Məhkəmə qərarları › İş №1(102)-811/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-811/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-811/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Cinayət məsuliyyətindən azad olunmuş şəxsin və müdafiəçisi Rzayev Elvin Rəşid oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1(107)-270/2023 nömrəli qərarından cinayət məsuliyyətindən azad olunmu ş şəxs Məhkum müdafiəçisi Rzayev Elvin Rəşid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(091)-14/2023 nömrəli hökmü ilə (sədrlik edən R.Ə.Əliyev, hakimlər N.N.Mirzəyev və B.M.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 1978-ci il tarixdə X2 şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, x nümayəndəsi vəzifəsində işləmiş, hazırda dövlət qulluğuna xitam verilmiş, xxxxxxx qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddə tə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza ona 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)14/2023 saylı qərarı ilə Məhkum barəsində CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə CM-in 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və Məhkum CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyə tindən azad olunmuşdur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və X.H.Səmədovdan ibarət tərkibdə) 24 oktyabr 2023-cü il tarixli, 1(107)-270/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(091)-14/2023 saylı hökmü və Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(091)-14/2023 saylı qərarı ləğv edilmiş, Məhkum CM-in 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-in 32.4, 312.2-ci maddələri Məhkum verilmiş ittihamdan xaric edilmiş, o CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqs irli bilinmiş və barəsində CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, Məhkum CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarından cinayət məsuliyyətindən azad edilmiş Məhkum müdafiəçisi Rzayev Elvin Rəşid oğlu tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum X2 başçısının 01 iyul 2009-cu il tarixli 11 nömrəli sərəncamı ilə həmin tarixdən X2 başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən X2 başçısının X2 İƏD üzrə nümayəndəsi Şahid1 2016-cı ilin iyul ayının əvvəlin də ünvan 2 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək X2ndə onun xeyrinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2016-cı ilin iyul ayının sonlarında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2016-cı ilin iyul ayının sonlarında qeyd edilən xidməti otağında 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, X2 başçısının 25 may 2017-ci il tarixli 43 nömrəli sərəncamı ilə həmin tarixdən X2 başçısının X2 şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmək lə həmin vəzifədə işləyərkən, təkrarən, X2 başçısının Mallı Şıxlı kənd icra nümayəndəliyinin müavini vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin yay aylarında özünə müraciət etmiş tanışı Şahid3 özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək X2ndə onun xeyrinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən inzibati ərazi dairəsi üzrə nümayəndə müavini vəzifəsinə təyin edilməsi və həmin vəzifədə qalıb fəaliyyətini davam etdirilməsinə köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası il ə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni vəzifəyə təyin edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2017-ci ilin yay aylarında ünvan 2 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2017-ci ilin yay aylarında X2nin inzibati binasında 6.000 (altı min) manat məbləğində pul vəsaitini Şahid3 alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Apellyasiy a instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum rüşvət verməyə təhrik kimi görünən hərəkətləri əslində dələduzluğun üsulu kimi çıxış etdiyindən ona qarşı CM-in 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməli, CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməllərinə münasibətdə isə onun zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarının dövlət büdcəsinə ödəməsi nəzərə alınaraq barəsində CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmalı və qeyd olunan hissədə cinayət işi üzrə icraata xitam verilməlidir, Kassasiya şikayətinin və əlavənin dəlilləri: Müdafiəçi Rzayev Elvin Rəşid oğlu kassasiya şikayətini və əla vəni onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Məhkum dələduzluq əməlini törətməmiş, dələduzluq əməli ilə zərər çəkmiş şəxsə ziyan vurmamışdır. Belə ki, işdə olan materiallardan da görünür ki, Məhkum X2 başçısının X2 kənd üzrə nümayəndəsi Şahid1 və Şahid3 hər hansı bir məbləğdə pul tələb edib almamışdır. Əgər pul almış olsa idi bu müddət ərzində onlar hüquq mühafizə orqanlarına müraciət edərdilər. Müdafiəçi E.R.Rzayev kassasiya şikayətində və verilmiş əlavədə göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 24 oktyabr 2023-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxla manın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Rzayev Elvin Rəşid oğlu kassasiya şikayətində və əlavədə məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyrimötə bər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi Rzayev Elvin Rəşid oğlunun kassasiya şikayətini və əlavəni CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxl ayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir s übut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi (Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutu lmuş əməlləri), müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində və əlavədə istinad etmiş olduğu dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmış və müdafiəçinin kassasiya müraciətində göstərilənlərin əksinə olaraq, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təqsirli hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərə yo l verməsi, müvafiq olaraq da onun əməlində öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar olaraq dələduzluq cinayətinin tərkibinin olması apellyasiya məhkəməsi tərəfindən tədqiq və təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Həqiqətən də, kassasiya müraciətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya instansiyas ı məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayəti ndə irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36- cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək Məhkum rüşvət verməyə təhrik kimi görünən hərəkətlərini düzgün olaraq dələduzluğun üsulu kimi qiymətləndirib ona qarşı CM-in 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric etmiş, həmçinin zərərçəkmiş şəxslərin Məhkumla barışdıqlarını, onlara dəymiş ziyanının və cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziya nın 25 faizi məbləğində pul vəsaiti olan 2000 (iki min) manatın dövlət nəfinə Məhkum tərəfindən ödənilməsini (CM-in 73-1.2-ci maddəsinə əsasən) nəzərə alaraq sonuncunun cinayət məsuliyyətindən azad edilməsi barədə nəticəyə gəlmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi Rzayev Elvin Rəşid oğlu tərəfindən verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə cinayət məsuliyyətindən azad olunmuş şəxsin və müdafiəçinin, kass asiya şikayətinin və əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Rzayev Elvin Rəşid oğlunun kassasiya şikayəti və əlavə təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1(107)270/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Rzayev Elvin Rəşid oğlunun kassasiya şikayəti və kassasiya şikayətinə verilmiş əlavə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 1(107)-2 70/2023 nömrəli qərarı cinayət məsuliyyətindən azad olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar