Məhkəmə qərarları › İş №1(102)-811/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-811/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-811/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli X24 Təvəkkül oğlunun iştirakı ilə x xxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında yaşayan Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə, xx x xxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, x xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, xx xxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 4 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Apellyasiya instansiya məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alıkişiyev X24 Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə (hakim R.N.Ələkbərli) Məhkum4 – Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 4 avqust 2020-ci il tarixdən hesablanması h ökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,onun 14 iyul 2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 30 iyul 2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə n əzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 19 iyul 2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və F.Ə.Mehdiyev) verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü Məhkum1 və Məhkum3 aid hissədə ləğv edilmişdir. Məhkum1 Azərbaycan Respublik asının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CMin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəlinin 30 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum3 Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum3 təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CMin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanm ası hökm edilmişdir. İşin halları: İbtidai istintaqla müəyyən edilmişdir ki, Məhkum4, Məhkum2, Məhkum3 və Məhkum1 bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər. Belə ki, Məhkum4 Məhkum1, Təqsirləndirilən şəxs2, X9, Təqsirləndirilən şəxs3, X11, Məhkum2, X5, Məhkum3, X12, Təqsirləndirilən şəxs1, X3, X20, X21, X22, X23, X24, X25, X26 adlı, “X27” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi oldu qlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X17, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə sonuncularla Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ür ək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X25 həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təX20 sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək Məhkum1, Məhkum2, Məhkum3, X28, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri və taxta parçaları ilə zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106 markalı”, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, o isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkü n olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi X26n vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, X29, Zərərçəkmiş şəxs2, X25, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkum1 Məhkum4, Təqsirləndirilən şəxs2, X9, Təqsirləndirilən şəxs3, X11, Məhkum2, X5, Məhkum3, X12, Təqsirləndirilən şəxs1, X3, X20, X21, X22, X23, X24, X25, X26 adlı, “X27” ləqə bli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində onu, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X17, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid12 məxsus “Opel Vectra” markalı, **-DZ-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs2 məxsus “Renault Meqan” markalı, **-EH-*** nömrə nişanlı, Zərərəçəkmiş şəxs 2 məxsus “VAZ2107” markalı, **-RK-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs1 məxsus “VAZ 21015” markalı, **-LV-*** dövlət nöm rə nişanlı, onun idarə etdiyi “Mercedes Benz C” markalı, **ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az ol duqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, X29, Zərərçəkmiş şəxs2, X25, həmçin in şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təX20 sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Məhkum2, Məhkum3, X28, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxsl ər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Məhkum4 isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi X26n vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, X29i, Zərərçəkmiş şəxs2, X25, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkum3 Məhkum1, Məhkum4, Təqsirləndirilən şəxs2, X9, Təqsirləndirilən şəxs3, X11, Məhkum2, X5, X12, Təqsirləndirilən şəxs1, X3, X20, X21, X22, X23, X24, X25, X26 adlı, “X27” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahi bi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X17, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid12 məxsus “Opel Vectra” markalı, **-DZ-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs2 məxsus “Renault Meqan” markalı, **-EH-*** nömrə nişanlı, Zərərçəkmiş şəxs2ə məxsus “VAZ-2107” markalı, **-RK-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs1 məxsus “VAZ 21015” markalı, **-LV-*** dövlət nömrə nişanlı, Məhkum1 idarə etdiyi “Mercedes Benz C” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halın da qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, X29, Zərərçəkmiş şəxs2, X25, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlər görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayi q söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təX20 sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Məhkum2, Məhkum1, X28, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 A MG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Məhkum4 isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi X26n vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, X29i, Zərərçəkmiş şəxs2, X25 Salmanovu, həmçinin şəxsiyyətləri i stintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkum2 Məhkum1, Məhkum4, Təqsirləndirilən şəxs2, X9, Təqsirləndirilən şəxs3, X11, X5, Məhkum3, X12, Təqsirləndirilən şəxs1, X3, X20, X21, X22, X23, X24, X25, X26 adlı, “X27” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X17, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə sonuncularla Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəx s1, X29, Zərərçəkmiş şəxs2, X25, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təX20 sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Məhkum1, Məhkum3, X28, həmçinin şəxsiyyət ləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, 32- BE-245 dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Məhkum4 isə silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 ( beş yüz altmış səkkiz) manat maddi X26n vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, X29i, Zərərçəkmiş şəxs2, X25, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş ol unur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi dövlət ittihamçısı tərəfindən apelyasiya protestinə əsasən məhkumlar Məhkum1 və Məhkum3 törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif etsə də, onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını CM-in 70-ci maddəsini tətbiq etməklə əsassız olaraq şərti hesab etmiş, hökmdə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmişdir. Protestdə həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi əsassız olaraq təqsirləndirilən Məhkum4 ittiham olunduğu CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində, Məhkum2 isə CM-in 62-ci ma ddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzadan aşağı həddə cəza təyin etmiş, apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışdır. Məhkəmələr cəza təyini zamanı təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışlar. Protest müəllifi hesab edir ki, adları çəkilən məhkumlara CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddində cəza təyin olunmalı idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasi ya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkumlar Məhkum4, Məhkum2, Məhkum1 və Məhkum3 barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə u yğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsip inə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, ci nayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum1 və Məhku m3 cəza təyin edərkən və digər məhkumlar Məhkum4 və Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı dəyişdiriulmədən qüvvədə saxlayarkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkumlara təyin edilmiş cəzaların yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3, 62 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhl ükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətlərinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət əməllərinin törədilməsi şəraiti və forması əməlin və həmin cinayət əməlini törədən şəxslərin daha çox ictimai təhlükəli olmasına dəlalət edən amillərdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Məhkum4, Məhkum2, Məhkum1 və Məhkum3 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ictimai təhlükəsizlik və ict imai qayda əleyhinə olan cinayətlərlə əlaqədardır və bilavasitə obyekti ictimai qaydadır, təqsirkarın silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərində ifadə olunur. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. 4. məhkumun şəxsiyyəti cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilən tövsiyələrə uyğun olmayan, məhkumlara təqsirli bilindikləri maddənin sanksiyasının aşağı həddində cəza təyin edildiyi halda, kifayət qədər əsaslandırma aparmadan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 CM-in 62-ci maddəsini, apellyasiya instansiya məhkəməsi isə məhkumlar Məhkum1 və Məhkum3 CM-in 70-ci maddəsini tətbiq etmiş, lakin onların şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənad a ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkumlara təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkumlar haqqında seçilmiş cəza tədbiri məsələsin i həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkumlar barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onların tör ətdikləri əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumların şəxsiyyətlərini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışları araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkumlar haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkumlar Məhkum4, Məhkum2, Məhkum1 və Məhkum3 barəs ində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar