Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-809/2021 09.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X21 oğlu və X11 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X12 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçıs ı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-03/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X6, hakimlər X13 və X7 ibarət məhkəmə tərkibi) Məhkum (07 avqust 1989-cu il tarixdə, ƏliBayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulması səbəbindən sağalanadək ixtisaslaşdırılmış psixiatriya stansionarlarında məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Həmin hökmlə X14, X16 da məhkum edilmişlər. Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasın ın 1(106)-640/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim X19, hakimlər X20 və X4 ibarət məhkəmə tərkibi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş Məhkum barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi, habelə cinayət işi üzrə icraatın dayandırılması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1(099)-412/2020 saylı qərarlarından birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X18 tərəfindən verilmiş apelyasiya protestinin və Məhkum barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1(099)-412/2020 sa ylı qərarından Məhkum müdafiəçisi X15 oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, o cümlədən sözügedən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1(099)-412/2020 saylı qərarlarınının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-640/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulması səbəbindən sağalanadək ixtisaslaşdırılmış psixiatriya stansionarlarında məcburi müalicə təyin ed ilmişdir. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 01 ədəd polietilin torbada qablaşdırılmaqla külli miqdar təşkil edən, ümumi təmin çəkisi 75,174 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 09 iyun 2018-ci il tarixdə saat 22 radələrində yaşadığı Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi 9 saylı evin yaxınlığında 2125 manat pul müqabilində tanışı X2, daha sonra 10 iyun 2018-ci il tarixdə saat 01:10 radələrində Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri zamanı, X14 və X9 olduqları “VAZ 21074” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılarkən avtomobilin salonunda olan qoltuqaltı hissədən həmin na rkotik vasitə aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci insantansiya və apelyasiya instansiyası məhkəmələri gəldikləri nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutları və qərarda gəldikləri nəticəni özlərinin mülahizələri ilə əsaslandıraraq sübutlara düzgün hüquqi qiymət verməməklə yanaşı kifayət qədər sübut toplamamışlar. Belə ki, cinayət işi üzrə birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində Məhkum həqiqətən psixi xəstəliyə tutulmasına dair yaranmış şübhə və anlaşılmazlıqların aradan qaldırılması məqsədilə təkrar məhkəmə psixiatrik ekspretizası, ehtiyac olarsa, Məhkum yalan danışmağa, simulyasiya etməyə meyilli olub-olmamasını müəyyən etmək üçün məhkəmə psixioloji ekspertizasının təyin edilməsi, habelə onun bir qisim şəxslərin dindirilməsi, o cümlədən digər zəruri istintaq hərəkətlərinin aparılmasına dair vəsatətlərin məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Bu səbəbdən də sözügedən cinayət işi üzrə məhkəmə baxışı tam, hərtərəfli və obyektiv olmamış və tam həqiqət müəyyən edilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-640/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nət icəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum barəsində əsassız və qanunsuz olaraq tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyini və cinayət işi üzrə icraatın dayandırıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-640/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qərarı əsasında Məhkum barəsin də ambulator məhkəmə psixiatrik ekspertizası keçirilmiş və 15 aprel 2019-cu il tarixli həmin ekspert rəyində məhkəmənin ekspert qarşısında qoyulan suallara ambulator şəraitdə cavab verməyin çətin olması, Məhkum əvvəllər psixiatrik qeydiyyatda olmaqla stasionar müalicədə olması və hazırki psixi vəziyyətini nəzərə almaqla daha ətraflı və uzun müddətli müayinə tələb etməsi səbəbindən Məhkum stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsinin zəruriliyi göstərilmişdir. Stasionar məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, Məhkum hal-hazırda “üzvi affektiv (depressiv) pozuntu, psixiotik əlamətlərlə” xəstəliyi mövcuddur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (uşaq yaşlarında qıcolma tutmaları ol ması barədə nevropatoloq və pediatr yanında ambulator və stasionar müalicələr alması, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhəri X1 19.07.2008-22.07.2008-ci il tarixlərdə “orta dərəcəli depressiv nevroz” diaqnozu ilə olması, həqiqi hərbi xidmətdən azad edilməsi, dəfələrlə özünə qəsd etmək istəməsi, 2013-cü ilin sentyabr ayında düşdüyü avtoqəza nəticəsində alıdığı kəllə-beyin travmasından sonra huşunu itirməsi, 05.12.201825.02.2019-cu il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı RPX-da “üzvi emosional labil pozuntusu, anamnezidə qıcolma tutmaları” diaqnozu ilə müalicədə olması) və hazırki psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin depressiv olması, özünü günahlandırma ideyaları söyləməsi və.s) sübut edir. Ekspert rəydə tibbi sənədlərin və hazırki müayinənin nət icələrinin təhlilinə əsasən belə nəticəyə gəlmişdir ki, Məhkum üzvi zəmnində olan psixi pozuntular periodik olaraq kəskinləşmiş və müxtəlif əlamətlərdə təzahür etmişdir.Cinayət işində təqdim edilmiş tibbi sənədlərin təhlili ekspertə belə nəticəyə gəlməyə əsas vermişdir ki, cinayət əməlini törətdikdən sonrakı dövrdə 2018-ci ilin iyul ayından başlayaraq Məhkum psixi pozuntular yenidən kəskinləşərək özünü biruzə vermiş, əvvəl astenik (nevrobənzər) əlamətlər qeyd olunmuş, dəfələrlə stasionar müalicə almasına baxmayaraq sonradan tədricən psixi pozuntular dərinləşmiş, inkişaf etmiş və kəskin suisudal fikirlərlə müşayiət olunan ağır depressiv əlamətlərlə özünü biruzə vermişdir. Məhkum hal-hazırda “üzvi affektiv (depressiv) pozuntu, kəskin ifadə olunmuş psixiotik depressiya əlamətləri ilə” psixi xəstəliyindən əziyyət çəkir. Bunun nəticəsində Məhkum hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında deyil. Birinci instansiya məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən təkrar stasionar məhkəmə psixiatrik ekspertizası keçirilməsi barədə məhkəməyə vəsatət verilmiş, vəsatət təmin edilərək təkrar stasionar məhkəmə psixatrik ekspertizası keçirilsə də, ekspertlər vəsatətdə göstərilən, araşdırılması zəruri olan halları faktiki olaraq araşdırmadan, istinad etdikləri sübutlar qeyri-mötəbər olmamaqla kifayət qədər əsaslı olmayan va şübhə doğuran 18 iyul 2020-ci il tarixli rəy tərtib etmişlər. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Məhkum cinayət hadisəsini 09 iyun 2018-ci il tarixdə törətmiş, bundan sonraki dövr ərzində ibtidai istintaq zamanı 11 iyun 2018-ci il tarixdə şübhəli şəxs qismində, 12 iyun 2018-ci il, 26 sentyabr 2018-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin 11 iyun 2018-ci il tarixdə digər təqsirləndirilən şəxs Rüstəm Səmədovla üzləşdirmədə dindirilərkən (cild 1, i. v. 99400, 181-182, cild 2, i.v. 109), məhkəmə istintaqı zamanı 28 oktyabr 2018-ci il tarixdə (28 oktyabr 2018-ci il tarixli məhkəmə iclas protokolu) dindirilərkən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək işin faktiki hallarına uyğun, tam, dolğun, biri digərini tamamlayan, hər hansı psixi pozuntularla müşayiət olunmayan etirafedici ifadələr vermiş, sonradan məhkəmə istintaqının gedişatında 02 mart 2019-cu il tarixdə müdafi ə tərəfi vəsatət verərək onun səhhətində yaranmış psixi xəstəliklə əlaqadar məhkəmə psixiatrik ekspertizası təyin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin qararı ilə keçirilən ambulator ve stasionar ekspertizalar zamanı Məhkum ekspertlərə psixi xəstəlikdən əziyyət çəkməsini şübhə altına alan narkotik vasitə istifadə etmədiyini ve heç kəsə narkotik vasitə satmadığını bildirməsindən ibarət özünümüdafiə xarakterli məlumatlar vermişdir. Eyni zamanda, cinayət işində buna dair hər hansı tibbi sənəd olmasa da, ilkin stasionar məhkəmə psixiatrik ekspertizasında olduğu kimi təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyində də ekspert Məhkum özünün şifahi şəkildə vermiş olduğu malumata əsasən 2013cü ilin sentyabr ayında düşdüyü avtoqəza nəticəsində aldığı kəllə-beyin travmasından sonr a onun huşunu itirməsinə istinad etməklə bu halın onda "üzvi affektiv (depressiv) pozuntu, psixotik əlamətlərlə” xəstəliyinin yaranmasına səbəb olduğunu ve bu pozuntunun onu öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək ve onları idarə etmək iqtidarından məhrum etdiyini hesab etmiş, rəydə 2018-ci ilin iyul ayından başlayaraq Məhkum psixi pozuntuların kəskinləşməsini göstərərkən, onun 11 iyun 2018-ci il tarixdən 02 mart 2019-cu il tarixədək ibtidai va məhkəmə istintaqı dövründə yuxarıda qeyd olunduğu kimi sərbəst şəkildə ifadə verməsini, istər ambulator, istərsə də stasionar məhkəmə psixiatrik ekspertizaları zamanı heç kəsə narkotik vasitə satmadığını bildirdiyini nəzərə almamış, həmin hallarla qarşılıqlı şəkildə təhlil etməklə va ən əsası bu halların mövcudluğ u vəziyyətində 02 mart 2019-cu il tarixdən etibarən Məhkum psixi vəziyyətinin hansı səbəbdən qısa vaxt ərzində kəskinləşərək ”üzvi affektiv (depressiv) pozuntu, psixotik əlamətlərlə” xəstəliyi ilə nəticələnməsini, hansı üsullardan istifadə etməklə Məhkum qeyd edilen xəstəliyi aşkar etdiyini, Məhkum kəllə-beyin travması alması ila bağlı əsaslandığı qeyri-mötəbər olan sübutları hansı səbəbdən mötəbər hesab etdiyini rəydə əsaslandırmamış, onların etibarlılıq dərəcəsini göstərməmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, təkrar stasionar məhkəmə psixiatrik ekspertizası ilkin stasionar məhkəmə psixiatrik ekspertizası keçirildikdən qısa müddət sonra (ilkin stasionar məhkəmə psixiatrik ekspertizasının rəyi 17 fevral 2020-ci il, təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyi isə 28 iyul 2 020-ci il tarixlidir) keçirilsə də təkrar ekspertiza zamanı psixiatrik müayinənin nəticəsi olaraq ilkin stasionar ekspertizanın aparılması zamanı Məhkum ümumiyyətlə müşahidə olunmayan va nəticə etibarilə rəydə göstərilməyən şöbədaxili rejimə passiv tabe olması, geyiminə va tamizliyinə yetərincə fikir verməməsi, ətrafındakı şəxslərlə ünsiyyət qurmağa meyl etməməsi, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, təklikdə qalmağa üstünlük vərməsi, əhvali-ruhiyyəsinin aşağı səviyyədə olması, taleyindən gileylənməsi, qorxu hissi keçirməsi, darıxması va qapalı yerdə sıxılması, səsə qarşı həssaslığının artması, tez qıcıqlanması, hərəkətlərinin ləng ve nitqinin azsözlü olması, qida qəbulundan vaxtaşırı imtina etmesi, halsızlıqdan, dözülməz baş ağrısından, yuxusunun pis olmasından şi kayətlənməsi, həyatından bezdiyini ve yaşamaq istemediyini söyləməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə səliqəli olmaması, bədbin görünməsi, simasında kədərlilik ifadəsinin müşahidə olunması, prodüktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz va qeyri-fəal şekilde qoşulması, suallara yubanmaqla cavab verməyə başlaması, onları əsasən qısa cavablandırması, təfəkkürünün ləng tempdə ve az məhsuldar olması, aparılan sorğu-sual gedişatında kəskin prodüktiv psixopatoloji simptomatika qismində özünü günahlandırma məzmunlu sayıqlama fikirləri aşkarlanması, mnestik-koqnitiv funksiyalarında müəyyən qədər pozuntu nəzərə çarpması, anamnestik malumatları xronoloji ardıcıllıqla çatdırmaqda çətinlik çəkməsə, emosi onal reaksiyalarında ümumən solğunluq qeydə alınması, göndərildiyi ekspertizanın gedişinə ve nəticəsinin necə olacağına maraq göstərməməsi, özünün gelecek aqibətinə laqeydliklə yanaşması kimi halların müşahidə olunması təkrar stasionar məhkəmə psixiatrik ekspertizanın rəyində göstərilmiş, bu halların, habelə cinayet işindəki tibbi sənədlərin, verilmiş ifadələrin Məhkum hal-hazırda «Üzvi affektiv (depressiv) pozuntu, psixotik əlamətlərlə» xəstəliyindən əziyyət çəkməsini sübut etdiyi qeyd olunmuşdur. Lakin, yuxarıda haqqında bəhs olunduğu kimi, Məhkum avtoqəza nəticəsində kəllə beyin travması almasına dair iş materiallarında tibbi sənədin mövcud olmadığı, ibtidai istintaq zamanı onun özü ve müdafiəçisi tərəfindən hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi ve bununla əlaqədar müalicəyə ehtiy acının olmasına dair istintaq orqanına məlumat ve vəsatət verilmədiyi, ekspertlərin geldikləri nəticənin əksinə olaraq özünün ifadəsi də daxil olmaqla iş üzre verilmiş ifadələrlə Məhkum psixi cəhətdən tamamilə sağlam olmasının müəyyən edildiyi vəziyyətdə Məhkum qeydə alınmasına istinad edilən «Üzvi affektiv (depressiv) pozuntu, psixotik əlamətlərlə» kimi psixi pozuntunun yaranmasının mümkün olub-olmaması, müsbət halda həmin pozuntunun xüsusiyyəti nəzərə alınmaqla qısa vaxt ərzində kəskinləşməsinin, belə kəskinləşmənin şəxsin öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında məhrum etmə ilə nəticələnməsinin mümkün olub-olmaması hallarının, habelə Məhkum psixi xəstəliklə bağlı simulyasiya hərəkətlərinin müşayiət olunub-olunmamasının müəyyənləşdirilməsi zərurəti olsa da məhkəmə bu məsələlərə toxunmamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları həкtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq etməmişdir. Bu hal Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyy ən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2 maddələrinin tələblərinə əsasən, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Məhkum barəsində olan Şirvan Apely asiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-640/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Res publikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-640/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-809/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-809/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver