Məhkəmə qərarları › İş №1(102)-81/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-81/2019

26.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-81/2019 26.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-81/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxs, məhkum və məhkumu n müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli qərarından Məhkum nın müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim M.Ə.Mustafayev) 09 fevral 2018-ci il tarixli hökmü ilə 14 yanvar 1970-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Tovuz rayonunun Ağbaşlar kəndində qeydiyyatda olan və Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Onun üzərinə zərərçəkmiş şəxslər X8 2200 (iki min iki yüz) manat, X3 6000 (altı min) manat məbləğində borcu ödəmək vəzifəsi qoyulmuş, zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş mülki iddiaçı kimi tanınma barədə ərizə baxılmamış saxlanılmış və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmışdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Tatarlı kəndində yaşayan X8 Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən özünə məxsus 0.22 hektar torpaq sahəsinin 0.02 hektar hissəsini onun adına keçirəcəyini vəd edər ək sonuncunu aldadıb 2015-ci ilin avqust ayında oğlunun toyu ilə əlaqədar 710 manat dəyərində mebel dəsti, yataq örtüyü və pərdə, həmçinin 2015-2016-cı illər ərzində müxtəlif vaxtlarda ondan hissə-hissə 1490 manat nağd pul alaraq, cəmi 2200 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan X3 Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən özünə məxsus 0.22 hektar torpaq sahəsinin 0.09 hektar hissəsini onun adına keçirəcəyini vəd edərək sonuncunu aldadıb 2011-ci ildən 2016-cı ilədək olan müddətdə xeyli miqdar təşkil edən 8000 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Xuluf kəndində yaşayan X12 Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən özünə məxsus 0.22 hektar torpaq sahəsinin 0.02 hektar hissəsini onun adına keçirəcəyini vəd edərək sonuncunu aldadıb 2015-ci ilin mart, aprel aylarında ondan 1000 manat nağd, 1450 manat dəyərində göyərti məhsulu alaraq, cəmi 2450 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 08 may 2018-ci il tarixli qərarı Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Məhkum təyin edilmiş cəza ağırlaşdırılsın və özünü mülki iddiaçı kimi tanınmaya dair qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum və müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinin icraatına qaytarılmalıdır. Belə ki, iş üzrə əvvəllər zərərçəkmiş şəxslər tərəfindən Şəmkir rayon Polis İdarəsinə və Şəmkir rayon Prokurorluğuna şikayət verilməsinə baxmayaraq, onların şikayət ərizəsi mülki xarakterli olması və ümumi qaydada məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul edilmişdir. Lakin yekunda Şəmkir rayon Prokurorluğu tərəfindən əməlində cinayət tərkibinin olmaması barədə qərar ləğv edilərək Şəmkir rayon Polis İdarəsinin icraatına götürülməsi qərara alınmışdır. Həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum özünü təqsirli bilməyərək zərərçəkmiş şəxslərlə aralarında ümumi biznes fəaliyyətinin olmasını, torpağa dair isə ümumiyyətlə onlara heç bir vəd verməməsini göstərmişdir. Məhkum zərərçəkmişdən istifadə olunmuş mebel dəsti, pərdə və yataq örtüyü alm ası xüsusatı iş materialları ilə təsdiq olunsa da, onun həmin əşyaların müqabilində Kamilə İsmayılovaya 2 sot torpağı satmasını vəd etməsi və sonuncunun etibarından suiistifadə etməklə ona qarşı dələduzluq etməsi öz təsdiqini tapmır. Həmçinin Məhkum zərərçəkmişlə X3 arasında 9 sot torpaq sahəsi ilə bağlı razılıq əldə etmələri onun müqabilində X3 Məhkuma 2011-2016-cı illər ərzində 8 min manat pul verməsi öz təsdiqini tapmamış və bununla da X3 sonuncunun etibarından sui-istifadə etməklə ona qarşı dələduzluq etməsi toplanmış sübutlarla təkzib edilir. Eyni zamanda Məhkum 2015-ci ilin mart ayında X7dən göyərti məhsulu alması və pulunu qaytara bilməməsində dələduzluq cinayət tərkibinin olması istisna edilir. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və ədalətsiz olduğundan, təqsirləndirilən şəxs Məhkum na təyin edilmiş 6 (altı) ay sınaq müddəti ləğv edilməli və Məhkum ağır cəza təyin edilməlidir. Belə ki, məhkəmə qərar çıxararkən zərərçəkmişin mövqeyini nəzərə almamış və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə məhkumun zərərçəkmişə olan ziyanının ödənilməməsinə heç bir əhəmiyyət verməmişdir. Həmçinin məhkəmə onun mülki iddiaçı kimi tanınma barədə ərizəni baxılmamış saxlamaqla qanunun tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələl ər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəbl ərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum nın əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum nın əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və nəticədə əsassız və qanunsuz olaraq məhkum olunmasıdır. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum olunmuş və hökmdən apellyasiya şikayəti verməmiş və artıq apelyasiya şikayəti vermə müddətini (hökm çıxarılandan 20 gün) ötürmüşdür. Bu hal ona dəlalət edir ki, o birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan yalnız zərərçəkmiş şəxsdir ki, o da apellyasiya şikayətində Məhkum ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə zərərçəkmiş şəxsin şikayətinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Hal-hazırda belə çı xır ki, Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsinin Məhkum xeyrinə çıxarılmış qərarının ləğv edilməsini və zərərçəkmiş şəxsin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla yenidən baxılmasını xahiş edir. Müdafiə tərəfinin belə mövqeyi anlaşılan deyildir. Müdafiəçi kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasına bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilsə də, onun həmin cinayət əməllərini törətməsi iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin ilk dəlili birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində qanunsuz və ədalətsiz olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökmün qüvvəsində saxlanılmasıdır. Bununla ba ğlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsin də göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə və cəzanı yüngülləşdirən hallar kimi Məhkumun ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslər X13 və X7 ilə barışmasını və zərərçəkmiş şəxslər X9 və X1 ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla, düzgün olaraq onun cəza çəkmədən də islah oluna biləcəyi nəticəsinə gələrək barəsində Az ərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etmişdir. Həmçinin, kassasiya kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr Məhkum barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayətprosessual qanunu tələblərinə riayət etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Zərərçəkmiş şəxs K.İsmayılovanın kassasiya şikayətinin digər dəlili onun mülki iddiaçı kimi tanınmamasının əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmi ş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-in 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsin də hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İşdən görünür ki, nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı başlananadək zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı mülki iddia verilməmişdir. Cinayət işinə əlavə olunmuş (cild 1, səh.93) ərizədən görünür ki, zərərçəkmiş şəxs Şəmkir rayon prokuroru X2-yə müraciət edərək ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Şəmkir rayon RPŞ-nin İB-nin müstəntiqinin 18 iyun 2017-ci il tarixli (cild 1, səh.105) qərarından görünür ki, zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmı şdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, yuxarıda göstərilmiş qanunun normalarına görə cinayət mühakimə icraatı zamanı hər hansı bir şəxsin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması onun mülki iddiaçı statusunu əldə etməsi üçün kifayət etmir. Belə ki, zərərçəkmiş şəxsin mülki iddiaçı kimi tanınması üçün onun tərəfindən ya ibtidai araşdırma zamanı, yaxud da birinci instansiya məhkəməsində məhkəmə istintaqı başlananadək qanunvericiliyə uyğun şəkildə (CPM-nin 183.3-cü maddəsi) tərtib edilmiş iddia ərizəsinin verilməsi tələb edilir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkuma qarşı mülki iddia vermədiyindən o mülki iddiaçı kimi tanına bilməz və təbii ki, onun mülki iddiası baxılıb həll edilməsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əs asən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. İddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. İddianın rədd edilməsi; 354.1.3. İddianın baxılmamış saxlanması. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsinin zərərçəkmiş şəxs K.İsmayılovanın mülki iddiaçı kimi tanınması barədə verdiyi ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticə əsaslıdır və bu zaman yuxarıda qeyd edilmiş cinayət prosessual qanunun tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədq iqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəm əsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar