Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-811/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum1 müdafiəçisi Bəxtiyar İbrahi m oğlu Muradovun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məhəmməd Bağırov, (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Nural Əliyevdən ibarət tərkibdə) 1(100)-50/2020 nömrəli 12 fevral 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 2000-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, N.Nərimanov küçəsi, ev 80-də qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.2.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhr um etmə cəzası şərti hesab edilərək 3 (üç) il sınaq müddəti təyin edilmişdir. xx xxxx 2001-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, Şəmkir şəhəri, M.Hüseynzadə küçəsi, ev 8-də yaşayan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.2.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək 3 (üç) il sınaq müddəti təyin edilmişdir. 18 avqust 1998-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində bir azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, A.Teymur küçəsi, ev 42-də qeydiyyatda olmaqla, Şəmkir şəhəri, M. Hüseynzadə küçəsi, ev 42-də yaşayan Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.2.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş ) il 1 (bir) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək 03 (üç) il sınaq müddəti təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1, Məhkum2 və Məhkum3 tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 10.08.2019-cu il tarixdə, saat 23 radələrində Şəmkir şəhəri, M.Hüseynzadə küçəsi, 78 nömrəli evdə yaşayan Bədəlov Ramiz Bəhman oğlunun yaşadığı evin qapısında olan qıfılı sındırmaqla evə qanunsuz daxil olaraq yataq otağında yerləşən çarpayının altından sonuncuya məxsus Böyük Britaniya Birləşmiş Kra llığının London şəhərində zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, “Churchill” modelli, “Vinçester” tipli, 12 kalibrli, ******* nömrəli, pompalı, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, təklüləli yivsiz odlu ov tüfəngini, həmin silahı təmizləmək üçün nəzərdə tutulmuş 1 ədəd sümbəni və döyüş sursatı olan zavod üsulu ilə hazırlanmış, 12 kalibrli 1 ədəd patronu, həmçinin həmin otaqda stolun üstündə olan 600 manat dəyərində bir ədəd 2017-ci il buraxılışlı, “ACER” markalı, N16Q2 modelli, Çin Xalq Respublikası istehsallı, işlək vəziyyətdə olan noutbuku və evin yardımçı tikilisinin mətbəxində yerləşən dolabın içərisində olan qutuya qoyulmuş 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd 1500 manat dəyərində 20 qram çəkidə boyunbağını, 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd 1125 manat dəyərində 15 qram çəkidə qızıl kulonu və 750 əyarlı qızıldan hazırlanmış 1 ədəd 750 manat dəyərində 10 qram çəkidə qaşsız qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxs Ramiz Bədəlova ümumilikdə 3975 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elşən Xasməmmədov, hakimlər Teyyub Muxtarov və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)-147/2020 nömrəli 14 avqust 2020-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu verdiyi ka ssasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Rəşad Alıkişiyev kassasiya protestini onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə təqsirləndirilən şəxslərə təyin edilən azadlıqdan məhrum etmə cəzalarını şərti tətbiq edərkən cəza təyini qaydalarını pozmuş, yüngülləşdirici hal qismində nəzərə aldığı halları əsassız olaraq sübut edilmiş kimi qəbul etmişdir. Bununla əlaqədar qeyd edilmə lidir ki, məhkəmənin təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, həmçinin əməllərindən peşman olmaqla səmimi etiraflarını, cinayət nəticəsində dəymiş ziyanı tam həcmdə ödəmələrini, həmçinin təqsirləndirilən Məhkum1 tələbə olmasını, digər təqsirləndirilən Məhkum3 könüllü gəlməsini əsas götürərək onların barəsində CMin 70-ci maddəsini tətbiq etmişdir. Cinayət işinin hallarından görünür ki, təqsirləndirilən şəxslər hadisədən 3-4 gün əvvəl qanunsuz daxil olmaq istədikləri evi nəzarətdə saxlamış və ev sahibinin evdə olmaması barədə dəqiq məlumata malik olduqdan sonra öz niyyətlərini icra etmiş, nəticədə zərər çəkmiş şəxsə 3975 manat məbləğində maddi ziyan vuraraq, ona məxsus əşyaları və “Churchill” modelli, “Vinçester” tipli silahı talamı şlar. Qeyd edilən bu hallar məhz hər üç təqsirləndirilən şəxsin az ağır və ağır cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, əvvəlcədən planlaşdırmaqla qabaqcadan əlbir olaraq törətdiklərindən barələrində nəzərə alınan yüngülləşdirici halların əsassız olaraq nəzərə alınmasının bir daha göstəricisidir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərin dəymiş maddi ziyanı tam həcmdə ödənilmələrini nəzərə almaqda səhvə yol vermişdir. Belə ki, məhkəmə həmin halı nəzərə alarkən zərərçəkmiş şəxsə dəymiş ziyanın məhz hansı təqsirləndirilən şəxs və ya onların qohumları tərəfindən ödəndiyi ilə əlaqədar araşdırma aparmamış və bununla da cinayətin nəticəsinin aradan qaldırılması istiqamətində təqsirləndirilən şəxslərin rollarını fərdiləşdirmədən hər hansı təqsirləndirilən şəxsin ziyan ın ödənməsi istiqamətində heç bir hərəkət etməməsi ehtimalını nəzərə almamışdır. Sadalanlalardan başqa məhkəmə Məhkum3 könüllü gəlib təqsirini boynuna almasını qanunsuz və əsassız yüngülləşdirən hal kimi qəbul etmiş və yekunda onun barəsində CM-in 60-cı maddəsini tətbiq etmişdir. Cinayət işi materiallarından görünür ki, Məhkum3 cinayətin açılmasında heç bir fəallıq göstərməmiş, əksinə hadisəni törətdikdən sonra istintaq orqanından qaçıb gizlənmiş və hadisədən 1 ay 6 gün sonra istintaq orqanına könüllü gəlmiş, həmçinin talanmış əşyaların tapılmasında da heç bir rolu olmamışdır. Cinayət işi materiallarında olan “Axtarışda olmuş şəxsin könüllü gəlməsi” (İ cild səh 194) haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin əməkdaşların apardıqları profilaktiki-izahedici söhbə tləri nəticəsində könüllü gəlmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin istintaq orqanına könüllü gəlməsi barədə protokol mövcud olsa da bu hal onun barəsində CM-in 60-cı maddəsinin tətbiqi üçün heç bir əsas yaratmamış məhkəmə isə bütün qeyd edilənləri nəzərə almamışdır. Göstərilənlərdən əlavə qeyd edək ki, məhkəmə Məhkum1 tələbə olmasını da hökmdə CM-in 70-ci maddəsini tətbiq edərkən əsas kimi göstərmiş və yalnız faktın təsdiqi kimi tələbə biletinin sürətini göstərmişdir. Lakin məhkəmə bu halı göstərərkən Gəncə Dövlət Universitetinə bu barədə sorğu göndərmədən onun həqiqətən tələbə olması, müsbət halda neçənci kursda oxuması, dərslərə davamiyyəti və tədrisə olan münasibəti araşdırmamışdır. Bütün qeyd edilənlərlə yanaşı hökmdən aydın deyildir ki, məhkəmə təqsirləndirilən şəxslərin cəza sını yüngülləşdirən halların olması ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla (saxlanc yeri) özgə əmlakını oğurlamasını və yivsiz odlu ov silahını və döyüş sursatını talanması cinayətinin ictimai təhlükəlilik dərəcəsini necə əlaqələndirmişdir. Təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən törədilmiş oğurluq və odlu silahın və döyüş sursatının talanması cinayəti nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxslər ifşa edildikdən sonra ödənilmişdir. Göstərilən hallar təqsirləndirilən şəxslərin törətdikləri əməllərin və onların özlərinin şəxsiyyətinin ictimai təhlükəliliyini xarakterizə edən və məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zam anı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, bununla da tətbiq edilmiş şərti məhkum etmə cinayətlərin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Göstərilənlər, məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbinin nəzərə alınmadan qeyd edilən xüsusatların sadəcə formal yazılmaqla nəticəyə gəlinməsinin sübutudur. Bundan başqa, CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən əməllər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Lakin məhkəmə şərti məhkum etmə tətbiq edərkən həmin müddəanın tələblərini nəzərə almamışdır. Qeyd edilənlər sübut edir ki, məhkəmənin bütün təqsirləndirilən şəxslərə münasibətdə yüngülləşdirici hal qismində, habelə Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas götürdüyü hallar əsassız və işin xarakterinə uyğun olmayan hallar olmuş, məhkəmə həmin xüsusatlara olduqca səthi yanaşmış, iş üzrə obyektiv sübutlar və qanun normaları ilə təkzib olunan hallara yüngülləşdirici hallar kimi yanaşaraq qanunsuz olaraq onların barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin və bununla yanaşı Məhkum3 barəsində CM-in 60-cı maddəsini tətbiq edərkən düzgün olmayan əsasla r yaratmış və həmin maddələri tətbiq etməklə cəmiyyətdən təcrid olunmalı olan şəxsləri azadlıqda saxlamışdır. Bu isə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(104)-147/2020 nömrəli 14 avqust 2020-ci il tarixli qərarı ilə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 barəsində qanunsuz və ədalətsiz olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökmün qüvvəsində saxlan ılmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından bel ə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum et mənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslə barışıq əldə etmələrini CM-in 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələrini CM-in 59.1.13-cü, səmimi etiraflarını, əməllərindən peşman olmalarını, zərərçəkmiş şəxsin onlardan heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını isə CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş, həmçinin məhkəmə təqsirləndirilən şəxs Məhkum3 Raism oğlunun himayəsində bir azyaşlı övladının olmasını CM-in 59.1.4-cü, könüllü gəlib təqsirini boynuna almasını CM-in 59.1.10-cu, z ərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələrini CM-in 59.1.13-cü, səmimi etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını isə CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı verilmişdir. Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində g östərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü və 8-ci bəndlərinə əsasən, «Azərbaycan Respublikası CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alma bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən və qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edilərkən onların səmimi etirafları, əməllərindən peşman olmaları, zərərçəkmiş şəxsin onlardan heç bir şikayətin olmaması, zərərçəkmiş şəxsin onlara qarşı tələb və iddiasının olmaması kimi halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar cinayət təqibi üzrə icraat zamanı sübut edilməli halların siyahısına daxil edilmişdir və məhkəmələr sübut edilməli halları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq şəkildə tədqiq etməlidirlər. Şərti məhkum etmənin tətbiqi zamanı cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin düzgün nəzərə alınmaması barədə kassasiya protestinin dəlili ilə bağlı m əhkəmə kollegiyası bildirir ki, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi qiymətləndirilərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticələrə səbəb olması və sairə kompleks halda qiymətləndirilməlidir. Belə ki, ibtidai istintaq materiallarından görünür ki, təqsirləndirilən şəxslər hadisədən 3-4 gün əvvəl qanunsuz daxil olmaq istədikləri evi nəzarətdə saxlamış, cinayət törətməsi barədə planı qumuş və öz aralarında vəzifələrin bölgüsünü aparıb ev sahibinin evdə olmaması barədə dəqiq məlumatı əldə etdikdən sonra öz niyyətlərini icra etmişlər. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinin tələbinə görə bir qrup şəxs, qabaqc adan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsalara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 əməlinin ictimai təhlükəlilik dərəcəsinin düzgün müəyyən edilməsi üçün əhəmiyyətli olan halların nəzərə alınmaması səbəbindən təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin və onların törətdikləri əməlin ictimai-təhlükəlik dərəcəsi düzgün qiymətləndirilməmiş, nəticə etibarı məhkəmələr kifayət qədər əsaslar olmadığı halda onların təyin olunmuş azadlıqdan məhrum etmə cəzanı çəkmədən də islah oluna biləcəyi barədə qənaətə gəlmişlər. Bundan başqa, işdən görünür ki, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı apellyasiya pr otesti verərək məhkumlar barəsində şərti məhkum etmə institutunun tətbiqi zamanı cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmadığını bildirməklə hökmdən CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəanın xaric edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlan ılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə apellyasiya protestinin dəlillərini araşdırmamış, onlara hüquqi qiymət verməmiş, protestin dəlilləri ilə razılaşmadığının səbəblərini açıqlamamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi məhkumlara cəza çəkmədən də islah olunmasının mümkünlüyü barədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən yuxarıda qeyd edilmiş iş üçün mühüm əhəmiyyətə malik halları nəzərdən qaçırmışdır. Məhkəmə kollegiy ası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin məhkumlar Məhkum1, A.R.Əsgərovun və E.F.Hüsenovun barəsində şərti məhkum etmənin tətbiqi barədə mövqeyini kifayət qədər əsaslandırılmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə apellyasiya baxışı zamanı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhk əməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 avqust 2020-ci il tarixli məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 haqqındakı qərarı kassasiya protestinə münasibətdə ləğv edilsi
Məhkəmə qərarları › İş №1(102)-811/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-811/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver