Məhkəmə qərarları › İş №1(102)-811/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-811/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-811/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7, Bəraət almış şəxs- Nəsrəddinova Pərixanım Məmmədəli qızının, Zərərçəkmiş şəxsin hüquqi varisi Mövsümova Təzəgül Məmmədhəsən qızının iştirakları ilə, Nəsrəddinova Pərixanım Məmmədəli qızına Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü ilə (Sədrlik edən hakim: X11) 16 mart 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Nəsrəddinov a Pərixanım Məmmədəli qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 1(103)-1656/2024 saylı qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X13 və X5 ibarət tərkibdə) ilə apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Mövsümova Təzəgül Məmmədhəsən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsrəddinova Pərixanım Məmmədəli qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(008)-34/2024 nömrəli hö kmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək qərarın ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş olunur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş olunur. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Nəsrəddinova Pərixanım Məmmədəli qızına elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarını n pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Nəsrəddinova Pərixanım Məmmədəli qızı nəqliyyat vasitəsini idarə etmək hüquq verən «B» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili 07 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, X17 Limanı istiqamətinə saatda 80 km sürətlə idarə edərkən Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində Heydər Əliyev prospekti 323 ünvanının qarşısında yolu soldan sağa keçmək üçün piyadanın hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa da, «Yol hərəkəti haqqında» Azərbaycan Resp ublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yolhərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ yan hissəsi ilə piyada X2 vurulmasına, nəticədə Qəriyfə Məmmədovaya ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid sağ bud sümüyünün orta 1/3-dən açıq sınığı və həmin səviyyədə əzilmiş-cırılmış yara, İİİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki mil-bilək və sağ tərəf li qabırğaların yerini dəyişən, qapalı-qəlpəli sınıqları, sağ ağciyərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olmadığını əsas gətirərək qərarın ləğv edilməsini xahiş edərək aşağıdakıları göstərir. İş materiallarında olan “Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, bir nəfər qadın cinsli piyada H.Əliyev prospektində beton ayrıcı zola ğın üzərində dayanmış, sonra yolun hərəkət hissəsinə çıxaraq sarı xəttin üzərində bir qədər dayandıqdan sonra yenidən adi addımlarla hərəkətə başlayaraq birinci cərgənin ortasından hərəkət tempini dəyişərək adi qaçışla hərəkətinə davam edərək ikinci cərgə ilə Koroğlu metrostansiyası istiqamətindən hərəkət edən “Mercedes Benz” markalı avtomobilin qarşısından keçmiş və üçüncü cərgə ilə həmin istiqamətdə hərəkət edən “Chevrolet Cruze” markalı 77-Fp-975 dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə onu vurmuş, qadın zərbədən dördüncü cərgə istiqamətində asfalt örtüyünə yıxılır və həmin vaxt üçüncü cərgə ilə ilə Koroğlu metrostansiyası istiqamətində hərəkət edən “Hyundai Elantra” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun aşağı ətrafının üzərindən keçir, (i.v. 72-73, 152- 153) Halbuki, ibtidai istintaq zamanı həmin videogörüntü hətta təqsirləndirilən şəxsin iştirakı ilə tədqiq edilsə də, məhkəmə protokolda qeyd olunan əhəmiyyətli hallardan yalnız “Videogörüntülərə baxış zamanı yol-nəqliyyat hadisəsinin görüntüsü uzaq məsafədən qeydə alındığından həmin görüntülərdə iş üçün sübuti əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir” hissəsini yazmaqla kifayətlənmişdir. Eləcə də təqsirləndirilən şəxs Pərixanım Nəsrəddinovanın 6 zolaqlı yolun soldan birinci zolağı ilə hərəkətdə olan zaman görünüş dairəsini məhdudlaşdıran hər hansı avtomobilin olmaması və məhz piyadanın da həmin zolaq boyunca onun yolun hərəkət hissəsində olması ibtidai istintaq orqanının sürücünün görünüş dairəsinə düşməsinə əsas vermişdir ki, bunun əsasında müvafiq ekspertiza təyin edilərək rəy alınmışdır. Belə olan halda məhkəmənin həmin məsələ ilə əlaqədar arqumenti, yəni “nəyin əsasında piyadanın məhz yolun hərəkət hissəsinə daxil olduğu vaxtdan sürücünün görünüş dairəsinə düşməsi qənaətinə gəlməsi müəmmalıdır” əsaslı olmamışdır. Hazırkı iş üzrə ekspertin qeyd olunan rəyinə nəzər salarkən görünür ki, o qarşısına qoyulmuş suallara dair rəy vermiş, tədqiqat prosesində istifadə etdiyi metodik materialların siyahısını göstərmiş, nə birbaşa və nə də dolayı yolla rəy verməkdən imtina etməmiş, əgər imtina etmiş olsaydı, qanunun tələbinə uyğun olaraq ekspertizanın keçirilməsini ona tapşırmış şəxsə yazılı məlumat verməli idi. Ona görə də məhkəmənin bu xüsusuatla bağlı qənaəti sırf öz mülahizələrinə əsaslanır, konkret işin faktiki hallarına istinad edəcəyi bir fakt yoxdur. Məhkəmə iş ü zrə təkrar yol-nəqliyyat ekspertizası təyin etmiş və 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-8/702 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən o cümlədən, videotexniki ekspertiza əsasında müəyyən edilmiş parametrlər əsasında, yəni 86 km/saat sürətlə hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Pərixanım Nəsrəddinovanın onun avtomobili ilə eyni istiqamətdə soldakı hərəkət zolağında hərəkət edən sedan tipli avtomaşının mərkəzindən vurulduğu yerə qədər 3,7 metr məsafə qət etdiyi və videotexniki ekspert tərəfindən müəyyən edilmiş hərəkət xronologiyasına əsasən həmin vəziyyətdə keçən 1,83 saniyə vaxt ərzində “Chevrolet Cruze” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəsrəddinova Pərixanım Məmmədəli qızının hadisənin qa rşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Həmin rəydə ekspert öz təşəbbüsü ilə göstərmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükənin piyadanın soldan 2-ci zolaqla hərəkətdə olan “Mercedes” markalı avtomobilin hərəkət zolağının mərkəzindən sürücü Nəsrəddino vanın görünüş dairəsinə düşməsi, həmçinin, qərarın sual hissəsində göstərildiyi kimi təhlükənin piyadanın sürücü Pərixanım Nəsrəddinovanın avtomobili ilə eyni istiqamətdə soldakı hərəkət zolağında hərəkət edən sedan tipli avtomobilin mərkəzindən çıxdığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet Cruze” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı av tomobilin sürücüsü Nəsrəddinova Pərixanım Məmmədəli qızının hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş ekspert X6 ona verilmiş suallara cavab olaraq hadisə mexanizminin və təhlükə anının müəyyən edilməsinin hüquqi məsələ olduğunu və bunun istintaq orqanı və məhkəmənin səlahiyyətinə aid olduğunu, lakin ekspertin real hesab etmədiyi hadisə mexanizmi ilə bağlı əlavə halları göstərməsinin mümkün olduğunu, hazırki iş üzrə istintaqın verdiyi hadisə mexanizmini hansı səbəbdən real hesab etməsinin əsaslandırılması üçün xüsusi biliyə və ya hər hansı met odikaya ehtiyac olmadığını, həmin vaxtı iriqabaritli avtomobillər hərəkətdə olmadığından istintaqın verdiyi mexanizmini daha real hesab etdiyini bildirmişdir. Sonuncu ekspertiza rəyi ilə bağlı hökmdə məhkəmə ekspertin “Nəsrəddinova Pərixanım Məmmədəli qızının hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərinə uyğunsuzluq olmamışdır” hissədə rəyini işin həqiqi halları ilə uzlaşan sübut kimi qiymətləndirmişdir. Halbuki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı “Nəsrəddinova Pərixanım Məmmədəli qızının hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını al mağa texniki imkanı olmasına dair əsaslı və qanuni rəylər (xx.xx.2023-cü il tarixli 8/618 №li, xx.xx.2023-cü il tarixli 3-16-16/2-8/2819-4/1541 №li və xx.xx.2024-cü iln tarixli 3-16-16/2-8/702 №li) olmasına baxmayaraq, məhkəmə sonuncu rəyin birinci hissəsini əsas götürmüş, digər rəyləri isə yetəri qədər arqument gətirmədən və guya işin həqiqi hallarına uyğun olmayan rəylər kimi qəbul edərək nəzərə almamışdır. Hazırkı iş üzrə əldə edilmiş videogörüntüdən göründüyü kimi, təqsirləndirilən şəxs Pərixanım Nəsrəddinova idarə etdiyi nəqliyyat vasitəsini ümumiyyətlə dayandırmağa cəhd etməmiş, yalnız avtomobilini sola tərəf döndərməklə kifayətlənmişdir, (i.v. 72-73, 152-153) Lakin, məhkəmə heç bir hüquqi əsas olmadan əsassız olaraq ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi qəbul edilmiş yu xarıda qeyd olunan xüsusatlara ümumiyyətlə əhəmiyyət verməmiş, həqiqiliyi şübhə doğurmayan və əldə edilmə qaydası cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun olan ekspertiza rəylərinə lazımi qiymət verməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Mövsümova Təzəgül Məmmədhəsən qızı kassasiya şikayətində bildirmişdir ki, təqsirləndirilən şəxs bu günədək ona vurulmuş ziyanla bağlı hər hansı ödəniş etməmiş, tələb etdiyi zərəri ödəmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Nəsrəddinova Pərixanım Məmmədəli qızı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsaslı olması həm də bir neçə ekspert rəyləri (əlavə kompleks məhk əməvideotexniki və yolnəqliyyat hadisələri ekspertizasımmn 30 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-8/2819- 4/1541 saylı rəyi (cild 02; i.v.64-83). təsdiq edilir. təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi iləavtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi, tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilməsinə baxmayaraq məhkəmə heç bir əsas olmadan təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxartmışdır. Məhkəmə tərəfindən iş üzrə qanuni və obyektiv rəy alınması ücün yenidən əlavə kompleks məhkəməvideotexniki və yolnəqliyyat hadisələri ekspertizasının k eçirilməsi barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, bəraət almış şəxs Nəsrəddinova Pərixanım Məmmədəli qızının kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzr ə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məh kəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırma qla Nəsrəddinova Pərixanım Məmmədəli qızının təqsirliliyinin sübuta yetirilməsi haqqında nəticəyə gəlib, ona əsassız olaraq bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktya br 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestində və kassasiya şikayətində Nəsrəddinova Pərixanım Məmmədəli qızına Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəv i məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar ü zərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi o lmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 268 saylı rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ tərəfli qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları, ağciyərlərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) sağ tərəfli çanaq, qasıq, sümüklərinin yerini dəyişən qəlpəli, sağ bud sümüyünün orta 1/3-dən açıq, hər iki mil-bilək və sol bud və sağ a şıq-baldır oynağı sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ budun yuxarı-ön səthini və qasıq nahiyəsini əhatə edən geniş ölçülü əzilmiş- cırılmış yarası, alın və hər iki bud nahiyələrinin əzilmiş yaraları.Yuxarıda qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni hərəkətdə olan avtomaşının ayaqüstü vəziyyətdə olan piyadanı qabarıq hissələri (bamper, arakəsmə və s.) ilə vurub asvalt örtüyə çırpması və həmin istiqamətdə hərəkətdə olan digər avtomaşının onun üzərindən keçməsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa əlaqəlidir. Xarakter və lok alizasiyalarına əsasən demək olur ki, Q.M.Məmmədovanm meyitində aşkar edilmiş xəsarətlərdən: İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, hər iki mil-bilək, qabırğaların qapalı, sağ bud sümüyünün açıq sınıqları, ağciyərin və qaraciyərin zədələnməsi, alm, sağ bud nahiyələrinin əzilmiş yaraları mərhum ayaqüstü vəziyyətdə olarkən hərəkətdə olan avtomaşının onu qabarıq hissələri (bufer, arakəsmə və s.) ilə zərblə vurub asvalt örtüyə çırpması, digər xəsarətlərin isə eyni istiqamətdə hərəkətdə olan minik avtomaşınının onu yol örtüyünə sıxıb üzərindən keçməsi nəticəsində törənə bilərdilər. X1 ölümünə səbəb ağır travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müa yinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Xəsarətlərdən istər İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi və sağ bud sümüyünün açıq sınığı, istərsə də qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərlərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması), sağ bud sümüyünün yerini dəyişən açıq sınıqları, ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olduqlarından mərhumun ölümünə səbəb ola bilərdilər. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 b enzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 01; i.v.101-106). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 mart 2023-cü il tarixli, 8/618 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəsrəddinova Pərixanım Məmmədəli qızının hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Hyundai Elantra” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkəti üçün təhlükənin istintaq tərəfindən müəyyən edildiyi kimi yolu soldan sağa doğru keçən piyadanın “Chevrolet Cruze” markalı avtomobillə vurulduğu andan yaranması real hadisə mexaniziminə uyğun deyildir. “Hyundai Elantra” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01; i.v.107-111). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 01 may 2023-cü il tarixli, 04/268 saylı rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. İ-İİ boyun fəqərələrinin qapalı sınıq ları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ tərəfli qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları, sağ ağciyərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) sağ tərəfli çanaq, qasıq, sümüklərinin yerini dəyişən qəlpəli, sağ bud sümüyünün orta 1/3-dən açıq sınığı və həmin səviyyədə əzilmiş yara, hər iki mil-bilək, sağ aşıq-baldır oynağı sümüklərinin yerini dəyişən, sol bud sümüyünün aşağı 1/3-dən qapalı sınıqları, sağ budun yuxarı-ön səthini və qasıq nahiyəsini əhatə edən geniş ölçülü əzilmiş cırılmış yarası, alının əzilmiş yarası, sol budun yuxarı-orta 1/3 nin əzilmişcırılmış yaraları. Yuxarıda qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş-yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Xarakter və lokalizasiyalarlna əsasən, eləcə də qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq demək olar ki, Q.M.Məmmədovanın meyitində aşkar edilmiş xəsarətlərdən sağ bud sümüyünün orta 1/3-dən açıq sınığı və həmin səviyyədə əzilmişcırılmış yara, İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin əzilməsi, onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki mil-bilək və sağ tərəfli qabırğaların yerini dəyişən, qapalı-qəlpəli sınıqları, sağ ağciyərin və qaraciyərin əzilmiş yaraları, hemopnevmotoraks (döş boşluğuna sərbəst qan və hava yığılması) alın nahiyəsin in əzilmiş yarası Q.M.Məmmədovanın ayaqüstü vəziyyətdə olarkən hərəkətdə olan avtomaşının onu qabarıq hissələri (bufer, arakəsmə və s.) ilə zərblə vurub asfalt örtüyə çırpınası nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Digər xəsarətlər-sağ tərəfli çanaq, qasıq, sağ aşıq-baldır oynağı sümüklərinin yerini dəyişən, sol bud sümüyünün aşağı 1/3-dən qapalı sınıqları, sağ budun yuxarı-ön səthini və qasıq nahiyəsini əhatə edən geniş ölçülü və sol budun yuxarı orta 1/3-nin əzilmiş-cırılmış yaraları isə eyni istiqamətdə hərəkətdə olan digər minik avtomaşınının Q.M.Məmmədovanın aşağı ətrafları üzərindən keçməsi nəticəsində avtomaşının alt qabarıq hissələrinin təsiri ndən törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli deyildir (cild 01; i.v.122-127). “Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 03 ədəd fayl vardır. Həmin fayıllar aşağıdakılardır:

1. N052-001-2022-11-07

2. STA_TŞ9-065 1-202211-07

3. STA TŞ9-065 2-2022-11-07 - N052-001-2022-11-07 adlı faylda olan videogörüntüyə baxış zamanı müəyyən edildi ki, bir qadın piyada Heydər Əliyev prospektində beton ayrıcı zolağın üzərində dayanır, sonra yolun hərəkət hissəsinə çıxaraq sarı xəttin üzərində bir qədər dayandıqdan sonra yenidən adi addımlarla hərəkətə başlayaraq birinci c ərgənin ortasından hərəkət tempini dəyişərək adi qaçışla hərəkətinə davam edərək ikinci cərgə ilə Koroğlu metrostansiyası istiqamətindən hərəkət edən “Mercedes Benz” markalı avtomobilin qarşısından keçir və üçüncü cərgə ilə Koroğlu metrostansiyası istiqamətindən hərəkət edən “Chevrolet Cruze” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ yan hissəsi ilə onu vurur, qadın zərbədən dördüncü zərgə istiqamətində asfalt örtüyünə yıxılır və həmin vaxt üçüncü cərgə ilə Koroğlu metrostansiyası istiqamətindən hərəkət edən “Hyundai Elantra” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil onun aşağı ətrafının üzərindən keçir. Videogörüntüyə baxış zamanı təqsirləndirilən şəxs Pərixanım Nəsrəddinova bildirdi ki, görüntüsü qeydə alınmış yol-nəqliyyat hadisəsi onun tərəfindən törəd ilmişdir, yolun üçüncü cərgəsində piyadanı vuran avtomobil həmin vaxt onun tərəfindən idarə edilən Chevrolet Cruze markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobildir. STA_TŞ9-065 1-2022-11-07, STA TŞ9-065 22022-11-07 adlı fayllarda olan videogörüntülərə baxış zamanı, yuxarıda qeyd olunan yolnəqliyyat hadisəsinin görüntüsü uzaq məsafədən qeydə alındığından həmin görüntülərdə iş üçün sübut əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir (cild 01; i.v.152153). Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllən in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəs i olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Bütün bunlar dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə b axılması nəticəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasə n və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Nəsrəddinova Pərixanım Məmmədəli qızının bəraət almasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 1(103)1656/2024 saylı qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar