Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-812/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Füzuli rayon məhkəməsinin 06 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinı xitam verilmiş Q6 barəsində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası nın 27 noyabr 2018-ci il tarixli qərarından Q6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon məhkəməsinin (hakim əvəzi Nəsrulla Əliyev) 06 avqust 2018-ci İl tarixli hökmü ilə, Q6- xx.xx.1981-ci il tarixdə Füzuli rayon Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan Füzuli rayon ************ kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində nömrəsiz evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Q6na itiham elan edilmişdir ki, cavabdeh kimi ondan 10 avqust 2011-ci il təvəllüdlü X2, 11 oktyabr 2013-cü i l təvəllüdlü X4 və 14 sentyabr 2015ci il təvəllüdlü X5 05.10.2016-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 70 (yetmiş) manat, cəmi 210 (iki yüz on) manat alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Yardımlı rayon məhkəməsinin 01 mart 2017ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürlü səbəbdən yerinə yetirmədiyinə görə 25 iyul 2017-ci i tarixdə Füzuli rayon məhkəməsi tərəfində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbslə tənbeh edilməsindən nəticə çıxarmayaraq icra sənədindəki tələbi icra etməsi üçün ona 07 sentayabr 2017-ci il tarixdə məsuliyyəti elan edilməklə rəsmi qaydada xəbərdarlıq edilərək 10 gün vaxt verilmıəsi nə baxmayaraq şəxsi maraqlarını üstün tutub təqdimat verilən 18 oktyabr 2017-ci il tarixə kimi cəmi 2520 (iki min beş yüz iyirmi) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: İ.H. Əhmədov, hakimlər: F.K.Soltanov və K.S.Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək, Füzuli rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, Q6 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 31 mart 2018-ci il tarixdən 06 avqu st 2018-ci il tarixədək həbsdə saxlandığı 2 ay 6 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 9 (doqquz) ay 24 gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzanın əvvəli 27 noyabr 2018-ci ildən hesablansın. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli hökmündən Q6 kassasiya şikayəti verərək, barəsində azadlıqdan məhrum etmə cəzasına alternativ cəza növünün tətbiq edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Q6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, artıq aliment məbləği qismən ödənmiş və tələbkarla razılıq əldə edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməs i barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri aliment məbləğinin qismən ödənməsi və tələbkarla razılıq əldə edilməsi və ona görə də məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başqa alternativ cəza ilə əvəz edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törə tmə cinayət tərkibi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Füzuli rayon məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi Q6ndan 10 avqust 2011-ci il təvəllüdlü X2, 11 oktyabr 2013-cü il təvəllüdlü X4 və 14 sentyabr 2015-ci il təvəllüdlü X5 05.10.2016-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 70 (yetmiş) manat, cəmi 210 (iki yüz on) manat alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş və 03 aprel 2017-ci il tarixdə qətnamə icraya göndərilmişdir. Yardımlı rayon məhkəməsinin 01 mart 2017ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzürlü səbəbdən yerinə yetirmədiyinə görə 25 iyul 2017-ci il tarixdə Füzuli rayon məhkəməsi tərəfində Q6 Azərbayc an Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Q6na icra sənədindəki tələbi icra etməsi üçün 07 sentayabr 2017-ci il tarixdə məsuliyyəti elan edilməklə rəsmi qaydada xəbərdarlıq edilərək 10 gün vaxt verilməsinə baxmayaraq 18 oktyabr 2017-ci il tarixə kimi cəmi 2520 (iki min beş yüz iyirmi) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş poçtla ödəmə qəbzlərindən görünür ki 06.09.2018, 06.10.2018 və 06.11.2018-ci il tarixlərin hər birində Zərərçəkmiş şəxs 204 manat 90 qəpik, cəmi 614 manat 70 qəpik ödəmə edilmişdir. Kassasiya şikayətində göstərilən aliment məbləğinin qismən ödənməsi və tələbkarla razılıq əldə edilməsinə dəlalət edən başqa sübutlar cinayət işinin ma teriallarında mövcud deyil və kassasiya şikayətinə də əlavə edilməmişdir. Belə olduğu halda kassasiya şikayətinin aliment məbləğinin ödənməsi və tələbkarla razılıq əldə edilməsi barədə dəlilləri də əsassız hesab edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ödəmə qəbzlərini nəzərə alsaq onda 05.10.2016-cı il tarixdən başlayaraq 06 sentyabr 2018-ci il tarixədək olan müddət üçün aliment borcları ödənilməmiş qalmışdır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi faktiki olaraq icra edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işi üzrə kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli hökmünün dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 41 6-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar olmadığından kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Q6nun kassasiya şikayəti təmin edilməsin. Q6nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-812/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-812/2019
11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver