Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-809/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117 /2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə, zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə, Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Rusiya Federasiyası, Altay vilayəti, Barnaul şəhəri, Malaxov küçəsi, ev 148, mənzil 279 ünvanında yaşamışdır. 2. 29 iyun 202 0-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 oktyabr 2019-cu il tarixdən hesablanması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməklə Məhkum onun xeyrinə 491.000 (dörd yüz doxsan bir min) manat məblə ğində pul vəsaitinin tutulması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri, mülki iddianın icrası, əmlakların üzərinə qoyulmuş həbsdən azad edilməsi və digər məsələlər həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib əməlindən peşmançılıq hissi keçirməsini, ağır vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını və müalicə müəssisəsində səhhətində olan problemlərlə əlaqədar müalicə almasını nəzərə almaqla, ona təyin edilmiş cəza müddətinin aşağı həddə endirilməsini xahiş etmişdir.
5. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verib hökmün ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Hökmdən həmçinin zər ərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə birgə apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, təyin edilmiş yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəzanın daha sərt cəza ilə əvəz olunması və mülki iddianın tam təmin olunması, eləcə də iddia tələbinin təqsirləndirilən şəxs Məhkum məxsus mənzillərə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
7. Hökmdən eləcə də dövlət ittihamçısı apellyasiya protesti verib təqsirləndirilən şəxs Məhkum daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmaqla, mülki iddianın tam həcmdə təmin edilməklə mülki iddianın təmini məqsədi ilə üzərindən həbs götürülmüş əmlakların müsadirə edilərək saışdan əldə edilmiş vəsaitlərin zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə yönəldilməklə dəyişdirilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısının verdiyi apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, mülki iddia qismən - 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı) manat hissəsində təmin olunmuş, h ökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayəti, Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını bildirməklə barəsində bəraət qərarının qəbul edilməsini xahiş edir.
11. Müdafiəçi4 verdiyi kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil adi mülki qaydada alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş, dəyəri tam şəkildə ödənilmiş, evin mülkiyyə tçisinə yaxud hər hansı bir digər şəxsə maddi ziyan dəyməmişdir. Evin alınmasına sərf olunmuş pul vəsaitinin tərəfindən ödənilməsini sübut edən heç bir dəlil olmadığı halda, Zərərçəkmiş şəxs əsassız olaraq zərərçəkmiş şəxs kimi tanınmışdır. Əməllərində cinayət tərkibi olmadığından Məhkum cinayət məsuliyyətindən azad edilməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.
12. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu, eləcə də mülki iddianın qanunsuz hə ll edildiyi bildirilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum təyin olunmuş cəzanın daha sərt cəza ilə əvəz olunması, mülki iddianın tam təmin edilməsi, iddia tələbinin Məhkum faktiki müliyyətində olan, əsassız olaraq həbsdən azad edilmiş əmlaklar hesabına icra edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
13. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən, cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 143-146cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə cəza təyin edilmiş, mülki iddianın təmini məqsədi ilə ibtidai istintaq dövründə üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı və Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 13 saylı evin 23 saylı mənzilləri həbsdən azad edilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edil məsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.
14. Kassasiya şikayətlərinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit e dilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum və müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti və əlavədə məhkumun əsassız olaraq məhkum edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
20. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə kassasiya şikayətində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül olduğunu, eləcə də mülki iddiasının düzgün həll edilmədiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-n in 416.1.2 və 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
21. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngül olduğunu, zərərçəkmiş şəxs - mülki iddiaçının verdiyi iddia tələbinin düzgün həll edilmədiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
22. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respubl ikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Kassasiya müraciətlərinə münasibət bildirməkdən öncə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərdən Məhkum 15 iyul 2010-cu il tarixdə Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda Şahid17 Rayıf oğlu ilə daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı, ******* saylı müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı 102,76 kv.metr sahəsi olan ikiotaql ı mənzilini cəmi 110.000 (bir yüz on min) ABŞ dollarına satın alması və 12 avqust 2010-cu il tarixdə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata alması müəyyən edilir.
24. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 144 və 146-cı maddələrinin ümumi məzmunundan məlum olur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notari at qaydasında təsdiqlənməlidir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
26. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əml aka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
27. Bununla belə, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Məhkum qarşı ittiham verilmişdir və o, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilmişdir ona görə ki: 1-ci epizodda - tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxs ilə araların da olan qohumluq əlaqəsi və uzun müddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək şəxsi mənzili olmadığı üçün ailə qura bilmədiyini, əgər öz adına mənzil olarsa, həmin yaşayış sahəsinin sənədlərini ailə həyatı qurmaq istədiyi qızın valideynlərinə göstərib razılıq əldə edəcəyini deyərək ailə həyatı qurub bir müddət orada yaşadıqdan sonra mənzili geri qaytaracağına dair dayısı Zərərçəkmiş şəxs yalan vəd verməklə bu məqsədlə mənzil almaq üçün pul verməsini xahiş etmiş və sonuncunu dediyi sözlərin həqiqiliyinə inandıraraq bacısı oğlu kimi özünə qarşı mərhəmət hissi yaratmaqla razılığını əldə etməyə nail olmuş, 13 noyabr 2008-ci ildən 04 sentyabr 2009-cu il tarixədək olan müddət ərzində dayısı Zərərçəkmiş şəxs Rusiya Federasiyasından bank köçürməsi ilə Şahid2 g öndərdiyi 252.170(iki yüz əlli iki min bir yüz yetmiş) ABŞ dolları məbləğində pulun həmin dövrün məzənnəsi ilə 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat təşkil edən 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində olan hissəsini 22 yanvar 2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən metronun «Neftçilər» stansiyasının çıxışının qarşısında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən Şahid2 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək 15 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında fəaliyyət göstərən Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda Şahid17 Rayıf oğlu ilə daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və saylı müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, E.Süley manov küçəsində yerləşən 124 saylı evin 29 saylı 102,76 kv.metr sahəsi olan ikiotaqlı mənzilini cəmi 110.000 (bir yüz on min) ABŞ dollarına almış və vahid cinayətkar niyyətinin davamı olaraq 12 avqust 2010-cu il tarixdə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata alınmasına nail olaraq, ailə həyatı qurduqdan sonra bir müddət həmin mənzildə ailəsi ilə birgə yaşasa da, sonrakı müddətdə vədinə əməl etməyərək mənzili boşaldıb yaşayış sahəsinin mülkiyyət hüquqlarını həqiqi sahibi olan dayısı Zərərçəkmiş şəxs və ya onun etibar etdiyi digər şəxsin adına rəsmiləşdirmək əvəzinə cinayət əməlini pərdələmək məqsədi ilə həmin yaşayış sahəsini X4 olan borcunun əvəzində 29 sentyabr 2016-cı il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən ünvan 5aşınma z əmlakın alqı-satqısı barədə AN-İ ******* seriya və saylı müqaviləyə əsasən sonuncunun anası X1 və nəticədə Zərərçəkmiş şəxs külli miqdarda - 96.396 (doxsan altı min üç yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir; 2-ci epizodda - təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dayısı Zərərçəkmiş şəxslə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla dələduzluqla ələ keçirdiyi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 29 saylı mənzilində və Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmaqla qardaşı X7 tərəfindən dələduzluq la ələ keçirilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraxaçuxur qəsəbəsi, «Şərq» 2704 küçəsində yerləşən 78A saylı fərdi yaşayış evində təmir işlərinin görülməsi üçün pul lazım olduğunu yalandan bildirərək bu adla Zərərçəkmiş şəxs 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti istəmiş və sonuncu bacısı oğlu Məhkum həqiqi niyyətindən xəbərsiz olduğundan onsuz da, hər iki yaşayış sahəsinin faktiki özünə məxsus olduğunu və gələcəkdə özünün istifadə edəcəyini düşünərək təmir üçün pul vəsaiti verməyə razılaşmış, bundan sonra Məhkum 2015ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66 ünvanında yerləşən «Çudo Peçka» şirniyyat mağazasının qarşısında Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 52.480 (əlli iki min dörd yüz səksən) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun dostu Şahid5 vasitəsi ilə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda 52.480 (əlli iki min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir; 3-cü epizodda - təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə qardaşı Malik Məhərrəmovla razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dayıları Zərərçəkmiş şəxs ilə aralarında olan qohumluq əlaqəsi və uzunmüddətli işgüzar münasibətlərdən irəli gələn inam və etibardan suiistifadə edərək Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Altay vilayətinin Barnaul şəhərində yerləşən «Özbək bazarı» adlanan t icarət mərkəzini almaq niyyətində olması, bunun üçün lazımi məbləğdə pul vəsaiti əldə etmək məqsədi ilə topdan meyvə ticarətini həyata keçirmək istəməsi barədə məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs onlara pul verəcəyi halda həmin vəsait hesabına Azərbaycan Respublikasının Bakı və Rusiya Federasiyasının Moskva şəhərlərindən alma və digər növ meyvələri alıb göndərməklə Barnaul şəhərindəki saxlanc anbarında tədarük edib sata biləcəklərini və satışdan əldə olunan vəsaiti Zərərçəkmiş şəxs bazarın alınmasına sərf edə biləcəyini deyərək sonuncunu təkliflərinin həqiqiliyi və əlverişli olmasına inandırmış, bu adla Məhkum 2016-cı ilin sentyabr ayında dayısı Zərərçəkmiş şəxs tapşırığına əsasən sonuncunun qardaşı Şahid1 vasitəsi ilə ünvan 7 ünvanının qarşısında iki dəfəyə 210.000 (iki yüz on mi n) və 40.000 (qırx min) ABŞ dolları olmaqla, cəmi 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitini almış və həmin vəsait hesabına alıb göndərdikləri meyvə məhsullarını Barnaul şəhəri, Kosmonavtov prospekti 59 ünvanında yerləşən topdan satış bazasında 2016-cı ilin sentyabr ayının sonlarında satdıqdan sonra 250.000 (iki yüz əlli min) ABŞ dolları əsas vəsait və qazanc olaraq əldə olunmuş 50.000 (əlli min) ABŞ dollarından ibarət, ümumilikdə həmin dövrün məzənnəsi ilə 491.100 (dörd yüz doxsan bir min yüz) manat təşkil edən 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitini vəd etdikləri kimi Zərərçəkmiş şəxs verməyib qardaşı Malik Məhərrəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda 491.100 (dörd yüz doxsan bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28.5ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
29. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.
30. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
31. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanu nu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
32. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüq uqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
35. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsinin dispozisiyasına görə, külli miqdarda ziyan vurmaqla özgə əmlakının etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsi dələduzluq cinayət əməlini təşkil edir.
36. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin formallaşması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında göstərilir ki, törədilmiş əməl o halda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ndə nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 7, §§ 1 və 5, 11 iyun 2015-ci il).
37. Plenum qərarından göründüyü kimi, əməl yalnız o halda dələduzluq cinayətini təşkil edə bilər ki, təqsirkarın: 1) niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun; 2) əmlakın talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyət həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta mülki icraat qaydasında əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, məhkəmələr tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən etməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2022-ci il).
39. Bununla belə, Məhkum verilən ittihamın 1 və 2-ci epizodları üzrə məhkəmə araşdırmasını aparan apellyasiya instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, ibtidai i stintaq orqanı Zərərçəkmiş şəxs ilə Məhkum arasında alınacaq mənzilə dair hər hansı bir razılaşmanın mövcud olub-olmadığına, olduğu halda Məhkum öhdəliyinin şərtlərinin nədən ibarət olduğuna, hansı müddətə ərzində icra edilməli olduğuna və sair bu kimi amillərə dair heç bir sübut əldə edilməmişdir. Məsələn, Məhkum mənzil alınan dövrdə həqiqətən ailə qurmaq niyyətində olması, bununla bağlı hər hansı, o cümlədən evsiz olmasına dair problemlə üzləşməsi, arvadının ailəsinin onun qarşısında müvafiq şərtlərin qoyması, həmin şərtlərin həlli məqsədilə kiməsə müraciət etməsinin müəyyən edilməsi istiqamətində heç bir addım atılmamışdır.
40. Eyni ilə, mənzil əslində məhkum yox, ittihamda göstərilən kimi Zərərçəkmiş şəxs tərəfindən alınmışdırsa, bunun hansı məqsədlə edildiyi - hədiyyə qismində məhku mun toyunun mümkün edilməsi, tapşırıq əsasında məhkum tərəfindən alınıb nəticə etibarilə zərərçəkmişin mülkiyyətinə verilməsi, müvəqqəti istifadə (ödənişsiz kirayə) və yaxud hər hansı digər səbəb və ya məqsədlə alındığının, müvafiq olaraq tərəflər arasında yaranan hüquq münasibətlərinin nədən ibarət olduğunun aydınlaşdırılması üçün istər ittiham aktına, istərsə də cinayət işinin materiallarına heç bir məlumat və sübut əldə edilib əlavə edilməmişdir.
41. Ən başlıcası, Zərərçəkmiş şəxs ilə Məhkum arasında həqiqətən də alınacaq mənzillə bağlı əvvəlcədən hər hansı bir razılaşma əldə edilmişdirsə, belə razılaşmanın bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsini (aldatma) və yaxud mənzilin özünün xeyrinə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirmək niyyətində olmadığını (etibardan sui-istifadə etmə) pərdələmək məqsədi ilə əldə edildiyini, yəni özgənin əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş niyyətin Məhkum məhz həmin əmlaka dair hüququ əldə edənədək yarandığını təsdiqləyən heç bir sübut apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında əksini tapmamışdır.
42. Yuxarıda qeyd edilən amilləri araşdırıb cinayət hadisəsinin baş veribvermədiyini və yaxud Məhkum əməlində cinayət tərkibinin olub-olmadığını müəyyən etmək məqsədi ilə sübut toplayıb təhlil etmək əvəzinə, həm ibtidai istintaq orqanı, həm də məhkəmələr xeyli sayda şahid ifadələrinə əsaslanmaqla ittihamın 1 və 2-ci epizodları üzr ə sərf edilmiş pul vəsaitinin Zərərçəkmiş şəxs məxsus olub-olmadığı üzrə cinayət təqibi aparmışlar. Bununla belə, həmin şahid ifadələrinin təhlili göstərir ki, dindirilən şahidlərin əksəriyyəti ifadələrində məhkum və zərərçəkmiş arasında olan ailə və işgüzar münasibətlərin tarixinə dair ümumi məzmunlu izahlar vermiş, nəinki cinayət işinin həll edilməsinə aidiyyəti olan, hətta bu epizodlar üzrə xərclənmiş pul vəsaitinin mənsubiyyətinin aydınlaşdırılması üçün faydalı olan hər hansı bir məlumatı bildirməmişlər.
43. Faktiki olaraq, cinayət təqibi dövründə ifadələri alınmış 23 şahiddən yalnız 3nün – zərərçəkmiş şəxsin qardaşı olan Şahid1, zərərçəkmiş şəxsin yeznəsi olan Şahid2 və mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş Şahid17 Rayıf oğlunun ifadələrinin işin mahiyyətinə aidiyyəti olsa d a, hətta bu ifadələrlə verilən məlumatın hansı qaydada Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayətin məsuliyyətinə cəlb edilməsinə əsas verdiyini apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından müəyyən etmək qeyri-mümkündür.
44. Belə ki, qeyd edilən şahidlərdən Şahid2 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs özü yox, kənar şəxslər vasitəsilə müxtəlif tarixlərdə Rusiya Federasiyasından onun "xxxx" ASC-də olan hesabına pul vəsaitləri keçirmiş və o, həmin pulun 120.000 ABŞ dolları məbləğində hissəsini Məhkum ilə “Neftçilər” metrosu yaxınlığında görüşüb sonuncuya vermişdir.
45. Şahid17 Rayıf oğlu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, 29 saylı mənzil onu mü lkiyyətində olmuş, 2010-cu ilin iyul ayının əvvəllərində o, Məhkum və Şahid1lə görüşüb mənzili onlara göstərmiş, Akiflə Orxan mənzilə baxıb bəyənmiş və mənzilin satış qiymətini 110.000 ABŞ dollarına razılaşmışlar. Mənzilin dəyərinin əsas hissəsini bank yolu ilə, qalan hissəsini isə Akifdən almışdır.
46. Şahid1 ibtidai istintaq dövründə fərqli ifadə versə də, məhkəmədə dindirilərkən bildirmişdir ki, Məhkum 250.000 ABŞ dolları məbləğində pul verməmiş, həmçinin Şahid2 tərəfindən Orxana həmin məbləğdə pul verilməsində iştirak etməmişdir. Bakıda alınan və hazırki iş üzrə mübahisələndirilən evlərin kimə məxsus olmasını bilmir. İbtidai istintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsində iştirak etməmişdir.
47. Buna baxmayaraq, məhkəmələr Şahid1 məhkəmədə ibtid ai istintaqdan fərqli məzmunda ifadə verməsini məhkumun məsuliyyətdən yaxa qurtarmasına kömək məqsədilə etməsi kimi qiymətləndirib, bu ifadələri nəzərə almaqdan imtina etmiş, lakin belə qərarını heç cür əsaslandırmamışlar.
48. Halbuki, şahidin cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrinin üstünlüyü dərəcəsinə münasibətdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011-ci il).
49. Qeyd edilənlərlə yanaşı, məhkəmələr həmçinin nəzərdən qaçırmışlar ki, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən qərarında dələduzluğun əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edildiyi müəyyən edilmişdir (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, § 4).
50. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum mənzilə dair mülkiyyət hüququ 12 avqust 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, zərərçəkmiş isə ona qarşı dələduzluq əməlinin törədilməsi ilə bağlı ilk dəfə polis orqanına 4 yanvar 2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyasının fikrincə, kifayət qədər yüksək dəyərli mənzilin alınması üzrə tapşırıq verdikdən sonra (əgər Zərərçəkmiş şəxs ilə Məhkum arasında həqiqətən də alınacaq mənzillə bağlı əvvəlcədən hər hansı bir razılaşma əldə edilmişdirsə) həmin mənzilə dair mülkiyyət hüququnun əldə edilməməsi, eyni zamanda şifahi razılaşma üzrə öhdəliyin icra edilməməsi nəticəsində həmin məbləğdə maddi itkilərlə üzləşib, buna baxmayaraq artıq başa çatmış hesab edilən cinayət barədə 8 ildən çox müddət ərzində hüquq-mühafizə orqanlarına müraciət edilməməsi kimi zərərçəkmişin hərəkətləri ağlabatan mühakimə kimi qəbul edilmə bilməz.
51. Məhkəmə kollegiyası həmçinin məhkəmələrin hazırki cinayət işi üzrə qaldırılmış mülki iddianın həll edilməsi üzrə hüquqi mövqeyinə münasibət bildirməsini zəruri hesab edir.
52. Azərbaycan Resp ublikası CPM-nin 187.2-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddia üzrə qərarı öz hökmündə göstərir.
53. Həmin Məcəlləsinin 353-cü maddəsində müəyyən edilmiş qaydaya görə, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri (353.2.9-cu maddə), nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) (maddə 353.4.10) göstərilməlidir.
54. Qanunverici məhkəmələr qarşısında mülki iddia üzrə gədiyi nəticəyə dair əsaslandırmanın qəbul etdiyi qərarların təsviri-əsaslandırıcı hissəsində əks etdirməsi tələbini qoysa da, hazırki cinayət işi üzrə qəbul edilmiş istər birinci instansiya məhkəməsinin hökmündə zərərçəkmiş şəxsin verdiyi 1.049.000 (bir milyon qırx doqquz min) manat məbləğində mülki iddianın hissəvi, 491.000 (dörd yüz doxsan bir min) manat həcmində təmin edilməsinin, istərsə də mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarında bu məbləğin 639.976 (altı yüz otuz doqquz min doqquz yüz yetmiş altı) manat məbləğinə artırılmasının səbəbi təfsir edilməmiş, məhkəmələr verilən iddia ərizəsinin hansı hissələrdə qəbul, hansılarında isə rədd etdiyini və müvafiq nəticələrin hansı sübutlarla təsdiqləndiyini izah etməmişlər.
55. Yuxarıda təsvir edilənlərlə əlaqədar olaraq məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir.
56. Həmin Məcəllə nin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
57. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
58. H əmin Məcəllənin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
59. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
60. Həmçinin məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərb aycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
61. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
62. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət prosessual qanunvericiliyinin tələbləri Avropa Məhkəməsinin yanaşması ilə də uzlaşır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olub-olmadığı, ayrı-ayrılıqda götürülməklə hər hansı hal və yaxud hadisəyə yox, məhkəmə araşdırmasının ümumi nəzərdən keçirilməsinə əsaslanmaqla müəyyən edilir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).
64. Bununla yanaşı, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
65. Yekun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.1 və 416.1.2-ci maddələrinin ümumi məzmununa görə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
66. Beləliklə, bütün yuxarıda təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqs irli bilinməsinə dair yekun qərarına gələrkən, cinayət işi üzrə toplanmış sübutların tam və obyektiv tədqiqini təmin etməmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.
67. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin və dövlət ittihamçısının kassasiya protestinin dəlillərinə (Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələri) gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş əsaslara görə ləğv edilməsi, həmin kassasiya müraciətlərinin təmin edilməsini istisna edir.
68. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarı qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutar aq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1117/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.