Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-812/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci ma ddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli 1(103)-209/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 1(004)354/2023 nömrəli hökmü ilə (hakim Rauf Daşdəmirov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli 1(103)-209/2024 nömrəli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 1(00 4)-354/2023 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək 3 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 6 (altı) gün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli 1(004)-354/2023 nömrəli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İttiham aktına əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 18 yanvar 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 1 (bir) ədəd polietilen bağlamadakı sellofan torbada təmiz çəkisi 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram; 0,174 qram; 0,263 qram; 0,284 qram; 0,087 qram olmaqla, ümumilikdə təmiz çəkisi 43,979 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edib, üzərində saxlayaraq daşımış, 18 yanvar 2023-cü il tarixdə saat 19:50-də ünvan 2 ünvanda yerləşən “Qismət” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində Yasamal RPİ-nin NMB-nin və Y asamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd polietilen bağlamadakı sellofan torbada təmiz çəkisi 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram; 0,174 qram; 0,263 qram; 0,284 qram; 0,087 qram olmaqla ümumilikdə təmiz çəkisi 43,979 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmə əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, Məhkum, 18 yanvar 2023-cü il tarixdə Yasamal rayonu, M.Xiyabani küçəsində istintaqa məlum olmayan şəxsdən 1 (bir) ədəd polietilen bağlamadakı sellofan torbada təmiz çəkisi 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram; 0,174 qram; 0,263 qram; 0,284 qram; 0,087 qram olmaqla ümumilikdə təmiz çəkisi 43,979 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə, saat 19:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum xxx ünvanında saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçəsinin sol iç cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, məhkəmələr təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi həmin narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə özünü müdafiə xarakterli ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək, həmin narkotik vasitələri satış məqsədi olmadan əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməməsi barədə yanlış nəticəyə gəlmişdir. Halbuki, cinayət işinin materiallarında onun işin halları ilə bağlı ibtidai istintaq zamanı toplanmış sübutlar, məhkəmə kimyəvi və narkoloji ekspertizalarının rəyləri və digər sənədlərlə Məhkum əməlində CM-in 234.2-ci maddəsinin tərkibi olması tam sübuta yetirilmişdir. Məhkəmənin sorğusu əsasında “Unibank" ASC-dən Məhkum adına olan AZ72UBAZ**********41010AZN002 saylı hesabdan 1 yanvar 2023-22 avqust 2023-cü il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışla müəyyən edilmişdir ki, qeyd edilən dövr ərzində Məhkum bank hesabına digər bank kartları, ödəmə terminalları, ödəniş sistemləri ilə çoxsaylı kiçik həcmli köçürmələr edi lmişdir ki, bu da öz növbəsində qeyd edilən şəxsin narkotik vasitələrin satışını həyata keçirməsini və ödənişin “müştərilər” tərəfindən onun bank hesabına nağdsız şəkildə həyata keçirilməsinin birbaşa sübutudur. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünü müdafiə xarakterli olub qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, məhkəmələr qeyd olunan hala tənqidi yanaşmamışlar. Məhkum əldə edərək üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq olması da məhkəmələr tərəfindən nəzərə alınm amışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərlili yi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “Satış məqsədi olmadan qanun suz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əld ə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoz isiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi il ə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildən artıq müddətdir ki, əsəblərini sakitləşdirmək məqsədi ilə narkotik vasitə olan marixuanadan istifadə edir. O, anket məlumatlarını bilmədiyi bir şəxslə 150 manat müqabilində 20 qram narkotik vasitə olan marixuana alması barədə razılaşmışdır. 18 yanvar 2023-cü il tarixdə, təxminən saat 18 radələrində xxxx ünvanda yerləşən “X” şadlıq sarayının qarşısına gedib həmin şəxs tərəfindən ona deyilən yerdən 01 ədəd polietilen sellofana bükülmüş marixuananı götürmüşdür. O, narkotik vasitəni götürüb həmin yerdən uzaqlaşan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar və onu Yasamal RPİnin 29-cu PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla birlikdə 29-cu polis şöbəsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan gödəkçəsinin sol iç cibində olan 01 əd əd sellofana bükülmüş vəziyyətdə narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həmin bükümü kəsərək onun içərisində narkotik vasitə olan marixuana olduğuna əmin olmuşlar. Lakin içərisində marixuana olan büküm polis əməkdaşlları tərəfindən kəsilən zaman orada 06 ədəd bükülünün olduğunu o görməmişdir. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə həmin gün Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “X” şadlıq sarayının yanından götürmüşdür. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan marixuananı zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni aldığı adamla 150 manat müqabilində 20 qram olması barədə razılaşmışlar. O, içərisində narkotik vasitə olan bükülünü ona deyilən yerdən götürən zaman, yəni həmin bükülünü açmadan polis əməkdaşları tərəfindən saxlanıldığı üçün bükülünün icərisində 06 büküm olmasından məlumatsız olmuşdur. Ona məxsus bank kartına mədaxil olan pullar onun işlədiyi yerdə olan gündəlik əmək haqqısı, gündəlik bəxşiş pulları, elektron qəlyanların satışından və mərc oyunlarından əldə etdiyi pullardan ibarət olmuşdur. Narkotik vasitə olan marixuananı əldə edərək üzərində saxlayıb daşıdığı və ümumiyyətlə, həmin narkotik vasitədən istifadə etdiyi üçün əməlindən peşmandır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona q arşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, istər ibtidai istintaq zamanı verilmiş, istərsə də məhkəmə istintaqı zamanı verilmiş ifadələrində Məhkum daşıdığı narkotik vasitəni özünün istifadə etməsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş şahid X6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 yanvar 2022-ci il tarixdə, saat təxminən 19:50 radələrində o və onunla birlikdə Yasamal RPİ-nin NMB-nin əməkdaşı olan Şahid1 ilə birlikdə ünvan 4 ünvanda yerləşən “X” adlıq sarayının qarşısında xidmət aparaq zaman Məhkum özünü şübhəli apardığından və narkotik vasitəni n təsiri altında olmasından şübhələnərək ona yaxınlaşıb özlərini təqdib ona Yasamal RPl-nin 29-cu PŞ-nə getməyini bildirmişlər. Bundan sonra Məhkum qaçmağa cəhd etmiş, lakin onlar tərəfindən saxlanılaraq 29-cu polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman Məhkum polis əməkdaşının və ona təyin olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Məhkum əynində olan boz rəngli gödəkçəsinin sol iç cibində olan bir ədəd polietilen sellofana bükülmüş, üzərində yapışdırıcı lent olan bükülünü masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cava b olaraq Məhkumhəmin bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu və onu həmin gün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 150 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra həmin bükülü təhqiqatçı tədəfindən kəsilərək içərisinə baxış keçirilmiş və həmin bükülünün içərisində narkotik vasitə olan marixuana olduğu müəyyən edilmişdir. Həmin bükülü polis əməkdaşı tərəfindən kəsilən zaman o, bükülünün icərisində 06 ədəd bükülülərin olmasını görməmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkum heç bir fiziki və psixi tə sir göstərilməmişdir. Məhkum narkotik maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat yoxdur Məhkəmə iclasında dindirilmiş Şahid1 Qaraşxan oğlu, digər şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-də təhqiqatçı vəzifəsində xidmət edir. 18 yanvar 2022-ci il tarixdə, axşam saatlarında X6 və Şahid1 sonadan şəxsiyyət məlumatları ona məlum olan Məhkum sübhəli şəxs qismində saxlayaraq 29-cu PŞ-nə gətirmişlər. Şöbədə olan zaman Məhkum təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində olan daşınması qanunla qadağan olunmuş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bunda n sonra Məhkum əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd polietilen sellofana bükülüb üzərinə yapışdırıcı lent vurulan bükülünü masanın üzərinə qoymuşdur. O, həmin bükülünün icərisində olan maddəyə baxmaq məqsədi ilə əlində olan bıçaqla həmin bükülünün bir hissəsini kəsmiş və orada narkotik vasitə olan marixuanaya oxşar qurudulmuş ot görmüşdür. O, həmin bükülünün üzərində olan sellofanı tam kəsməmişdir ki, bükülünün icərisində olan qurudulmuş ot dağılmasın. Bükülünü tam açmadığı üçün onun içərisində olan 06 ədəd bükülüdən xəbəri olmamışdır. Bundan sonra Məhkum verilən suala cavab olaraq o, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün həmin gün Yasamal rayonunun ərazisində yerləşən “X” şadlıq sarayının yanından götürdüyünü bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Həmin zərf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Daha sonra isə ekspertin rəyi ilə müəyyən olunmuşdur ki, Məhkum üzərində aşkar edilmiş bükülünün icərisində təmiz çəkisi 42.564 qram, həmin torbada 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.291 qram, 0.316 qram, 0.174 qram, 0.263 qram, 0.284 qram, 0.087 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr qurudulumuş marixuanalardır. Maxiruanaların ümumi çəkisi 43.979 qramdır. Məhkum həmin narkotik maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat yoxdur. Cinayət işində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2023cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Məhkum üzərinə müdafiəçisi X4, Yasamal RPl-nin NMB-nin inspektoru Şahid1 ifadə verərək Yasamal RPl-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakdan ilə şəxsi axtarış aparılarkən Məhkum üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan boz rəngli gödəkçəsinin sol iç cibində olan 01 (bir) ədəd polietilen sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitə marixuananı 18 yanvar 2023-cü il tarixdə saat təxminən 19:50 radələrində Bakı şəhəri Yasama l rayonu M.Xiyabani küçəsində yerləşən «Qismət» adlıq sarayının qarşısında üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə marixuananı zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 19 yanvar 2023-cü il tarixli 7/70 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “1 Məhkum” yazılar və imzalar olan kağız paketdə üzəri skoçla bağlanmış 1 ədəd polietilen bağlamadakı sellofan torbada təmiz çəkisi - 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram; 0,174 qram; 0,263 qram; 0,284 qram; 0,087 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə-qurudulumuş marixuanalardır. Maxiruanaların ümumi çəkisi - 43,979 qramdır. “Diskə baxış keçirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum könüllü olaraq sağ əlini əynində olan boz rəngli gödəkçəsinin sol cibinə salıb bir ədəd polietilen sellofan bükümün içərsində 6 ədəd kağız kəsiyinə bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etməsi müşahidə olunur. Həmin nakotik vasitə olan qurudulumuş marixuana olması video görüntü zamanı qeydə alınır. Bundan Məhkum təqdim e tdiyi bir ədəd polietilen sellofan bükümün içərsində 6 ədəd kağız kəsiyinə bükülmüş narkotik vasitə olan – qurudulmuş marixuananın görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Məhkum və polis əməkdaşları tərəfindən imzalanır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-354/2023 nömrəli qərarına əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş çıxarışdan görünür ki, Məhkum istifadəsində olmuş bank kartına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə müxtəlif məbləğlərdə pullar mədaxil və məxaric olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın nəticəl ərinə dair xx.xx.2023-cü il tarixli 337 nömrəli rəyindən görünür ki, Məhkum götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Müayinə zamanı Məhkum kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan “Diskə baxış keçirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və narkotik vasitələrin satılmasına, sifarişinə dair sms yazışmaları aparılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ci nayət işinin materiallarını təhlil edərək qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hüquq mühafizə orqanlarına hər hansı əməliyyat məlumatı daxil olmamış, onun iş materialları ilə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmiş və məhkum saxlanılan zaman Məhkum özünü şübhəli apardığına görə əməliyyat müvəkkillərinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət edildikdən sonra onda 1 (bir) ədəd polietilen bağlamadakı sellofan torbada təmiz çəkisi 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram; 0,174 qram; 0,263 qram; 0,284 qram; 0,087 qram olmaqla ümumilikdə təmiz çəkisi 43,979 qram olan bitki mənşəli kütlələr, tərkibin də narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. İş materiallarından görünür ki, iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etməmiş, Məhkum saxlanılarkən əynində olan gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd polietilen bağlamadakı sellofan torbanın içərisindən aşkarlanan təmiz çəkisi 42,564 qram, həmin torbada 6 (altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,291 qram; 0,316 qram; 0,174 qram; 0,263 qram; 0,284 qram; 0,087 qram olmaqla ümumilikdə təmiz çəkisi 43,979 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı satmaq niyyətinin olmadığını göstərmişdir. Göründüyü kimi, istər ibtidai istintaq zamanı verdikləri ifadələrində, istərsə də birinci instansiya məhkəməsində verdikləri ifadələrində iş üzrə dindirilmiş polis əməkdaşları X6, Şahid1 Qaraşxan oğlu və Şahid3 məhkum edilmiş şəxs Məhkum narkotik maddələrin satışı ilə məşğul olmasına və ya aşkar edilmiş narkotik maddələrin satış üçün nəzərdə tutulmasına dəlalət edən heç bir ifadə verməmişlər. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 saylı, 14 iyun 2024-cü il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri v ə ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işinin materiallarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması hallara rast gəlinməmişdir. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Məhkum onda aşkar edilrərək götürülmüş narkotik vasitələri nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə e tməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsa sən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələ lərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2 və 416. 1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir, ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2 024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-812/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-812/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver