Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-812/2018 24.05.2018 ALİ MƏHKƏMƏ 1(102)-812/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 24 may 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M ÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən və məruzəçı hakim M.M.Ağalarov, hakimlər E.Ə.Mikayılov və S.S.Hüseynovdan ibarət tərkibdə) Məhkum (xx xx 1996-cı ildə Abşeron rayonunun Qobustan ƏQS-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Laçın rayonunun Mirik kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsi, ev 16-da yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri təqsirli bilinərək, CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xx 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ə.Nəbiyev, hakimlər N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş, CM-in 66.3-cü maddəsi ilə ona təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Hökmdən məhkum və müdafiəçisi tərəf indən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını talama məqsədi ilə xx xx 2015-ci il tarixdə, saat 01:30 radələrində «Azərtikintiservis» 10 №-li İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinə məxsus Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsində küçədə saxlanmış traktorun üzərindən 350 manat dəyərində «Aksa» markalı generatoru gizli yolla talamaqla «Azərtikintiservis» 10 №-li İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinə 350 (üç yüz əlli) manat maddi zərər vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx xx 2015-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsində yerləşən X2 məxsus «Şahin» marketə pəncərəni aç maq yolu ilə qanunsuz daxil olaraq marketdən saxlanc yeri hesab olunan piştaxtanın altındakı siyirtmədən 50 manat pulu, 150 manatlıq «Azercell», «Bakcell», «Nar» mobil operatorlarının danışıq kontur kartları, hər birinin qiyməti 2 manat olan 10 ədəd «Kent 4» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 4 ədəd «Kent 1» markalı siqaret, qiyməti 2 manat olan 1 ədəd «Kent 8» markalı siqaret, hər birinin qiyməti 1,60 manat olan 7 ədəd «West» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 6 ədəd «Winston» markalı siqaret, hər birinin qiyməti 1,30 manat olan 3 ədəd «LD» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 2 ədəd «Davidoff» markalı siqaret, qiyməti 2 manat olan 1 ədəd «Sobranie» markalı siqaret, qiyməti 1,20 manat olan 1 ədəd «PS» markalı siqaret, hər birinin qiyməti 1 man at olan 4 şüşə 0,500 litr həcmli «Kuller» markalı pivə, hər birinin qiyməti 1 manat olan 15 ədəd 0,250 litr həcmli «Hell» içkisi, hər birinin qiyməti 1,50 manat olan 6 ədəd 0,250 litr həcmli «Red Bull» içkisi, hər birinin qiyməti 2,50 manat olan iki şüşə 0,500 litr həcmli «Rubin» markalı arağı gizli yolla talamaqla M ümumilikdə 294,30 manat məbləğində maddi zərər vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx xx 2015-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən X5 məxsus ərzaq mağazasının qapısındakı asma qıfılları dəmir parçası ilə sındırıb qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən kassa aparatından 80 manat pulu, 200 manat dəyərində «Azercell», «Bakcell», «Nar» mobil operatorlarının danışıq kontur kartlarını, piştaxtanın üz ərindən hər birinin qiyməti 2 manat olan 30 ədəd «Kent 8» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 30 ədəd «Kent 4» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 30 ədəd «Kent 1 Nanotek» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 30 ədəd «Kent 4 Nanotek» markalı siqaret, hər birinin qiyməti 1,60 manat olan 100 ədəd «Viceroy» markalı siqaret, hər birinin qiyməti 1,20 manat olan 30 ədəd «Yava» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 60 ədəd «Sobranie» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 80 ədəd «Winston» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 40 ədəd «Davidoff» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 2 ədəd «Winston Mikro» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 20 ədəd «West» markalı siqaret, hər birinin qiy məti 1,50 manat olan 60 ədəd «West Compact» markalı siqaret, hər birinin qiyməti 1,60 manat olan 20 ədəd «West Mikro» markalı siqaret, hər birinin qiyməti 1,30 manat olan 80 ədəd «LD» markalı siqaret, hər birinin qiyməti 1,30 manat olan 40 ədəd «LD Compact» markalı siqaret, hər birinin qiyməti 1,20 manat olan 40 ədəd «Classik» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 4 ədəd 0,250 litr həcmli «Red Bull» içkisi və hər birinin qiyməti 1 manat olan 4 ədəd 0,250 litr həcmli «Hell» içkisini gizli yolla talamaqla K ümumilikdə 1526 manat məbləğində maddi zərər vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xx 2015-ci il tarixdə, saat 03:45 radələrində Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsi, ev 74-də yaşayan qonşusu X3 Sumqayıt şəhəri st.Sumqayıt qəsəbəsi, dəmir yol vağzalının yaxın lığında yerləşən ərzaq mağazasının qarşısına gəlib nəfəsliyə yaxınlaşaraq sonuncudan ona siqaret verməsini tələb etmiş, S onun dediklərinə əməl etmədikdə isə mağazanın qapısını təpiklə sındırıb tamah niyyətilə onun əmlakını ələ keçirmək məqsədilə mağazaya qanunsuz daxil olaraq, S itələyib mağazada olan çarpayının üzərinə yıxaraq yumruq və təpiklə döymüş, sonuncunun boğazından əlləri ilə tutub sıxaraq, müqavimət göstərmək istədikdə oradan götürüb silah qismində istifadə etdiyi bıçaqla sol əlin 2-ci barmağının yarası kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək basqın edib mağazadan 20 manat nəğd pul hər birinin qiyməti 1,80 manat olan 4 ədəd «West» markalı siqaret, hər birinin qiyməti 1,60 manat olan 4 ədəd «Viceroy» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 3 ədəd «LD» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 2 ədəd «Winston XS» markalı siqaret, hər birinin qiyməti 1,50 manat olan 1 ədəd «Winston XS LSS» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 2 ədəd «Winston super slims» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 2 ədəd «Kent 4 Nanotek» markalı siqaret, hər birinin qiyməti 2 manat olan 2 ədəd «Sobranıe» markalı siqaret, hər birinin qiyməti 1,75 manat olan 0,250 litr həcmli 4 ədəd «Red-Bull» içkisi və hər birinin qiyməti 0,60 manat olan 3 ədəd 1 litr həcmli «Fanta» içkisi götürərək, S ümumilikdə 63,40 manat maddi zərər vurub quldurluq cinayəti törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, m əhkəmələr tərəfindən sübutlar düzgün-tədqiq edilib qiymətləndirilməmiş, nəticədə o, təqsirliliyi sübuta yetirilmədiyi, cinayət törətmədiyi halda quldurluq cinayətini törətməkdə təqsirli bilinib ağır cəzaya məhkum olunmuşdur. Əsasssız olaraq məhkum edilməsi barədə fikrini Məhkum belə izah edir ki, onun əməli əsassız olaraq CM-in 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrinə tövsif edilmiş, bələ ki iş materiallarındn göründüyü kimi, o, qonşusu S məxsus ərzaq mağazasına siqaret almaq məqsədi ilə getmiş, onun mağazaya gedərkən qabaqcadan məqsədi və niyyəti qonşunun əmlakını ona qarşı zor tətbiq eməklə ələ keçirmək olmamışdır, lakin sonuncu qapını açmadığına görə əsəbləşib onunla mübahisə etmiş, satış məqsədi üçün olan əşyaları götürmüş, lakin sonra bütün götürdüklərini geri qaytarmışdır, hal-ha zırda qonşunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və ya dəyişdirilməsini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual q anunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə cinayət törətməsi sübuta yetirilmədiyi halda, eləcə də əməlinə cinayət qanunu norması düzgün şamil edilməməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib ağır cəzaya məhkum edildiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, başqa qanuni qərarın qəbul edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.11, 416.0.15 və 416.0.21-ci maddələrində məh kəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkumun kassasiya şikayətindən görünür ki, o, quldurluq cinayətini törətmədiyini iddia etməklə Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi üçün əsasların olmamasına dair qənaətini və həmin qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının lə ğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, Məhkum kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinc i və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığ ını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, barəsində Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın əsaslılığını) yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş fak tiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin müdafiə, digər prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3, 181.2.5-ci maddələrinin disp ozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntu suna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin yekun qərarında sübutlar: təqsirləndirilənlərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Apellyasiya məhkəməsi Məhkum xx xx 2016-cı ildə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 6 may 2016-cı il tarixli Qanunun tətbiq edilməklə əməllərini təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif edilməklə cəza təyin edərkən də hər hansı pozuntuya yol verməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1, 416.0.2, 416.0.3, 416.0.11 və 416.0.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Cinayət və cinayət-pro sessual qanunların tətbiqində pozuntulara yol verilməməsi kassasiya şikayəti müəllifinin bu cür pozuntularla əlaqələndirdiyi icraatı aparan orqanların onun Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqlarının və X7 haqqında Konvensiya ilə təminat verilən hüquqlarını pozmaları haqqında dəlillərini də təkzib edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, eləcə də kassasiya şikayətinin rədd edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbə r tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-812/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-812/2018
24.05.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver