Məhkəmə qərarları › İş №1(102)-810/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-810/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-810/2021 29.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X9 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X11, məhkumun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 1(106) -121/2020 nömrəli qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 10 sentyabr 1987-ci il tarixdə Sabirabad rayonu Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 05 oktyabr 2019-cu il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Rusiya Federasiyası, R ostov vilayətinin Aksay şəhərində biznes fəaliyyəti ilə məşğul olmaqla qohumları ilə birgə müvəqqəti yaşadığı zaman, tanışları Zərərçəkmiş şəxs bacısı X4 barəsində rüsvayedici məlumatları, o cümlədən fleş-kart - yaddaş qurğusunda saxladığı Raidə Abuşovaya aid fotoşəkilləri yayma hədəsi ilə pul tələb etməsi barədə məlumatı sonuncudan aldıqdan dərhal sonra, yəni 10 dekabr 2016-cı il tarixdə, saat 21 radələrində Raidə Abuşovanın iştirakı ilə Zərərçəkmiş şəxsla sonuncunun yaşadığı Rostov vilayəti, Aksay şəhəri, Qulayev küçəsi, 42 ünvanında yerləşən evin qarşısında görüşüb Raidə Abuşovanı hansı səbəbdən şantaj etməsi barədə danışarkən, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə əsnasında Zərərçəkmiş şəxsla dalaşıb sözügedən fleş-kartı sonuncudan alması ilə həmin mübahisə qurt arsa da, bununla kifayətlənməyib növbəti gün, yəni 11 dekabr 2016-cı il tarixdə saat 15 radələrində Raidə Abuşova və əmisi X3 iştirakı ilə Zərərçəkmiş şəxsla Aksay şəhəri, Verbnaya küçəsi, 2 ünvanında görüşüb sonuncu ilə yenidən onun hansı səbəbdən bacısı R.Abuşovanı şantaj edib pul tələb etməsi barədə danışarkən, Zərərçəkmiş şəxs ona bacısını şantaj edərək pul tələb etməsi barədə Raidə Abuşovanın dediklərinin yalan olması, əslində bacısı ilə artıq uzun müddətdir ki, aralarında fasiləsiz sevgi münasibətlərinin olmasını bildirməsindən sonra Zərərçəkmiş şəxs bacısı barəsində dediklərindən hiddətlənərək onu qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək üçün istintaqa məlum olmayan mənbədən əldə edib, özü ilə gətirdiyi kəsici-deşici xassələ rə malik alətlə Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi plevral boşluğa nüfuz edən, ağciyəri, sol mədəciyin ön divarını zədələyən döş qəfəsinin çoxnömrəli (ən azı) altı deşilmiş kəsilmiş yaraları, hemo-pnevmotoraks, qarın boşluğuna nüfuz edən, nazik bağırsaq və onun mezenteriumunu zədələyən, qarın boşluğunun deşilmiş-kəsilmiş yarası, sol çiynin yuxarı 1/3-nə 2-ci dərəcəli şokla nəticələnmiş, yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli ümumilikdə səkkiz ədəd bədən xəsarətlərini yetirərək öləcəyini güman edib sonuncunu hadisə yerində qoyaraq getmişdir. Hadisə yerində olan İxtiyar Babayevin aktiv fiziki müdaxiləsi ilə Zərərçəkmiş şəxs qısa müddət ərzində xəstəxanaya çatdırılıb vaxtında ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyinə görə o, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək qəsdən öldürə, yəni onu qəsdən həyatdan məhrum edə bilməmiş, bununla da o, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 1(99)482/2019 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 aprel 2019cu il tarixdən hesablanması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 1(99)482/2019 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri X5 və X10, iş üzrə zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermişlər.

6. Zərərçəkmiş şəxs apelyasiya şikayətində göstərmişdir ki, Məhkum məhkəmənin hökmü ilə layiqli cəzasını almış olsa da, onunla əlbir olub onu öldürmək istəyən digər şəxslər, X7 və X12 cəzasız qalmışlar. Onların hər üçü əlbir olıub önu öldürməyə cəhd etmiş, bunun üçün ona qarşı zorakı hərəkətlər edib onu öldürməyə cəhd etmiş olsalar da, X7 və X12 ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq kənarda saxlanılmış, yalnız Məhkum məsuliyyətə cəlb edilmişdir. İş materiallarının tədqiqindən də aşkar şəkildə görünür ki, ona ilk bıçaq zərbəsini X12 yetirmişdi r. Daha sonra onların hər üçü birlikdə ona hücum edərək onu öldürmək istəmişlər. Bundan əlavə Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə təqsirləndirilən şəxs Məhkum 100000 (yüz min) manat məbləğində pul tələbinə dair mülki iddiasının təmin edilməməsini də düzgün hesab etməmişdir. Qeyd edilənləri nəzərə alaraq hər üç şəxsin cinayət məsuliyyətə alınmasından ötrü işin prosessual rəhbərliyi həyata keçirilən prokurora qaytarılması və yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılmasını xahiş etmişdir.

7. Şikayəti araşdıran apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 391.8-1-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, ap elyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda, apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin imperativ normanı əsas götürərək apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir.

8. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi v ə mənəvi ziyana görə təqsirləndirilən şəxs Məhkum 100000 (yüz min) manat məbləğində pul tələbinə dair mülki iddiası, maddi ziyan dəyməsinə dair heç bir sənəd təqdim etmədiyindən və ona mənəvi zərərin dəyməsini əsaslandırmadığından, apellyasiya instansiya məhkəməsi mülki iddianın baxılmamış saxlanılması, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun zərərçəkmişə izah edilməsi barədə olan yekun rəyini də əsaslı hesab etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 1(106)-121/2020 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri X5 və X10 tərəfindən verilmiş apelyasiya şikayətləri, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 1(99)482/2019 saylı hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

10. X6 Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

11. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla məhkumun yaxın qohumları, yəni X7 və X12 ilə birlikdə ona qarşı törədilmiş cinayətə görə məsuliyyət daşıdıqlarını, həmin cinayəti birlikdə törətdiklərini, ona görə də on ların bir yerdə Azərbaycan Respublikası CM-nin daha ağır maddələri ilə məsuliyyətə alınmalı olduğunu qeyd edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 1(106)-121/2020 nömrəli qərarını ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkumun yaxın qohumları ilə birlikdə, yəni, X7 və X12 ilə birlikdə ona qarşı törədilmiş cinayətə görə məsuliyyət daşıdıqlarını, həmin cinayəti birlikdə törətdiklərini, ona görə də onların bir yerdə Azərbaycan Respublikası CM-nin daha ağır maddələri ilə məsuliyyətə alınmasının zəruri olduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətində irəli sürdüyü tələbin (o cü mlədən, məhkəmənin Məhkum oğlunun əməlin hüquqi tövsifində səhvə yol verməsi haqqında iddiaların) əsaslılığını yoxlayarkən, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisləndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

20. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın mövqeyi həm də məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin müddəalarına əsaslanır.

21. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdiri lmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

22. Birincisi, Cinayət-Prosessual Məcəlləsinin bu müddəası kassasiya instansiyası məhkəməsinin özünə zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələni araşdırmağa yol vermir.

23. İkincisi, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasını n apellyasiya məhkəməsi tərəfindən də araşdırılması üçün işin apellyasiya baxışına qaytarılmasının qarşısını alır.

24. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).

25. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.

26. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin Məhkum tərəfindən ona qarşı cinayətin yaxın qohumları ilə birlikd ə törədildiyi halda, ibtidai istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməməsinə, Məhkum əməlinin Azərbaycan Respublikası CMnin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməz.

27. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə koll egiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 1(106)-121/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar