Məhkəmə qərarları › İş №1(102)-81/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-81/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-81/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Ağdam rayonu Dadaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvanda qeydiyyatda olan, hal-h azırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən), M.A.Bayramov və S.H.Hacıyev) Məhkum - Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 126.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM -nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə, təyin olunmuş cəzaları qismən toplanılmaqla ona qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmü ilə həmçinin X2 da təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum xx xxxxxx 2017-ci ildə saat 22:30 radələrində, X3 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən «Kosmos» kafesində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətlərini digər şəxslərdən üstün tutmaqla ictimai asayişi pozub həmin kafenin qarışısında duran Zərərçəkmiş şəxs1 digər şəxs boyun nahiyyəsindən tutub sıxmış, digər şəxslərin yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vurduqdan sonra, Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 gələrək onları ayırıb qardaşı Zərərçəkmiş şəxs1la oradan uzaqlaşıb birlikdə kafedən çıxıb qaçmış, lakin kafedən uzaqlaşarkən Zərərçəkmiş şəxs2 qol saatı, papağı və mobil telefonu kafedə qalması səbəbindən onlar yenidən kafeyə qayıdıb qeyd edilən əşyaları götürüb kafedən uzaqlaşıb gedərkən, Məhkum, x və digər şəxslər xuliqanlıq hərəkətlərinə davam etdirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşılarını kəsərək yumruq, təpik və silah qismində istifadə etdikləri plastmas boru və iti uclu alətlə onların bədəninin müxtəlif nahiyyələrinə vuraraq Zərərçəkmiş şəxs1 çənə və hər iki diz oynağı nahiyyələrin sıyrıqları, hər iki mil-bilək oynağı nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən, baş beyin silkələnməsi, başın ənsə və təpə nahiyyələrinin hematomaları, hər iki kürəküstü nahiyənin yumşaq toxumalarının hematomaları, sağ kürəkaltı nahiyənin deşilmiş yarası ilə nəticələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb o lan sağlamlığa yüngül zərərvurmaya aid edilən; Zərərçəkmiş şəxs2 isə hər iki əlin arxa səthinin və sol diz oynağı nahiyyəsinin sıyrıqları ilə nəticələn sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən, sol qulaq seyvanın yumşaq toxumasının hematoması və səthi əzilmiş yarası, başın təpə nahiyyəsinin və sol qalça darağı nahiyyəsinin hematomaları, döş qəfəsinin sol aşağı bayır səthinin deşilmiş yarası ilə nəticələnən sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirərək qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişlər. Bundan başqa, Məhkum xx xxxxxx 2018-ci ildə saat 23 radələrində, ünvan 2 ünvanda olan “Lion” kafesinin həyətində tanışı Zərərçəkmiş şəxs3 ilə bir gün əvvəl qeyd edilən kafedə olarkən Z ərərçəkmiş şəxs3 bir ədəd “Bizon” enerji içkisini gətirməsini bildirdiyindən, aralarında yaranmış anlaşılmamazlığa aydınlıq gətirərkən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə vaxtı Zərərçəkmiş şəxs3 özü ilə gətirdiyi mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyəsinə xəsarət yetirdikdə Zərərçəkmiş şəxs3 bıçağı tutduğu əlini burub əlində saxladığı bıçaqla sonuncunun döş qəfəsinin sol yarısına qəsdən bir dəfə vurub döş qəfəsinin sol yan səthindən döş və qarın boşluqlarına keçən, diafraqmanın zədələnməsi və sol tərəfli hematoraksla nəticələnmiş bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsa'rət yetirməklə, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şi kayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin həmin Məcəllənin 221.2.1-ci maddəsinə, CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş əməlinin həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsini və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsini, habelə CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə saat 22:30 radələrində NZS qəsəbəsindəki “xxx” kafesində pivə içərkən səs-küy eşidi b bayıra çıxarkən xin bir neçə nəfər tanımadığı şəxslərlə mübahisə etdiyini görmüş və onu kafeyə tərəf gətirmək istərkən mübahisə edən şəxslərdən biri onun da üstünə şığımış və o, sonradan adlarını bildiyi xx və Zərərçəkmiş şəxs1ları yumruqla vurmuşdur. Bundan sonra orada baş vermiş mübahisənin şahidi olsa da, iştirak etməmişdir. Ona görə də həmin epizod üzrə Məhkum əməli əsassız olaraq CMnin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Müdafiəçinin fikrincə, Məhkum Zərərçəkmiş şəxs3 ağır xəsarət yetirməsinə dair əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi də əsassız olmuşdur. Belə ki, məhkəmə qərarında gəlinən nəticəyə görə Zərərçəkmiş şəxs3 dalaşma zamanı bıçaqla Məhkum hücum etmiş və fiziki cəhətdən güclü olan Məhkum bıçağı Zərərçəkmiş şəxs3 alıb ona ağır zərər vurmaya aid xəsarət y etirmişdir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, Məhkum həyatına olan təhlükə aradan qalxmış, ona qarşı real qəsd yoxdur və belə olan halda zərərin qəsd edənə vurulmasına zərurət qalmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı müdafiəçi A.Hüseynov və dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tər əfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayət inin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar