Məhkəmə qərarları › İş №1(102)-81/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-81/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-81/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və məhkumun müdafiəçisi X8 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubl ikası CM-nin 221.3 və 29,120.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X18 (sədrlik edən), X14 və X3 ibarət tərkibdə) 12 dekabr 2019-cu il tarixli hökmü ilə xx xxxx 1989-cu il tarixdə Kəlbəcər rayonu, Qamışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhərində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 29,120.2.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müd dətə, Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 01 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən), X11 və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərə findən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 31 mart 2019-cu il tarixdə saat 20 radələrində istifadəsində mobil telefon olmadığından tanışı ilə telefonla əlaqə saxlamaq üçün Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Bül-bül küçəsi ilə Qəmərli küçəsinin kəsişməsində yerləşən “Kompyuter oyunları” salonuna daxil olaraq orada olan şəxslərdən hər hansı birinin telefonunda danışıq üçün vəsaitin olub-olmadığını soruşarkən həmin vaxt salonda oturan əvvəllər tanımadığı X6 telefonunda danışmaq üçün vəsaitinin olduğunu, lakin əvvəllər başqa bir şəxsə danışmaq üçün telefonu verməsinə görə problem yaşadığını, buna görə verə bilməyəcəy ini deməsindən əsəbiləşib Rabil Əhmədova yaxınlaşaraq nə səbəbdən ona bu cür cavab qaytarmasını deyib ünvanına nalayiq ifadələr işlədərək öz şəxsiyyətini Rabil Əhmədovun və orada əyləşən digər şəxslərin fövqündə qoyaraq əli ilə onun baş nahiyəsindən saymazyana formada bir dəfə vurmuş və bununla kifayətlənməyib ictimai yer olmaqla ətrafda çoxsaylı insanların olmasına məhəl qoymayaraq cəmiyyətdə bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərən, ictimai qaydaları kobud surətdə pozan, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, salonda olan şəxslərin istirahət hüquqlarının və ictimai-iaşə obyektinin normal iş fəaliyyətinin pozulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətlərinə yol verərək Rabil Əhmədovun onunla mübahisə etməkdən yayınmasına və ondan çıxıb getməsini tələb etməsinə əhəmiyyət verməyərək öz üstünlüyünü fiziki güc tətbiq etməklə göstərmək üçün anidən Rabil Əhmədovun üzərinə hücum edib onunla əlbəyaxa olaraq bədəninin müxtəlif nahiyələrinə əl, ayaq və kəllə zərbələri vuraraq ona üst dodağın selikli qişasının qançırı xəsarətini yetirmiş, salonda olan şəxslər müdaxilə edərək onu zorla bayıra çıxarmışlar, bununla kifayətlənməyib salonun qapısını bayırdan zorla itələyib açmaqla içəri daxil olub həmin xuliqanlıq hərəkətlərini davam etdirərək Rabil Əhmədovun telefonunu ona danışması üçün verməkdən imtina etməsi kimi hərəkətini özünün şəxsiyyətini və nüfuzunu alçaldan hərəkətlər kimi qiymətləndirib bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan Rabil Əhmədovun üzərinə hücum edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, turist bıçağını silah qismində istifadə edib həmin bıçaqla onun bədənin müxtəlif nahiyələrinə ardıcıl olaraq qəsdən 2 dəfə zərbə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində solda, məmə xətti ilə İV qabırğa səviyyəsində yerləşən ağciyərin zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan epiqastral nahiyədə yerləşən daxilə keçməyən bıçaq xəsarətləri yetirmiş, yenə də Rabil Əhmədova daha bir neçə bıçaq zərbəsi vurmaq istəsə də, sonuncunun aktiv müdafiə olunaraq bıçağı əlindən alıb onu zərərsizləşdirməsi və orada olan şəxslərin onları aralaşdıraraq Rabil Əhmədovu qısa müddət ərzində Gəncə şəhər 3 saylı xəstəxanaya çatdırılıb vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olduğundan o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan göstərilən səbəblərdən başa çatdıra bilməyib X9 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassa siya şikayətində qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qərarı əsaslı olmamış, Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxsin barəsində olan ittiham özlüyündə xuliqanlıq cinayətinin tərkib əlamətlərini özündə ehtiva etmişdir. Məhkəmələr isə həmin xüsusata diqqət yetirmədən məhkum edilmiş şəxsi Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilib cəzalandırmışlar. Məhkum edilmiş şəxsin barəsində olan ittiham zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq yazılmışdır. Lakin işdə olan digər sübutlar həmin ittihamı tamamilə təkzib edir. Məhkəmələr obyektiv sübut olan diskdə göstərilən xüsusatları nəzərə almamış, zərərçəkmiş şəxsin yalnış ifadəsi əsasında tərtib edilmiş ittiham aktını təsdiq etmək ilə kifayətlənmişlər. İttiham aktında yalnız məhkum edilmiş şəxsin hərəkətləri göstərilmiş, zərərçəkmiş şəxsin etdiyi hərəkətlərin heç biri məhkum edilmiş şəxsə qarşı olan ittihamda öz əksini tapmamışdır. Qeyd edilən diskə nəzər yetirdikdə zərərçəkmiş şəxsin daha aktiv olduğu və məhkum edilmiş şəxsi döyərək onu yerə yıxdığı aydın surətdə görünür. Belə olan halda onlar arasında qarşılıqlı dava zamanı zərərçəkmiş şəxs tərəfindən məhkum edilmiş şəxs döyüldükdən sonra məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsi bıçaqla vurması onun səbəbsiz olaraq zərərçəkmiş şəxsi vurması anlamına gəlmir. Hadisə baş verən zaman zərərçəkmiş şəxsin digər şəxslər dinmədiyi halda onun “konturum var, ancaq vermirəm” kimi ifadələri özlüyündə orad a olan şəxslərdən özünü daha üstün tutması kimi, heç kimin dinmədiyi halda məhz zərərçəkmiş şəxsin həmin ifadəsi özlüyündə məhkum edilmiş şəxsə qarşı saymamazlıq kimi qiymətləndirilməlidir. Yalnız zərərçəkmiş şəxsin dillənməsi və məhkum edilmiş şəxsi orada olan şəxslərin yanında pisikdirməsi məhkum edilmiş şəxslə onun arasında mübahisəyə səbəb olmuşdur. Məhkum edilmiş şəxs ilə zərərçəkmiş şəxsin bir sinifdə oxuması və heç kimin dinmədiyi halda onun sualına kobud surətdə cavab verməsi özlüyündə məhkum edilmiş şəxsə təsir etmişdir. İşdə olan zərərçəkmiş şəxsin iş yoldaşlarının ifadəsi də işdə olan video diskdə olan xüsusatlarla uyğunluq təşkil etmir. Lakin, məhkəmələr həmin xüsusatları deyil, zərərçəkmiş şəxsin iş yoldaşlarının və özünün reallığa uyğun olmayan ifadələrinə istinad edib məhkum edilmiş şəxsi əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmədə təqsirli bilmişlər. Odur ki, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin tərkibi, yəni xuliqanlıq niyyəti ilə adam öldürməni xarakterizə edən hallar olmamışdır. Belə ki, onun Məhkum öldürməklə, cinayət əməlini başa çatdırmaq imkanı olsa da, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığından qətlə yetirməmişdir. Beləliklə, müdafiəçi kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yenidən apelyasiya məhkəməsində məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətini n dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ məhkumun əsassız olaraq CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməsidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azad lıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edi lmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əsassız olaraq CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, i şə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs X13 ifadəsində göstərmişdir ki, 31 mart 2019-cu il tarixdə saat 20 radələrində işlədiyi avtomobil servisindən çıxıb yanında işləyən Mubin və Səbuhi ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Əziz Əliyev adına parkın yanında yerləşən kompyuter oyunları klubuna getmişlər. Təxminən 45-50 dəqiqə orada oturub Mubin və Səbuhi ilə oy un oynamışlar. Sonra həmin kluba üzdən qiyabi olaraq tanıdığı Fərhad gəlmişdir. O, klubda olan oturacaqların birində oturub telefonla danışmışdır. Bundan sonra telefonu qaytarıb yenidən üzünü klubda oturanlara tutub kimdəsə telefonun olub-olmamasını soruşmuş, həmin vaxt Rabil ona telefonu olduğunu, lakin bir müddət əvvəl başqasına telefon verdiyi üçün problem yaşadığını, ona görə də verə bilməyəcəyini demişdir. Fərhad həmin vaxt “Sən məni tanıyırsan, mən kiməm” sözlərini demiş, o, da “Tanıyıram amma problem yaşadığım üçün verə bilmərəm” demişdir. Bunu deyəndən sonra o, “Ya denən var vermirəm, yada denən yoxdu” deyə bildirmişdir. Həmin vaxt o, klubun girişindən solda ortadakı divanda Mubin və Səbuhi ilə birgə oturmuşdur. Sonra Fərhad onun oturduğu yerə arxadan yaxınlaşaraq əli ilə iki dəf ə onun başına vurub kobud ifadələr işlədərək şəxsiyyətini alçaldan və təhqir edici sözlər demişdir. Bunu dedikdə o, ayağa qalxaraq əli ilə onun getməsini bildirmiş və bu zaman Fərhad ona kəllə atmış, lakin həmin kəllə zərbəsi ona dəyməmiş, o, da Fərhada doğru yumruq atmış, lakin yumruğu ona dəyməmişdir. Bundan sonra aralarında əlbəyaxa dava baş vermişdir. Sonra ətrafdakılar onları aralamış, lakin Fərhad yenə də ona qarşı nalayiq ifadələrlə söyməyə başlamışdır. Bundan sonra Fərhadı çölə çıxarmışlar, o, isə içəridə qalmışdır. Sonra Fərhad yenə ona nalayiq ifadələrlə söymüşdür. Bu zaman o, qapının arxasından “əlində bıçaq var” ifadəsi eşitmiş, qapıya yaxınlaşmış qapının arxasında olan süpürgənin tutacağını götürmüş və həmin anda Fərhad qapını açıb əlindəki bıçaqla bir dəfə onun ürək nahiyəsin dən, bir dəfə də ağ ciyər nahiyəsindən vurmuşdur. Onun bıçaq zərbələrinin davamlı vurduğunu görüb mane olmağa başlamışdır. O, Fərhada mane olmasa yenə də bıçaqla zərbələr endirəcəkmiş. Əlbəyaxa dalaşaraq içəri tərəfə getmiş və Fərhadı yerə yıxaraq əlindəki bıçağı alıb yanındakı Səbuhiyə vermişdir. Sonra onları yenidən aralamış və aralandıqdan sonra Fərhad qapıdan çölə çıxmışdır. Fərhad çölə çıxdıqdan sonra o, paltarını əynindən çıxarıb biraz gözləmiş, Səbuhinin çağırdığı taksi gəlmiş və o, həmin taksiyə minib xəstəxanaya getmişdir. İş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki,... Saat təxminən 19:30 radələrində üzdən tanıdığı Fərhad oturduqları salona gəlmiş, içəridə kimdəsə telefonun olub-olmamasını soruşmuş, yan stolda oturub 10 dəqiqə kiminsə telefonu ilə danışdıqdan sonra salondan çıxıb getmişdir. Bir müddət sonra Fərhad yenidən salona qayıtmış və içəri girərkən ilk olaraq “kimdəsə kontur var” deyib stolda oturanlara tərəf üzünü tutmuşdur. Həmin vaxt heç kimin dillənmədiyi görüb “indi burda heç kimdə kontur yoxdu?” demişdir. Bu zaman Rabil onda telefon olduğunu lakin bir müddət əvvəl başqa birinə telefon verdiyini bundan sonra problem yaşadığını və telefonu verə bilməyəcəyini bildirmişdir. Bunu eşitdikdə Fərhad saymazyana şəkildə “Məni tanımadınkı, mənəm Fərhaddı” demişdir. Sonra Fərhad ”Bir kəlmə denən ya konturum yoxdu, yadakı denən var vermirəm, mənnən qəpik söhbəti eliyirsən” demiş, Rabil də həmin vaxt ona “Məndə aylıqdı nə qədər istəsən danışa bilərsən, sadəcə telefonumu heç kimə vermirəm deyə bi ldirmişdir”. Bu sözü eşitdikdən sonra Fərhad əli ilə onun başının axrasında duraraq bir-iki dəfə onun başına vurub kobud ifadələr işlədərək şəxsiyyətini alçaldan və təhqir edici sözlər demişdir. Axırıncı ifadəni işlətdikdən sonra Rabil ayağa qalxmış və əli ilə Fərhadı itələyərək çıxıb getməsini demişdir. Bundan sonra Fərhad kəllə atmış lakin zərbə Rabili tutmamışdır. Sonra yenidən Fərhad Rabilə kəllə atmış və həmin zərbə Rabilin dodağına dəymişdir. X25 tutaraq ona bir neçə dəfə zərbə vurmuş və yerə yıxaraq döymüşdür. Bundan sonra ətrafdakılar onları ayırmışdır. Onlar ayrıldıqdan sonra Fərhad çölə çıxmış və çölə çıxdıqdan sonra Rabilə “Çıx çölə, çıx çölə” qışqıraraq Rabilin çölə çıxmasını tələb edib onun ünvanına nalayiq söyüşlər söyməklə təhqir etmişdir. Bu sözdən sonra Rabil qapını açıb ç ölə çıxmaq istəyərkən qəflətən Fərhad qapını açaraq əlindəki bıçaqla Rabilin ürək nahiyəsinə iki dəfə zərbə vurmuşdur. Sonra Rabil onu tutub salonun içərinə doğru aparmış və altına salıb vurmağa başlamışdır. Bu zaman Rabil Fərhadın əlindəki bıçağı götürmüş və bıçağı ona vermişdir. O, həmin bıçağı yanında olan bir nəfər tanımadığı şəxsə vermişdir, o da bıçağı Şıkı kimi tanıdığı şəxsə ötürmüşdür. Rabil bıçağı alıb ona verdikdən sonra Şahin gəlib Rabil və Fərhadı aralamışdır... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və X17 şəhər şöbəsinin 01 aprel 2019-cu il tarixli 397 saylı rəyindən görünür ki, vət. X6 bədəni üzərində kəsici deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş, iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edi ldi. Deşilmiş-kəsilmiş yaralardan biri daxilə keçən yara olub, döş qəfəsinin ön səthində solda, məmə xətti ilə İV qabırğa səviyyəsində yerləşmişdir, ağciyərin zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir, digər deşilmiş-kəsilmiş yara daxilə keçən yara olmayıb, epiqastral nahiyədə yerləşmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. X6 bədəni üzərində deşilmiş-kəsilmiş yaralardan başqa üst dodağın selikli qişasının qançırı kimi xəsarət də aşkar edildi. Qeyd olunan xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əməl ə gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 31.03.2019-cu il tarixə uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və X17 şəhər şöbəsinin 05 aprel 2019-cu il tarixli 402 saylı ekspert rəyindən görünür ki, vət. Məhkum bədəni üzərində müəyyən edilmiş xəsarət üst dodağının selikli qişasının qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, 31.03.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsində araşdırılmış diskə baxış protokolundan görünür ki, ch04_**********0351.mp4 faylında olan vi deo görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, saat 19:37-də kompyuter salonunun qapısı açılır və Məhkum içəri daxil olur. İçəri daxil olduqdan sonra bir qədər salonun ortasına doğru irəliləyir və girişdən solda 3-cü divanda oturan 2 nəfər şəxs yaxınlaşır. Məhkum 19:38-dən saat 19:49-a qədər divanda oturan şəxslərin yanında oturur. Həmin vaxt aralığında divanda oturan şəxslərindən biri oradan qalxır və gedir. Məhkum digər şəxsin yanında oturur və ondan telefonunu alıb əlində saxlayıb hansısa əməliyyat edir. Sonra oradan qalxır və salondan çölə çıxır. Saat 20:34-də Məhkum salonun qapsını açır və içəri daxil olur. Daxil olduqdan sonra ilk olaraq girişdən soldakı 3cü divana yaxınlaşır. Orada dayanıb söz dedikdən sonra arxaya dönüb digər divanda oturan 3 nəfər şəxsə nə isə söz deyir. Bundan sonra Rabil Əhmədovun oturduğu divana yaxınlaşır. İlk öncə nə isə deyir və sonra divanın sol tərəfinə keçərək yenidən Rabil Əhmədovla dialoqa girir. Yenidən nə isə dedikdən sonra qayıdıb divanın arxa hissəsində dayanır. Saat 20:35:11-də Məhkum əlini divanın yanında, başının üstündə dayanıb söhbət etməyə davam edir. Saat 20:35:26-da Məhkum əlini açaraq R.Əhmədovun başına doğru uzadır. Saat 20:35:34-də Məhkum əlini R.Əhmədovun başına doğru yenidən uzadaraq əli ilə iki dəfə yavaşca itələyir. Bundan dərhal sonra isə əli onun başından tutur və həmin vaxt R.Əhmədov ayağa qalxır. Məhkum qısa müddət onunla danışır və əli ilə Rabil Əhmədovu itələyir. Rabil Əhmədov iki əli ilə Məhkum yaxasından tutur və Bu zaman Məhkum R.Əhmədova kəllə atır. Həmin an R.Əhmədov iki dəfə sağ yumruğu ilə Məhku m sinəsinə doğru vurur. Məhkum bu zaman kəllə zərbəsi ataraq R.Əhmədovu vurur. R.Əhmədov həmin kəllə zərbəsində sonra sağ yumruğu ilə ardıcıl olaraq Məhkum vurur. Bundan sonra Məhkum yerə yıxılır. Yerə yıxıldıqdan sonra R.Əhmədov onun üstünə doğru gəlir və Məhkum təpiklə zərbə vurur. Saat 20:36:26-da onları davaları pilləkənin üstündə davam edir. Sonra onları aralayırlar və yenidən R.Əhmədov yumruq zərbələri ilə onu vurmağa başlayır. Saat 20:36:29-da ətrafdakılar onları aralayırlar. Bundan sonra təxminən 9 saniyə Məhkum və R.Əhmədov arasında dialoq baş verir və R.Əhmədov oturduğu divana qayıdır. Bundan sonra yenə onlar arasında qısa dialoq baş verir və bir nəfər Məhkum aralayıb çölə çıxardır. Diskin içərisində olan ch03_**********2604.mp4 adlı fayla baxarkən görünür ki, saat 20:37:31-də bi r nəfər şəxs əlindən tutaraq Məhkum çölə çıxardır. Saat 20:37:35-də Məhkum əlindəki bıçağı açır pilləkənlərlə yuxarı qalxır. Saat 20:37:38-də Məhkum bıçağın açıq vəziyyətdə əlində olduğu görünür. Saat 20:37:43-də Məhkum əlində bıçaqla pilləkənlərlə aşağı düşərək qapıya doğru irəliləyir. Qapının ağzında X15 Məhkum içəri girməsinə mane olur. Saat 20:37:57-də Məhkum yenidən əlindəki bıçağı açıq vəziyyətə gətirir və sol əli ilə dartıb qapını açır və içəri daxil olur. Diskin içərisində olan ch02_**********5722.mp4 adlı fayla baxarkən görünür ki, saat 20:37-də salonun giriş qapısında dayanıb qapının o tərəfindəki Məhkumla nə isə danışır. Saat 20:38:00-da R.Əhmədov qapının yanındakı yersilənin dəstəyini götürüb çölə çıxmaq istəyir. Saat 20:38:03-də Məhkum qapını açır və əlindəki bıçaqla R.Əhməd ovun döş qəfəsi nahiyəsinə 2 dəfə zərbə vurur. Sonra onlar bir birilərinin boynundan tutub içəridəki pilləkənlərdən aşağı düşürlər. Aşağı düşüb dıvanın üstündə əlbəyaxa olmağa davam edirlər. R.Əhmədov Məhkum başından bir neçə dəfə yumruqla vurur və sonra onlar ikisi də yerə yıxılırlar. Saat 20:38:27-də R.Əhmədov bıçağı Məhkum əlindən alır, sonuncuya tərəf gətirir lakin dərhal arxaya dönərək həmin bıçağı bir nəfərə verir. Bundan sonra yenə yumruqla Məhkum baş və qarın nahiyələrinə zərbələr endirir. Saat 20:38:58-də onlar aralaşırlar. Onlar aralaşdıqdan sonra Məhkum qapıdan çölə çıxır. Saat 20:39:16-da R.Əhmədov koftasını əynindən çıxardır və onun maykasının qana bulaşdığı müşahidə edilir. R.Əhmədov Maykasını da çıxardıqdan sonra bir müddət elə gəzir və sonra paltarını geyinərək kompyuter sa lonundan çölə çıxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində qəsdən xuliqanlıq niyyəti ilə adam öldürmə cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin xuliqanlıq niyyəti ilə həyatdan məhrum edilməsi çıxış edir. Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxs Rabil Əhmədovu öldürmək məqsədinin olmadığı, onu öldürmək niyyəti olduğu halda bu cinayəti başa çatdırmaq imkanına malik olduğu halda bunu etməməsi, mübahisənin məhz zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində başlaması göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum zərərçəkmiş şəxs Rabil Əhmədovu öldürmək məqsədinin, ümumiyyətlə, əməlində xuliqanlıq niyyətinin olmaması, Rabili bıçaqla vurmaqda məqsədinin özünü sonuncudan müdafiə etmək olması ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, hadisənin video görüntülərinə baxış protokolu, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işinin materiallarından, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum «Kompyuter oyunları» salonuna daxil olaraq orada olan şəxslərdən hər hansı birinin telefonunda danışıq üçün vəsaitin olub-olmadığını soruşarkən həmin vaxt salonda oturan əvvəllər tanımadığı X6 telefonunda danışmaq üçün vəsaitinin olduğunu, lakin əvvəllər başqa bir şəxsə danışmaq üçün telefonu verməsinə görə problem yaşadığını, buna görə verə bilməyəcəyini deməsindən əsəbləşib Rabil Əhmədova yaxınlaşaraq nə səbəbdən ona bu cür cavab qaytarmasını deyib ünvanına nalayiq ifadələr işlədərək əli ilə onun baş nahiyəsindən saymazyana formada bir dəfə vurub, Rabil Əhmədovun onunla mübahisə etməkdən yayınmasına və ondan çıxıb getməsini tələb etməsinə əhəmiyyət verməyərək Rabil Əhmədovun üzərinə hücum edib onunla əlbəyaxa olaraq bədəninin müxtəlif nahiyələrinə əl, ayaq və kəllə zərbələri vuraraq ona xəsarət yetirərkən salonda olan şəxslər müdaxilə edərək onu zorla bayıra çıxardıqda n sonra, bununla kifayətlənməyib salonun qapısını bayırdan zorla itələyib açmaqla içəri daxil olub həmin hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan Rabil Əhmədovun üzərinə hücum edərək üzərində gəzdirdiyi turist bıçağı ilə onun bədənin müxtəlif nahiyələrinə ardıcıl olaraq qəsdən 2 dəfə zərbə vurması, Rabil Əhmədova daha bir neçə bıçaq zərbəsi vurmaq istəsə də, sonuncunun aktiv müdafiə olunaraq bıçağı əlindən alıb onu zərərsizləşdirməsi və orada olan şəxslərin onları aralaşdıraraq onu salondan çıxarmaları kimi hallar təqsirkarın hərəkətlərinin nəyə yönəldiyinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum hərəkətlərinin xarakteri, xüsusən zərərçəkmiş şəxsə bıçaq zərbələri vurarkən həddən artıq aqressiv olması, onun zərərçəkmişə yetirdiyi bıçaq zərbələrinin sayı və zərbələrin yetirildiyi bədən nahiyələri, xüsusən zərbələrdən birinin həyat üçün təhlükəli olması və ağır zərərvurmaya səbəb olması, zərbələrin ardıcıl olaraq yetirilməsi onun zərərçəkmiş şəxsi qəsdən öldürmək istəməsini təsdiq edən mötəbər məlumatlara düzgün hüquqi qiymət verilmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana x əsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ə trafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum 31 mart 2019-cu il tarixdə saat 20 radələrində istifadəsində mobil telefon olmadığından tanışı ilə telefonla əlaqə saxlamaq üçün “Kompyuter oyunları” salonuna daxil olaraq öz şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib, heç bir əsaslı s əbəb olmadan zərərçəkmiş şəxsin ona telefonunu istifadə etmək üçün verməməsini əsas gətirərək mübahisə yaratdığı və nəticədə zərərçəkmiş şəxsə bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rabil Əhmədovu qəsdən öldürməyə cəhd etdiyi, lakin cinayət törətməyə yönəlmiş qəsdən edilən hərəkətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyi barədə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə v ə s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı CM-nin 221-ci maddəsinin də tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 221.3 və 29,120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarını n layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 221.3 və 29,120.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar