Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-81/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və fərdi qaydada fəaliyyət g östərən vəkil X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Allahverdiyeva, hakimlər T.X.Nəsrullayeva və N.A.Kərimovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxxx 1981-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 10 yanvar 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.N.Bayramov, hakimlər N.E.Məmmədov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirlənd irilən şəxs müdafiəçisi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs oglu zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə va onun əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə təkrarən tələb etmiş, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, külli miqdarda narkotik vəsitə heroini əldə etmiş, saxlamış va daşımışdır. Belə ki, o, özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə 16 dekabr 2016-cı il tarixdə X13 icarəyə götürüb işlətdiyi, ünvan4ndə yerləşən XX80 kafesinə gələrək X80dan ona hər ay haqq olaraq pul verməli olması bərədə tələb irəli sürüb 300 manat məbləğində pul tələb edərək üzərində olan və silah qismində istifadə etdiyi bıçağı X80a nümayiş etdirib, onu həmin pulu verməyəcəyi halda, əmlakını tələf etməklə, şəxsiyyəti üzərində zor göstərməklə va öldürməklə hədələyərək razılaşmağa məcbur etmiş, 25 dekabr 2016-ci il tarixdə günorta saatlarında pulu götürmək üçün həmin kafeya gələrək X80dan hədə-qorxu təsiri altında 70 manat pul götürüb ələ keçirməklə ona həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə, 25 dekabr 2016-ci il tarixdə X13 icarəyə götürüb işlətdiyi, ünvan4ndə yerləşən XX80 kafesində X 80dan ona hər ay haqq olaraq pul verməli olması barədə tələb irəli sürüb 300 manat məbləğində pul tələb edərək üzərində olan və silah qismində istifadə etdiyi bıçağı X80a nümayiş etdirib onu həmin pulu verməyəcəyi halda əmlakını tələf etməklə, şəxsiyyəti üzərində zor göstərməklə va öldürməklə hədələyərək razılaşmağa məcbur etmiş, 300 manat pulu verməsi üçün ona 10 yanvar 2017-ci il tarixə qədər vaxt verib özünün həmin tarixdə günorta saat 13-14 radələrində pulu götürmək üçün yenidən kafeyə gələcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında XXX35nin əməkdaşları tərəfindən 10 yanvar 2017-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tələb etdiyi pulu götürmək üçün həmin kafeya gəl ərək X80a əvvəldən əməliyyat tədbiri üçün verilmiş, seriya va nömrələri protokolda qeyd edilmiş 300 manat məbləğində pulu ondan hədəqorxu ila tələb etməklə talayıb əldə edərkən, həmin gün saat 13:20-də saxlanılmış, Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən onun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi 03 ədəd hər biri 100 manatlıq olan A40147343, A64167919, A83942885 seriya va nömrəli 300 manat pul əskinazları, həmçinin satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ibtidai istintaqa məlum olmayan mənbədən əldə edib üstündə saxlamaqla daşıdığı, əynində olan tünd göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd şəffaf sellofan bükümlərində çıxarıb təqdim etdiyi külli miqdarda - təmiz çəkisi 3,421 qram o lan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, eləcə də şalvarının kəmərində iç tərəfdən keçirilmiş dəri qabda çıxarıb təqdim etdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən bir ədəd turist biçağı aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs kimi tanınmış X10 hədə-qorxu ilə 70 manat və daha sonra 300 manat pul tələb edib alması, eləcə də qanunsuz olaraq heroin narkotik vasitəsini əldə edib saxlmasına dair ittiham nəinki sübuta yetirilmədiyi, hətta təqsirləndirilən şəxsin, müdafiə tərəfinin şahidlərinin məhkəmədə verdikləri if adələr, Təqsirləndirilən şəxs narkomaniya xəstəsi olmamasına dair məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təkzib olunduğu, yəni cinayət hadisəsi baş vermədiyi və Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibi olmadığı halda, məhkəmələr saxta ittiham, o cümlədən ittihamın əsasına qoyulmuş qanunsuz təsir etmə yolu ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əldə edilmiş etirafedici ifadələr əsasında onu təkrarən hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlma cinayətlərini törətməkdə - müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilmişlər. Kassasiya şikayyətində iddia olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən hədə-qorxu ilə sonuncunun əm lakını tələb etməmiş, ondan icarə götürdüyü və XX80 kafesində işlətdiyi soyuducuların icarə haqqını ödməyi istəmiş və məhz icarə haqqı olaraq birinci halda 70 manat məbləğində, ikinci halda isə 300 manat məbləğində pul vəsaitlərini X80dan almış, həmçinin tutularkən onun üzərində narkotik vasitə olmamış, təzyiq altında guya ondan narkotik vasitənin aşkar olunub götürülməsinə dair sənədləri icra etməyə məcbur olmuşdur. Bununla yanaşı kassasiya şikayətində Təqsirləndirilən şəxs zərərçəkmiş X10 pul tələb etməsinin ən pis halda vahid qəsdlə əhatə olunan əməl kimi Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilməli olduğu, eləcə də məhkəmələr tərəfindən təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs şəxsiyyətinə, Cinayət Məcəlləsinin 8, 41-ci maddələrinin tələblərinə uyğun olmadığı iddia edil ir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsini, məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, hədə-qorxu ilə tələb etmə cinayətinin hüquqi tövsifinin isə Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən 182.1-ci maddəsinə dəyişdirilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Təqsirləndirilən şəxs hədə-qoxu gəlməyib zərərçəkmiş X80dan icarəyə verdiyi öz əmlakına görə qanuni haqqını istədiyi və onda narkotik vasitə aşkar olunmadığı, yəni cinayət hadisəsi və əməlində cinayət tərkibi olmadığı (ən pis halda Ci nayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu) halda Təqsirləndirilən şəxs əsassız olaraq Cinayət Məcəlləsinin 182.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilindiyini və ağır cəzaya məhkum olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata (Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunması hissəsində) bəraətverici əsasla xitam verilməsi, digər əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən 182.1-ci maddəsinə dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11, 416.0.15 və 416.0.21-ci maddələrində məhkəmə qə rarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni təkrarən hədə-qorxu ilə zərərçəkmiş X80dan pul tələb edib birinci halda 70 manat, ikinci halda isə 300 manat alması və 3,421 qram miqdarda heroin n arkotik vasitəsini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması, həmin əməllərə görə Cinayət Məcəlləsinin 182.2.2 və 234.1-ci maddələri ilə təqsirliliyi birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində gətirdiyi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin və bu dəlillərin əsaslandırılm ası üçün müdafiə tərəfinin təqdim etdiyi sübutların (əlavə şahidlər X6, X3, X2, X11 ifadələrinin) yalnız Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə dindirilərkən və zərərçəkmiş şəxslə üzləşdirilərkən verdiyi etirafedici məlumatlarla deyil, baxılmış digər çoxsaylı sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxs X13, şahidlər X14, X1, X9, X12, X15 ifadələri, əməliyyat-axtarış tədbirinin, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə ittihamda təsvir edilən cinayət hadisələri və Təqsirləndirilən şəxs hərəkətlərində həmin cinayətlərin tərkibləri ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Apellyasiy a məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (mahiyyət etibarı ilə kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməllərinin Cinayət Məcəlləsinin 182.2.2, 234.1-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda qeyd olunan və digər sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmələr öz nəticələrini həmin sübutların bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə obyektiv müqayisəsi üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxs cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 5 il, Cinay ət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il və CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 il 6 ay müddətə azdlıqdan məhrum etmə cəzalarını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzaları dəyişdirilmədən saxlamaqla iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları – Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun şikayət və tələbinin olmamasını (CM, maddə 59.1.12), himayəsində azyaşlı uşaqlarnın olmasını (CM, maddə 59.1.4) və cəzanı ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə ki fayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin yol verdiyi həddə və 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası məhkəmələrin nəzərə aldıqları halları fərqli şəkildə, yəni Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11, 416.0.15 və 416.0.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçilərin və kassasiya şikayətinin təmin edilməməsinə dair övlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 12 aprel 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 12 aprel 2018-ci il
Məhkəmə qərarları › İş №1(102)-81/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-81/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver