Məhkəmə qərarları › İş №1(102)-809/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-809/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-809/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X6 və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Muradov Bəxtiyar İbrahim oğlunun iştirakları ilə xx xxxxxxx 2002-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məh kum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 də yaşayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 1(103)-950/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X7 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(101)-678/2024 nömrəli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən), R.Ə.Sadıxov və L.S.ƏsgərovaMəmmədova) X13 - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törət məkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 8 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 1(103)-950/2024 nömrəli hökmü ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Z.Əliyev və E.İ.Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(101)-678/2024 nömrəli hökmü ləğv edilmiş və X6 CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət ve rilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X13 2023-cü ilin aprel ayının təxminən birinci on günlüyündə Bakı şəhərində başqa mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, yəni 2150,0 qram miqdarında narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib idarə etdiyi "Kia Optima" markalı Az ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat Şossesinə daşımış, həmin ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə BDYPİ-nin YPXA-nın Xüsusi Tağımının əməkdaşları tərəfindən o, 8 aprel 2023-cü il tarixdə saat 17:30-da saxlanılarkən onun narkotik sərxoşluğu vəziyyətində olmasına dair əsaslı şübhələr olduğundan o, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasının inzibati ərazisinin həyətinə gətrilib orada onun idarə etdiyi "Kia Optima" markalı Az ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin salonunun ön tərəfindən içərisində təmiz çəkisi 2150,0 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış bir ədəd polietilen torba aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunmas ı xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X10 CM-in 234.1-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Belə ki, apellyasiya məhkəməsi cinayət işi üzrə ibtidai istintaq zamanı X6 müdafiə hüququnun, digər hüquqlarının səmərəli vе keyfiyyətli şəkildə təmin edilmədiyini əsas gətirərək onun əleyhinə toplanmış sübutların mənbəyini, mümkünlüyünü və mötəbərliyini şübhə altına almışdır. Lakin cinayət işinin materiallarından da görünür ki, X13 xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulduğu andan onun maddi imkansız olması nəzərə alınaraq öz seçdiyi dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin hüquqi yardımı ndan istifadə etmişdir. Belə ki, istər şübhəli şəxs kimi tutulduğu vatxdan, şübhəli şəxs qismində dindirilmə zamanı, istər təqsirləndirilən şəxs qismində dindirilən zaman, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat və vəsatətə baxılarkən X13 müdafiəçi ilə təmin edilmiş və onun müdafiəçisi ilə gizli ünsiyyət saxlamaq hüququ təmin edilmişdir. Buna baxmayaraq məhkəmə şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə haqqında istintaq hərəkətlərinin keçirilməsində müdafiəçinin şübhəli şəxsin, yəni X6 ərizəsinə əsasən iştirak etməməsini mübahisələndirmiş, həmin istintaq hərəkətlərinin protokollarında müdafiəçinin imzası olmasını "ağlabatan" hesab etməmişdir. Lakin məhkəmə X6 həmin ərizədə şübhəli şəxsin imzası hissəsində olan imzanın sonuncunun özü tərəfindən icra edil məsini mübahisələndirmədən qəbul etsə də, ərizənin hansı meyarlara əsasən "ağlabatan" olmamasını qeyd etməmişdir. İş materiallarında əlavə edilmiş X6 ərizəsinə əsasən sonuncu, yəni təqsirləndirilən şəxs özü ərizə ilə istintaqa müraciət edərək müdafiəçisinin şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə haqqında istintaq hərəkətlərinin keçirilməsində iştirak etməməsi barədə müraciət etmiş və bunun səbəbi kimi özünün müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində izah verərək göstərmişdir ki, "Müayinə zamanı narkotik vasitə təsiri altında olduğu təsdiqləndiyi üçün polis əməkdaşları üzərində və atomobilində də narkotik vasitələr ola biləcəyindən şübhələnərək onu yaxınlıqdakı 15-ci PB-nin inzibati binasına aparmışlar. Orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəv ət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunaraq üzərinə şəxsi axtarış, avtomobilinə ise baxış aparılacağı elan olunmuşdur, həmin prosessual hərəkətlərdə müdafiəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, o da düşünmüş ki, onsuzda avtomobilinə baxış zamanı salonunda saxladığı narkotik vasitə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış və avtomobilinə baxış müdafiəçinin iştirakı olmadan keçirilsin". Cinayət prosessual qanunvericiliyin baxış istintaq hərəkətində şübhəli şəxsin müdafiəçisinin iştirakını dispozitiv imkan olaraq nəzərdə tutmasına, həmçinin qeyd edilən ci nayət işində şəxsi axtarış və baxış, həmçinin götürmə və baxış istintaq hərəkətində müdafiəçinin iştirak etməməsi barədə X6 yazılı ərizəsi olmasına, həmin ərizənin təqsirləndirilən şəxsin özü tərəfindən imzalanmasına baxmayaraq, apellyasiya məhkəməsi qanunsuz olaraq həmin faktı müdafiə hüququnun pozuntusu olaraq qiymətləndirmişdir. Məhkəmə kollegiyası öz bəraət hökmündə təqsirləndirilən şəxsin polis əməkdaşları materiallarındakı sübutlarla tərəfindən hansı şübhəyə görə polis bölməsinə gətirilməsinin iş müəyyən edilə bilmədiyini qeyd etmişdir. Halbuki şahidlər Şahid1 və Şahid2 həm istintaq zamanı, həm birinci instansiyada baxış zamanı, həm də apellyasiya instansiyasında araşdırma zamanı şahid qismində dindirilərkən X6 narkotik vasitədən istifadə etdiyinin açıqaydın hiss edildiyini, maşından narkotik vasitəyə bənzər iy gəldiyini və İmranın gözlərinin qırmızı olmasına görə ondan şübhələnərək polis bölməsinə gətirildiyini bildirmişdirlər. Həmçinin apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxsun polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı saxlanıldığı İstintaq Təcridxanasından Sabunçu rayon prokurorluğuna müvafiq məlumatın göndərilib-göndərilmədiyini, həmin məlumatın prokurorluq orqanı tərəfindən qəbul olunub-olunmadığını araşdırmadan, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan müdafiə funksiyalarını üzərinə götürərək bu halları təqsirləndirilən şəxsin mənafeyinə uyğun qiymətləndirmişdir. Məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid2 və Şahid1 X10 qarşı fiziki və ya digər zorakılıq edilmədiyini bildirmişdir. Həmçinin protestdə qeyd edilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X13 əməliyyat məlumatı əsasında deyil, DYP-nin YPX-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün təsadüfən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi X6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin səmimiliyini və həqiqiliyini öz hökmündə kifayət qədər tədqiq etmədən, cinayət işinin materiallarında sonuncunun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə əsas verən kifayət qədər sübutları tam qiymətləndirmədən onun ittiham edildiyi ittihamda təqsirsiz olması qənaətinə gəlmişdir. Belə ki, X13 apellyasiya baxışı zamanı öz ifadəsində bildirmişdir ki, "Mən ifadəmdə demişdim ki, narkotik vasitəni öz istifadəm üçün bir gün qabaq "instagram" sosial şəbəkəsində tanış olduğu i ranlı vasitəsilə əldə etmişəm, amma iş materiallarında elə bir ifadəm yoxdur". X2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində"narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2023cü il tarixdə İran İslam Respublikasınıən vətəndaşı X adlı şəxsdən 1200 manat pul köçürərək, qalan 300 manat pulu isə sonradan hissə-hissə ödənilməsinə razılaşaraq, X adlı şəxsin naviqasiya vasitəsilə göndərdiyi ünvana, yəni Abşeron rayonu, Masazır qəsəbəsində xüsusi olaraq nişanlanmış ərazidən gedib götürdüyünü bildirmişdir. Məhkəmə X6 CM-nin 234.1-1-ci maddə ilə təqsirsiz olması qənaətinə gələrkən onun ifadəsini inandırıcı hesab edərək ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən fiziki zorakılığa və təzyiqə məruz qalması xüsusatına öz hökmündə ümumiyyətlə toxunmamışdır. X6polis əməkdaşları tərəfindən fiziki təziqlərə məruz qalması və buna görə də istintaq zamanı etiraf edici ifadə verməsini bildirmiş və istintaq təcridxanasına daxil olarkən həmin xəsarətlərini qeyd etdirmədiyini bildirmişdir. X1 üzərinə və avtomobilinə baxış keçirilməsi barədə videoçəkilişə baxan zaman onun bədəninin gözlə görünən hissələrində xəsarət izləri müəyyən edilməmiş, hərəkətlərində döyülməyə xas olan xüsusiyyətlər müəyyən edilməmişdir. Əskinə o, sərbəst şəkildə və düşünmədən narkotik vasitəni saxladığı yeri polis əməkdaşlarına göstərərək öz etdiyi cinayəti tam olaraq etiraf etmişdir. X6 yuxarıda göstərilən izahatı ilə bağlı qeyd etmək lazımdır ki, bəraət almış şəxs konkret olaraq hansı polis ə məkdaşları tərəfindən döyülməsini, onun bədəninin hansı nahiyələrində xəsarətlərinin olmasını bildirməmiş, polis əməkdaşları tərəfindən hansı formada təzyiqə məruz qalmasını və nə ilə hədələndiyini göstərməmişdir. Məhkəmə bu ifadənin üzərindən keçərək öz bəraət hökmündə ümumiyyətlə bu məsələyə münasibət bildirməmişdir. X18 öz apellyasiya şikayətinin dəlili qismində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması səbəbindən istintaq zamanı etiraf edici ifadələrə imza etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi X6 narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi ilə bağlı saxlanlılarkən İXM-nin tələblərinin düzgün riayət edilməməsini əsas gətirərək, toplanmış sübutları mümkün olmayan hesab etmişdir. Qeyd edilir ki, X6 şübhəli şəxs qismində tutulmasından baş layaraq, onun dindirilməsi, şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçirilməsi, nəqliyyat vasitəsinə baxış və götürmə istintaq hərəkətinədən bütün məhkəməyədək icraat dövründə Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmamış və təqsirləndirilən şəxsin bütün hüquqları, o cümlədən müdafiə hüququ təmin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxs və müdafiəçi B.Muradovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanıl malıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-han sı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxs əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minm iş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm və zifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası mə hkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X10 ittiham verilmişdir ondan ötrü ki, o, 2023-cü ilin aprel ayının təxminən birinci on günlüyündə Bakı şəhərində başqa mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, yəni 2150,0 qram miqdarında narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib idarə etdiyi "Kia Optima" markal ı Az ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat Şossesinə daşımış, həmin ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə BDYPİ-nin YPXA-nın Xüsusi Tağımının əməkdaşları tərəfindən o, 8 aprel 2023-cü il tarixdə saat 17:30-da saxlanılarkən onun narkotik sərxoşluğu vəziyyətində olmasına dair əsaslı şübhələr olduğundan o, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasının inzibati ərazisinin həyətinə gətrilib orada onun idarə etdiyi "Kia Optima" markalı Az ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin salonunun ön tərəfindən içərisində təmiz çəkisi 2150,0 qram bitki mənşəli, tərkibi ndə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış bir ədəd polietilen torba aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsində keçirilmiş qismən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X13 dindirilən zaman ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulanda narkotik vasitə istifadə etmiş, onu polislər Maştağa qəsəbəsində tutublar, tutulanda onun yanında Şahid3 və onun tanışı X olmuşdur. O onları taksi kimi Maştağadan Buzovnaya aparırmış, onu yolda saxladılar, narkotik vasitənin təsiri altında olduğu üçün maşınını Kürdəxanıdakı cərimə meydançasına apardılar, maşının açarları polis əməkdaşlarında olub, özünü də narkoloji dispanserə apard ılar, o gələnə kimi maşının yanında Şahid3 və X olmuşdur, sonra ona dedilər ki, sənin maşınından 2 bükümdə yarım kilo narkotik vasitə aşkarlanıb. Maşında ilk axtarış Xırdalandakı Baş Dövlət Yol Polisi İdarəsində olub, çünkü onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırıldığı üçün sürücülük vəsiqəsi alındı, orada mətbuatda şəkillər çəkilmişdi, 2 büküm aşkarlanmışdı, iş materiallarındakı görüntüdə isə bir bükümdür. Onun maşınında o qədər çəkidə narkotik vasitə olmayıb, 15000-20000 manatlıq narkotik vasitəni o taksi fəaliyyəti ilə məşğul ola-ola necə əldə edə bilərdi? O gündəlik 20-30 manat qazanmış, özünə məxsus evi yoxdur. O ifadəsində demişdir ki, narkotik vasitəni öz istifadəsi üçün bir gün qabaq “instagram” sosial şəbəkəsində tanış olduğu iranlı vasitəsilə əldə etmiş, amma iş materia llarında elə bir ifadəsi yoxdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki: “biz X11 Zabrat rayonunun ərazisində xidmətdə olarkən körpünü düşəndə saxladıq, deyəsən təhlükəsizlik kəmərinə görə saxlamışdıq, X6 gözləri qızarmışdı, narkotik vasitədən istifadə etməsi şübhəsinə görə müayinəyə göndərdik, narkotik vasitə istifadə etməsi məlum oldu, məsuliyyətə cəlb edildi və maşınına baxış keçirilərkən maşının baqajından narkotik vasitə aşkarlandı.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid2 bildirmişdir ki: “Sual: Siz maşına baxış keçirilərkən iştirak etmisiniz? Cavab: Bəli. Sual: Narkotik vasitə haradan aşkarlandı? Cavab: Maşının yük yerindən. Sual: X5 müayinəyə aparanda onun maşını necə oldu? Cavab: Bölmənin dayanacağında qaldı. Sual: Hansı bölmənin? Cavab: Dəqiq xatırlamıram. Sual: Maşının açarı kimdə idi? Cavab: Təhqiqatçıda olur ya da növbətçi hissəyə təhvil veririk.” Müdafiəçinin suallarına cavab olaraq Şahid2 bildirmişdir ki: “Sual: Maşından nə qədər narkotik vasitə aşkarlandı? Cavab: Çəki yadımda deyil amma bir böyük bağlama idi. Sual: Baxışda kim iştirak edirdi? Cavab: Dəqiq yadımda deyil, videoçəkiliş var, orada aydın görünür. Sual: X5 təhlükəsizlik kəmərinə görə saxlamışdınız? Cavab; Dəqiq xatırlamıram. Sual: X11 polis şöbəsinə təhvil verəndən sonra nə oldu? Cavab: Bölmənin əməkdaşları ilə birlikdə maşına baxış keçirildi. Sual: X6 maşınında başqa kimsə var idi? Cavab: Sərnişinlər var idi. Sual: Sərnişinlər maşına baxış keçiriləndə orada idi? Cavab: Dəqiq xatırlamıram.” Sədrlik edənin suallarına cavab olaraq Şahid2 bildirmişdir: “Sual: X5 nə vaxt saxlamısınız? Cavab: Günorta 4-5 radələrində, nahardan sonra idi. Sual: X5 təsadüfən tutmusunuz yoxsa əməliyyat məlumatı var idi? Cavab:Təsadüfən. Sual: Həmin vaxt maşında neçə nəfər var idi? Cavab: Dəqiq xatırlamıram amma sərnişin var idi. Sual: X5 maşından düşürəndən sonra nə etdiniz? Cavab: Müayinə üçün Maştağadakı narkoloji dispanserə apardıq. Sual: Maşın necə oldu? Cavab: Maşını polis şöbəsinin dayanacağına apardıq. Sual: Maşının açarı kimdə idi? Sual: Xatırlamıram, hadisədən uzun müddət keçib. Sual: Maşının açarı X8 qalmışdı ya sizdə? Cavab: Xatırlamıram. Sual: Narkoloji dispanserə gedəndən sonra nə oldu? Cavab: X6 narkotik vasitə istifadə etməsi məlum oldu, X11 bölməyə apardıq. Sual: Siz maşına baxışda iştirak etmisiniz? Cavab: Bəli. Sual: Baxışın ne cə keçirilməsi yadınızdadır? Cavab: Təxmini yadımdadır. Sual: Maşının qapısını kim açdı? Cavab: Xatırlamıram. Sual: Narkotik vasitə haradan aşkarlandı? Cavab: Maşının yük yerindən. Sual: Maşını kim sürürdü? Cavab: Ya mən ya da digər polis əməkdaşı.” Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki: “biz X11 yolda qayda pozduğu üçün saxladıq, gözləri qırmızı olduğu üçün və hərəkətlərinə əsasən sürücüdən şübhələndik, həkim müayinəsindən keçirdikdə məlum oldu ki, sürücü narkotik vasitə təsiri altındadır, bölməyə dəvət etdik, orada maşına baxış keçirilərkən bir bükümdə narkotik vasitə aşkarlandı.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Sual: X11 müayinəyə patrul maşını ilə apardınız? Cavab: Bəli. Sual: X6 idarə etdiyi maşın nec ə oldu? Cavab: Müvəqqəti olaraq dayanacağa aparıldı. Sual: Maşını kim apardı? Cavab: Mən sürürdüm, maşından narkotik iyi gəlirdi. Sual: Maşında başqa kimsə var idi? Cavab: Bir nəfər qadın var idi. Sual: Həmin qadın çıxıb getdi? Cavab: Bəli. Sual: Siz maşını sürəndə maşının salonunda nəsə var idi? Cavab: Salonda çox şey var idi və iy gəlirdi.” “Müayinədən sonra dayanacağa getdiniz? Xeyr, maşını mən sürdüm, dayanacağa qoyandan sonra müayinəyə getdik, oradan sonra maşını dayanacaqdan götürüb bölməyə getdik. Sual: Orada sizdən başqa polis əməkdaşı var idi? Cavab: Xeyr, ikimiz idik. Sual: Bölməyə gedəndə nə baş verdi? Maşından iy gəldiyi üçün şübhəli idi, ona görə də bölmədə maşına baxış keçirildi. Sual: Baxışda kimlər iştirak edirdi? Cavab: Dəqiq xatırlamıram. Sual: Videoçəkiliş aparıldı? Ca vab:Bəli. Sual: Maşından nə aşkarlandı? Cavab: Narkotik vasitə marixuana. Sual: Narkotik vasitə haradan aşkarlandı? Cavab: Maşının qabaq hissəsindəki oturacaq tərəfdən aşkarlandı, mən oturacağın üstündə gördüm. Sual: X13 baxışda iştirak edirdi? Cavab: Bəli. Sual: X13 nə dedi? Cavab: Dedi ki, narkotik vasitə mənimdir.” Müdafiəçinin suallarına cavab olaraq məhkum edilmiş şəxs X13 bildirmişdir: “Sual: Siz Şahid1 tanıyırsınız? Cavab: Polis əməkdaşı kimi tanıyıram. Sual: Şahid1 maşına baxışda iştirak edib? Cavab: Bəli. Sual: Narkotik vasitə haradan çıxdı? Cavab: Maşının salonunda qabaq tərəfindən. Sual: Orada başqa kimlər var idi? Cavab: Şahid3 və X. Sual:X kimdir? Cavab: Şahid3 tanışıdır.” Sədrlik edənin suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Sual: Siz şəxsi nəqliyyat vasitəsinin idarəe tməsindən nə əsasında kənarlaşdırırsınız? Cavab: Sürücü sərxoş olduqda İXM-nə müvafiq olaraq. Sual: Bu barədə protokol tərtib etmisiniz? Cavab: Bəli. Sual: Protokol tərtib olunanda nəqliyyat vasitəsinə baxış keçirtmisiniz? Cavab: Üzdən baxış keçirtmişik. Sual: Maşını siz sürürdünüz? Cavab: Bəli. Sual: Maşında bağlama görmədiniz? Cavab: Orada çanta var idi amma içərisindəki nədir bilmədim. Sual: Nəqliyyat vasitəsinə baxış harada olub? Cavab: 15-ci polis bölməsində. Sual: Maşının açarı kimdə olub? Cavab: Biz maşının açarını bölməyə təhvil vermişik, X13 ilə birlikdə bölməyə getmişik. Sual: X5 nə vaxt saxlamısınız? Cavab: Günorta 2-3 radələrində, qaranlıq deyildi.” Sədrlik edənin suallarına cavab olaraq məhkum edilmiş şəxs X13 bildirmişdir: “Saual: Sizi saat neçədə saxlayıblar? Cavab:Günorta 1 -2 radələrində.” İş materiallarından görünür ki, X6 nəqliyyat vasitəsinin istismarından kənarlaşdırılmasına və nəqliyyat vasitəsinin dayanacağa yerləşdirilməsinə dair protokolların, sərxoşluq vəziyyətinin müayinəsinə dair rəyin, eyni zamanda bununla bağlı inzibati xəta haqqında iş üzrə materialın məhkəməyə göndərilməsi məqsədilə Azərbaycan Respublikası DİN BDYPİ-nə sorğu verilmişdir. Həmin sorğuya verilmiş cavab məktubuna aşağıdakılar əlavə edilmişdir: YPX inspektoru Şahid2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:31də “Kia Optima mini” markalı, 99TT 376 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X13 İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş dir. TP5701317 nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X6 müayinə zamanı marixuana qəbul etdiyi müəyyən edilmişdir. Müayinə 17:00 radələrində aparılmışdır. Yol vərəqəsindən görünür ki, X14 “KİA Optima minik” markalı, 99TT376 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdən saat 21:10dan 10 aprel 2023-cü il tarixə saat 22:10-dək icarəyə götürmüşdür. İş materiallarında olan X13 tərəfindən verilmiş izahatdan görünür ki, Respublika Narkoloji Mərkəzində müayinə zamanı onda marixuana aşkar edildiyini və həqiqətən də marixuana qəbul etdiyini bildirmişdir. Apellyasiya icraatı zamanı Şahid4 və Şahid3 şahid qismində dindirilməsi qərara alınmış, dəfərlərlə Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə Şahid4 məcburi gətirilməsi və qərarın icrasının Masallı Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Həmin polis şöbəsinin Boradigah Polis Bölməsindən daxil olan xx.xx.2024-cü il tarixli məktuba əsasən iş üzrə Şahid4 məhkəmə iclasına məcburi gətirilməsi mümkün olmamışdır. Həmçinin elektron məhkəmə sistemindən əldə edilmiş Şahid3 sərhədkeçmə məlumatlarını əks etdirən sənədə əsasən Şahid3 11 may 2024-cü il tarixdə Heydər Əliyev Beynəlxalq Havalimanından Azərbaycan Respublikası nın ərazisini tərk etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X13 nə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılarkən, nə nəqliyyat vasitəsi saxlanılmaya təqdim edilərkən, həmçinin saxlanıldıqdan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokol tərtib olunması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin, X13 yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, xüsusilə nəqliyyat vasitəsinin saxlanılmasına dair iki nüsxədən ibarət akt tərtib edilməmiş və bundan sonra X6 hansı şübhəyə görə avtomobilinin polis bölməsinə gətirilməsi iş materiallarındakı sübutlarla müəyyən edilə bilməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, X6 qanında marixuana aşkar edilmiş, o qeyd edilən norma ilə inzibati məsul iyyətə cəlb edilməmiş, lakin şübhəyə görə polis bölməsinə aparılmış və orada üzərinə və nəqliyyat vasitəsinə baxış həyata keçirilmişdir. Apellyasiya instanisya məhkəməsinin gəldiyi nəticəyə əsasən yol patrul əməkdaşlarının inzibati xətaya dair icraatın təmin tədbirlərini görməsi (idarəetmədən kənar etmə, nəqliyyat vasitəsinə baxış, nəqliyyat vasitəsinin saxlanılması) iş materialları ilə müəyyən edilməmiş, amma şahid qismində dindirilən hər iki şahidin qeyd edilən tədbirləri müvafiq qaydada rəsmiləşdirmədən faktiki etdikləri onların məlumatlarına əsasən müəyyən edilmişdir. Qeyd edilən pozuntular ittiham tərəfinin əldə etdiyi sübutların mötəbərliyini şübhə altına almış və bu pozuntuları digər sübutlarla aradan qaldırmaq mümkün olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri h esab edir ki, işin halları ilə X6 tutulma saatını dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərə diqqət yetirdikdə məlum olur ki, Şahid1 tərəfinən yazılmış raportda qeyd edlmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Şahid2la xidmətdə olarkən “Kia Optima minik” markalı 99TT376 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılmışdır. Həmçinin qeyd edilmişdir ki, sürücünün sərxoş halda olması şübhə yaratdığından müayinədən keçirilmiş və X6 narkotik sərxoşluğun təsiri altında olması təsdiqləndiyindən üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün tərəflərindən 15-ci PB-nə gətirilmişdir. Həmçinin şübhəli şəxsin tutulması haqqında protokoldan da görünür ki, o xx.xx.2023-cü il tarixdə saat 17:30-da tutulmuşdur. İş materialların da olan X6 portal məlumatlarından çıxarışdan görünür ki, şəxs barəsində məlumatlar xx.xx.2023-cü il tarixdə saat 11:27-də sorğu edilmişdir. İnzibati xəta haqqında protokolda isə inzibati xətanın xx.xx.2023-cü il tarixdə saat 16:31-də törədildiyi qeyd edilmişdir. Apelyasiya instansiya məhkəməsi 16:31-də inzibati xəta törətməsinə görə saxlanılan nəqliyyat vasitəsinin təxminən 1 gün öncə (xx.xx.2023-cü il tarixdən saat 21:10-da) yol vərəqi əsasında idarə etmək hüququ əldə edən sürücüsünün şəxsi məlumatlarının həmin tarixdə 11:27-də sorğu edilməsi və əldə edilməsi səbəblərini ağlabatan mülahizələrlə əsaslandırılmasını qeyri-mümkün hesab etmişdir. Eyni zamanda şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, qeyd edilən istintaq hərəkəti xx.xx.2023 -cü il tarixdə 19:00-da, nəqliyyat vasitəsinə baxış isə 19:05-də keçirilmişdir. Apelyasiya instanisya məhkəməsi haqlı olaraq ötən müddət ərzində nəqliyyat vasitəsinin dayanacaqda, polis bölməsində olması, nəqliyyat vasitəsinin müxtəlif şəxslər (polis əməkdaşları) tərəfindən idarə edilməsi, hətta şəxsin narkotik sərxoşluğu müəyyən edildikdən sonra nəqliyyat vasitəsinə baxış aparılmamasını, hətta X13 nəqliyyat vasitəsini idarə edilməsindən kənarlaşdırıldıqdan sonra onu idarə edən şəxs Şahid1 nəqliyyat vasitəsinin ön hissəsində oturacaq tərəfdə olan bağlamanı görməməsini ağlabatan hesab etməmiş və həmin prosessual hərəkətlərin həyata keçirilmə qaydalarının kobud pozuntusu kimi hesab etmişdir. Həm İnzibati Xətalar Məcəlləsində, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiya sının 12 may 2017-ci il qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”da şəxsdə alkoqol və ya narkotik sərxoşluğu aşkar olunduqda YPX inspektoru tərəfindən alkotester və narkotestr vasitəsi ilə müayinənin aparılması qaydası, nəqliyyat vasitəsinə baxış keçirilməsi qaydası, nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş əşyaların götürülməsinə dair qaydaların əks edilməsinə baxmayaraq yol-patrul xidməti əməkdaşları nəqliyyat vasitəsinə baxış keçirtməmiş, nəqliyyat vasitəsində olması güman edilən əşyaları götürməmiş, buna dair əsaslı şübhə olmamasına baxmayaraq əksinə bu barədə ərazi üzrə polis bölməsinin rəisinə raportla müraciət etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitə ilə bağlı verilmiş şahid ifadələri, baxış və götü rmə istintaq hərəkətlərini əks etdirən videogörüntülərlə ziddiyyət təşkil etməklə, narkotik vasitətin tam olaraq nəqliyyat vasitəsinin hansı hissəsindən aşkar edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid2 narkotik vasitənin maşının yük yerindən, digər Şahid1 isə maşının salonundan ön tərəfindən aşkarlandığını bildirmiş, baxış və götürmə haqqında protokolda narkotik vasitənin maşının salonun öz tərəfindən götürüldüyü qeyd edilmiş, adıçəkilən şahidlər ibtidai və məhkəmə istintaqı zamanı narkotik vasitənin avtomobilin salonunun qabaq sağ tərəfindəki oturacağın altından götürüldüyünü bildirmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə ai d olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki,....Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CP M-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qər arın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmçinin qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, CPM, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Qanun və yaxud hər hansı bir digər normativ hüquqi akt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyataxtarış tədbirləri keçirildikdə götürülməsinə zərurət yaranan, cinayət prosesində maddi sübut əhəmiyyətinə malik ola biləcək bu və ya digər əşyanın (məsələn, narkotik vasitənin, psixotrop maddənin, prekursorun) bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində deyil, müstəsna olaraq şübhə edilən şəxs saxlanılıb polis qurumunda təhqiqatçıya təhvil verildikdən və təhqiqatçı tərəfindən şübhəli şəxs qis mində tutulma protokolu tərtib edildikdən sonra istintaq hərəkəti (məsələn, şəxsi axtarış və götürmə) vasitəsi ilə əldə edilməsini nəinki tələb etmir, hətta bunun əksini, yəni bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların götürülməsini və bunun əməliyyataxtarış tədbirlərinin nəticələrini rəsmiləşdirən sənəddə (məsələn, raportda və ya protokolda) CPM-in 245.8 və 247.1.9-cu maddələrində nəzərdə tutulanlara analoji şəkildə - götürülən predmetin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri göstərilməklə əks etdirilməsini, habelə CPM-in 148.2-ci maddəsində təsbit edilən əsaslar olduqda, yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədər kən (məsələn, şəxsin güdülməsi kimi əməliyyat-axtarış tədbirinin gedişində onun narkotik vasitəni əldə etməsi, daşıması, başqasına satması və ya əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilərkən onun narkotik vasitəni saxlaması müşahidə edildikdə) və yaxud bilavasitə əməlin törədilməsindən sonra yaxalandıqda; hadisəni görən şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə şəxsin şübhəli şəxs qismində tutma protokolunu tərtib etmək səlahiyyətində olan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həval ə edilmiş) şəxsə təqdim edilməsi üçün təhqiqat orqanının əməkdaşı hesab edilən müvafiq əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən tutulub-saxlanılmasını (bu məqsədin təmin edilməsi üçün zəruri olan müddəti aşmamaq şərti ilə azadlığının faktiki məhdudlaşdırıla bilməsini) ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi xx.xx.2023-cü il tarixdə dəvət olunsa da nə şəxsi axtarış və götürmə, nə də ki, baxış və götürmə aparılması istintaq hərəkətlərində iştirak etməmiş, yalnız xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmişdir. “Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi düzgün olaraq sözügedən istintaq hərəkətləri qa nunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən və xx.xx.2023-cü il tarixli baxış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin nəqliyyat vasitəsindən çıxan narkotik vasitənin qablaşdırılaraq maddi sübut qismində tanınması, Məhkəmə Ekspertiza Mərkəzinin 7/497 saylı, 09 aprel 2023-cü il tarixli məhkəmə bioloji ekspertizasının «bitki mənşəli maddələrinin» tədqiqi ekspertizasının rəyi (rəyin narkoti vasitənin X10 aidiyyatı ilə bağlı hissəsi) mümkünsüz sübut hesab edildiyindən, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi barədə protokol və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolun da mötəbərliyini şübhə altına alaraq, həmin sübutlara mümkün və mötəbər sübutlar qismində istinad etməmişdir. Az ərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyalar ın həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edil məsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X10 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X6 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxs əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məs ələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqları nın müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlə rdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X13 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar