Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-81/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022- ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Azər Paşayev) 1(101)-647/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsin in 28 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum tətbiq olunmuş şərti məhkum etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş 7 il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs Firudin oğluna müxtəlif banklarda kredit ödənişi edilmədiyi üçü n girovda olan və hərrac vasitəsi ilə satışı təşkil edilən avtomobillərin orta bazar qiymətindən aşağı qiymətə alışını təşkil edə biləcəyini dair yalan vədlər verərək bu adla 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən “Qış parkının” yeraltı dayanacağında saxlanılan bir ədəd 2015-ci il buraxılışlı «Mercedes Benz S 500» markalı, bir ədəd 2014-cü il buraxılışlı «Lexus 570» markalı, beş ədəd 2014- cü il buraxılışlı «Toyota Camry» markalı və bir ədəd 2012-ci il buraxılışlı «Jeep Grand Cherokee» markalı avtomobilləri Zərərçəkmiş şəxs göstərərək «Mercedes S 500» markalı avtomobili 100.000 manata, «Lexus 570» markalı avtomobili 65.000 manata, «Toyota Camry» markalı avtomobilin bir ədədini 30.000 manata və «Jeep Grand Cherokee» markalı avtomobili 26.000 mana ta hərrac yolu ilə ona satılacağına inandırıb sonuncudan beh adı ilə 2018-ci ilin yanvar ayının sonlarında ünvan 2 ünvanında həmin dövrün məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları pulunu, 2018-ci ilin fevral ayının sonlarında ünvan 3 ünvanında hərracda sənədlərin düzəldilməsi adı ilə 63.000 manat pulunu, 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 188 A ünvanında yerləşən “Məkan” restoranında eyni adla tanışı Şahid3 vasitəsi ilə 5000 manat pulunu, 09 mart 2018-ci il tarixdə ünvan 6 ünvanında eyni adla 12.000 manat pulunu, 2018-ci ilin mart ayının ortalarında ünvan 7 ünvanında yerləşən “Gənclik” şadlıq sarayının qarşısında “Kia Optima” markalı avtomobili ona satmaq adı ilə 10.000 manat pulunu və 2018-ci ilin may ayının əvvəllərində “City Renta Car”-dan icarəyə götürdüyü Şahid4 məxsus “Mersedes S 500” markalı avtomobili hərrac yolu ilə ona satılacağını təşkil edəcəyinə inandırıb ondan Nəsimi rayonu, Moskva prospekti 188 A ünvanında yerləşən “Məkan” restoranında həmin dövrün məzənnəsi ilə 62.900 manat təşkil edən 37.000 ABŞ dolları pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 169.901 manat pulunu ələ keçirərək verdiyi vədlərə əməl etməyib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), hakimlər Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)940/2022 nömrəli 17 may 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbay can Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Məhkum təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 28 avqust 2020-ci il tarixdən hesablanmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli qərarının dəyişdirilməsini və məhkumun cəzasının çəkilməmiş hissəsini azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə əvəz olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cəza hissəsində məhkumun zərərçəkmişlə barışıq əldə etməsi, dəymiş ziyanın tamamilə ödənilməsi, ailəli olması, himayəsində xəstə ana və atasının olması, həmçinin islah olunması və əməlindən səmimi peşmançılıq hissləri keçirməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, ba şqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ağır və sərt olmasıdır. Kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərb aycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəs inin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cinayət işinin materiallarında görünür ki, cinayət nəticəsində vurulmuş 169.901 manat miqdarında ziyan mə hkum tərəfindən tamamilə ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu halı nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ildə 7 il 6 aya endirilmişdir. Dələduzluq cinayətlərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar aldatma yolu ilə əmlakını talamaqla mülkiyyət münasibətlərinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi mənimsəmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən dələduzluq və mənimsəmə yolu ilə talanmış əmlakın dəyərinin könüllü olaraq ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyə t münasibətlərinə vurulmuş zərəri aradan qaldırır və bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azalır. Bu növ cinayətlərin xarakteri nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü olaraq tamamilə ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması məhkumun həm də əməlindən peşman olub artıq islah yoluna düşməsini də göstərir. Məhkəmə kollegiyası məhkumun cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar ona təyin edilmiş cəzanı yüngülləşdirmək zəruri olduğuna dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, hesab edir ki, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan həmin halla bağlı məhkəmə tərəfindən cəzanın cəmi 6 ay müdd ətə azaldılması Azərbaycan Respublikası CM-in 8.1 və 58.3-cü maddələrinin tələblərinə uyğun gəlmir. Məhkəmə kollegiyası Məhkum cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi ilə əlaqədar ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş daha aşağı həddə - 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanunamüvafiq hesab edir. Bununla yanaşı iş materiallarından görünür ki, Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 1(091)-125/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 3 (üç) il sınaq müddəti təyin edilmişdir. Həmin hökmə əsasən Məhkum tanışı X2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs X4 məxsus 24.599 manat miqdarında əmlakını dələduzluq yolu ilə ələ keçirmişlər. Şəki Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxs İ.Cəbiyevə vurmuş olduğu zərəri tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017ci il tarixli hökmü çıxarıldığı vaxt Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunla CM-in 177-ci maddəsinin Qeyd hissəsinə dəyişiklik edilmiş və Qeydin 2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmündən görünür ki, Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxs İ.Cəbiyevə 24.599 manat məbləğində ziyan vurulmuşdur. Hazırda qüvvədə olan cinayət qanununa əsasən həmin əməl külli miqdarda deyil, xeyli miqdarda ziyan vurulmuş dələduzluq cinayəti hesab edilir və məhkumun bu əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrində dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM -in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.13cü maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhku mluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Qanunun yuxarıda qeyd edilən normalarına əsasən kassasiya kollegiyası nəticəyə gəlir ki, Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 1(091)125/2017 nömrəli hökmü ilə təqsirli bilindiyi əməl Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və həmin maddələrlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti, CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən 3 il 9 ay həddində müəyyən edilməlidir. Ona görə də hazırki cinayət işi üzrə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan mə hrum etmə cəzası deyil, 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü mad dəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli, 1(103)-940/2022 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 1(091)-125/2017 nömrəli hökmü ilə Məhkum təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilsin və həmin ma ddələrlə ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı qərarla təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 1(091)-125/2017 nömrəli hökmü ilə ona təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-81/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-81/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver