Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-810/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, S6ə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum müdafiəçisivəkil Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.N.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.Hüseynov və S.İ.Əliyev) 14 dekabr 2018-ci İl tarixli hökmü ilə, Məhkum- xx xxxx 1990-cı il tarixdə Qubadlı rayonunun ******** qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Səbail rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2, 221.2.2-ci maddələri ilə təqsirli bilinib qazancından 20 % dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi ilə üzə rində 1 il 11 ay 24 gün müddətə islah işləri cəzası saxlanmış və hazırda cəzasının 1 il 6 ay 24 günü çəkilməmiş qalmış, Qubadlı rayonu Qubadlı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri ********************************* saylı yataqxanasında yaşamış, Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68.1.3-cü maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş qalmış islah işləri cəzası bir günə üç gün hesabı ilə 6 ay 8 gün azadlıqdan məhrum etmə cəzası əvəzlənərək, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla qəti olaraq, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 23 iyun 2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin külli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə ayrıca icraata barəsində cinayət işi ayrılmış qeyri şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 fevral 2018-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanının qarşısında qrup üzvünün idarə etdiyi “Tofaş Şahin” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağına əyləşmiş Zərərçəkmiş şəxs qarşı basqın etməklə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, qolu ilə sonuncunun boqazından basıb sıxaraq və onun baş nahiyyəsinə yumruq zərbələri vuraraq, on aqapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, astenonevrotik vəziyyət, blefarospazm, sefalalqiya və sağ dizdə travmatik iridosklit ilə müşayət olunan başın hər iki təpə və sol gicgah nahiyyələrinin qancırı-şişkinliyi, qarının sağ yarısının qançırı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib, qoluna qandal vurduqdan sonra onu həmin avtomobilin qabaq oturacağına əyləşdirib, özü isə arxa oturacağa minib sürücünü əvvəl “Xətai polisinə”, sonra isə Binəqədi rayonu ****************** küçəsində yerləşən köhnə “Tofaş Servis”in yaxınlığına sürdürüb orada Zərərçəkmiş şəxs məxsus içərisində ümumilikdə 119007 manat ekvivalentində 70000 ABŞ dolları pulu, 10 manat dəyərində köhnə qediyyat dəftərini və 20 manat dəyərində çantanı götürüb avtomobildən düşərək qru p üzvü ilə birlikdə hadisə yerindən qaçaraq uzaqlaşıb zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda, cəmi 119007 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.A.Mirzəyev, hakimlər: F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi1 kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsində n həmin Məcəllənin 181.2.4-cü maddəsinə tövsiv edib, həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr yalnız zərərçəkmiş şəxsin ifadələrinə əsasən Məhkum cinayət əməlini CMnin 181.3.2-ci maddəsinə tövsif etmişlər. Məhkum ifadələrində çantanın içinə baxarkən orada bir ədəd 100 manatlıq və bir ədəd 50 manatlıq əskinaslardan ibarət iki bağlama gördüyünü göstərmişdir. Zərərçəkmiş şəxs çantada 70000 ABŞ dolları olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ona görə də, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsinə tövsif edilməli və həmin maddə ilə ona cəza təyin edilməlidir. Bundan başqa kassasiya şikayəti ndə və ona əlavədə göstərilir ki, Zərərçəkmiş şəxs notarial təsdiq edilmiş 13.11.2018-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də ondan şikayət və tələbi olmayacaq. Bu hal Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal olduğundan Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydaları tətbiq edilməklə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisiMüdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edil mədən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmı ş birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsindən CM-nin 181.2.4-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona CM-nin 60.1-ci maddəsinin qaydaları tətbiq edilməklə, sanksiyanın aşağı həddində cəza təyin edilməsi barədədir. Kassasiya şikayətinin bu dəlilini müdafiəçi onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin ələ keçirdiyi zərərçəkmiş şəxsin çantasında 70000 ABŞ dollarının olması onun özünün ifadəsindən başqa hər hansı sübutla təsdiq edilməmişdir. Həm də təq sirləndirilən şəxs ifadələrində çantanın icində yalnız 1 ədəd 50 manatlıq və 1 ədəd 100 manatlıq əskinaslardan ibarəd iki paçka gördüyünü, yəni zərərçəkmiş şəxsin quldurluq yolu ilə ələ keçirilmiş pul məbləğinin 15000 manatdan ibarət olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 25 iyun 2018-ci il tarixli Məhkum şübhəli şəxs qismində Zərərçəkmiş şəxs ilə üzləşdirmə protokolundan müəyyən edilir ki, Məhkum Zərərçəkmiş şəxs üzünə qarşı çantada 70000 ABŞ dollarının olduğunu göstərmiş sonuncu isə Məhkum üzünə qarşı zənnimcə çantada 60000 manat pul olduğunu göstərmişdir. Məhkum ibtidai istintaq müddətində ifadələrində də çantada 60000 manat olduğunu göstərmişdir. Məhkəmə iclasındakı ifadəsində isə göstərmişdir ki, çantanın içində 1 ədəd 50 manatlı q paçkanın və 1 ədəd 100 manatlıq paçkanın olduğunu gördüm, 50 manatlıq pul paçkasının içindən 1 ədəd 50 manatlıq çıxarıb, marketə girib özümə 5 mntlıq kontur aldım. Marketdən çıxanda S6lə qarşılaşdım, bu zaman çantanı onun üstünə atıb qaçaraq oradan uzaqlaşdım. Bundan sonra nə S6, nə də M6 görmədim. Cinayət işinin materiallarıda olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial tərtib edilmiş ərizədə göstərilir ki, təqsirləndirilən şəxs tərəfindən mənə dəymiş ziyan tam şəkildə ödənmişdir, onunla barışmışam və ona qarşı heç bir şikayətim, tələbim və iddiam yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə iclasında zərərçəkmiş şəxs bir daha göstərmişdir ki, çantada həqiqətən 70000 ABŞ dolları olmuş, təqsirləndirilən şəxslər bu cinayət əməlləri ilə ona 700 00 ABŞ dolları məbləğində maddi ziyan vurmuş və hazırda vurulmuş ziyan tam ödənilmişdir, belə ki, S6in qohumları ona pul əvəzinə torpaq sahəsi vermişlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, çantada 15000 manat pul olması barədə məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər öz təsdiqini tapmır. Əksinə zərərçəkmiş şəxsin çantada 70000 ABŞ dolları olması barədə ifadəsi həm də ona vurulmuş zərərin tam ödənməsi barədə ərizəsi ilə də təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin və ya cinayət işi üzrə barəsində cinayət işi ayrılmış digər şəxsin qohumları tərəfindən 70000 ABŞ dollarına ekvivalent dəyərdə torpaq sahəsi vermələri də vurulmuş ziyanın həmin məbləğdə olmasını dolayısı ilə təsdiq edir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi də birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu halla razılaşaraq həmin halın onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməsinə etiraz etməmişdir. Beləliklə Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 181.3.2ci maddəsindən CM-nin 181.2.4-cü maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərək, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydaları tətbiq edilməklə Məhkum cəza təyin edilmişdir. Məhkəmə həm də cəza təyin edərkən Məhkum cəzasını ağırlaşdıran halın olmamasını da nəzərə almış və təqsirli bilindiyi Azər baycan Respublikası CM-nin 181.3.2-ci maddəsinin sanksiyasının nisbətən aşağı həddində ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılması barədə kassasiya şikayətinin dəlillərinin təmin edilməsi üçün da qanuni əsaslar mövcud deyidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarının məhkumun hüquqi vəziyyətinin yaxşılaşdırılması istiqamətində dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPOM-nin 416-cə maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıd ır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi- vəkil Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-810/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-810/2019
18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver