqsirləndirilən şəxs Şəmistan oğlunun barəsində CM-nin 29.120.1-ci maddəsi ilə başlanmış cinayət işinin xitam edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellysaiya instansiyası məhkəməsinin cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi cinayətinin tövsifində səhvə yol verildiyinə görə qeyd olunan məhkəmə qərarı əsassızdır. Dövlət ittihamçısının fikrincə, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsin özünün və Zərərçəkmiş şəxs məhkəmə baxışındakı ifadələrinə istinad etmişdir. Həmin ifadələrində hər iki şəxs göstərmişlər ki, hadisə zamanı ev də Təqsirləndirilən şəxsla M8 başqa heç kim olmamış, Təqsirləndirilən şəxs M8 öldürmək üçün real imkanları olmuşdur. Lakin Təqsirləndirilən şəxs özü təcili yardım çağırmış və hadisə barəsində polisə məlumat vermişdir. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs özünün və Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd cinayətini törətməsini təsdiq edən kifayət qədər məlumatlar olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu ifadələrə heç bir münasibət bildirmədən, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq az ağır cinayətə tövsif edib, onu cinayət məsuliyyətindən azad etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş m aterialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R6, kassasiya protestinin təmin edilməməsi barədə barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olu nan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin hüquqi tövsifi mübahisə edilir. Hesab ed ilir ki, Təqsirləndirilən şəxs əməli əsassız olaraq CM-in 29,120.1ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarına müraciət etməyi zəruri hesab edir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-nin 3 0.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. CM-nin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. CM-nin 30.3-cü maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törə dilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz ə ksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Haciana stassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimən in həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plen umunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Belə ki, CM-in 29-cu maddəsinin yuxarıda istinad edilən mətnindən görünür ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyi nin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öl dürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 127-ci maddəsi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə məsuliyyəti nəzərdə tutur. Burada təqsirləndirilən şəxsin cinayətkar qəsdinin müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəm ə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmistan oğlunun Zərərçəkmiş şəxs öldürmək niyyətində olması və iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi iş materialları ilə təsdiq olunmur. Zərərçəkmiş şəxs X4 tərəfindən bıçaqla qəsdən vurulmaqla sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirilməsi ittiham və müdafiə tərəflərindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Dövlət ittihamçısı hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Məhəbbət Şıxıyevanı qəsdən öldürmək niyyətində olmuş, lakin iradəsindən asılı olmayan səbəbdən öz niyyətini həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şa hidlərin ifadələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün real imkanı olmuş, onu öldürmək üçün təqsirləndirilən şəxsə mane olan və onun öldürməsinin qarşısını alan heç bir hal olmamışdır, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı etdiyi cinayət xarakterli hərəkətləri heç bir kənar təsir olmadan könüllü olaraq özü dayandırmışdır. İş materialları ilə mübahisəsiz təsdiq olunur ki, hadisə zamanı evdə Təqsirləndirilən şəxsla M8 başqa heç kim olmamış və Təqsirləndirilən şəxs M8 öldürmək üçün real imkanı olmuşdur. Həmçinin, zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona güclü bıçaq zərbələri vurmamış və hadisədən sonra A6 özü təcili tibbi yardım çağırmış və hadisə barəsində polisə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının protestində qeyd olunan hal, yəni Təqsirləndirilən şəxs hərəkətlərində M8 bıçaqla xəsarət yetirmə anında qəsdən öldürmək niyyətinin olması sübut olunsa idi belə, onun sonrakı hərəkətləri, yəni zərərçəkmiş şəxsə yardım göstərilməsi məqsədilə təcili-tibbi yardım çağırması, zərərçəkmiş şəxslə bir otaqda təklikdə qalaraq ona heç bir zərər yetirməməsi və s. bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin dayandırılması kimi qiymətləndirilməli və cinayəti törətməkdən könüllü imtina etmə sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 30.3-cü maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına 27 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur (1-ci cild,i.v.208). Bundan başqa, iş materiallarında olan 27 avqust 2018-ci il tarixli iltizamdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla əlaqədar Təqsirləndirilən şəxs 10.000 manat almış, həmçinin onun müalicə xərcləri təqsirləndirilən şəxsin qohumları tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə də təqsirləndirilən şəxslə barışması, ona qarşı şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir (2-ci cild,i.v.174) Beləliklə, apellyasiya instansi ya məhkəməsi iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyləri, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Təqsirləndirilən şəxs Şəmistan oğlunun əməlini CM-nin 127.1-ci maddəsinə tövsif etmiş və onun zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad etmiş və iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Şəmistan oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar