Məhkəmə qərarları › İş №1(102)-811/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-811/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-811/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Cəlil Nəbiyev, hakimlər İlkin Abdullayev və Müşfiq Məmmədovdan ibarət tərkibdə) 1(099)-207/2019 nömrəli 27 iyun 2019-cu il tarixli hökmü ilə, Məhkum, 12 noyabr 1982-ci ildə ******* şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ******* şəhəri, ************** qe ydiyyatda olmaqla orada yaşamış, barəsində 24 yanvar 2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) ilmüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2019-cu ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişd ir ki,o, 2019-cu ilin yanvar ayında İran İslam Respublikasının Biləsuvar şəhərində olarkən qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyətləri məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1 ədəd sellofan torbanın içərisində olan 11 ədəd polietilen bükümdə, külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 1306,8 qram narkotik vasitə - heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamış və daşıyaraq 21 yanvar 2019-cu ildə, saat 22 radələrində Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin narkotik vasitəni 22 yanvar 2019-cu ildə, gecə saat 01:10 radələrində Biləsuvar şəhərində keçirilən əməliyyat tədbiri zamanı şərti alıcı qismində cə lb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılmışdır. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ələsgər Novruzov, hakimlər İsmayıl Əhmədov və Fuad Soltanovdan ibarət tərkibdə) 1(106)502/2019 nömrəli 11 oktyabr 2019-cu il tarixli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiy a şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında Məhkum hazırkı cinayət işi ilə bağlı barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirərkən və həmin tədbirlər keçirildikdən sonra Azərbaycan Respublikası CPM-in, Əməliyyat-Axtarış fəaliyyəti haqqında qanunun tələbləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icrası hamı üçün məcbur olan göstərişləri təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən kobud surətdə pozulmuş və nəticədə yolverilməz sübutlarla Məhkum ittiham elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin cinayət işi məhkəmə baxışına təqdim edildilmişdir. Buna görə də Dövlət Gömrük Komitəsi cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin “əməliyyat -axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarına əsasən əldə edilmiş raportlar, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, "əməliyyat qrupunun yaradılması barədə” protokolu, əməlyyat tədbirinin keçirilməsi və müşahidə etmə barədə protokolu, “Şübhəli şəxs qismində tutma haqqında qərarı, Şübhəli şəxsin tutulması haqqında” protokolu, “şəxsi axtarış və götürmə barədə” protokolu, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarı, şahidlərin ifadələ ri məhkəmə baxışında yolverilməz sübutlar hesab edilərək məhkəmə baxışında yolverilməz sübutlar hesab edərək məhkəmə baxışından xaric edilməsinə dair vəsatət verdik. Belə ki, əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanması üçün məhkəməyə müraciət olunmamışdır. Cinayət işi materialında bu barədə bildirişin məhkəməyə göndərilməsi barədə məktubun surəti əlavə edilməmişdir. Eləcə də cinayət işi materiallarında keçirilmiş əməliyyat tədbiri barədə məlumat CPM-nin tələblərinə uyğun olaraq məhkəməyə təqdim edilməməklə, (CPM-nin 445.2-ci maddəsinə əsasən əməliyyat- axtarış tədbirinin keçirilməsi barədə əsaslandırılmış qərar məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir) o cümlədən həmin əməliyyat tədbiri nin qanuniliyinin yoxlanılması üçün məhkəmə nəzarətini həyata keçirən məhkəməyə - müvafiq sənədlər təqdim edilməmişdir. Nəticədə keçirilmiş əməliyyat tədbirinin qanuniliyi barədə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarı yoxdur. Göründüyü kimi apellyasiya instansiyası qəbul etdiyi qərarda göstərir ki, hüquqlarını müdafiə etdiyim Məhkum hazırkı cinayət işi ilə bağlı barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirərkən və həmin tədbirlər keçirildikdən sonra CPM-nin, əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunun tələbləri, habelə AR Konstitusiya Məhkəməsinin icrası hamı üçün məcbur olan göstərişləri təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən kobud surətdə pozulmuş və nəticədə yolverilməz sübutlarla Məhkum ittiham elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş v ə həmin cinayət işi məhkəmə baxışına təqdim edildilmişdir. Hesab edirəm apellyasiya məhkəməsinin qərarından belə nəticə çıxarmaq olar ki, cinayət təqibi və məhkəmə hökmü prosessual qanunvericiliyə əsaslanmır və buna lüzum da yoxdur. Bundan başqa narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından gətirilməsinə dair, onun ittihamda göstərilən əlbir olmuş bir qrup olması və hər hansı istehlakçı ilə razılıq əldə etməsi, qazanc əldə etmək niyyəti, narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətləri, həmin narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə bağlı heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə iclasında dindirilmiş 5 nəfər şahiddən, yəni ittiham tərəfinin təqdim etdiyi şahidlərdən 4 nəfəri bildirdilər ki, yalnız E6 tutulmasında iştirak etmişlər. Kimin-k imə mal satması, kimin kimə mal göndərməsi barədə məlumatlı olmamışlar. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qər arı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində iş üzə tam, hərtərəfli və oby ektiv araşdırma aparılmadığını, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmədiyini, Məhkum əsassız olaraq təqsirli bilindiyini vurğulayaraq, kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, Məhkum 2019-cu ilin yanvar ayında İran İslam Respublikasının Biləsuvar şəhərində olarkən qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyətləri məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayə t əlaqəsinə girərək 1 ədəd sellofan torbanın içərisində olan 11 ədəd polietilen bükümdə, külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 1306,8 qram narkotik vasitə - heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamış və daşıyaraq 21 yanvar 2019-cu ildə, saat 22 radələrində Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin narkotik vasitəni 22 yanvar 2019-cu ildə, gecə saat 01:10 radələrində Biləsuvar şəhərində keçirilən əməliyyat tədbiri zamanı şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç b ir yerdə işləməsə də fərdi əməklə məşğul olmaqla, İran İslam Respublikasının Biləsuvar şəhərinə gedərək orada yaşayan tanışlarının Azərbaycana göndərdiyi əşyaları-malları gətirib burada sahibinə təhvil verməklə qazandığı pulla ailəsini dolandırmışdır. 21.01.2019-cu ildə İranın Biləsuvar şəhərinə getmiş, bazarda işləyən, tanışı K6 sifariş əsasında onda hər biri 30 kiloqram olmaqla üç ədəd ağ rəngli torbaların, ağ torbalardan birinin içərisində iki ədəd qara sellofan paketin olduğunu və həmin torbaları gömrükdən keçirərək Azərbaycana aparmağın lazım olduğunu, qara sellofan paketlərdən birinin onun Cəlilabad rayonunda yaşayan arvadına çatacağını, digər qara sellofan paketin isə Azərbaycanda ondan təhvil alacaq şəxslərin nömrələrini «whatsapp» vasitəsi ilə göndərəcəyini bildirmiş və bunun mü qabilində ona 90 manat pul vermiş, K6 verdiyi əşyaları həmin gün 22 radələrində Biləsuvar gömrük postundan keçərək Azərbaycana gətirmiş, gətirdiyi malların bir hissəsini sahiblərinə verdikdən sonra qalan malları özü ilə yaşadığı evə aparmış, evdə olduğu vaxt K6 «Whatsapp» vasitəsi ilə ona iki nömrə göndərmiş, sonra «Whatsapp» vasitəsi ilə ona zəng vuraraq qara balaca sellofan paketi «Mercedes» markalı avtomobillə gələcək şəxslərə, qara böyük sellofan paketi isə mobil nömrəsini ona göndərdiyi digər şəxsə verməsini tapşırmış, saat 23 radələrində qara balaca sellofan paketi yaşadığı Biləsuvar rayonunun Bəydili kəndində «Mercedes» markalı avtomobillə gələn şəxslərə vermiş, sonra digər sellofan paketi təhvil verəcəyi şəxsin nömrəsinə zəng vuraraq onunla Biləsuvar şəhərinin çıxışındakı “******** ” yanacaq- doldurma məntəqəsinin yaxınlığında görüşəcəklərinə razılaşmış, sellofan paketdə olan malı sahibinə çatdırmaq üçün taksi sürücüsü işləyən tanışı R6 zəng vurub onu «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dairəvi yola aparmasını xahiş etmiş, R6 22.01.2019-cu ildə saat 01 radələrində idarə etdiyi «VAZ 21074» jiquli markalı avtomobillə onu həmin yerə gətirmiş, K6ın göndərdiyi qara rəngli sellofan paketi ağ rəngli avtomobillə ora gələn iki nəfər şəxsin birinə vermiş və sonuncu paketi ondan alaraq avtomobilə qoymuş, həmin avtomobillə gəlmiş şəxslər gömrük əməkdaşları olduqlarını bildirmiş, sonra onu və onunla birlikdə sürücü kimi oraya getmiş Rövşəni saxlayaraq Biləsuvar gömrük postuna gətirmiş, orada gömrük əməkdaşları dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə avtomobilə və onların üzərinə baxış keçirmiş, baxış zamanı avtomobildə qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, K6ın ona verdiyi qara sellofan torbaya baxış keçirilərkən, torbanın içərisində təqribən eyni ölçüyə malik 11 ədəd polietilen paketdə qablaşdırılmış, açıq qəhvəyi rəngli gömrük əməkdaşlarının deməsinə görə narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edilmiş, aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, sonra həmin protokol onun və orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. X1 ifadələrində göstərmişdir ki, 21 yanvar 2019-cu ildə Biləsuvar rayon sakini Məhkum İran İslam Respublikasının vətəndaşları «K6» və «P6» adlı şəxslərlə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə na rkotik vasitələrin gətirməsi barədə əməliyyat məlumatı daxil olmuş, Məhkum cinayət əməlinin ifşa edilməsi məqsədi ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa əməliyyat-axtarış şöbəsinin rəisi Z6 «V6» adı ilə şərti alıcı qismində, digər gömrük əməkdaşlar V6 və K6 daxil edilmiş, İran İslam Respublikasının vətəndaşları «K6» və «Peyman» adlı şəxslərin göndərdikləri narkotik maddələri qəbul edən E6 adlı şəxs 21 yanvar 2019-cu ildə saat 23:30 radələrində Z6 şərti alıcı «V6»ın istifadəsində olan ******-**-** mobil telefon nömrəsinə zəng edərək onda olan «malı» təhvil vermək istədiyini və onunla Biləsuvar rayonunun Bəydili kəndində görüşə biləcəyini bildirmiş, görüş yeri kimi Biləsuvar şəhərinin çıxışında olan «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dairəvi yol se çilmiş, 22 yanvar 2019-cu ildə saat 01:00 radələrində E6 görüş yerinə «VAZ 21074» markalı **-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində gəlmiş, sonuncu avtomobildən düşərək özü ilə gətirdiyi və içərisində narkotik maddə olması ehtimal edilən bir ədəd qara rəngli sellofan torbanı Z6a-«V6»a təhvil vermək üçün ona yaxınlaşmış, «V6» torbanı E6dan alıb içərisinə baxaraq narkotik vasitəni gördükdən sonra onlara işarə vermiş, əməliyyat qrupunun üzvləri E6ı və onunla birlikdə gəlmiş VAZ 2107 markalı **-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü saxlayaraq Biləsuvar gömrük postuna gətirmiş, orada avtomobilin sürücüsünün rayon sakini X7 olduğu məlum olmuş, dəvət edilmiş hal şahidlərinin iştirakı ilə E6ın əlində gətirdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı torbanın içərisində təqribən eyni ölçüyə malik 11 ədəd polietilen paketdə qablaşdırılmış, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edilmiş, aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, sonra həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Onlar saxlanılaraq Biləsuvar gömrük postuna aparılarkən, orada üzərlərinə və avtomobilə baxış keçirilərkən, eləcə də onların izahatları alınarkən onlara hər hansı bir təsir və təzyiq göstərilməmişdir. Həmçinin iş üzrə digər şahidlər X8, X6 və X3 da analoji olaraq X1nunifadəsindəgöstərilənxüsusatları təsdiqetməklə eyni məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsində şahidqismindədindirilmiş X7 ifadəsində göstərmişdir ki, 21 yanvar 2019-cu ildə saat 00:30 radələrində idarə etdiyi VAZ 21074» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olarkən tanışı Məhkum ona zəng edərək onu Biləsuvar şəhərinin çıxışındakı «Azpetrol» yanacaq doldurma məntəqəsinə aparmasını xahiş etmiş, E6ı rayonun Bəydili kəndində yolun kənarından götürüb «Azpetrol» yanacaq doldurma məntəqəsinə apararkən onun əlində qara rəngli sellofan torba olmuş, onlar «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dairəvi yola gəlmiş, yolda E6ın telefonla kiminləsə əlaqə saxlayaraq «Hardasan?», «Yerini de, keçib getmisən?» sözlərini deməsini eşitmiş, telefonda danışan şəxs onu dairəvi yolda gözləməyini bildirmiş, o, avtomobili həmin yerdə saxlamış, E6 əlində olan bir ədəd sellofan paketlə maşınd an düşüb yolun o biri tərəfinə keçib 8-10 metr uzaqlıqda dayanan ağ rəngli maşının yanında iki nəfər şəxslə görüşmüş, hava qaranlıq olduğundan həmin şəxsləri tam aydın görə bilməmiş, təxminən 5-10 dəqiqə keçmiş E6la görüşməyə gələn şəxslər, yəni sonradan gömrük əməkdaşları olduqlarını bildiyi şəxslər onu və E6ı saxlayaraq Biləsuvar gömrük postuna aparmış, orada 2 nəfər şahidin iştirakı ilə E6ın əlində olan bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilərkən, torbanın içərisində təqribən eyni ölçüyə malik 11 ədəd polietilen paketdə qablaşdırılmış, açıq qəhvəyi rəngli gömrük əməkdaşlarının deməsinə görə narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edilmiş, aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, sonra həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Onlar saxlanılaraq Biləsuvar gömrük postuna aparılarkən, orada üzərilərinə və avtomobilinə baxış keçirilərkən, eləcə də izahatları alınarkən onlara hər hansı bir təsir və təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş 22 yanvar 2019-cu il tarixli «Baxış keçirmə və götürmə haqqında» protokoldan görünür ki, Cənub Ərazi Baş Gömrük idarəsinin inzibati binasında hal şahidlərinin iştirakı ilə Azərbaycan Respublikası vətəndaşı Məhkum satmaq istədiyi içərisində narkotik vasitələr olması ehtimal edilən 1 (bir) ədəd qara rəngli sellofan torbaya baxış keçirilərkən qara rəngli sellofan torbanın içərisində təqribən eyni ölçüdə və miqdarda olmaqla 11 (on bir) ədəd polietilen paketlərdə qablaşdırılmış açıq qəhvəyi rəngli, narko tik vasitə heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Bundan əlavə narkotik vasitə heroinə oxşar maddənin qablaşdırıldığı polietilen paketlərin yuyucu tozuna bulaşdığı və qara rəngli sellofan torbanın içərisində göy rəngli yuyucu tozu hissəciklərinin də olduğu müşahidə olunmuş, sonra 11 (on bir) ədəd polietilen paketlərdə olan və narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilərkən qablaşdırılması ilə birgə ümumi çəkisi 1500,0 (min beş yüz) qram olmuşdur. Həmçinin iş materiallarında olan protokoldan görünür ki, təqsirləndirilənşəxsMəhkum saxlanılarkən onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd «Samsung Galaxy J1» markalı mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Məhkum ifadəsində göstərdiyi +********* mobil nömrəsi telefonun telefon kitabçasınd a «K6» adı ilə qeyd edilmişdir. Telefonda olan SİM kartlar yoxlanılarkən telefonda ***-***-**-** saylı «Azerfon» nömrəsi olduğu müəyyən edilmiş, həmin nömrə ilə aparılan danışıqlara baxış keçirilərkən müəyyən edilmişdir ki, «K6» adı ilə qeyd edilmiş +********** mobil nömrəsindən «Whatsap» mesajlaşması olmuşdur. Həmçinin «İran sunka» adı ilə qeyd edilmiş +********** mobil nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 22 yanvar 2019-cu ildə saat 00:19, 00:23, 00:28, 00:29, 00:30, 00:32, 00:36, 00:37, 00:38, 00:39, 00:42, 00:47, 00:50, 00:52, 00:55, 00:56 dəqiqədə zəng olunaraq danışıqlar aparılmış, qeyd edilən mobil telefon nömrələri arasında müvafiq olaraq 53 saniyə, 1 dəqiqə 16 saniyə, 37 saniyə, 39 saniyə, 44 saniyə, 1 dəqiqə 46 saniyə, 35 saniyə, 33 sa niyə, 26 saniyə, 8 saniyə danışıq aparılmışdır. Bu barədə tərtib edilmiş müvafiq protokola qeydə alınmış səsli mesajlar bir ədəd CD diskinə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Qeyd edilməlidir ki, göstərilən sübutlar heç də məhkumun təqsirsiz olmasına dəlalət etmir. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkuma isnad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir k i, iş materiallarında olan mötəbər sübutların məcmusu nəinki cinayət işinin icraatına Məhkum barəsində bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir əsas vermir, əksinə, bu sübutlar məhkuma isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin onun tərəfindən törədilməsində təqsirliliyinin sübuta yetirilməsinə hər hansı şübhə yeri qoymur. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini əsassız hesab edir, birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr qanuni və əsaslı olaraq Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin sübuta yetirilməsi nəticəsinə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, Məhkum təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş və iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsiri sübuta yetirilmişdir. Beləliklə, kassasiya kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdiklə ri sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta və ya təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, Məhkum isnad edilən cinayət əməlləri istintaq orqanı tərəfindən toplanmış və məhkəmə araşdırmaları zamanı tam, obyektiv və hərtərəfli surətdə tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorun dəlillərinin əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli Məhkum barəsindəki qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar