Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-811/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi X4 iştirakları ilə Bərdə Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddə ləri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin (hakim: Tağıyev Cavid Tahir oğlu) 29 iyun 2018-ci il tarixli hökmü ilə xx.xx.1978-ci ildə Bərdə şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 ( bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil olmaqla cəzasının əvvəlinin tutulduğu andan, 25 oktyabr 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan 1,46 qram qalıq çəkidə narkotik vasitə olan heroinin məhv edilməs, 01 ədəd patron gili zinin, 01 ədəd 22087 nömrəli 7,62 mm kalibrli «Naqan» sistemli revolverin, 01 ədəd «F-1» tipli əl qumbarasının gövdəsinin, 01 ədəd UZRQM tipli partladıcının Azərbaycan Respublikası DİN-nin Təhcizat İdarəsinə təhvil verilməsi hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 18 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Gən cə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni baxışa təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,5 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmçinin istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 7,62 qram mm kalibrli «Naqan» sistemli revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən bir ədəd patronu, 22087 nömrəli 7,62 mm kalibrli yivli odlu silah olan bir ədəd «Naqan» sistemli revolveri üzərində, zavod üsulu ilə istehsal edilm iş, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən bir ədəd F-1 tipli əl qumbarasının gövdəsini, F-1, RQ-42,RQD-5 tipli qəlpəli əl qumbaralarının gövdəsinin partladılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, döyüş sursatının hissəsi hesab edilən bir ədəd UZRQM tipli partladıcını özünə məxsus idarə etdiyi «Mitsubishi Airtek» markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlayıb daşımaqla gəzdirmiş, onun bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 oktyabr 2017-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum idarə etdiyi «Mitsubishi Airtek» markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri, İ.Qayıbov küçəsində hərək ətdə olarkən həmin gün saat 14:30da saxlanılaraq avtomobillə birgə Bərdə rayon Polis Şöbəsininə dəvət edilib əvvəlcə üzərinə baxış keçirilərkən onun əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd şəffaf polietilen kəsiyi bükümlərində biri 0,767 qram, digər 0,733 qram olmaqla olmaqla ümumi təmiz çəkisi 1,5 qram həmin narkotik vasitə heroin, 7,62 mm kalbirli «Naqan» sistemli revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən həmin bir ədəd patron, əynindəki şalvarının kəmərinin arxa tərəfindən çıxarıb təqdim etdiyi 22087 nömrəli 7,62 mm kalibrli yivli odlu silah olan «Naqan» sistemli revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən həmi n bir ədəd patron, əynindəki şalvarının kəmərinin arxa tərəfindən çıxarıb təqdim etdiyi 22087 nömrəli 7,62 mm kalibrli yivli odlu silah olan «Naqan» sistemli həmin revolver, bundan dərhal sonra «Mitsubishi Airtek» markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sol qabaq oturacağının altından zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən həmin bir ədəd F-1 tipli əl qumbarasının gövdəsi, avtomobilin sol qabaq oturacağının altından F-1, RQ-42, RQD-5 tipli qəlpəli əl qumbaralarının gövdəsinin partladılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, döyüş sursatının hissəsi hesab edilən həmin bir ədəd UZRQM tipli partladıcı aşkar edilərək polis əməkdaşları tərəfindən gö türülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, sübutlar tam,hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Məhkəmələrdə aparılan araşdırma Məhkum təqsirli olması ilə bağlı ittiham sübuta yetirilmədiyindən və müdafiə tərəfindən təqsirləndirilən şəxsin təqsirsizliyinə dair arqumentləri əsaslı olduğundan apellyasiya instansiya məhkəməsinin hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayət inin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkə mə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və məhkumun təqsirinin sübuta yetirilməməsidir Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində müd afiəçinin, iştirakı ilə dindirilərkən törətmiş olduğu cinayəti etiraf edərək verdiyi ifadəsi, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, iş materiallarında olan istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə ilə öz təsdiqini tapmışdır. Kassasiya şikayətində göstərilən məhkumun təqsirsizliyi barədə dəlillər, birinci instansiya məhkəməsində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş apellyasiya şikayətinin məzmununda də göstərilmiş və həmin dəlillərin əsalılığı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yoxlanılaraq hüquqi qiymət verilmişdir. Cinayət işinə birinci və apellyasiya instansi yası məhkəmələrində məhkəmə baxışı zamanı, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının, cinayət və cinayət-prosessual qanunların pozulması halları müəyyən edilməmişdir. Kollegiya təqsirləndirilən şəxsin əməlinə dair məhkəmənlərin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Məhkum təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə müvafiq tam,hərtərəfli və obyektiv tədqiq edilərək qiymətləndirilməsini nəzərə alaraq gəldiyi məhkəmə aktlarını qanuni və əsaslı hesab edir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-811/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-811/2019
04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver