Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-810/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Dövlət ittihamçısı2 iştirakları ilə, Gəncə Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Nural Əliyev) 26 oktyabr 2021-ci il tarixli, 1(100)-186/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonu Mollabayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər rayonu, Şıxarx qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2-ci m addəsi ilə təqsirli bilinərək, 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum Tərtər rayon məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə zərərçəkmiş şəxs X4 boşandıqdan sonra azyaşlı övladları ilə birlikdə Tərtər rayonunun, Şıxarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki digər evdə yaşayan keçmiş arvadı Röyalə Tağıyevanın maddi təminatını ödəməsi üçün günəmuzd qaydada alaqçılıq fəaliyyəti ilə məşğul olmasında n guya narahatlıq hissi keçirib insan hüquqlarının həyata keçirilməsində yaradılan bərabər şərait və imkanların əksinə hərəkətlər nümayiş etdirərək mütəmadi, habelə səbəbsiz şəkildə bu və ya digər növdə bəhanələr gətirməklə qarşısında heç bir öhdəliyi olmayan Röyalə Tağıyeva ilə mübahisə edib şəxsi və ailə həyatına müdaxilə etməklə müxtəlif vaxtlarda sonuncunun normal həyat fəaliyyətinə, fiziki və mənəvi sağlamlığına qəsd edərək yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarını pozmuş, eləcə də cəmiyyət arasında təşəkkül tapmış davranış qaydalarına zidd şəkildə, əxlaq normalarına açıq etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan ona xəyanət etməsi qənaətinə gəlib sonuncunu öldürmək məqsədilə 06 sentyabr 2020-ci il tarixdə, gecə vaxtı saat 03 radələrində əvvəllər özündə saxlad ığı ehtiyat açar vasitəsilə Röyalə Tağıyevanın yatdığı, yorğan-döşək yığılan yataq otağına qəflətən daxil olmuş, onu gördükdə oyanaraq ayağa qalxan və müqavimət göstərən Röyalə Tağıyevanın ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzatmaqla müqavimətini qırdıqdan sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla sonuncuya dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyun nahiyəsinin sol yarısında 1 ədəd, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında 1 ədəd, boyun nahiyəsinin sağ yarısında 1 ədəd, boyun nahiyəsində yumşaq toxuma içərisinə qansızma, qırtlaq və dilaltı sümük ətrafı yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızmalar, həmçinin dərəcəsinə görə birlikdə və ayrı-a yrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol yanaq və burun büküşünün sol yarısında 8 ədəd, sağ qulaqaltı-çeynəmə nahiyəsində 1 ədəd, burun-dodaq büküşünün sağ yarısında 1 ədəd, alt dodaq nahiyəsində və sol ağız bucağının dodaq haşiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd sıyrıqlar, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində 2 ədəd, sağ sağrı nahiyəsinin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin aşağı 1/3-nin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin iç səthində 1 ədəd qançırlar, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında-qançır sahəsində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1 ədəd, sağ bud-çanaq oynağının ön bayır səthində 1 ədəd sıyrıq xəsarətlərini yetirib Röyalə Tağıyevanı xul iqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Salman Hüseynov) 08 iyun 2022-ci il tarixli, 1(104)-97/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 1(100)-186/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq Məhkum məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicə si formasında tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cəza müddəti ərzində cəzanı icra edən orqan tərəfindən həyata keçirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Məhkum müdafiəçisi Dövlət ittihamçısı2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarını ləğv edərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Dövlət ittihamçısı2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum ilə X8 əvvəllər evli olmuş, birgə nikahından 2 övladı dünyaya gəlmişdir. Normal ailə münasibətləri olmadığı səbəbindən ailə boşanmışdır. Boşanma qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün Məhkum aliment tutulması qət edilmişdir. Təqsirləndirilə n şəxs Məhkum psixi problemləri olduğu üçün daimi iş qabliyyətindən mərhum olmuş və gəliri demək olar ki, yox səviyəsində olmuşdur. Zərərçəkən isə aliment ödəməməsi səbəbindən müxtəlif vaxtlarda şikayətlər etmiş və Məhkum mütəmadi qıcıqlandırırmışdır. Bundan başqa, zərərçəkən şəxs uşaqlarını dolandırmaq üçün tarlada işləyirmiş. O, bazarlar işə isə gecə saat 03-04 radələrində gedirmiş və azyaşlı uşaqların üstünə qapını kilidləyib gedirmiş. Təqsirləndirilən şəxs Səlim X1 uşaqların üstünə qapını kilidləməsi və gecə yarısı tarlaya işə getməsini dələlərlə irad bildirsə də sonuncu buna fikir verməmişdir. Baxmayaraq ki, tərəflər boşanmış və aralarında olan nikah münasibətləri xitam olunmuşdur onları bir ömür bir birlərinə bağlaşan bağ olmuşdur. Bu bağ birgə nikahlarından olan uşaqlardır ki, bu ba xımdan Əsəd Səlimovun onu həm qısqanması, həm də uşaqlara olan biganəliyinə dözməməsi təbii psixoloji prosesdir. Məhkum cinayət törətməzdən əvvəl ciddi psixoloji problemləri olmuş. Bu psixoloji problem onlarda irsidir. Qardaşı Şahid9, qardaşı qızı X9 və s. Eyni zamanda kişinin boşandıqdan sonra qadının həyatına müdaxilə etməsi Azərbaycan kişisinin ənənəvi psixoloji problemidir. Belə insanlara psixopatlar deyilir. "Psixopat o şəxslərə deyirlər ki, nə özü yaşayır, nə də başqasını yaşamağa qoyur. Keçmiş ərlər tərəfindən törədilən qətllərin əksəriyyəti məhz boşanmadan sonrakı qısqanclıq səbəbindən baş verir. Hüquqlarını müdafiə etdiyi Məhkum əməlindən səmimi peşmandır. Ruhi və əsəbi xəstədir. Məhkum "paranoid şizofreniya" xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyi Məhkum cinayət əməlini törətdi yi dövrdə onu öz hərəkətlərinin faktiki xarektirini və ictimai təhlükəliliyini dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Məhkum barəsində verilən cəza çəkmə müddəti həddindən artıq çoxdur. Hesab edir ki, Məhkum xəstəlikləri nəzərə alınmaqla cəza müddəti təyin edilməlidir. Eyni zamanda qeyd etmək istəyir ki, patoloji affekt ruhi fəaliyyətin xəstəlik səbəbindən qısa müddətə pozulması ilə xarakterizə olunur və bu səbəbdən bu vəziyyətdə cinayət törətmiş şəxs anlaqsız hesab edilir. Əslində belə şəxslərə cəzanın tətbiq edilməsi ədalətsizlik olardı, çünki öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək qabiliyyətinin olmaması nəticəsində bu şəxslər, tətbiq edilən cəzanın da mahiyyətinin dərk etmək imkanına malik deyillər. Məhkum da əməli tör ədərkən anlaqsızlıq vəziyyətdə oldu üçün onun barəsində cinayət işi üzrə icraata xitam verilməli məhkəmənin təyinatına əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək psixoloji xəstəxanalarda yerləşdirilməli və müalicəsinə davam etdirilməlidir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki, Məhkum Bəhram oglunun CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası isə Məhkum oglunun ə məlini tövsif edərkən belə nəticəyə gəlmişdir ki, Məhkum müəyyən edilən “paranoid şizofreniya” xəstəliyi cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmiş, ibtidai istintaq və birinci instansiya məhkəməsində bu məsələ ilə bağlı kifayət qədər araşdırma aparılmamış və bunun nəticəsində psixi vəziyyətinə görə öz hərəkətlərinin ictimai-təhlükəli xarakterini tam dərk etməyən və bu səbəbdən öz hərəkətlərini şəxsi münasibətlər kimi qiymətləndirən Məhkum əməli istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən yalnış olaraq xuliqanlıq niyyəti ilə törədilən, ictimai qaydaya qəsd edən, cəmiyyətə açıqca hörməszilik ifadə edən əməl kimi qiymətləndirilmişdir. Məhkəmə Kollegiyasının Məhkum Bəhram oglunun əməlini CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticə mülahizə xarakteri daşıyır və işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası qərarda yuxarıda qeyd edilən nəticəyə gələrkən "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarına istinad etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası toplanmış sübutları qarşılıqlı təhlil etməmiş, nəticədə iş üzrə Məhkum əməlinin CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməli olmasını təsdiq edən kifayət qədər mötəbər dəlil olmasına baxmayaraq əsassız olaraq onun əməlini daha yüngül maddəyə, yəni CM-in 120.1-ci maddəsinə tövsif etmişdir. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almamış, yalnız cinayət işi üzrə verilmiş ifadələri xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə kollegiyası sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyibMəhkum Bəhmən oglunun əməlində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-in 120.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxs Röyalə Tagıyeva ilə mübahisə edib şəxsi və ailə həyatına müdaxilə etməklə müxtəlif vaxtlar da sonuncunun normal həyat fəaliyyətinə, fiziki və mənəvi sağlamlığına qəsd edərək yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarını pozmuş, eləcə də cəmiyyət arasında təşəkkül tapmış davranış qaydalarına zidd şəkildə, əxlaq normalarına açıq etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan ona xəyanət etməsi qənaətinə gəlib sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya protesti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yox lanılır. Kassasiya protestinin başlıca dəlili ondan barətdir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları düzgün qiymətləndirməmiş, bunun nəticəsində məhkumun əməlində xuliqanlıq motivi olmadığına dair yanlış nəticəyə gələrək Məhkum Bəhram oglunun əməlini CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edərkən hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tö vsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti CM-in 120.1-ci maddəsi ilə müəyyən olunur. Həmin cinayət əməlinin xuliqanlıq niyyəti ilə törətməsi məsuliyyəti ağırlaşdırıcı hal kimi nəzərdə tutulur və əməlin CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməsinə səbəb olur. Yuxarıda qeyd edilən qanun normalarına əsasən Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etmə ilə əlaqədar əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif etmək üçün onun həmin əməli xuliqanliq niyyəti ilə törətməsi mötəbər və mümkün sübutlar əsasında müəyyən olunmalıdır. İstintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif ediləsini əsaslanaraq ittiham aktında və məhkəmənin hökm ündə qeyd etmişlər ki, Məhkum zərərçəkmiş şəxs X4 boşandıqdan sonra azyaşlı övladları ilə birlikdə Tərtər rayonunun, Şıxarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki digər evdə yaşayan keçmiş arvadı Röyalə Tağıyevanın maddi təminatını ödəməsi üçün günəmuzd qaydada alaqçılıq fəaliyyəti ilə məşğul olmasından guya narahatlıq hissi keçirib insan hüquqlarının həyata keçirilməsində yaradılan bərabər şərait və imkanların əksinə hərəkətlər nümayiş etdirərək mütəmadi, habelə səbəbsiz şəkildə bu və ya digər növdə bəhanələr gətirməklə qarşısında heç bir öhdəliyi olmayan Röyalə Tağıyeva ilə mübahisə edib şəxsi və ailə həyatına müdaxilə etməklə müxtəlif vaxtlarda sonuncunun normal həyat fəaliyyətinə, fiziki və mənəvi sağlamlığına qəsd edərək yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquql arını pozmuş, eləcə də cəmiyyət arasında təşəkkül tapmış davranış qaydalarına zidd şəkildə, əxlaq normalarına açıq etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan ona xəyanət etməsi qənaətinə gəlib 06 sentyabr 2020-ci il tarixdə, gecə vaxtı saat 03 radələrində sonuncunu öldürmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə həm işin hallarına, həm məhkumun psixi vəziyyətinə qiymət verərək nəticəyə gəlmişdir ki, Məhkum əməlinin CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır və məhkumun əməlini CM-in 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salıb nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına və toplanmış sübutlara uyğun gəlir, Məhkum əməlinin CM-in 120.2.2-ci maddəsinə tövsif edil məsinə əsaslar yoxdur. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci l tarixli № 3 qərarının 6-cı bəndində izah olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Cinayət işinin materiallarından – təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən isə görünür ki, Məhkum zərərçəkmiş şəxs Röyalə Tağıyevanı öldürməsinin motivi onlar boşandıqdan sonra Məhkum ke çmiş arvadına qısqanması, Röyalə Tağıyevanın işdən evə gec qayıtması və uşaqların tərbiyəsi barədə onun iradlarının qəbul etməməsi olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun cinayət əməlinin motivi müəyyən edərkən əsaslı olaraq nəzərə almışdır ki, Məhkum “paranoid şizofreniya” formasında xroniki psixi xəstəliyindən əziyyət çəkir və həmin psixi xəstəlik ittiham olunduğu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Belə ki, Məhkum ifadəsindən aydın görünür ki, onun tərəfindən zərərçəkmiş şəxsin davranışı ədavətə səbəb olan səhv əməllər kimi qəbul edilmiş və məhkumun tərəfindən vəziyyətin belə qavranması cinayət əməlinin törədilməsini şərtləndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasaiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, Məhkum əməli xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Belə ki, kollegiyanın qənaətinə görə təqsirləndirilən şəxs Məhkum hərəkətlərində adam öldürmə cinayətinin xuliqanlıq niyyəti ilə törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğu müəyyən edilmir. Təqsirləndirilən şəxsin cinayəti xuliqanlıq niyyətilə törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut işdə yoxdur. Həmçinin, ümumiyyətlə təqsirləndirilən şəxsin belə niyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 120.1-ci maddəsi ilə düzg ün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə əlaqədar kassasiya protestinin dəlilləri əsaslı hesab etmir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum “paranoid şizofreniya” formasında xroniki psixi xəstəliyindən əziyyət çəkir və cinayət əməlini törətdiyi dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum olmuş, patoloji affekt vəziyyətində olmuşdur. Ona görə də Məhkum cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikay ətinin bu dəlili əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinin tələblərinə görə cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması yalnız psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Cinayət işi materiallarında olan təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Məhkum “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəlik müəyyən edilir. Ekspert lər tərəfindən müəyyən edilmişdir ki, Məhkum cinayət əməlini törədən zaman “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq yol verdiyi əməlin kriminal xarakterini, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onlara rəhbərlik etmək qabiliyyətinə malik olmuşdur. Bununla yanaşı ekspertlər qeyd etmişlər ki, Məhkum müəyyən edilən “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik ittiham olunduğu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkum hal-hazırki psixi vəziy yəti Azərbaycan Respublikası CM-in 22.2-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslı və cinayət qanununun normalarına tam uyğun olmuş, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olması barədə kassasiya protestinin və kass asiya şikayətinin dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından görünür ki, məhkumun Azərbay can Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayəti və kassasiya protestinin bu dəlilini əsassız sayır. Apellyasiy a məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum cəza təyin ed ərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.4cü maddəsinə əsasən təqsirləndirilən Məhkum himayəsində bir azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Bundan başqa iş materiallarında olan təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasın ın 04 may 2022-ci il tarixli 47 saylı rəyindən görünür ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-in 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası CM-in 95.0.1-ci maddəsinə görə məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi formasında tibbi xarakterli məcburi tədbiri təyin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə işin yuxar ıda göstərilən hallarını nəzərə alıb Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və məhkuma məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbiri təyin etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlili k dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416. 1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət və protest təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-810/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-810/2023
24.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver